Month: October 2019

  • Psixoloq: İnsanın qorxusu yoxdursa, deməli, psixiatrik problemləri var

    Qorxu hər insanda vahimə yaradan hissdir. Bu hissi çox vaxt özümüz zehnimizdə meydana gətiririk. Demək olar ki, qorxusuz həyat mümkün deyil.

    Bəzən isə qorxu həyatımıza xoşagəlməz təsirlər göstərir.

    Bəs qorxu nədən qaynaqlanır? Onun öhdəsindən gəlmək mümkündürmü?

    Oxu.az-a açıqlama verən psixoloq Elnur Rüstəmov hər şeyin kökündə ölüm qorxusunun olduğunu bildirib:

    “Qorxu insanın təməl instinktlərindən biridir. İnsanı fəaliyyətə zövq edə bilən, bəzən isə fəaliyyətdən saxlayan məqamlardan biri də qorxudur. Burada əsas məqam fərddə qorxunun hansı səviyyədə olduğunu və nəyə kökləndiyini müəyyənləşdirməkdir.

    Hələ insan ana bətnində olarkən belə ana uşağını itirməkdən qorxur. Uşaq dünyaya gəlib böyüdükcə insanın ölümdən qorxma instinkti formalaşır.

    Ümumiyyətlə, bütün qorxuların kökündə ölüm qorxusu dayanır. Çünki heç bir insan ölmək istəmir. Həmçinin bir çox psixoloji problemlər də məhz bu qorxuların fonunda yaranır. Yəni bu gün təşviş, həyacan pozuntusu, depressiya və fobiyaların təməlində ölüm qorxusu dayanır.

    Məsələn, insanların əksəriyyəti qapalı məkana, liftə və təyyarə minə bilmir. Elə də uğurlu müqayisə olmasa da, deyəcəm ki, lift qəbir evinə oxşayır”.

    Psixoloq hesab edir ki, bütün qorxulara qarşı tədbirlərin görülməsi qeyri-mümkündür:

    “Qorxu hissi çox olan insanların fəaliyyətə sövq edilməsi əsas məsələdir. Məsələn, qəhrəman, mərd və ya müxtəlif yaxşı keyfiyyətlər şamil edilən insanlar arasında müşahidələr aparsaq, onlarda ölüm qorxusunun az olduğunu görərik. Ona görə də həmişə cəmiyyətdə onlara qarşı qibtə hissi ilə yanaşılıb.

    Ümumiyyətlə, hər bir insan öz düşüncəsinə, dünyagörüşünə uyğun olaraq qorxularla savaşır. Bu da instinktiv olaraq baş verir. Məsələn, insan ac qalanda həyatını itirə biləcəyini bildiyi üçün hansısa formada bunun öhdəsindən gəlir.

    Qorxunun insanı fəaliyyətdən saxladığı, kiminləsə ünsiyyət qurmadığı, özünə qapandığı, ətrafa olan münasibətinin pis olduğu mərhələdə onlara peşakar dəstək göstərmək lazımdır. Psixoloq qorxunun pataloji səviyyəyə gələn məqamı ilə iş aparır. Yəni fərd özünə və ətrafında olan insalara ziyan verir.

    Ümumi olaraq bu qorxunun təməlini tapmaq üçün xüsusi analizlər aparmaq lazımdır. İnsan beynində o qorxunu həll edəndən sonra normal cəmiyyətə, həyata qayıdır. Amma bütün qorxulara qarşı tədbirlərin görülməsi qeyri-mümkündür. Müəyyən qədər qorxunun olması çox yaxşı bir şeydir. Bu, həm fərdin özünü, həm də cəmiyyətə olan münasibətini tənzimləyir.

    Qorxu hissi heç olmayan insan yoxdur. Əgər varsa, onun psixiatrik problemləri var. Çünki hər bir insanın qorxacağı və çəkinəcəyi bir yer olmalıdır. Bu hisslərin heç biri olmayan insan təhlükəlidir. Məsələn, bir çox insanlar yalnız Allahdan qorxduğunu deyir. Bu qorxunun da olması önəmlidir. Çünki qorxu bəzən insanlara yol göstərir, bəzən isə yolundan edir”.

  • Məktəb direktoru: “Elinanın gündəliyində “ölümümə 52 gün qalıb” yazılmışdı”

    Elina Hacıyevanın ölüm işi üzrə məhkəmə davam edib.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, Səbail rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə bildirilib ki, iş üzrə dəvət olunan şahidlər məhkəmə iclasına gəlməyib.

    Prosesdə 162 saylı orta məktəbin sabiq direktoru Sevinc Abbasova ifadə verib. O bildirib ki, hadisə günü ikinci dərs bitəndən sonra tənəffüs zamanı məsələdən xəbərdar olub: “Direktor müavini Tünzalə Mikayılova ilə otağımda idik. Bu zaman müəllimə gəlib həyətdə bir uşağın yıxıldığını dedi. Tez çölə qaçdıq. Gördüm ki, Azərbaycan bölməsinin uşaqları Elinanı qucaqlarına götürüb məktəbin qapısına tərəf gətirirlər. Birinci elə bildim onu kimsə yıxıb. Elina isə dedi ki, özü yıxılıb”.

    Direktor qeyd edib ki, tibb bacısının qapısı bağlı olduğu üçün Elinanı öz otağına aparıblar: “Elinanı otağımda divana uzatdıq. O dedi ki, üç aydır psixotrop dərmanlar atır. Çantasından da psixotrop dərmanın qutusu çıxdı”.

    S. Abbasova bildirib ki, hadisə ilə bağlı valideynlərə dərhal xəbər verilib: “Həmin vaxt polislər gəlmişdi. Onlar Elinanı sorğu-sual edirdi. Xalidə Bayramova gəldi, polislər Elinanın çantasını gətirdilər, içindən 20 ədəd psixotrop dərmanın adları yazılan kağız çıxdı. Həm də Elinanın gündəliyi var idi, orada “ölümümə 52 gün qalıb, mənim həyatım zibil kimidir” sözləri yazılmışdı”.

    S. Abbasova Prokurorluqda ifadə verən gün Elinanın öldüyünü qeyd edib: “Aprelin 6-da prokurorluqda ifadə verəndə Elinanın öldüyünü eşitdim. Həmin vaxt müstəntiq soruşdu ki, özünü təqsirli bilirsən? Dedim ki, qismən təqsirli bilirəm, çünki onu incitməklərindən xəbərim olmayıb. Həm də affekt vəziyyətdə olduğum üçün “skoru”nu gec çağırmışam. Kimlərə zəng etdiyimi də xatırlamıram”.

    Suallara cavab verən S.Abbasova hazırda özünü təqsirli bilmədiyini qeyd edib.

    Prosesdə Elina Hacıyevanın ailəsi direktor və Təhsil Nazirliyindən müştərək qaydada 8 min 500 manat dəfn xərci və mənəvi zərərə görə 100 min manat mülki iddia qaldırıb.

    Proses oktyabrın 11-də davam etdiriləcək.

    Qeyd edək ki, Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Daha sonra Cinayət Məcəlləsinin 125-ci (ölüm həddinə çatdırma) maddəsi ilə açılan cinayət işinə xitam verilib.

  • Prezident İlham Əliyev Rusiyaya işgüzar səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiya Federasiyasına işgüzar səfərə gedib.

    Median.Az-ın xəbərinə görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Soçi Beynəlxalq Aeroportunda dövlət başçısını Krasnodar vilayətinin qubernator müavini Anatoli Voronovski, Şoçi şəhərinin meri Aleksey Kopayqorodski və digər rəsmi şəxslər qarşılayıblar.

  • Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

    Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerə Almaniyanın milli bayramı – Alman Birliyi Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

    Median.Az-ın APA-ya istinadən xəbərinə görə, təbrik məktubunda deyilir:

    “Hörmətli cənab Prezident,

    Almaniya Federativ Respublikasının milli bayramı – Alman Birliyi Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

    Azərbaycan-Almaniya əlaqələri geniş spektri əhatə edir. Ölkələrimiz arasında konstruktiv siyasi dialoq, səmərəli iqtisadi əməkdaşlıq və humanitar mübadilələr qarşılıqlı münasibətlərimizi səciyyələndirən mühüm amillərdəndir.

    İnanıram ki, ikitərəfli və çoxtərəfli müstəvidə əməkdaşlığımız bundan sonra da davamlı şəkildə inkişaf edərək ölkələrimiz və xalqlarımız üçün hər cəhətdən faydalı olacaqdır.

    Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Almaniya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

  • Президент Азербайджана поздравил президента Кореи

    Президент Азербайджанской Республики Ильхам Алиев поздравил президента Республики Корея Мун Чжэ-ина по случаю национального праздника этой страны.

    Как сообщает Median.Az, информацию об этом распространила пресс-служба президента.

  • Gəncədə məktəbli qızları maşın vurub

    Gəncədə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb. Şəhər sakini Cəlal Mehdiyev idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçmək istəyən 2005-ci il təvəllüdlü Nəbiyeva Sevinc Ruslan qızını vurub. S.Nəbiyeva zərbənin təsirindən yolu keçən digər piyada, 14 yaşlı Vüsalə Yusifovaya çırpılıb. Hər iki piyada xəstəxanaya yerləşdirilib.

    Hadisəni törədən sürücü polis tərəfindən saxlanılıb.

    Piyadaların məktəbli olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Президент Ильхам Алиев отправился с рабочим визитом в Россию

    Президент Азербайджанской Республики Ильхам Алиев 2 октября оправился с рабочим визитом в Российскую Федерацию по приглашению президента Российской Федерации Владимира Путина.

    Как сообщает Median.Az, в международном аэропорту Сочи, где развевались государственные флаги двух стран, главу государства встретили заместитель губернатора Краснодарского края Анатолий Вороновский, мэр Сочи Алексей Копайгородский и другие официальные лица.

  • Əlahiddə Ümumqoşun Orduda kursantlara sertifikatlar təqdim edilib

    Naxçıvan Qarnizonunda müxtəlif hərbi ixtisaslara yiyələnən kursantlara sertifikatlar təqdim edilib.

    Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, Naxçıvan Qarnizonunda gizir, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu və qadın hərbi qulluqçu kurslarının başa çatması münasibətilə keçirilən mərasimdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

    Tədbirdə çıxış edən polkovnik Mehman Gülməmmədov bildirib ki, kurslar zamanı əsas diqqət kursantların ən müasir silah və texnikaları dərindən öyrənməsinə, real döyüş şəraitində bacarıqla istifadəsinə yönəldilib. Bu məqsədlə keçirilən məşğələlərdə kursantlar müxtəlif növ atıcı və iriçaplı silahlardan praktiki atışlar, bütün növ zirehli tank texnikalarından sürücülük və atış çalışmalarını yerinə yetiriblər. Nəticədə isə məzunların əksəriyyəti kursları əla qiymətlərlə başa vurublar.

    Məzun Azər Rüstəmov kurslarda qazandıqları bilik və bacarıqları xidmət yerlərində peşəkar hərbçi kimi tətbiq edəcəklərinə söz verib.
    Valideynlər adından çıxış edən Ədalət Zalov bildirib ki, hər bir valideyn övladının peşəkar, vətənpərvər və bacarıqlı bir gənc olmağını arzulayır. Bir valideyn kimi bizi bu arzumuza çatdıraraq qürur hisslərini yaşadan dövlətimizə minnətdarıq. Çünki, dövlətimizin qayğısı nəticəsində kurslarda iştirak edərək peşəkar hərbçi kimi yetişmək istəyən gənclərin arzuları artıq əlçatan olub.

    Naxçıvan Qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayevin təbrikini şəxsi heyətə çatdıran general-mayor Elman Orucov bildirib ki, Vətənə sədaqətli, peşəkar hərbçi kadrların hazırlanması məqsədilə Naxçıvan Qarnizonunda müxtəlif hərbi ixtisaslar üzrə hazırlıq kursları təşkil olunur. Bu kursları uğurla başa vuran gənclərimiz Vətənə şərəflə xidmət edirlər. İnanırıq ki, hər zaman dövlət qayğısını üzərində hiss edən məzunlarımız da xalqdan güc alaraq və xalq-ordu birliyindən ruhlanaraq Vətənimizin müdafiəsində ayıq-sayıq dayanacaqlar.

    Təbrik oxunduqdan sonra kursları müvafiq olaraq 1-ci, 2-ci və 3-cü yerdə başa vuran məzunlara sertifikat və qiymətli hədiyyələr təqdim edilib. Bütün məzunlara sertifikatlar təqdim edildikdən sonra nümunəvi xidməti ilə fərqlənən hərbi qulluqçular mükafatlandırılıblar.

    Xatirə lövhələrinə buraxılış emblemləri vurulub və məzunların tribuna önündən təntənəli keçidi olub.

    Sonda məzunlarla xatirə şəkli çəkdirilib.

  • В Бейлагане “КАМАЗ” сбил пешехода, который позже скончался

    Как сообщает Median.Az, 1-го октября примерно в 22 часа в селе Гаралар Бейлаганского района грузовая автомашина марки “КАМАЗ”, управляемая жителем района С.Шукюровым сбила жителя села Намика Гусейнова.

    Потерпевший скончался в Центральной районной больнице.

    В Главном Следственном управлении МВД по факту ведется расследование.

  • Beyləqanda “KamAz” piyadanı vurub, öldürüb

    Median.Az xəbər verir ki, oktyabrın 1-i saat 22 radələrində Beyləqan rayonunun Qaralar kəndində, rayon sakini S.Şükürov idarə etdiyi “KamAZ” markalı avtomaşınla kənd sakini Namiq Hüseynovu vurub.

    Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

    DİN Baş İstintaq və Təhqiqat İdarəsində faktla bağlı araşdırma aparılır.