Month: October 2019

  • İran Prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri başa çatıb

    İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin Azərbaycan Respublikasına səfəri oktyabrın 25-də başa çatıb.

    Median.Az xəbər verir ki, Prezident Həsən Ruhanini Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Respublikası Baş Nazirinin müavini Şahin Mustafayev, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Xarici İşlər nazirinin müavini Mahmud Məmməd-Quliyev və digər rəsmi şəxslər yola saldılar.

  • Tovuzda inək qadına xəsarət yetirib

    Tovuz rayonunda qadın ehtiyatsızlıqdan xəsarət alıb.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Yanıqlı kəndində qeydə alınıb.

    Belə ki, kənd sakini, 1967-ci il təvəllüdlü Sədaqət Abbasovanı öz təsərrüfatında inək vurub. Qadın xəstəxanaya yerləşdirilib. Xəstəxanadan bildirilib ki, qadına kəllə-beyin travması diaqnozu qoyulub. Onun vəziyyətinin kafi olduğu bildirilir.

  • Жителя Товуза пытались застрелить из-за кладбища

    Жителю Товуза нанесли огнестрельное ранение на почве конфликта.

    Как сообщает Oxu.Az, случай произошел в селе Хаджаллы. Местный житель Нариман Абдиев дважды выстрелил в своего односельчанина Габиля Гасымова из пистолета Макарова, пытаясь его убить. К счастью, одна из пуль прошла мимо, другая легко ранила Гасымова.

    По предварительной информации, конфликт произошел из-за того, что Нариман Абдиев не хотел, чтобы Габиль Гасымов пас скот на сельском кладбище.

    Нариман Абдиев задержан сотрудниками Отдела полиции Товузского района.

  • Evdəki bu əşya xərçəngə səbəb olur – ÜST xəbərdarlıq etdi

    Evdə nə qədər təmizlik aparmağımızdan asılı olmayaraq, bakteriyalar bəzən fərqli yerlərdə qarşımıza çıxır. Median.Az medicina.az-a istinadən bildirir ki, gözlənilməz yerlərdə toplaşan bu bakteriyalar sağlamlığımızı təhdid edir. Bəs, xərçəngə səbəb olan bu bakteriyalar evimizin əsasən hansı hissələrindədir?

    Qab yuyan süngər

    Bütün günü təmizləyici vasitələr ilə köpüklədiyimiz süngərin milyonlarla bakteriya daşıyacağını düşünməmiş ola bilərik, amma təəssüf ki, bu həqiqət deyil. Tədqiqatlar göstərir ki, bir qab süngərinin bir kvadrat santimetrində 50 min bakteriya yaşayır. Buna görə bu süngərləri həftədə bir dəfə dəyişdirməli və ya hər gün ağartma ilə islatmalısan.

    Su kranları

    Hər gün təmizlənməsi üçün su tökdüyümüz bir bölgənin təmiz ola bilməyəcəyi təsəvvür edilmir. Ancaq alimlər bir mətbəx kranının hər santimetrində 6 min bakteriya yaşadığını söyləyir. Eyni şəkildə vanna otağı kranları bu şəkildə minlərlə bakteriya qəbul edir.

    Kompüterlər

    Əlinizdə olan kompüterləri gün ərzində tez-tez təmizləməlisiniz. Çünki əllərinizlə toxunduğunuz hər yerdən bakteriya toplayırsınız. Xüsusilə kompüter qarşısında yemək vərdişiniz varsa, bakteriyaların sayı milyonlarla çata bilər. Tez-tez yalnız kompüterinizin ekranını deyil, həm də klaviaturanı təmizləməlisiniz.

    Xalçalar

    Xalçaları nə qədər təmizləsək də, hər növ bakteriyaların saxlandığı yer olduğu fikrinə artıq çoxdan öyrənmişik. Bu səbəblə bir çox xalça markaları antibakterial xalçalar kimi satışa çıxararaq vəziyyətin qarşısını almağa çalışır. Ancaq bilməliyik ki, ayaqlarımızla xalçamıza hər növ mikrobu daşıyırıq və onları hər gün təmizləməliyik.

  • Bakıda 19 yaşlı qız itkin düşdü

    Bakıda gənc qız itkin düşüb.

    Median.Az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində baş verib.

    Bakıxanov qəsəbəsi, Aşıq Pəri küçəsi, ev 34-də yaşayan 2000-ci il təvəllüdlü İsmayılova Leyla Bayram qızı oktyabrın 21-də yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

    Faktla bağlı hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.

  • В Балакене автомобиль врезался в дерево, пострадал водитель

    В Балакене произошло ДТП, в результате которого водитель автомобиля получил тяжелую травму.

    Как сообщает АПА, инцидент произошел сегодня в селе Сарыбулаг.

    Житель села Кахаев Иса Фархад оглу (1993 г.р.), находясь за рулем легкового автомобиля марки «Mercedes», потерял управление, и машина врезалась в дерево на обочине дороги. В результате аварии И.Кахаев с травмами различной степени тяжести был доставлен в Балакенскую центральную районную больницу. У него диагностировали закрытую черепно-мозговую травму, сотрясение мозга и повреждение левого виска. Он проходит курс лечения в отделении реанимации больницы. Состояние И.Кахаева оценивается как средней степени тяжести.

    По факту в Балакенском районном отделении полиции проводится расследование.

  • Qonşusunun evidən 8 min manat qızıl oğurlandı – FOTO

    Oktyabrın 18-də Tovuz Rayon Polis Şöbəsinə rayonun Qovlar şəhər sakini ərizə ilə müraciət edərək naməlum şəxs və ya şəxslərin onun yaşadığı evə qanunsuz daxil olaraq, oradan 8000 manat dəyərində qızıl-zinyət əşyaları oğurladığını bildirib.

    Median.Az-ın Baku.ws-ə istinadən verdiyi məlumata əsasən rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayonun Qovlar şəhər sakini, Ayaz Qasımov saxlanılaraq şöbəyə gətirilib. Dindirilmə zamanı o törətdiyi əməli etiraf edib.

    “Bazara gedirdim. Gördüm evdə heç kim yoxdur. İşıq keçili idi. Çəpərdən həyətə düşdüm. Pəncərəni qırıb birinci otağa girdim. Birinci otaqdan heçnə tapmadım. İkinci otaqda pencəyin cibindən qızılları götürüb çıxdım”.

    A.Qasımov barəsində artıq Azərbaycan Respublikasının 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət işi açılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

  • Отец Нурмагомедова похвалил осадивших отель Макгрегора дагестанцев

    Абдулманап Нурмагомедов, отец и тренер российского бойца смешанного стиля (MMA) Хабиба Нурмагомедова, похвалил дагестанцев, собравшихся у отеля, где остановился ирландец Конор Макгрегор. Его слова приводятся в Telegram-канале “Подъем”.

    Нурмагомедов заявил, что в России есть много настоящих мужчин. “Трусливый народ не занимает такую территорию. Лучше вам гордиться этой страной, чем критиковать”, -заявил он. Высказывания Макгрегора о трусости дагестанцев Нурмагомедов счел провокацией. Кроме того, он призвал журналистов не рекламировать ирландца.

    Макгрегор 24 октября на встрече с журналистами в Москве заявил, что Нурмагомедов-младший боится проводить с ним бой в России: «Он дерется лишь с теми, кого может победить. Мы все знаем, кто такие дагестанцы. Они убегают, трусят. Такой же и Хабиб. Это в его природе. Он убежал со своей пресс-конференции здесь, в Москве».

    Вечером того же дня толпа дагестанцев, недовольная высказываниями Макгрегора, собралась у отеля “Ритц-Карлтон”, в котором он остановился. Не дождавшись выхода ирландца, люди разошлись. Тогда Макгрегор написал в Twitter провокационный пост, в котором назвал себя “единственным крутым злодеем”, однако позднее удалил его.

  • Nurməhəmmədovun atası Makqreqorun qaldığı hotelə toplaşan dağıstanlılara haqq qazandırıb

    MMA döyüşçüsünün atası və məşqçisi Abdulmanap Nurməhəmmədov irlandiyalı Konor Makqreqorun qaldığı hoteldə toplanan dağıstanlıları tərifləyib. Bu barədə “Telegram” xəbər verir.

    Nurməhəmmədov Rusiyada əsl kişilərin çox olduğunu söyləyib:

    “Qorxaq insanlar bu ərazidə məskən salmır. Belə ölkəni tənqid etməkdənsə, onunla fəxr etməlisən”. Makqreqorun dağıstanlıları qorxaq adlandırmasını Nurməhəmmədov təxribat hesab edib. Bundan əlavə, o, jurnalistləri irlandiyalını reklam etməməyə çağırıb.

    Qeyd edək ki, Makqreqor mətbuat konfransında Nurməhəmmədovun onunla Rusiyada döyüşməkdən qorxduğunu və ümumiyyətlə, onun timsalında bütün dağıstanlıların qorxaq oduğunu deyib.

  • Bakı 73-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

    Azərbaycan Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək üçün seçilib.

    Median.Az-ın APA-ya istinadən xəbərinə görə, 2022-ci ildə keçiriləcək 73-cü Konqresə ev sahibliyi etmək üçün finalda 4 namizəd Azərbaycan (“Azərkosmos”), Hindistan (Hindistan Kosmik Tədqiqat Mərkəzi), Sinqapur (Kosmik və Texnologiya Assosiasiyası), Braziliya (Braziliya Kosmik Agentliyi) olub.

    Qeyd edək ki, hər il Beynəlxalq Astronavtika Federasiyası qlobal kosmik ictimaiyyəti bir araya toplayaraq Beynəlxalq Astronavtika Konqresini təşkil edir. Builki 70-ci Konqres Vaşinqtonda keçirilib. Bu Konqres Federasiyaya üzv olan dünyanın müxtəlif ölkələrində keçirilir. Ev sahibliyi edəcək ölkə Federasiyanın müəyyən tələblərinə cavab verməlidir.

    Son illərdə tədbir 4500-dən çox iştirakçı cəlb edib.