Month: October 2019

  • Livanın Baş Naziri istefa verib

    Livanın Baş Naziri Saad Hariri istefa verib.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, o, “al-Mayadeen” telekanalı ilə xalqa müraciətində hökumət əleyhinə davam edən iki həftəlik etiraz aksiyalarından sonra rəhbərlik etdiyi kabinetin tam tərkibdə istefaya getdiyini açıqlayıb.

    Baş Nazir müraciətində ölkənin dalana dirəndiyini bildirib.

    S. Hariri livanlıların əksəriyyətinin arzusunu yerinə yetirmək məqsədilə istefa ərazisini prezident Mişel Auna təqdim edəcəyini söyləyib: “Mənim istefa məsələm artıq prezidentin səlahiyyətindədir”.

    Qeyd edək ki, Livanda hökumət əleyhinə aksiyanın iştirakçıları paytaxt yollarını, habelə şimal və cənub rayonlarını birləşdirən magistral yolları bağlayır. Etirazçılar hökumətin və parlamentin buraxılmasını, növbədənkənar seçkilərin keçirilməsini tələb edirlər.

    Ölkədə bir neçə universitet də dərsləri qeyri-müəyyən vaxta qədər dayandırıb, banklar bağlanıb.

    Hökumətin dörd üzvü artıq istefa verib.

  • Nazirlik yanmış meşələrin bərpasına başlayır

    Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu payız əvvəlki illərdə yanğına məruz qalan meşə sahələrinin bərpasına başlayacaq.

    Median.Az xəbər verir ki, bunu jurnalistlərə Nazirliyin Meşələrin İnkişafı Departamentinin direktoru Ağaqardaş Qaraşov deyib.

    Onun sözlərinə görə, artıq meşəbərpa işlərinin aparılması üçün Qəbələ, Oğuz, Şəki, Bərdə, Yardımlı, Şamaxı, İsmayıllı rayonlarının yanğına məruz qalan meşə sahələrində hazırlıq işləri görülür. Əvvəlcə torpağın üst qatı yumşaldılır, sonra müxtəlif meşəcinsli ağacların toxumları səpiləcək.

    A.Qaraşov adıçəkilən rayonların sakinlərinə müraciət edərək xahiş edir ki, meşə sahələrinə mal-qaranı buraxmasınlar. Bununla, həm yeni əkilmiş tinglərin qorunmasına, həm toxumların cücərməsinə, həm də təbiibərpa işlərinin getməsinə şərait yaranacaq.
    “Hər il dünyanın müxtəlif bölgələrində baş verən meşə yanğınları nəticəsində minlərlə hektar meşə zolaqları yanaraq külə dönür. Şükürlər olsun ki, Azərbaycanda böyük sahələri əhatə edən meşə yanğınları olmayıb, kiçik həcmli yanğınlar baş verib ki, bunun da qarşısı tez bir zamanda alınıb”.

    Nazirlik rəsmisi bildirib ki, Azərbaycanda meşə yanğınları əsasən havaların isti və quraq keçdiyi yay aylarında, yəni ot örtüyünün tam quruduğu zaman əsasən insanların ehtiyatsızlığı səbəbindən baş verib. Məsələn, kimsə söndürülməmiş siqaret kötüyünü, kibriti əraziyə atanda, tonqalı söndürməyəndə, taxıl biçildikdən sonra kövşənləri yandıranda”.

    A.Qaraşov sonda çağırış edib: “Meşə sahələri ən qiymətli milli təbii sərvətimizdir. Ona görə onları həm yanğından, həm də mal-qara tapdağından qoruyaq ki, meşələrimiz özünü bərpa edə bilsin”.

  • Попытку вооруженного ограбления магазина школьником сняли на видео

    В сети появилось видео попытки ограбления продуктового магазина школьником. Ролик опубликован на видеохостинге Youtube.

    На кадрах подросток, лицо которого спрятано под повязкой, заходит в зал и поднимает вверх предмет, похожий на пистолет. Он обращается к двум сотрудницам магазина, но девушки невозмутимо продолжают выполнять свою работу. Вероятно, молодой человек понимает, что попытка ограбления провалилась, он что-то говорит продавцу-кассиру, а затем уходит.

    Издание Вести.ru сообщает, что инцидент произошел 28 октября в поселке городского типа Воргашор, который расположен рядом с Воркутой.

    “Подросток говорит: либо доставай деньги из кассы, либо я вышибу ей (девушке с тележкой) мозги. Потом подошёл и начал угрожать”, — рассказала изданию директор торгового предприятия Дари Мамадалиева.

    Она добавила, что по факту произошедшего написано заявление в полицию, поэтому подростку, личность которого уже установлена, не удастся уйти от ответственности. Также Мамадалиева обратилась к руководству местной школы с просьбой “должным образом заниматься обучением и воспитанием детей”.

    В комментариях местного сообщества, где были опубликованы кадры нападения, директор пообещала премировать своих сотрудников за выдержку и самообладание.

    В конце сентября неизвестные ограбили российского футболиста Игоря Семшова. Похитители вынесли ценности на сумму более 1 млн рублей. Злоумышленники проникли на территорию подмосковного СНТ “Прометей — 3”, где находится дом футболиста, и залезли в помещение через окно.

  • Задержаны лица, укравшие из учебного заведения 16 ноутбуков

    Как сообщает Median.Az, сотрудники Низаминского РУП в результате оперативно-розыскных мер задержали жителей Нефтчалинского района Х.Ахмедова, Я.Наджафова и жителя Гобустанского района И.Мамедова, которые 23-го октября из учебного заведения в г.Гянджа украли 16 ноутбуков и 1 модем.

    Возбуждено уголовное дело по статье 177.2.1 (кража, совершенная группой лиц по предварительном сговору) УК Азербайджана.

  • Gəncədə təhsil müəssisəsindən 16 ədəd noutbuk oğurlayan şəxslər tutulub

    Median.Az xəbər verir ki, Nizami RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 23-də təhsil müəssisəsindən 16 ədəd noutbuk və 1 ədəd modem oğurlayan Neftçala rayon sakinləri X.Əhmədov, Y.Nəcəfov və Qobustan rayon sakini İ.Məmmədov saxlanılıblar.

    Faktla bağlı CM-nin 177.2.1-ci (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

  • Şabranda teplovoz yanıb

    Şabranda yanğın olub.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə Şabran şəhəri Nizami küçəsində, Biləcəri Lokomotiv Deposuna məxsus “TEM-27661” markalı teplovozda baş verib.

    Hadisə yerinə Şabran Dövlət Yanğından Mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb və daha geniş əraziyə keçməsinin qarşısı alınıb. Teplovozun mühərrik hissəsi qismən yanıb.

    Yanğının səbəbləri araşdırılır.

  • Bakıda “cavan Qartal” 15 yaşlı qızı qaçırdı

    Paytaxtın Qaradağ rayonunun 15 yaşlı sakini yeniyetmə oğlan tərəfindən qaçırılıb.

    Bununla bağlı oxu.az-a rayon Polis İdarəsindən məlumat verilib.

    Oktyabrın 28-də 1981-ci il təvəllüdlü Lökbatan qəsəbə sakini R.Kazımov hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, bazar ertəsi, saat 00:20 radələrində 2004-cü il təvəllüdlü qohumu evlənmək məqsədilə Qartal adlı şəxs tərəfindən qaçırılıb.

    Əməliyyat-istintaq tədbirləri nəticəsində 10-cu Polis Bölməsinin əməkdaşları yetkinlik yaşına çatmayan qızı qaçırmaqda şübhəli bilinən şəxsi saxlayıblar. Həmin şəxs 2002-ci il təvəllüdlü Lökbatan qəsəbə sakini Qartal Mirzəyev olub. Polislər qızı evinə qaytarıblar.

    Faktla bağlı araşdırma aparılır.

  • Bazarda halı pisləşən 78 yaşlı kişi öldü

    Bazarda halı pisləşən kişi anidən ölüb.

    Median.Az-ın “Qafqazinfo”ya istinadən verdiyi məlumatına görə,hadisə Oğuz şəhər bazarında qeydə alınıb.

    Belə ki,rayonun Yaqublu kənd sakini 78 yaşlı Fərəc Fərəcov bazarda olarkən anidən halı pisləşib və yıxılıb.

    Hadisə yerinə Təcili Tibbi Yardım briqadası cəlb olunub,həkimlərin müayinə zamanı F.Fərəcovun öldüyü müəyyən olunub. İlkin ehtimala görə,yaşlı kişi yüksək təzyiq nəticəsində dünyasını deyişib. Mərhumun bazarda toxum alveri ilə məşğul olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • В доме жительницы Барды нашли наркотики и психотропные препараты

    Как сообщает Median.Az, сотрудники Западного регионального отдела Главного управления по борьбе с наркотиками (ГУБН) МВД и Бардинского РОП в результате проведенной совместной операции задержали жительницу г.Барда Ш.Азизову, у которой в доме обнаружили свшые 75 грамм героина, опиума, марихуаны, 50 грамм метамфетамина, 45 таблеток метадона и 16 таблеток экстази.

    По факту возбуждено уголовное дело.

  • Bərdədə qadının evindən narkotik və psixotrop həblər götürülüb

    Median.Az xəbər verir ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin (BNMİ) Qərb Bölgəsində regional şöbəsi və Bərdə RPŞ əməkdaşlarının birgə keçirdikləri birgə əməliyyat tədbiri nəticəsində Bərdə şəhər sakini Ş.Əzizovanın evindən 75 qramdan artıq heroin, tiryək, marixuana, 50 qramdan artıq metamfetamin, 45 ədəd metadon, 16 ədəd ekstazi həbləri götürülüb.

    Faktla əlaqədar cinayət işi başlanılıb.