Month: October 2019

  • Путин сделал важное заявление по доллару и США – ВИДЕО

    США при введении ограничений на использование доллара пилят сук, на котором сидят и “скоро грохнутся”, считает президент РФ Владимир Путин.

    “Доллар пользовался очень большим доверием во всем мире. Это почти единственная была универсальная валюта мировая. Зачем-то Соединённые Штаты начали использовать долларовые расчеты как инструмент политической борьбы, вводить ограничения на использование доллара. Своими руками начали пилить сук, на котором сидят. Так скоро они грохнутся”, – сказал Путин на встрече с руководителями профильных ведомств зарубежных стран и международных организаций в рамках форума “Российская энергетическая неделя”, передает

  • Məhşur rus aktyoru öldü

    Aktyor və rejissor İqor Puşkarev 81 yaşında dünyasını dəyişib.
    Median.Az
    “lenta”ya istinadən xəbər verir ki, 81 yaşlı aktyor uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Ancaq onun ölüm səbəbi dəqiqləşdirilməyib.

    Puşkarev 70-dən artıq kinofilmlərdə müxtəlif rollarda oynayıb. Yuliya Rayzmanın “Əgər bu sevgidirsə?”, Anatoliy Qranikanın “Ən birinci”, Alkesandr Stolperin “Dirilər və ölülər”, Yuriy Boretskinin “Maral ovu”, Vladimir Skuybanın “Amansız”, “Cərimə zərbəsi”, “Əmr: Sərhəddi keşin!” və onlarla filmlərdə müxtəlif rollarda çəkilib.
    O eyni zamanda özü də bir sıra filmlərin rejissoru olub. Onun yadda qalan uşaq “Denis Korablevanın təəccüblü məcaraları” filmini çəkib. Bundan başqa “Şiş na kakuy!” kinokomediyasının rejissoru olub.

  • Ana canlı yayım açıb 1 aylıq körpəsinə İŞGƏNCƏ VERDİ: Bu zibili istəmirəm – VİDEO – FOTO

    Amerikanın Tennessee ştatında yaşayan 24 yaşlı Tybresha Sexton adlı qadın Facebook hesabından etdiyi canlı yayımda bir aylıq körpəsini havaya qaldırıb üzünə siqaretin tüstüsünü üfləyib.

    Median.Az xarici KİV-ə istinadən xəbər verir ki, “Bu zibili istəmirəm” deyən ana həmin kadrlardan sonra həbs olunub.

    Qeyd edək ki, canlı yayımda bir çox istifadəçi qadına uşağa işgəncə etməyi dayandırmağını istəsə də, o, niyyətindən əl çəkməyib.

    Qadının bu həftə hakim qarşısına çıxacağı gözlənilir.

  • Qardaşı oğlu Yaməddin Kərimovu öldürdü

    Tərtərdə qətl hadisəsi baş verib.

    Median.Az-ın ölkə.Az-a istinadən məlumatına görə, hadisə rayonun Sarov kəndində qeydə alınıb. Kənd sakini Kərimov Yaməddin Məhiyəddin oğlu yaşadığı evdə qətlə yetirilib. İlkin məlumatlara görə, Y.Kərimov qardaşı oğlu tərəfindən öldürülüb.

    Faktla bağlı Tərtər Rayon polis şöbəsində araşdırma aparılır.

  • Bakıda mənzillərin qiyməti artıb – SƏBƏB

    Bakıda həm təkrar, həm də ilkin mənzil bazarında istər yayın son ayı üzrə, istərsə də il ərzində qiymətlər artıb.

    Belə ki, “MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib ki, avqust ayı ərzində təkrar mənzil bazarında qiymətlərdə 0.73 faiz artım olub, il ərzində isə artım 2.23 faiz təşkil edib.

    N.İbrahimov bildirib ki, ilkin mənzil bazarında avqust ayı ərzində 2.36 faiz artım olub, il ərzində isə 10.45 faiz artım baş verib.

    Ekspertin sözlərinə görə, qiymətlərdə artım mövsümi xarakter daşıyır:

    “Adətən yayın axırı payızın başlanğıcında artım qaçılmaz olur. Digər tərəfdən isə bazarda təklif portfelində azalma var, eyni zamanda, yeni mənzillərin tikintisində də azalma müşahidə edilir. Təklif portfelinin azalması isə qiymətlərə təsir edir”.

  • В Газахе подвергся вражескому обстрелу экскаватор: водитель скончался

    Продолжаются вражеские провокации против боевых пограничных позиций отдельной пограничной дивизии «Гaзax» пограничных войск Государственной пограничной службы (ГПС), находящихся на линии соприкосновения на азербайджано-армянской границе.

    Сегодня около 16:55 в направлении села Гушчу Айрым Газахского района вражескому обстрелу подвергся экскаватор, занимающийся прокладкой путей снабжения. В результате водитель экскаватора гражданское лицо Абышов Сафарали Алекпер оглу получил огнестрельное ранение, сообщает Trend со ссылкой на ГПС

    По оказании на месте медицинской помощи, раненный был эвакуирован, но несмотря на принятые меры спасти его жизнь не удалось.

    Вражеские огневые точки были подавлены ответным огнем.

  • Ermənistanla sərhəddə təxribat: Azərbaycan vətəndaşı mülki şəxs həlak oldu

    Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin növbəti təxribatı olub.

    DSX-dən verilən məlumata görə, bu gün saat 16:55 radələrində Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində təminat yollarının salınması ilə məşğul olan ekskovatorumuz düşmən tərəfindən atəşə tutulub.

    Nəticədə ekskovatorun sürücüsü mülki şəxs Abışov Səfərəli Ələkbər oğlu güllə yarası alıb.

    Hadisə yerində dərhal mümkün tibbi yardım göstərilməklə yaralının təcili təxliyəsi təmin olunsa da, görülən tədbirlərə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

    Düşmən bölmələrinin atəş nöqtələri cavab atəşilə susdurulub.//oxu.az

  • İnqilab Məmmədov beynəlxalq təyinat alıb

    Çimərlik futbolu üzrə FİFA referisi İnqilab Məmmədov beynəlxalq təyinat alıb.

    Median.Az AFFA-nın saytına istinadən xəbər verir ki, İ.Məmmədov oktyabrın 12-dən 16-dək Qətərin paytaxtı Dohada keçiriləcək “ANOC World Beach Soccer Games” turnirinin final mərhələsinin oyunlarını idarə edəcək.

  • “Zeytun bağları”nda qonşusunu bıçaqladı — 19 il 6 ay həbs cəzası aldı

    Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirli bilinən Dostəli Abuzərov barəsindəki hökmdən apellyasiya şikayətinə baxılıb.

    Median.Az xəbər verir ki,hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

    Məhkəmənin qərarı ilə Dostəli Abuzərovun şikayəti təmin edilməyib və barəsindəki hökm dəyişdirilmədən saxlanılıb.
    Qeyd edək ki, hadisə ötən il sentyabrın 16-da Bakının Suraxanı rayonunda baş verib. Rayonun “Zeytun bağları” adlanan çöllük ərazisində 1979-cu il təvəllüdlü D.Abuzərov mübahisə zəminidə qonşusu, 1977-ci il təvəllüdlü Sərhəng Qədirovu bıçaqlayaraq öldürüb.
    O, Cinayət Məcəlləsinin 120.2.4-cü ( xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adamöldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə təqsirli bilinib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Dostəli Abuzərov 19 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

  • В Гяндже автомобиль сбил школьниц

    В Гяндже автомобиль сбил школьниц.

    Как передает Median.Az со ссылкой на АПА, автомобиль марки Opel, управляемый жителем города Джалалом Мехдиевым сбил переходившую дорогу Набиеву Севиндж Руслан гызы (2005 г.р.). От удара С.Набиева ударилась об другого пешехода – 14-летнюю Вусалю Юсифову. Оба пешехода были госпитализированы.

    Водитель автомобиля задержан.

    Ведется расследование.