Month: October 2019

  • Pensiyalarla bağlı suala aydınlıq gətirildi: artımla veriləcək

    Hərbi və xüsusi rütbəli şəxslərin pensiyalarının müvafiq artımlarla birgə yaxın günlərdə ödənişi təmin olunacaq.

    Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

    Xəbərdə bildirilir ki, Prezident İlham Əliyevin müvafiq sərəncamları əsasında hərbi və xüsusi rütbəli şəxslərin vəzifə və rütbə maaşlarındakı artımlarla əlaqədar “Əmək pensiyaları haqqında” Qanuna əsasən, həmin kateqoriyaya aid pensiyaçıların pensiya məbləğlərinin artırılması işləri artıq başa çatmaq üzrədir.

    Məlumatda bildirilir ki, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən elektron sistemin imkanlarından istifadə edilməklə, həmin artımların tətbiqi işləri yaxın günlərdə tam yekunlaşacaq. Beləliklə, hərbi və xüsusi rütbəli şəxslərin oktyabr ayı üzrə pensiyalarının artıq yeni artımla və əvvəlki sentyabr ayının da artımı əlavə olunmaqla bu ayın sonunadək ödənişi həyata keçiriləcək. Bu da həmin kateqoriyadan olan insanların pensiyalarının ödənişinin əvvəlki aylarda olduğu kimi, oktyabr ayında qrafikə uyğun verilməsində gecikmənin olmadığını göstərir. Belə ki, müəyyən edilmiş qrafik üzrə həmin pensiya ödənişləri ötən dövrdə hər ayın 26-30-u tarixlərində təmin edilib.//milli.az

  • XİN: Ermənistanın işğalçı siyasəti növbəti dəfə Qoşulmama Hərəkatı tərəfindən tanınıb

    Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayıb.

    Bəyanatda bildirilib ki, bu ilin 25-26 oktyabr tarixlərində Bakıda keçirilən Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının 18-ci Zirvə görüşünün Yekun Sənədi və bu yüksək səviyyəli tədbirdə iştirak edən 159 nümayəndə heyəti birmənalı şəkildə Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı beynəlxalq hüququn norma və prinsipləri və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanan qəti mövqeyini təsdiq edib.

    “Belə ki, bu mövqe bundan öncə də Qoşulmama Hərəkatının münaqişə ilə bağlı mövcud olan “münaqişənin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığı əsasında həll olunmasının vacibliyi” çağırışını təkrar edərək, bu məsələdə daha irəli addım atılıb və “güc yolu ilə ərazilərin zəbt edilməsinin yolverilməzliyi vurğulanır və təsdiq edilir ki, heç bir dövlət Azərbaycan Respublikasının ərazilərinin işğal edilməsi nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımayacaq və bu ərazilərdə iqtisadi fəaliyyət də daxil olmaqla, bu cür vəziyyətin saxlanması üçün hər hansı kömək göstərməyəcəklər” müddəası yekdilliklə qəbul edilib.

    BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli məlum dörd qətnamələrində Azərbaycan ərazilərinin işğalına dərhal, tam və qeyd-şərtsiz son qoyulması ilə bağlı əks olunan mövqe, beynəlxalq təşkilatların bu xüsusda qəbul etdikləri digər çoxsaylı qərar və qətnamələrə əlavə olaraq, Ermənistanın siyasətinin işğalçı mahiyyəti növbəti dəfə dünya ictimaiyyətinin üçdə ikisini təşkil edən Qoşulmama Hərəkatı tərəfindən tanınıb.

    Beynəlxalq hüququn norma və prinsiplərini, eləcə də Qoşulmama Hərəkatının təməl prinsiplərini kobudcasına pozaraq Azərbaycana qarşı qanunsuz zor tətbiq edən və ölkənin ərazi bütövlüyünü pozan, hazırda Azərbaycanın ərazilərinin beşdə birini hərbi işğal altında saxlayaraq bu ərazilərinin yerli azərbaycanlı əhalisinə qarşı qanlı etnik təmizləmə həyata keçirən, Xocalı soyqırımı kimi mülki əhaliyə qarşı qətliamı törədən və hazırda öz destruktiv mövqeyi və anneksiya siyasəti ilə münaqişənin danışıqlar yolu ilə həllinə maneə törədən Ermənistanın nə beynəlxalq hüquqdan, nə də sülh prosesi öhdəçiliyindən danışmağa haqqı var. Bu gün beynəlxalq ictimaiyyətin tanıdığı və həllini tələb etdiyi bir həqiqət var: o da Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarının Ermənistan tərəfindən işğal olunduğu və bu işğala son qoyularaq münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması tələbindən ibarətdir. Bunu görmək istəməyən yeganə ölkə isə elə işğalçı ölkə Ermənistandır.

    Digər beynəlxalq təşkilatlarda olduğu kimi, Qoşulmama Hərəkatının da mövqeyi məhz beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsi, ATƏT-in Helsinki Yekun Aktına, Hərəkatın təməlini təşkil edən Bandunq prinsiplərinə əsaslanır. Belə ki, bütün hallarda qanunsuz güc tətbiqi, ölkələrinin beynəlxalq tanınmış sərhədlərinin və ərazi bütövlüyünün pozulması qəti şəkildə pislənilir. Təcavüzkar siyasəti ilə bölgədə sülh və təhlükəsizliyə təhdid törədən Ermənistanın iddia etdiyi kimi “təhlükəsizlik təminatçısı” qismində çıxış etməsi üçün, ilk növbədə ərazi iddialarına son verməsi və mövcud təhlükəsizlik mühitini dərk etməsi gərəkdir. Yalnız Azərbaycan hökuməti və ölkənin Konstitusiyası dövlətin ərazisində yaşayan bütün əhalinin, o cümlədən işğal olunmuş Dağlıq Qarabağ bölgəsinin əhalisinin təhlükəsizlik təminatçısıdır və bundan sonra da belə olacaqdır”, – deyə bəyanatda qeyd olunub.

  • Azərbaycana gətirilən 24 ton yararsız ət geri qaytarılıb

    Qida Təhlükəsizliyi Agentliyi (AQTA) jurnalistlər üçün Heydər Əliyev adına hava limanında yerləşən Bakı Karqo Terminalına infotur təşkil edib.

    Median.Az xəbər verir ki, jurnalistlərin iştirakı ilə məhsullara gömrük ərazisinə daxil olduqdan sonra gömrük orqanı və AQTA əməkdaşları tərəfindən baxış keçirilib.

    AQTA-nın sektor müdiri Samir Rüstəmli məlumat verib ki, cari ilin 9 ayı ərzində 24000 kq yararsız ət məhsulu ixracatçı ölkəyə geri qaytarılıb, 16 müraciətə (karantin tətbiq edilən orqanizmin aşkarlanması ilə bağlı) imtina verilib.

    “Aşkar olunan karantin tətbiq edilən zərərli orqanizmin təhlükəliliyi nəzərə alınaraq 105572 kq məhsul məhv edilib, habelə 925.4 ton məhsul müxtəlif üsullarla (fumiqasiya, termik emal, ələnmə və s.) zərərsizləşdirilib. Nəticələr uyğun olduğu təqdirdə məhsullara qida təhlükəsizliyi sertifikatı verilir ki, həmin sənədlə sahibkarlar idxal etdikləri məhsulları ticarət dövriyyəsinə daxil edə bilirlər. Geri qaytarılan məhsullar qonşu ölkələrdən gələn məhsullardır. Bunlar da əsasən yay aylarında meyvə tərəvəzlər olub. Qeyd edək ki, bu ilin ilk 9 ayı ərzində 19997 qida təhlükəsizliyi sertifikatı verilib”.

    S.Rüstəmli qeyd edib ki, məhsulun daşıdığı risk səviyyəsinə uyğun olaraq müxtəlif nəzarət tədbirləri həyata keçirilir.

    “Risk əsaslı yanaşmada 3 meyar əsas götürülür: məhsulun risk səviyyəsi, ixracatçı ölkənin qida təhlükəsizliyi sisteminin göstəriciləri və idxalçının uyğunluq tarixçəsi. Belə ki, ilk olaraq məhsulu müşayiət edən müvafiq sənədlər yoxlanılır. Sənədlər qaydasında olduğu təqdirdə məhsul partiyası identiklik və ya eynilik yoxlamasından keçirilir. Yəni sənədlərdə bəyan edilmiş məhsulla faktiki idxal olunmuş məhsulların eyniliyi yoxlanılır. Bundan sonra məhsulların risk səviyyəsinə uyğun olaraq tələblərə cavab verməsini yoxlamaq məqsədi ilə nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilir. Laboratoriyada məhsullar minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinə uyğun olaraq müayinə edilir, nəticələr normativ texniki sənədlərin tələblərinə cavab vermədiyi halda, məhsul geri qaytarılır, məhv edilir və ya utilizasiya olunur”.//ölkə.az

  • İki nəfərin ölümünə səbəb olan sərxoş sürücü tutuldu

    Gəncə şəhəri ərazisində sərxoş halda yol nəqliyyat hadisəsi törədərək 2 şəxsin ölümünə səbəb olan sürücü cinayət məsuliyyətinə cəlb edilib.

    Baş Prokurorluqdan verilən məlumata görə, oktyabrın 29-da saat 02 radələrində 1989-cu il təvəllüdlü Rauf Məmmədovun sərxoş halda idarə etdiyi “Lada Piriora” markalı 99-HD-730 dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, İ.Qayıbov küçəsində hərəkətdə olarkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq Abbasəli Tağıyevin idarə etdiyi 57-CA-446 dövlət qeydiyyat nişanlı “Vaz-2106” markalı avtomobil ilə toqquşması nəticəsində “Lada Piriora” markalı avtomobildə olan sərnişinlər – 2000-ci il təvəllüdlü İkram Bayramlı və Eldar Məmmədovun hadisə yerində vəfat etmələri faktına görə Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat Bölməsində Cinayət Məcəlləsinin 263-1.4-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

    Cinayət işi üzrə zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.
    Aparılmış istintaqla hadisənin R.Məmmədov tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən, o, şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.

    Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.//ölkə.az

  • Ильхам Алиев присвоил ряду сотрудников АГАНДТ почетные звания

    Президент Азербайджана Ильхам Алиев во вторник подписал распоряжение о присвоении ряду сотрудников Азербайджанского государственного академического национального драматического театра почетных званий.

    Согласно распоряжению, по случаю 100-летия Государственного академического национального драматического театра Азербайджана, за заслуги в развитии театрального искусства в Азербайджане следующим лицам присваиваются почетные звания:

    “Народный артист”

    Абдуллаеву Кязыму Энвер оглу

    Нурзаде Али Гайыб оглу

    “Заслуженный артист”

    Абдуллаеву Матлабу Фатали оглу

    Бабаевой Амине Агагусейн гызы

    Бахтиярову Рашаду Бахрам оглу

    Гараеву Эльнару Джафар оглу.

  • Hadi Rəcəbli: Çindən gəlirəm, orada uşaqpulu vermirlər, uşağa görə pul alırlar – VİDEO

    Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri APA TV-nin “Sosium” verilişində uşaqpulundan danışıb.

    Median.,Az-ın oxu.az-a istinadən xəbərin görə, H.Rəcəbli deyib ki, Çində sosializmin yeni modeli hazırlanır.

    Deputat bildirib ki, Çində uşaqpulu məfhumu yoxdur.

    “Çində, əksinə, çox uşaq olanda, ikinci uşaq olanda ondan vergi tutulur”, – deyə H.Rəcəbli əlavə edib.

    Deputat onu da xatırladıb ki, Azərbaycan bazar iqtisadiyyatına keçib. Komitə sədri bildirib ki, doğuma görə analara verilən birdəfəlik müavinətin 300 manata çatdırılmasını təklif edib.

    “Mən təklif edirəm ki, çoxuşaqlı ailə beş uşağı olan ailələr hesab olunsun”.

  • Prezident bu şəxslərə fəxri adlar verdi

    Prezident İlham Əliyev Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

    Sərəncama görə, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyi münasibətilə və Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə fəxri adlar verilib:

    “Xalq artisti”

    Abdullayev Kyazım Ənvər oğlu

    Nurzadə Əli Qayıb oğlu

    “Əməkdar artist”

    Abdullayev Mətləb Fətəli oğlu

    Babayeva Əminə Ağahüseyn qızı

    Bəxtiyarov Rəşad Bəhram oğlu

    Qarayev Elnar Cəfər oğlu.

  • Bakıda dost dostu bıçaqladı

    Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.

    Median.Az xəbər verir ki, hadisə rayonun Qara Qarayev prospektində baş verib. Paytaxt sakini 46 yaşlı Əzizov Vasif Tofiq oğlu bıçaq xəsarəti ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

    İlkin məlumata görə, o, dostları ilə məclisdə görüşdükdən sonra aralarında mübahisə yaranıb. Daha sonra V.Əzizov dostu tərəfindən çoxsaylı kəsilmiş-deşilmiş bıçaq yarası alıb.

    Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

  • Хады Раджабли: В Китае не получают детское пособие, а платят налог – ВИДЕО

    Председатель комитета Милли Меджлиса по вопросам труда и социальной политики Хады Раджабли в студии передачи “Социум” на APA TV высказался о детском пособии.

    Как сообщает Median.Az со ссылкой на Oxu.az, депутат рассказал о том, что в Китае готовится новая модель социализма.

    По его словам, там нет понятия “детское пособие”.

    “Напротив, в Китае из-за многочисленности населения за второго ребенка взимается налог”, – добавил Х.Раджабли.

    Парламентарий напомнил, что Азербайджан перешел на рыночную экономику.

    “У нас было предложено довести единовременное пособие при рождении ребенка до 300 манатов”, – отметил Х.Раджабли, предложив считать многодетными семьи, где пять и более детей.

  • Qayıqda baş vermiş partlayışla bağlı cinayət işi başlanıb

    Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluğu Xəzər dənizində baş vermiş hadisə ilə bağlı birgə məlumat yayıb.

    Median.Az-ın Baku.ws-ə istinadən xəbərinə görə, məlumatda qeyd olunub ki, oktyabrın 29-da saat 13.00 radələrində paytaxtın Pirallahı rayonunun Gürgan qəsəbəsi yaxınlığında Xəzər dənizinin Azərbaycan Respublikasına aid hissəsində Dövlət Neft Şirkətinin kiçik həcmli ekspedisiya qayığında partlayışla müşayiət olunan yanğın baş verməsi səbəbindən şirkətin əməkdaşı Habil Məmmədov hadisə yerində vəfat edib, şirkətin digər əməkdaşları Azər Vəliyev, Bəhruz Paşayev və müqavilə əsasında xidmət göstərən qayıqçı Böyükağa Xəlilov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

    Hadisə zamanı xəsarət almış şəxslərin təxirəsalınmadan sahilə çıxarılaraq müalicə müəssisəsinə yerləşdirilməsi təmin olunmaqla yüksək ixtisaslı həkimlər cəlb edilərək zərərçəkənlərin müayinə və müalicələri Səhiyyə Nazirliyinin rəhbərliyi tərəfindən xüsusi
    nəzarətə götürülüb.

    Hazırda onların vəziyyəti orta-ağır qiymətləndirilir.

    Faktla bağlı Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, Fövqəladə Hallar Nazirliyinin və prokurorluğun təcrübəli əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb.
    Hazırda Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi, Fövqəladə Hallar Nazirliyi, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin ekspert və mütəxəssislərinin iştirakı ilə hadisənin baş vermə səbəblərinin və sair xüsusatların araşdırılması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

    Hadisə nəticəsində zərərçəkmiş vətəndaşlardan, eləcə də hadisə ilə bağlı məlumatlı şəxslərdən Fövqəladə Hallar Nazirliyinin “112”, Baş Prokurorluğun “961” nömrəli “Qaynar xətt” əlaqə mərkəzlərinə zəng etmələri xahiş olunur.