Month: October 2019

  • Polis bölməsi yaxınlığında meyit tapıldı

    Sumqayıt şəhərində kişi meyiti tapılıb.
    Median.Az
    report-a istinadən xəbər verir ki, meyit şəhərin Hacı Zeynalabdin qəsəbəsində aşkarlanıb.

    Belə ki, ərazi üzrə 2-ci polis bölməsinə yaxınlıqda bir nəfərin meyitinin olması barədə məlumat daxil olub. Araşdırma zamanı həmin şəxsin 1982-ci il təvəllüdlü Əliyev Mehman Taraş oğlu olduğu müəyyən edilib. Meyit müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Oğuzda yaşlı kişi qoz ağacından yıxıldı: qara ciyərinə qan sızdı

    Oğuzda yaşlı kişi qoz ağacından yıxılıb.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Xalxal kəndində qeydə alınıb.

    Kənd sakini, 56 yaşlı İlham Mikayılov qoz yığmaq üçün ağaca çıxıb. O, ehtiyatsızlıqdan ağacdan yıxılıb. Dərhal Oğuz rayon Mərkəzi Xəstəxanasına aparılan yaralıya bədənin müxtəlif nahiyələrində sınıq və qara ciyərinə qan sızması diaqnozu qoyulub.

    Hazırda onun müalicəsi xəstəxanada davam etdirilir.

  • Юные азербайджанские тхэквондисты успешно стартовали на чемпионате Европы

    Сегодня в испанском городе Марина Дор стартовал чемпионат Европы по тхэквондо среди юниоров.

    Как передает Median.Az, шесть членов нашей команды провели первые бои в турнире.

    Три члена сборной уже завоевали медали. Так, выступающая в весовой категории 29 кг Земфира Гасанзаде и Пунхан Мурсалов (-41 кг) уже вышли в финал, а Шамиль Мирзаев (-33 кг) обеспечил себе участие в полуфинале.

    Другие наши спортсмены Фатима Гасанова (-37 кг), Нихат Мамедзаде (-37 кг) и Кянан Амирасланов (-45 кг) проиграли на разных этапах и остановили выступление в соревновании.

  • Bakıda polis mayorunun başına “pul qoyuldu” – Öldürənə 10 000 manat veriləcək – FOTOFAKT

    “Facebook” sosial şəbəkəsində “Evez VAhidovic” profilini işlədən naməlum şəxs Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisini ölümlə təhdid edib. Adıçəkilən profil polis mayoru Elşad Hacıyevin şəklini paylaşaraq, “Kim bunu öldürsə, 10.000 manat pul verəcəm” yazıb.

    Median.Az xəbər verir ki, məsələ ilə bağlı lent.az -a münasibət bildirən Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi mayor Elşad Hacıyev, barəsində paylaşılan məlumatı cəfəngiyyat adlandıraraq fikir bildirməyəcəyini vurğulayıb.
    Qeyd edək ki, həmin profil əvvəlki paylaşımlarda da eyni elanı verərək mətbuat xidmətinin rəisini vətən xaini adlandırıb. Profilin saxta olub-olmadığı məlum deyil.

  • Putinlə gürcü jurnalist arasında gərgin anlar yaşanıb

    Rusiya Prezidenti Vladimir Putinlə Gürcüstanın “Rustavi 2” telekanalının əməkdaşı arasında gərgin anlar yaşanıb.
    Median.Az
    APA-ya istinadən xəbər verir ki, Ali Avrasiya İqtisadi Şurasının Yerevanda keçirilən iclasından öncə gürcü jurnalist V. Putinə Rusiyanın qoşunlarını Abxaziya və Cənubi Osetiyadan nə vaxt çıxaracağı ilə bağlı sual ünvanlayıb.

    V. Putin gürcü jurnalistə “Nə vaxt belə qərar versək”, – deyə bildirib.

    Bundan sonra, jurnalist replika ilə cavab verib ki, Rusiya bu öhdəliyi öz üzərinə götürüb.
    V. Putin isə cavabında “Biz hər zaman öhdəliklərimizi yerinə yetiririk” – deyə qeyd edib.

    “Rustavi 2” telekanalının əməkdaşı mühafizəçilər tərəfindən ərazidən uzaqlaşdırılıb.

    <iframe width=”560″ height=”315″ src=”https://www.youtube.com/embed/bDsF6Ih7bLY” frameborder=”0″ allow=”accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture” allowfullscreen></iframe>

  • “Cəhənnəmdə olanların əksəriyyəti qadınlardır” – Akif İslamzadə

    “Qəribədir ki, küçədə insanlar mənə yaxınlaşırlar, fikirləşirlər ki, yəqin hökmümüz çatır və çox vaxt TV-lərdən şikayətlənirlər. Deyirlər ki, biz övladlarımıza icazə vermirik televiziyaya baxmağa, çünki əxlaqları pozular. Əlbəttə mən də televizoru açıram, özüm futbol azarkeşiyəm. Ancaq istər-istəməz kanallara gözüm sataşır. Çox təəccüblənirəm. Oxumaq kənarda qalıb. Xüsusilə qadın ifaçılar əndamlarını göstərirlər. Kişilərdə də az yoxdur. Bayrağımızdakı yaşıl rəgdən utansınlar. Heç bayraqdakı rənglərin mənalarını bilirlər?”

    Median.Az xəbər verir ki, bu sözləri “Qafqazinfo”ya açıqlamasında illər əvvəl səhnədən uzaqlaşan müğənni Akif İslamzadə deyib.
    Keçmiş estrada ifaçısı televiziyalarda yayımlanan proqramlardan şikayətlənib:

    “Mən başa düşə bilmirəm ki, kişi qadının yataq otağına gedib necə şkaf açar? Nə qədər qeybət eşitmək olar? Qeybətə qulaq asmaq qeybət kimi bir şeydir. Fikirləşirəm ki, yəqin sədrlərdən tutmuş idarə edənlər öz səviyyəsini göstərir. Ona görə gördüklərimiz budur. Bir neçə müddət bundan əvvəl iki müğənni (Əməkdar artist Rəşad İlyasov və müğənni Rüfət Axundov) söyüşlə mahnı oxumuşdu”.


    A.İslamzadə eyni zamanda dünya televiziya aləmində də ədəbsizliyin hökm sürdüyünü düşünür: “Bu problem təkcə bizdə deyil. Dünyada da belədir. Görün nə qədər ədəbsiz, əxlaqsız sözlər eşidirsiz. Adəmdən başlayan hekayənin sonu olmalıdır. İndi belədir, əlamətlər bunu göstərir. Hədislərdə yazıldığı kimi, qoyun otaran bədəvi ərəblər hündür binalar tikmək üçün yarışacaqlar, qadınlar kişi vəzifələrini yerinə yetirəcək, kişilər zəifləyəcəklər. Aylar həftələr kimi, həftələr günlər kimi keçəcək. Tarixin sonuna gedirik”.

    Həmçinin sənətçi qeyd edib ki, qadınlarla kişilər heç vaxt bərabərhüquqlu ola bilməz: “Fikir verin, bütün dünya matriarxat (ana xaqanlığı) olub. Ümumiyyətlə, bu cəmiyyət inkişaf edə bilməz. Qadınların elmləri ibtidai sinifdən o tərəfə keçmir. Bəli, ibtidai sinif müəllimləri ola bilərlər. İstisnalar ola bilər. Tarixdə böyük işlər görən qadınlar var. Peyğəmbərimizin meracında da cənnəti, cəhənnəmi göstəriblər. Cəhənnəmdə olanların əksəriyyəti qadınlardır.

    Qadınla kişi bərabər ola bilməz. Bu, təbiətin əleyhinə olan bir şeydir. Elmdə, incəsənətdə bir qadın məktəbinin adını çəkin! Yoxdur! Yenə də deyirəm, tarixən böyük sənətkarlar olub. Amma onlar məktəb deyil, onlar məktəbin davamçılarıdır”.

  • Лейла Алиева на показе документального фильма “Свет за окном” – ФОТО

    1 октября в рамках Фестиваля поэзии, искусства и духовности – Насими в Бакинском театре марионеток состоялся показ документального фильма “Свет за окном”, удостоенного премии “ТЭФИ Содружество”. Фильм был снят при поддержке Фонда Гейдара Алиева и Баку медиа-центра.

    В мероприятии приняли участие генеральный продюсер и автор идеи – вице-президент Фонда Гейдара Алиева Лейла Алиева и Арзу Алиева.

    Как сообщает АЗЕРТАДЖ, кинокартина “Свет за окном” рассказывает о вечной борьбе добра со злом. Герои фильма стараются ответить на вопрос: – Что нужно сделать, чтобы добро победило в вечном противостоянии со злом? Среди них – человек, который более 20 лет провел в тюрьме и в настоящее время каждый свой день начинает с добра, открыл благотворительную организацию и пишет мотивирующие книги. Другая героиня экранного произведения, несмотря на инвалидность, ведет активный образ жизни: учится в высшем учебном заведении, занимается бальными танцами, готовится к Олимпийским играм, прыгает с парашютом и, таким образом, справляется с трудностями. В фильме отведено особое место детям, которые вместе со своими родителями и врачами ведут борьбу с тяжелыми онкологическими заболеваниями. Несмотря на сложное лечение, которое лишает детей возможности ходить в школу, общаться со сверстниками, они не теряют веры и надежды на полное выздоровление. Каждый герой фильма “Свет за окном” призывает творить добро, всегда верить в лучшее и никогда не падать духом.

    Показ документальной ленты произвел глубокое впечатление на зрителей.

    После просмотра вице-президент Фонда Гейдара Алиева Лейла Алиева поделилась в интервью журналистам своими эмоциями. Она сказала, что часто навещает больных детей, общается с ними. Именно это вдохновило на создание данного фильма. Лейла Алиева отметила, что идея кинокартины заключается в том, чтобы каждый, кто ее посмотрел, задумался о том, что нужно творить больше добра. Она добавила, что каждый желающий может посмотреть “Свет за окном” на YouTube.

    Режиссер и сценарист фильма Олег Шоммер рассказал, что процесс съемок был очень сложным, потому что речь шла о судьбах реальных людей. “Во мне многое поменялось после этого. Я осознал, что мы должны больше помогать друг другу, ставить себя на место других, стараться не причинить боль другому человеку. Самое главное в жизни – это любовь и добро”, – отметил О.Шоммер.

    Напомним, что Фестиваль поэзии, искусства и духовности – Насими проводится во второй раз при поддержке Фонда Гейдара Алиева и Министерства культуры Азербайджана.

  • İlham Əliyev: “Siyahıyaalınma bizə daha dəqiq və müfəssəl məlumat verəcək”

    “Siyahıyaalınma bizə daha dəqiq və müfəssəl məlumat verəcək”.

    Median.Az-ın Baku.ws-ə istinadən məlumatına görə, bunu Prezident İlham Əliyev Azərbaycanda həyata keçirilən növbəti siyahıyaalınmada iştirakı zamanı siyahıyaalma və sorğu vərəqələrinin suallarını cavablandırarkən deyib.

    Dövlət başçısı bildirib ki, bu, hər bir ölkə üçün çox önəmli tədbirdir: “Azərbaycanda da siyahıyaalınma tədbirləri müntəzəm olaraq keçirilir. Son dəfə 10 il bundan əvvəl keçirilmişdir. Əlbəttə, bu 10 il ərzində ölkəmizdə çoxlu dəyişikliklər baş vermişdir. İlk növbədə, demoqrafik vəziyyət daha da yaxşılaşdı. Bu il biz 10 milyonuncu vətəndaşın dünyaya gəlməsini təntənə ilə qeyd etmişik. İşsizliklə bağlı görülmüş tədbirlər öz səmərəsini verir, vətəndaşların sosial rifahı yaxşılaşır. Təkcə bu il minimum əməkhaqqı təxminən iki dəfə artırıldı. Həmçinin pensiyalar, tələbələrin təqaüdləri, müavinətlər artırıldı. Yəni, sosial-iqtisadi inkişaf demoqrafik inkişafla uzlaşır və bu da təbiidir”.

    “Əlbəttə, müstəqillik dövründə Azərbaycanın əhalisi təxminən 3 milyon artmışdır. Bu da bizim mövqelərimizi möhkəmləndirir, ölkəmizi gücləndirir. Eyni zamanda qarşımıza yeni çağırışlar çıxır. Siyahıyaalınma bizə daha dəqiq və müfəssəl məlumat verəcək. Baxmayaraq ki, biz ölkəmizdəki prosesləri yaxından izləyirik və bu proseslər müsbət istiqamətdə gedir.

    Siyahıyaalma 10 gün ərzində keçiriləcək və bu gün artıq bu proses başlayır. Əminəm ki, 10 gün ərzində Azərbaycan əhalisinin tam şəkildə siyahıyaalınma prosesi başa çatacaq və bizə iqtisadi inkişafla, infrastrukturla, miqrasiya və əmək resurslarının artımı ilə bağlı yeni məlumat verəcək ki, gələcək inkişafımızı necə planlaşdıraq. Bizdə əmək resursları artır. Əlbəttə ki, tədbirlər gərək bu artıma uyğun olsun”, – deyə Prezident İlham Əliyev vurğulayıb.

  • Tanınmış teleaparıcı oğlunu əsgər yola saldı – FOTO

    Tanınmış teleaparıcı İlqar Mikayıloğlunun oğlu əsgər gedib.

    Median.Az-ın Baku.ws-ə məlumatına görə, bu barədə jurnalist sosial şəbəkədə məlumat paylaşıb.

    “Oğlum Mikayıl əsgər getdi… İndi mənim oğlum məni qoruyacaq”, – deyə İlqar Mikayıloğlu əlavə edib.

    Qeyd edək ki, jurnalistin oğlu Yasamal rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

  • Yeniyetmə taekvondoçularımız Avropa çempionatına uğurlu başladı

    Bu gün İspaniyanın Marona Dor şəhərində yeniyetmələr arasında təşkil edilən Avropa birinciliyinə start verilib.

    Median.Az xəbər verir ki, yarışda iştirak edən komandamızın altı üzvü mübarizəyə qatılıb.

    Artıq qitə birinciliyində uğurlu çıxış edən millimizin üzvlərindən üçü medala sahib olub. Belə ki, 29 kq çəki dərəcəsində yarışa qatılan Zemfira Həsənzadə və Pünhan Mürsəlov (-41 kq) artıq finala, Şamil Mirzəyev (-33 kq) isə yarımfinala vəsiqəni təmin edib.

    Digər idmançılarımızdan Fatimə Həsənova (-37 kq), Nihat Məmmədzadə (-37 kq) və Kənan Əmiraslanov (-45 kq) yarışı müxtəlif mərhələlərdən dayandırmalı olublar.