Month: October 2019

  • Глава BP подтвердил свою отставку

    Генеральный директор британской нефтегазовой компании British Petroleum Роберт Дадли подтвердил журналистам информацию о своем уходе с поста руководителя нефтяной компании, однако решения совета директоров еще нет.

    Ранее об его уходе сообщал телеканал Sky News.

    «Я это говорил давно, что в возрасте около 65 покину должность. В этой истории нет ничего нового»,— сказал журналистам Дадли на полях «Российской энергетической недели» в Москве, пишет «Коммерсант».

    Роберт Дадли возглавил BP в 2010 году после взрыва на платформе Deepwater Horizon в Мексиканском заливе. Авария стала крупнейшей в истории США техногенной катастрофой по негативному влиянию на экологическую обстановку, компания оказалась на грани банкротства. Как пишут СМИ, теперь ВР могут возглавить исполнительный директор Бернар Луни или финансовый директор Брайан Гилвари.

  • Bakıda gənc narkotikdən öldü

    Klinik Tibbi Mərkəzin həkimləri tərəfindən həddən artıq narkotik qəbulundan baş verən ölüm hadisəsi qeydə alınıb.

    Nəsimi Rayon Polis İdarəsindən bildirilib ki, oktyabrın 1-də Masallı rayon sakini, 1989-cu il təvəllüdlü Ağayev Vüqar Sabir oğlu sözügedən xəstəxanada ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda oteldə yanğın – 10 turist xilas edildi

    Bakıda oteldə yanğın qeydə alınıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Verilən məlumata görə, Bakı şəhərinin Nərimanov rayonunda “Emerald suite” hotelin beşmərtəbəli binasının zirzəmisində transformatorun sarğıları yanıb.

    Bina yanğından mühafizə olunub.

    Yanğın zamanı binadan 10 nəfər əcnəbi vətəndaş xilasedicilər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Taleh Bağırzadənin həyat yoldaşı ilə bağlı – AÇIQLAMA

    Kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə məhkum Taleh Bağırzadənin həyat yoldaşı Leyla İsmayılzadənin cinayət məsuliyyətinə cəlb olunması barədə yayılan məlumatlarla bağlı Ədliyyə Nazirliyi açıqlama yayıb.

    Məlumatda bildirilib ki, L.İsmayılzadə övladları ilə birgə həyat yoldaşı məhkum T.Bağırzadə ilə görüşlərinin birində cəzaçəkmə müəssisələrində istifadəsi qadağan olunmuş mobil telefonu qanunsuz olaraq ərinə ötürməyə cəhd edib.

    Faktla bağlı ibtidai istintaq aparılaraq onun əməlində cinayət tərkibinin olduğu müəyyən edilib, buna baxmayaraq, bu əməlin böyük ictimai təhlükə törətmədiyi, himayəsində dörd azyaşlı uşağının olması, mövcud ailə vəziyyəti nəzərə alınaraq səmimi peşman olduğu halda, barəsində cinayət təqibinə xitam verilməsinin mümkünlüyü nəzərdən keçirilib.

    Bununla əlaqədar istintaq prosedurlarına uyğun olaraq L.İsmayılzadənin törətdiyi əmələ münasibət bildirməsi və iş üzrə prosessual qərar qəbul olunması üçün ona iki vəkilinin iştirakı ilə Cinayət Məcəlləsinin 29, 317-1.1-ci (cəzaçəkmə müəssisəsində saxlanılan şəxsə qadağan olunmuş əşyanın ötürülməsinə cəhd) maddəsi ilə ittiham elan olunub.

    L.İsmayılzadə törətdiyi əməldən səmimi peşmanlığını bildirərək təqsirindən keçilməsini xahiş edib və bu əsaslarla istintaq tərəfindən prosessual qaydalara uyğun olaraq onun barəsində humanist qərar qəbul olunaraq cinayət təqibinə Baş Prokurorluğun razılığı ilə xitam verilib.

    Qeyd olunub ki, L.İsmayılzadənin guya məhkəmə məsuliyyətinə verilməsi barədə mediada və sosial şəbəkələrdə yayılmış məlumatlar həqiqətə uyğun deyil: “Sensasiya xatirinə belə uydurma məlumatları yayanlar ictimaiyyəti çaşdırmaq, dövlət orqanlarının qanuni və ədalətli fəaliyyətinə kölgə salmaq məqsədi güdürlər”.

  • Elza Seyidcahandan yeni şeir: “Ərsiz arvadlar ağrıyır”

    Qeyri-adi şeirləri ilə gündəmdən düşməyən müğənni-bəstəkar Elza Seyidcahandan yeni xəbər var.  

    O, yeni şeirini ictimaiyyətlə paylaşıb.
     
    Son şeirləri haqqında Modern.az-a danışan sənətçi bildirib ki, Baba Pünhanın “Yazıq insan” adlı şeirini səsləndirib və tənqidlərlə rastlaşıb.
     
    “Ötən günlərdə “Var-yox” layihəsində Baba Pünhanın “Yazıq insan” şeirini səsləndirdim və bəziləri elə bildi ki, şeiri mən yazmışam. Şeir haqqında hər zaman olduğu kimi, bəziləri yenə çirkablı sözlərini əsirgəməyib. Şeir Baba Pünhana məxsus idi və nə deyiblərsə özlərinə qayıdır. Bu şeirə mən musiqi bəstələmişəm”.
     
    Elza Seyidcahan bildirib ki, Instagram hesabında paylaşdığı son şeirlərindən birinə görə də çox təhqir olunub.
     
    “Son paylaşdığım “Hər şeyin öz vaxtı var” şeirində Süleyman peyğəmbərin kəlamlarından istifadə olunub. Bu şeirə də çox təhqir yazıblar. Mənim ən son şeirim isə “Adamsız evlər” şeiridi”.

    E.Seyidcahan şeiri Modern.az-ın redaksiyasına da göndərib.
     
    Adamsız evlər
     
    Elə bilirsən,
    Səni məndən soruşmurlar?
    Hanı o?
    O, hanı?
    Danışmıram,
    Eşqimizin faydasıdır,
    Susuram.
    Elə adamları sevdim ki,
    Səni sevdiyimdən betər.
    Görürsən?
    Heç yadıma düşmürlər,
    Unuduram.
    Gəlmirlər, getmirlər,
    Öpmürlər, sevmirlər.
    Sən də, elə. Öləcəksən dərdimdən.
    Çıxacaqsan,
    Yaddaşımın ruhundan,
    Birdəfəlik.
    İkidəfəlik olmur.
    Sevgi olur birdəfəlik.
    Gəldi, gördü, sevdi, oldu, bitdi.
    Bitdi, oldu, bitdi.
    Sən məni sevdin,
    Mən səni seçdim.
    Sən məni aldın.
    Mən sənə verdim…
    Könlümü verməsəydim,
    Ömrüm getməliydi qəmə.
    Gəlmişdim birdəfəlik,
    Yar baxçasından sənə.
    Xal yanaqlı, bal gəlini,
    Fəda olan xar dəlini.
    Əlində ətri qalan,
    Qolunda boynu quruyan,
    Yolunda başı əyilən,
    Mən, mən, mən!
    Yolda qalan gözlərim
    Necə yatsın?
    Dilimə hopan öpüşlərin
    Gecə vaxtı,
    Dodaqlarımızda susan pıçıltılara,
    Cığır deyib.
    Ürəyimizdə şişən sözlərimizi
    Necə ovutsun?
    Ay adamsız evlər,
    Dərd çəkməyin siz.
    Evsiz adamlar partdıyır
    Adamsız evlər çartdıyır
    Ərsiz arvadlar ağrıyır
    Arvadsız ərlər sızlayır
    Qardaşsız bacılar neyniyir?
    Bacısız qardaşlar kef eliyir…
    Bəs qardaşsız torpaq?
    Ey dilsiz zamanlar,
    Susuz amanlar.
    Ey haqlı gümanlar
    Haqsız umanlar.
    Bu atamsız anam,
    Anamsız yaman.
    Düşməyəcəm yadına,
    Düşməyəcəksən yadıma.
    Gəlməyəcəksən yanıma,
    Qaçmayacağam qucağına.
    Qolların həsrət qalacaqsa əyər,
    Bunun günahını axtarmağa məyər,
    Ürəyini üzüb sızıldatmağa dəyər?
    Həsrət səni əyər.
    Baxma mənə.
    Səni gözlərim məğlub
    Edər.
    Nə etsin bədənimiz?
    Sözlər nə desin?
    Möhtacdır onlar
    Saf eşqimizin.
    Cəhənnəm əzabıdır
    Yolunu gözləmək,
    Bizi yaratdı yenidən,
    Güclü sevişmək.
    Ömrünün dəyəri mənəm
    Quyuda olan su tək
    Ruhumun dəyəri sənsən
    Evin dəyəri insan kimi.
    Adamsız evlər qarıyır
    Ərsiz arvadlar kimi.
    Adamsız evlər quruyur,
    Heyvansız meşələr kimi.
    Çəkilir,
    Suyu qurumuş çaylar kimi.
    Sonudur,
    Balıqsız dənizlər kimi.
    Arısız pətəklər kimi.
    Son beşiklər
    Evdə qalsa,
    Yurdda yatsa,
    Ocağımıza köz atsa,
    Evlər adamsız qalmasa,
    Çırağımız sönməsə,
    Qəbirlər ağlamasa,
    Eşidin məni:
    Evdən gedən, evə dönən,
    Evdə yatan, evdə ölən,
    Qalan…
    Evdə qaçan adamlar…
    Evdən adam iyi gələr,
    Yağlı badam iyi gələr,
    Evdən adam iyi gələr.

  • Vergilər Nazirliyinin əməkdaşları tərəfindən vergidən yayınma hallarının qarşısı alınıb

    Vergilər Nazirliyi ölkə ərazisində aksiz markasız və ya saxta aksiz markası ilə markalanmış məhsulların istehsalı və satışı hallarının aradan qaldırılması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

    Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə daxil olmuş Ağstafa rayonu, Həsənsu kəndində yerləşən istehsal obyektində kustar üsulla alkoqollu içkilərin hazırlanması, eyni zamanda həmin məhsulların saxta aksiz markaları ilə markalanmaqla vergidən yayınması barədə əməliyyat məlumatları əsasında fiziki şəxs İsmayılov Arzu Aydın oğluna məxsus obyektdə həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı göstərilən hallar öz təsdiqini tapıb. Müəyyən edilib ki, vergi ödəyicisi 19.08.2024-cü il tarixədək fəaliyyətinin dayandırılması məqsədilə vergi orqanına müraciət etməsinə baxmayaraq, faktiki olaraq fəaliyyət göstərib. Obyektdə 3 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilib. Həmçinin burada kustar üsulla alkoqollu içkilərin hazırlandığı və həmin məhsulların saxta aksiz markaları ilə markalandığı dəqiqləşdirilib. Təsərrüfat subyektində 4955 ədəd saxta aksiz markaları, həmçinin 1036 ədəd hazır məhsulun saxta aksiz markaları ilə markalandığı və satış məqsədilə saxlanıldığı aşkar olunub.

    İstehsal müəssisəsində insan sağlamlığı üçün təhlükəli olan “Растворитель 646” adlı həlledici məhlullar da aşkar olunub ki, həmin məhlulların vergi ödəyicisi tərəfindən alkoqollu içkilərin istehsalında istifadə edildiyi faktının araşdırılması üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri araşdırmaya cəlb olunub.

    Vergilər Nazirliyi bir daha xatırladır ki, aksiz markasız və ya saxta aksiz markası ilə markalanmış məhsulların satışı qanunvericiliklə qadağandır və vergi orqanları belə halların qarşısının alınması və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirləri davam etdirəcəkdir. Vətəndaşlar belə malların satışı faktlarına rast gəldikdə, Vergilər Nazirliyinə müraciət etməlidir. Siz bununla həm özünüzü qorumuş olacaqsınız, həm də dövlət büdcəsinə vergilərin ödənilməsindən yayınmaların qarşısını almağa xidmət edəcəksiniz.

  • Bakıda bu obyektlər sökülür – Fotolar

    Bakı şəhərinin Yasamal rayonu ərazisində Şəfayət Mehdiyev küçəsinin Hüseyn Cavid parkına çıxışını təmin etmək məqsədilə uzunluğu 800 m olan və Əbdürrəhim bəy Haqverdiyev küçəsindən Landau küçəsinə qədər uzanan hissəsində yenidənqurma işləri davam edir.

    Şəfayət Mehdiyev küçəsinin sözügedən hissəsinin əvvəllər çox ensiz olması avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklərə səbəb olurdu. Bu üzdən Tbilisi prospekti və Hüseyn Cavid parkı istiqamətindən gələn avtonəqliyyat vasitələri məcburən Hüseyn Cavid prospektinə daxil olurdular. Bu isə xüsusən günün pik saatlarında həmin prospektin metronun Elmlər Akademiyası stansiyası qarşısından keçən hissəsində sıxlığa və tıxaca səbəb olurdu.

    AAYDA-nin “Azəryolelmitədqiqatlayihə” institutunun hazırladığı layihəyə əsasən, əvvəllər eni 6-7 metr olan küçə genişləndirilərək hərəkət hissəsinin eni 18 m-ə çatdırılır. Bu səbəbdən tikinti altına düşən yaşayış və qeyri-yaşayış obyektlərinin qanunvericiliyə əsasən nəzərdə tutulmuş məbləğdə kompensasiya ödənilməklə söküntüsü aparılır.

    Yenidənqurma işləri bitəndən sonra istər Tbilisi prospekti, istərsə də Hüseyn Cavid parkı tərəfdən hərəkətdə olan avtonəqliyyat vasitələri Hüseyn Cavid prospektinə daxil olmadan Şəfayət Mehdiyev küçəsinin Əbdürrəhim bəy Haqverdiyev və Landau küçələri arasında yerləşən hissəsindən istifadə etməklə rahat və maneəsiz şəkildə hərkətlərinə davam edə biləcəklər. Bu isə öz növbəsində Hüseyn Cavid prospektinin metronun Elmlər Akademiyası stansiyası qarşısından keçən hissəsində sıxlığın azalmasına səbəb olacaq.


  • İnam Kərimov Fransada azərbaycanlı fermerlərə tərcüməçilik etdi – VİDEO

    Fransanın Cournon-d’Auvergne şəhərində Sommet d’Elevage Beynəlxalq Heyvandarlıq Sərgisinin açılışı olub.

    Clermont-Ferrand şəhərinin meriyasının təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanı Kənd Təsərrüfatı naziri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

    Nazir İnam Kərimovun təşəbbüsü ilə azərbaycanlı fermerlər də sərgini ziyarət edib. İnam Kərimov fermerlərimizə tərcüməçilik edib, onlara sərgidə nümayiş olunan mal-qara ilə bağlı məlumat verib.

    Ümumilikdə, budəfəki sərgiyə 38 ölkədən 35 qonaq və 95 min iştirakçı qatılıb. Tədbirdə 70 növ olmaqla 2000 mal-qara nümayiş olunur.

    Hər il keçirilən sərgi oktyabrın 4-də başa çatacaq.
    /oxu.az/

  • Армянский военный ранен на границе с Азербайджаном

    Армянский военнослужащий получил пулевое ранение в провинции Тавуш, расположенной на границе с Азербайджаном.

    Как передает Median.Az, об этом сообщают армянские СМИ.

    Военнослужащий служил на контрактной основе.

  • Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yaralandı

    Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş bölgəsində güllə yarası alıb.

    Bu barədə Ermənistan mətbuatı xəbər yayıb.

    Yaralanan hərbçi müqavilə əsasında xidmət edirmiş.
    /oxu.az/