Month: October 2019

  • Bakıda 16 yaşı tamam olmamış qızla cinsi əlaqəyə girdi… – TƏFƏRRÜAT

    Bakıda 16 yaşı tamam olmamış qızla cinsi əlaqəyə girdiyinə görə barəsində cinayət işi açılan və Nəsimi rayon Məhkəməsinin qərarı ilə məhkum edilən şəxslə bağlı Ali Məhkəməyə müraciət edilib.

    Median.Az publika.az-a istinadən xəbər verir ki, Əhmədov Nəriman Asif oğlu barəsində Cinayət Məcəlləsinin 152.1-ci, yəni 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə maddəsi ilə açılan iş üzrə Nəsimi rayon Məhkəməsinin qərarından narazı olan zərərçəkən tərəf əvvəlcə apelyasiya məhkəməsinə, bu dəfə isə Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmədə işə Gülzar Rzayevanın sədrliyi ilə baxılacaq.

    Qeyd edək ki, bir müddət əvvəl təcavüzə məruz qalan qızın atası mətbuata hadisə barəsində məlumat verib. Belə ki, cinayət işi üzrə təqsirləndirilən şəxs, “Ambassador” otelin marketinq üzrə meneceri Əhmədov Nəriman Asif oğludur. O, işlədiyi “Ambassador” otelin otağında ilkin olaraq 09 noyabr 2018-ci il tarixində yetkinlik yaşına çatmayan azyaşlı qızla cinsi əlaqəyə girib.

    İddiaya görə, həmin şəxs yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olan zaman videoçəkiliş də aparıb. Maraqlı məqam isə ondan ibarətdir ki, hadisə üzə çıxandan sonra 26 yaşlı şəxs telefonunu dəyişdirib və qızla arasında olan yazışmaları silib.

    Hadisə ilə bağlı zərərçəkmiş şəxsin atası Bakı Şəhər Prokurorluğuna müraciət edib. Prokurorluq isə öz növbəsində məsələni aidiyyatı üzrə Nəsimi Rayon Polis İdarəsinə yönəldib.

    Nəriman Əhmədovla bağlı Cinayət Məcəlləsinin 152.1 maddəsi ilə cinayət işi açılıb. Nəsimi Rayon Məhkəməsinin hakimi Pənahov Babək isə təqsirləndirilən şəxslə bağlı ev dustaqlığı qərarı çıxarıb.

    Lakin yetkinlik yaşına çatmayan qızın valideynləri qərardan narazı qalıb. Onlar ekspertizanın düzgün rəy vermədiyini bildiriblər. Belə ki, valideynlər tərəfindən zərərçəkmiş şəxs həkim yoxlanışından keçirilən zaman onun bakirəliyinin pozulduğu üzə çıxıb. Bundan başqa, Nəriman Əhmədovda olan infeksion xəstəliklər də qıza keçib.

  • 6 yaşlı uşağı it dişlədi

    Zaqatalada 6 yaşlı uşağı it dişləyib.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ötən gün axşam saatlarında rayonun Yolayrıc kənd sakini, 2013-cü il təvəllüdlü Diniyev Xalid Soltan oğluna küçədə it hücum edib.

    Uşaq yaxınları tərəfindən Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

    X.Diniyevə lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərtilə evə buraxılıb.

  • Tanışını taxta parçası ilə döyərək öldürənin şikayəti təmin edilməyib

    Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Bahadur Cəfərovun şikayəti üzrə baxış başa çatıb.

    Median.Az-ın report-a istinadən xəbərinə görə, hakim Namiq Cədərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, şikayət təmin edilməyib və B.Cəfərov barəsindəki hökm dəyişdirilmədən saxlanılıb.

    Qeyd edək ki, B.Cəfərov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 16 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 120.2.4-ci (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirli bilinib.

    Hadisə ötən il sentyabrın 11-də Bakı şəhərinin Sabunçu rayonu ərazisində qeydə alınıb. Həmin rayonda yaşayan, əvvəllər məhkum olunmuş B.Cəfərov evində münaqişə zəminində paytaxt sakini olan tanışı Rəfayel Rzayevi taxta parçası ilə döyərək qətlə yetirib.

  • Военнослужащие, участвовавшие в учениях Saber Junction-19, вернулись в Баку – ФОТО

    Военнослужащие Азербайджанской Армии, участвовавшие в многонациональных бригадных тактических учениях «Saber Junction – 19», которые прошли в учебно-тренировочном центре Хоэнфельс в Германии, возвратились в Баку.

    Как сообщили в Министерстве обороны, международные наблюдатели высоко оценили профессионализм представителей Азербайджанской Армии на учениях, проведенных Европейским командованием США (EUCOM), в которых принимали участие военнослужащие армий стран-членов и партнеров НАТО.//Baku.ws

  • Hüseyn Abdullayevə hökm oxunub

    Bakı Hərbi Məhkəməsində sabiq deputat Hüseyn Abdullayev, onun anası Zeynəb Abdullayeva, Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazımov, Zaur Quliyev və Nazim Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az APA-ya istinadən xəbər veriri ki. hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Hökmə əsasən, Hüseyn Abdullayev 6 il, Namiq Babayev 4 il, Nazim Əliyev 3 il azadlıqdan məhrum ediliblər. Zeynəb Abdullayeva 4 min manat cərimə olunub, digər təqsirləndirilən şəxslərə isə şərti cəza verilib.

    Xatırladaq ki, prokuror Hüseyn Abdullayevin keçmiş cəzasını toplamaqla 8 il, Namiq Babayevin 8 il, İntiqam Süleymanovun 6 il, Nazim Əliyevin 6 il azadlıqdan məhrum edilməsini istəyib.

    Prokuror keçmiş DSX əməkdaşları – Zaur Quliyev, Pərviz Kazımov, Həbib İbrahimov və Xalid Əliyevə 4 il sınaq müddəti seçilməklə şərti cəza tələb edib.

    Dövlət ittihamçısı H.Abdullayevin anası Zeynəb Abdullayevin 5 min manat cərimələnməsi istəmişdi.

    Qeyd edək ki, ayrı-ayrı vətəndaşların Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş müraciətləri əsasında 14 fevral 2018-ci il tarixdə başlanmış cinayət işi üzrə H.Abdullayevin 2006-cı ildən 2018-ci ilədək olan müddət ərzində faktiki nəzarət etdiyi “Araz-İnşaat” ASC-də onun tapşırığına əsasən, müəssisənin idarə olunmasını həyata keçirən Babayev Namiq İsmixan oğlu və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Cəmiyyətə məxsus obyektləri müxtəlif vaxtlarda ayrı-ayrı şirkətlərə icarəyə verərək, ümumilikdə, 1 milyon 374 min manat məbləğində gəlirlərin Cəmiyyətin kommunal xidmət və sair xərclərinin ödənilməsinə sərf olunmasına dair digər səhmdarlara yalan məlumat verməklə 13 min 373 manat məbləğində dividentləri vahid qəsdlə ələ keçirib zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq edib. Təqsirləndirilən şəxslərdən bəziləri Dövlət Sərhəd Xidmətinin əməkdaşlarıdır. Bu səbəbdən cinayət işi Bakı Hərbi Məhkəməsinə göndərilib. İş üzrə zərərçəkmiş şəxs qismində 28 nəfər tanınır.

    Xatırladaq ki, iş üzrə təqsirləndirilən Z.Abdullayeva, H.İbrahimov, Z.Quliyev və P.Kazımov barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

  • Almaniyada təlimdə olan hərbçilərimiz Bakıya qayıdıb – FOTO

    Almaniyanın “Hohenfels” təlim mərkəzində keçirilən “Saber Junction – 19” çoxmillətli briqada taktiki təlimində iştirak edən Azərbaycan Ordusunun hərbi qulluqçuları Bakıya qayıdıb.

    Amerika Birləşmiş Ştatları Avropa Komandanlığı (EUCOM) tərəfindən keçirilən NATO-nun üzv və tərəfdaş ölkələrinin ordularının hərbi qulluqçularının da qatıldığı təlimdə Azərbaycan Ordusunun nümayəndələrinin peşəkarlığı beynəlxalq müşahidəçilər tərəfindən yüksək qiymətləndirilib.

  • Murad Dadaşov ağır və sağalmaz xəstəliyə düçar olub – VİDEO

    Xalq artisti Murad Dadaşov ağır və sağalmaz xəstəliyə düçar olub.

    Median.Az xəbər verir ki, o, ilk dəfə bu barədə Murad Arifin “Popumuz var” proqramında danışıb:

    “Xroniki yuxusuzluqdan əziyyət çəkirəm. Son 2 ildə Apnoe adlı xəstəliyə düçar olmuşam. Fizioloji xəstəlikdir. Çox ciddi xəstəlikdir, insan yuxuda keçinə bilər. Xortumlu bir cihaz var, onu taxmasam yata bilmərəm. Artıq bir müddətdir cihazla yatıram. Həkimdən soruşuram ki, mən bunu neçə il taxmalıyam. Deyir ki, 6-7 il. Dedim ki, necə?! 6-7 il bununla yatmalıyam?! O, mənə bir cavab verdi: “Siz niyə fikirləşirsiz ki, 6-7 il yaşayacaqsız?” Düşünün ki, bu dərəcədə. Sanki başıma qaynar su tökdülər”.

    QEYD: Apnoe yuxuda tənəffüsün bir dəqiqədən artıq dayanması kimi tanınır. Yuxuda tənəffüs ani olaraq bir müddət durur, xəstə böyük çətinliklə nəfəs almağa çalışır.

    “Popumuz var” Youtube verilişinin Murad Dadaşovla buraxılışının tam versiyasını bu linkdən izləyə bilərsiz: https://www.youtube.com/watch?v=Z2wlxkDFbjc //Baku.ws

  • В Губе и Гусаре за совершение краж задержаны 2 человека

    Как сообщает Median.Az, сотрудники Гусарского РОП в результате оперативно-розыскных мер задержали жителя района З.Ильясова, который с дворового участка украл 90 металических труб, из дома 80 манатов, из магазина сигареты и спиртные напитки.

    Во время разбирательства выяснилось что, он вместе с жителем района Д.Абдуллаевым украл из одного дома апарат комби и телевизор, а также из одного ммагазина
    200 манатов.

    Кроме этого, сотрудники Гусарского РОП в результате оперативно-розыскных мер задержали жителя района Г.Гачаева, который 29-го сентября украл из одного магазина
    250 манатов, сигареты, телефонные карты и спиртные напитки.

    По фактам возбуждены уголовные дела по статье 177 (кража) УК Азербайджана.

  • Quba və Qusarda oğurluq edən 2 nəfər saxlanılıb

    Median.Az xəbər verir ki, Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki həyətyanı sahədən 90 ədəd metal boru, evdən 80 manat, mağazadan isə tütün məmulatı və spirtli içki oğurlayan rayon sakini Z.İlyasov tutulub.

    Araşıdrma zamanı, onun rayon sakini C.Abdullayevlə birgə daha bir evdən kombi aparatı və televizor, bir mağazadan isə 200 manat oğurlaması məlum olub.

    Bundan başqa, Qusar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 29-da rayon ərazisindəki mağazadan 250 manat, tütün məmulatı, danışıq kartları və spirtli içki oğurlayan rayon sakini Q.Qaçayev saxlanılıb.

    Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.

  • Gəncədə ruhi xəstə itkin düşdü

    Gəncədə ruhi xəstə itkin düşüb.

    Gəncə şəhəri, Kəpəz rayonu, Natavan 2 qəsəbəsində yaşayan 1984-cü il təvəllüdlü Verdiyev Xəyal Rəşid oğlu sentyabrın 29-da yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

    X.Verdiyevin boyu 178 sm, orta bədən quruluşlu, qara rəngli seyrək saçları, gözlərinin rəngi qəhvəyidir. Evdən çıxarkən onun əynində qara gödəkçə, boz rəngli şalvar və ağ rəngli ayaqqabı olub.

    Faktla bağlı araşdırma aparılır.

    ///Unikal.org