Month: October 2019

  • Ordu üçün yığılan vəsaitin məbləği açıqlandı

    Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb.

    Müdafiə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, cari il oktyabrın 1-dək fonda 103.271.100,18 AZN, 213.577,88 ABŞ dolları, 17.566 avro və 5000,0 rubl vəsait daxil olub.

    Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fond Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb. Fondun maliyyə mənbəyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməyi məqsədilə Azərbaycanın ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan edilməyən digər daxilolmalardır.

    Fondun əsas vəzifəsi Azərbaycan Respublikasının etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir.//ölkə.az

  • В Баку родители разыскивают пропавшего 11 дней назад студента – ФОТО

    Студент II курса Азербайджанского университета языков Асадулла Джафаров пропал 11 дней назад.

    Об этом qafqazinfo сообщил отец А.Джафарова Афган Джафаров. По словам отца, в последний раз он общался с сыном 18 сентября.

    “Асадулла учится в Азербайджанском университете языков. Он хорошо воспитанный парень.

    В этом году мы не смогли внести плату за обучение. Он очень переживал из-за этого и ушел из дома. С тех пор от него нет вестей.

    Мы живем у станции метро “Гара Гараева”. Я обратился в полицейское отделение №25″, – отметил Афган Джафаров.

    Отметим, что обладающие информацией об Асадулле Джафарове могут связаться с его отцом.

    Контактный телефон: (050) 461-53-17.

  • “Çox hörmətli bir insanla ailə qurmuşam” deyən Mətanət Əsədovadan çaş-baş sözlər

    Üç gün əvvəl 6 aydır “Çox hörmətli bir insanla ailə qurmuşam” deyən Mətanət Əsədova dünən sevgilisinin olduğunu açıqlayıb.

    Median.Az baku.ws-ə istinadən xəbər verir ki, ifaçı Zaur Kamalın Xəzər TV-də yayımlanan “Ay Zaur” verilişində artıq ailəli olduğunu deyən Əsədova, 2 gün sonra qonağı olduğu ARB-nin “Bir arzu var” proqramında söylədiklərilə ictimaiyyəti çaş-baş qoyub.

    Aparıcının “Həyatında sevdiyin biri varmı” sualını cavablandırarkən həyat yoldaşının deyil, sevdiyi insanın olduğunu və həmin şəxsin hələ də onun qəlbini qazanmadığını bildirib:
    “Sevirəm, özü də onu həddindən artıq çox. Mən bilmirəm o sevgi nə olacaq. Mətanəti qazanacaqmı, ya yox, bilmirəm. Amma mən onu iki gözüm qədər istəyirəm. Hələ Mətanəti qazanmayıb. Yavaş-yavaş qazanmaq istəyir. Onu ata bilmirəm, onun da mənə qarşı eşqi-sevgisi var, amma qəlbimi tam doldurmayıb.

    Mən eşq dolu bir xanımam. Sevməsəm mümkün deyil. İstəyir dünyanın yiyəsi olsun, istəyir “bomj”. Mən “bomju” da sevərəm. Sevgi mənim üçün Allaha gedən yoldur. Onunla oynamaq olmaz”.

  • Axtarışda olan 660 nəfər saxlanıldı

    Sentyabrda axtarışda olduğuna görə 660 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

    Daxili İşlər Nazirliyinin (DİN) saytında yer alan məlumatda bildirir ki, ay ərzində cinayət törətməkdə şübhəli bilinən 871 nəfər saxlanılıb.//ölkə.az

  • Azərbaycana yeni avtobuslar gətirildi — Gecə reysləri bərpa olunur – FOTO

    Sərnişinlərin təhlükəsizlik daşınması məqsədilə gecə reyslərində fəaliyyət göstərəcək avtobusların sürət həddinə məhdudiyyət qoyulub.
    Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat xidmətindən bildirilib ki, gecə reyslərində maksimal sürət həddi 90 km/saat müəyyən edilib.

    Gecə reyslərinin uğurla həyata keçirildiyi təqdirdə və tələbatdan asılı olaraq avtobusların sayının artırılaraq digər istiqamətlərə də tətbiq olunması planlaşdırılır.Reyslər sərnişindaşıma üçün tələb olunan bütün standartlara cavab verən “Neoplan” markalı avtobuslarla həyata keçiriləcək.

    Bundan başqa bütün avtobusların içərisində (salonunda) kamera, GPS naviqasiya sistemi və video registratorlar quraşdırılıb və bu da dispetçer tərəfindən avtobusu canlı izləmə imkanı yaradacaq.

    Gecə reyslərində çalışacaq sürücülərin hər biri yüksək peşəkarlıq qabiliyyəti olan, xüsusi təlim keçmiş sürücülərdir.

    Sürücülərə vahid geyim forması tətbiq olunacaq.
    Avtobuslarda wi-fi və yol boyu pulsuz çay, qəhvə servisi mövcud olacaq.

    Biletləri avtovağzalın kassalarından gündəlik və ya qabaqcadan satış kassalarından səfər tarixinə 10 (on) gün qalmışdan 1(bir) gün qabağa qədər əldə etmək mümkündür.

    “Onlayn” qaydada bilet sifariş etmək istəyən sərnişinlərsəfər tarixinə 10 gün qalmışdan 1 gün qabağa qədər “avtovagzal.az” saytı və ya mobil tətbiq (həm android, həm İOS istifadəçiləri) üzərindən ala bilərlər.

    Qeyd edək ki, bu gündən gecə reysləri bərpa olunur. Gücə reysləri bu gündən etibarən hər gün (gündəlik) yol infrastrukturu bu reysləri həyata keçirmək üçün uyğun olan, eyni zamanda sərnişin tələbatının çox olduğu Bakı-Gəncə-Bakı, Bakı-Qırmızı Körpü-Bakı, Bakı-Mingəçevir-Bakı, Bakı-Tərtər-Bakı istiqamətlərində müəyyən olunmuş saatlarda həyata keçiriləcək. İlk reys bu gün saat 22:00-da Gəncə istiqamətində yola düşəcək//.ölkə.az

  • Sağlam arıqlamağın ən asan YOLLARI — Mütləq bunları edin

    Hər zaman fərqli pəhriz proqramları ortaya çıxır. Ancaq heç kim bunların sağlamlığa zərərli olub-olmadığını araşdırmır. Ancaq uğursuz pəhriz saxlamaqdansa, həyat tərzinizdə kiçik dəyişikliklər etməklə yemək vərdişlərinizi dəyişə bilərsiniz. Beləliklə, arıqlamaq kimi bir məqsədiniz varsa mütləq sağlam şəkildə qidalanmalısınız.
    Median.Az
    sizə dietoloqların qızıl məsləhətlərini təqdim edir:

    Uzun müddət ac qalmağı və yeməklərdə az miqdarda qida qəbul etməyi tövsiyyə edən pəhrizlər sağlamlığınıza ziyan vurur.

    Bunun üçün bütün pəhriz proqramlarını unudun. Özünüzə elə bir qida rasionu seçin ki, onu gündəlik həyatınızda tətbiq edə biləsiniz.


    Yumurta yeyin

    Səhər yeməyinə mütləq yumurta yeyin. Bu qida həm aşağı kalorilidir, həm də sizi uzun müddət tox tutacaq. Bu, yalnız arıqlamağa kömək etmir, həm də bədəninizdəki yağları azaldır. Əgər yumurta yeməyi sevmirsinizsə, səhər yeməyi üçün başqa bir keyfiyyətli zülal qəbul edə bilərsiniz.


    Bol su için

    Normal insanın gündə 2 – 2,5 litr su içməlidir. Əgər siz orqanizminizdə su miqdarını artırsanız, maddələr mübadilənizi 24-30% sürətləndirəcəksiniz. Bu da kalori yandırmaqda sizə kömək edəcək. Bundan əlavə, yeməkdən yarım saat əvvəl yarım litr su içsəniz, qidalanmada daha az kalori alarsınız.


    Tünd qəhvə için

    Tünd qəhvə ilə bağlı müxtəlif iddialar irəli sürülür.Ancaq şəkərsiz və qaymaqsız tünd qəhvə və ya türk qəhvəsi artıq piylərin yanmasını 30% artırır. Maddələr mübadiləsini sürətləndirir.Bundan əlavə kofein həm də antioksidantdır.


    Yaşıl çay

    Qəhvə kimi yaşıl çay da xeyirlidir. Çəki atmağa kömək edir. Tərkibində az miqdarda kafein var. Ancaq gündə 2-3 stəkandan çox içməmək tövsiyə olunur.


    Şəkəri unudun

    Şəkər və dadlandırıcılar bu gün çəki artımında ən vacib aktiv maddələrdir. Ayrıca diabet, ürək xəstəliyi və bir çox digər xəstəliklərin əmələ gəlməsinə kömək edir. Bütün süni şəkərli məhsullara yox deyin. Çayınıza və qəhvənizə atmayın. Hətta satılan pəhriz məhsullarının da tərkibini yoxlayın.


    Tez həzm olan karbohidratlara yox deyin

    Tez həzm olunan (ağ undan hazırlanmış şirniyyatlar, qidalar) karbohidratlar sizin sağlamlığınız üçün zərərlidir. Tədqiqatlar nəticəsində məlum olub ki, tez həzm olunan karbohidratlar, qan şəkərini qısa müddətdə qaldırır və insanın tez-tez acmasına səbəb olur.

    Porsiyalarınızı azaldın

    Yediyiniz yemək miqdarını azaldın. Bu avtomatik olaraq aldığınız kalori miqdarını azaldacaq.


    Yediyiniz kalorilərə fikir verin

    Bəzi qidaların kaloriləri olduqca yüksəkdir. Çəkinizə görə, orqanizminizə lazım olan miqdarda kalori qəbul edin. Belə siz öz çəkinizi daima nəzarətdə saxlaya bilərsiniz.


    Yanınızda hər zaman zərərsiz qidalar saxlayın

    Gərgin və stresli bir həyat rejiminiz varsa, mütləq acan zaman zərərli atışdırmaları seçəcəksiniz. Bunun qarşısını almaq üçün hər zaman əlinizin altında sağlam qidalar olmalıdır(kəsmik, quru meyvə, qoz, fındiq,)


    Ədviyyatlardan istifadə edin

    Acı bibərin tərkibində olan kapsaisin maddəsi maddələr mübadiləsini sürətləndirir və iştahı azaldır.


    Fiziki ağırlıqlı məşq edin

    Əgər siz ciddi pəhrizdəsinizsə, əzələ itkisi ilə üzləşə bilərsiniz. Bu zaman sizin maddələr mübadiləniz yavaşlayacaq və arıqlama prosesi zəifləyəcək. Əzələ kütləsini qorumaq üçün ağır çəkili məşq etmək çox vacibdir. Bu zaman siz əzələ kütləsini qoruyacaq və sağlam bir bədənə sahib olacaqsınız.


    Kardio məşq edin
    Fiziki və zehni sağlamlığınıza dəstək verən kardio, sizə kalori yandırmağa da kömək edəcək. Xüsusilə qarın bölgəsində yığılan artıq piylərin yanmasında çox təsirlidir.


    Lifli qidalara üstünlük verin

    Lifli qidaların tez doyurucu təsirə malik olmaları çoxuna məlumdur. Lifli qidalar kalori miqdarını da azaltmaqda sizə yardım edəcək.


    Daha çox meyvə və tərəvəz yeyin

    Tərkibində çox az kalori olan tərəvəz və meyvələr, arıqlamaq üçün lazım olan əsas qidalardandır. Əksər araşdırmalar göstərir ki, tərəvəz və meyvə yeyən insanlar daha arıqdırlar. Həm də bu qidalar yüksək su tərkiblidirlər.


    Asta çeynəyin

    Bir çox insan yeməyi demək olar ki, çeynəmədən udur, bu da böyük həzm problemlərinə səbəb olur. Aramla yemək daha az kalori almağa və həzm sisteminizi sürətləndirməyə kömək edir.


    Yuxu rejiminiz düzgün olmalıdır

    Yuxu insan sağlamlığı və arıqlamaq üçün çox vacibdir. Düzgün olmayan yuxu, piylənmənin əsas səbəblərindənbiri kimi göstərilir.


    Daha çox zülal yeyin

    Arıqlamaq üçün zülal çox vacibdir. Yüksək zülal tərkibli qidalar maddələr mübadiləsini sürətləndirir. Gündəlik qidanızın 25 faizinin zülaldan ibarət olması yemək və gecə qəlyanaltı etmək istəyinizi xeyli azaldır.//ölkə.az

  • Xocalı soyqırımı ilə bağlı yeni şəkillər yayıldı – FOTO

    Türkiyəli jurnalist İrfan Sapmaz Xocalı soyqırımı zamanı lentə aldığı bir neçə nadir fotonu sosial şəbəkədə paylaşıb.

    İ.Sapmaz 1992-ci ildə Azərbaycanda Xocalı qətliamı zamanı o dönəmin “Sony” kamerası ilə çəkiliş edib.

    “Olayı “Hürriyet” qəzeti və çalışdığım TRT vasitəsilə dünyaya ilk dəfə mən çatdırmışdım. Bəlkə də bu fotolarda olan qardaşlarımızdan bəziləri şəhid olub”, – deyə İ.Sapmaz bildirib.

    Qeyd edək ki, İrfan Sapmaz Xocalı soyqırımı hadisəsini dünyada işıqlandıran ilk jurnalistlərdəndir.

    O, müxtəlif ölkələrdə müharibə müxbiri kimi fəaliyyət göstərib. 90-cı illərin əvvəllərindən 2000-ci ilə kimi Azərbaycanda nəşr edilən “Avrasiya” qəzetinin sahibi və baş redaktoru olub.

    Hazırda Türkiyədə fəaliyyət göstərir.//oxu.az

  • Президент и Первая леди на открытии нового парка – ФОТО

    1 октября на пересечении улиц 28 Мая, Диляры Алиевой и Фикрета Амирова в Насиминском районе Баку был открыт новый парк.

    Как сообщает АЗЕРТАДЖ, Президент Азербайджана Ильхам Алиев и Первая леди Мехрибан Алиева ознакомились с условиями, созданными в парке.



  • Bakıda yeni park istifadəyə verilib – YENİLƏNİB

    Oktyabrın 1-də Bakının Nəsimi rayonunda 28 May, Dilarə Əliyeva və Fikrət Əmirov küçələrinin kəsişməsində yeni park istifadəyə verilib.

    Median.Az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva parkda yaradılan şəraitlə tanış olublar.

    Dövlətimizin başçısının tapşırığı ilə salınan yeni parkda sakinlərin və turistlərin istirahəti üçün hərtərəfli şərait yaradılıb.

    Müasir üslubda, orijinal dizaynda qurulan bu cür istirahət mərkəzlərinin istifadəyə verilməsi ilə paytaxtın gəzməli yerlərinə daha bir neçə ünvan əlavə olundu. Belə layihələrin icrası bir daha sübut edir ki, paytaxtımızın abadlaşdırılması istiqamətində görülən işlər davamlıdır və yüksək keyfiyyətlə yerinə yetirilir. Bütün bunlar isə sosial layihə olmaqla yanaşı, həm də ümumilikdə, ölkəmizin iqtisadi qüdrətini nümayiş etdirir.

    ***

    Oktyabrın 1-də Bakının Nəsimi rayonunda 28 May, Dilarə Əliyeva və Fikrət Əmirov küçələrinin kəsişməsində yeni park istifadəyə verilib.

    AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva parkda yaradılan şəraitlə tanış olublar.



  • İslahatlar Azərbaycanda demoqrafik vəziyyətə müsbət təsir göstərib

    Azərbaycanda reallaşdırılan iqtisadi islahatlar demoqrafik vəziyyətə müsbət təsir göstərib.

    Median.Az-ın Baku.ws-ə istinadən məlumatına görə, bunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov deyib.

    O bildirib ki, 2009-cu ildən bu günədək, siyahıyaalma məlumatlarına əsasən, ölkədə 10 milyon əhali var:
    “Bu müddət ərzində ölkə əhalisi 1 milyon 84 min 500 nəfər artıb. Müsbət dinamika nikah sayında da müşahidə olunub. 10 il ərzində nikahlar 11,4 faiz artıb. Ana ölümü 12,3 faizdən 11,1 faizədək, uşaq ölümü 14,3 faizdən 14,1 faizədək azalıb”.

    T.Budaqov əlavə edib ki, hesabat dövründə miqrasiya göstəriciləri üzrə də müsbət dinamika qeydə alınıb:

    “Xaricdən qayıdanların sayı, ölkəni tərk edənlərin sayından çoxdur. Bu fərq 14 500 nəfər təşkil edib”.