Month: October 2019

  • Xərçəngdən bir ayağını itirən, 16 ildir müəllim işləyən Nərmin – VİDEO

    Nərmin Əhmədova 16 ildir ki, ingilis dilini tədris edir. Xərçəng xəstəliyi səbəbindən bir ayağını itirib. Amma o, mübarizliyi və nikbinliyi ilə həyatındakı uğurların sayını artırmağa davam edir.

    Median.Az Təhsil TV-nin Nərmin Əhmədova ilə bağlı hazırladığı reportajı təqdim edir:

  • Tovuzda baş verən silahlı insidentin təfərrüatları məlum olub – YENİLƏNİB

    Tovuz rayonunda baş verən silahlı insidentin təfərrüatları məlum olub. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupunun əməkdaşı, polis baş leytenantı Eşqin Qasımov bildirib ki, baş verən hadisə ilə bağlı araşdırma aparılıb.

    Məlum olub ki, Abdıyev Nəriman Mirzə oğlu ilə Qasımov Habil Əli oğlu arasında şəxsi münasibətlər zəminində mübahisə düşüb. Nəticədə A.Nəriman “Makarov” tipli tapanca ilə havaya iki dəfə atəş açıb.

    Açılan atəş nəticəsində heç kim xəsarət almayıb.

    Hadisə yerinə gələn polis əməkdaşları Abdıyev Nəriman Mirzə oğlunu müvafiq polis şöbəsinə aparıblar. Hazırda faktla bağlı araşdırma aparılır.//report.az

    ***

    Tovuz rayonunda mübahisə bir nəfərin güllələnməsi ilə nəticələnib.

    Median.Az-ın oxu.az-ə istinadən verdiyi məlumata görə, hadisə rayonun Hacallı kəndində qeydə alınıb. Abdıyev Nəriman Mirzə oğlu “Makarov” tipli silahdan istifadə edərək həmkəndlisi Qasımov Habil Əli oğlunu öldürmək istəyib. Silahdan iki atəş açılıb. Biri H.Qasımova dəyməsə də, digəri onu yüngül yaralayıb.

    İlkin məlumatlara görə, hadisəyə səbəb kənd qəbiristanlığında mal-qara otarılmasıdır. Belə ki, Nəriman Abdıyev Habil Qasımovdan kənd qəbiristanlığında mal-qara otarmamasını istəyib.

    Nəticədə tərəflər arasında insident yaşanıb. Sonuncu mübahisə isə H.Qasımovun güllələnməsi ilə nəticələnib.

    Keçirilən əməliyyatla hadisəni törədən Nəriman Abdıyev Tovuz rayon Polis Şöbəsi əməkdaşları tərəfindən tutulub.

  • Vaqif Cavadovdan şok sözlər: Futbolçu siqareti elə çəkməlidir ki, bunu kimsə bilməsin – VİDEO

    Millimizin sabiq futbolçusu Vaqif Cavadov İTV-də yayımlanan “3D” layihəsinin qonağı olub.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, verilişin aparıcısı Dadaş Dadaşlinski Çexiyada hoteldə olarkən siqaret çəkən 19 yaşadək millimizin futbolçularının hərəkətinə qiymət verməsini istəyib.

    Onun cavabı maraqlı alınıb:

    “Bu insanlar ağıllı deyil deyə, bu hərəkəti ediblər. Ağıllı olsaydılar, siqareti elə çəkərdilər ki, bunu nə rəhbərlik, nə baş məşqçi bilər, nə də hotelə ziyan dəyər… Siqaret çəkmək qəti qadağandır. Hər bir insan üçün zərərlidir. Amma artıq futbolçu bunu çəkirsə, nə valideyn, nə məşqçilər ona bu qadağanı qoya bilməz. Ona görə də siqaret çəkirsə, elə etməlidir ki, bunu kimsə bilməsin”.

    Daha sonra Dadaş Dadaşlinski Vaqif Cavadovdan futbol oynayarkən qəlyan çəkməsi barədə soruşub:

    “Almadan hazırlanan qəlyan daha çox xoşuma gəlir. Qəlyanı futboldan kənarda olanda, istirahət zamanı çəkmişəm. Amma oyun günü və məşqlər olan vaxt belə bir şey olmayıb”.

    “Keşlə” klubundan ayrıldıqdan sonra altı aydır ki klubsuz olan Cavadov futbolsuz qalmasından danışıb, həmçinin, yarım milyonluq evini satışa çıxarması barədə yazılanlara münasibət bildirib.

    Daha sonra Dadaş Dadaşlinski “Manuel Noyerə künc zərbəsindən qol vuran yeganə futbolçusunuz. Həmçinin, “Tvente”də heç bir oyun keçirmədən Hollandiya çempionu olmusunuz. Həyatınızda başqa bu cür təsadüflər də olubmu?” sualına Vaqif Cavadov belə cavab verib:

    “Arzu edərdim ki, hər bir azərbaycanlı futbolçu mənim kimi Hollandiya və ya Almaniya klubuna keçsin və oynamadan çempion olsun. Bu da böyük bir nailiyyətdir. İnanıram ki, hansısa azərbaycanlı gələcəkdə oynayıb xarici ölkənin çempionu olar”.

  • Синоптики сделали тревожный прогноз погоды на выходные

    Обнародован прогноз погоды в Азербайджане на выходные.

    На Большом и Малом Кавказе ожидаются дожди и грозы. Ветер восточный. В предгорных районах температура воздуха 17-22, в горных – 12-16 градусов тепла, передает Median.Az со ссылкой на Национальный департамент гидрометеорологии министерства экологии и природных ресурсов.

    В Лянкяран-Астаринской зоне местами дожди и грозы. Ветер восточный. Максимальная температура воздуха 18-23 градусов, в горных районах 10-15 градусов тепла.

    В Газах-Гянджинской зоне в основном без осадков. Ветер восточный. Максимальная температура воздуха составит 18-23 градуса тепла.

    В равнинных районах в основном без осадков. Ветер восточный, максимальная температура воздуха 20-24 градуса тепла.

    В Нахчыванской АР также в основном без осадков, но вечером местами ожидаются дожди и грозы. Ветер восточный. Максимальная температура воздуха – 20-25 градусов тепла.

    В столице ожидается переменная облачность, в основном без осадков. Утром местами слабый туман. Ветер северо-восточный. Максимальная температура воздуха днем – 19 – 22 градуса тепла.

  • Polis olmaq istəyən qadınların nəzərinə – DİN işçi axtarır

    “102” Xidməti-Zəng Mərkəzində vakant olan kiçik rəis heyəti vəzifələrinə müsabiqə elan edilir.

    Daxili İşlər Nazirliyi, Növbətçi Hissələri İdarəetmə Xidmətinin “102” Xidməti-Zəng Mərkəzində vakant olan kiçik rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir. DİN-dən Avtosfer.az-a verilən məlumata görə, müsabiqədə yaşı 20-dən 30-dək, boyu 160 santimetrdən yuxarı olan, Azərbaycan Respublikasının ali təhsil müəssisələrini bitirmiş, əvvəllər özü və yaxın qohumları qəsdən törədilmiş ağır cinayətlərə görə məhkum olunmamış (ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla), Bakı şəhərində yaşayış yeri üzrə daimi qeydiyyatda olan və yaşayan, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə” ilə müəyyən edilmiş şərtlərə cavab verən Azərbaycan Respublikasının qadın cinsli vətəndaşları iştirak edə bilərlər.

    Həmin vəzifələrdə əmək funksiyalarının spesifikliyi baxımından müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanılaraq, kompüter və rabitə avadanlıqları ilə işləmək qabiliyyətinə malik, ali hüquq təhsilli və xarici dillərdən birini sərbəst bilən şəxslərə üstünlük veriləcəkdir.

    Müsabiqə qaliblərinə Azərbaycan Respublikası DİN-in kadrları tərkibinə daxil edilərək müvafiq xüsusi rütbə verilməklə ilkin olaraq 750 manat aylıq təminat xərcliyi ödəniləcək, habelə qanunvericiliklə müəyyən olunmuş qaydada onların daxili işlər orqanları əməkdaşlarına şamil olunan bütün imtiyazlardan istifadə hüququ olacaqdır.

    İştirak etmək istəyən şəxslər 2019-cu ilin oktyabr ayının 25-dən noyabr ayının 10-dək mia.gov.az./?/az/content/29915/ ünvanda yerləşdirilmiş elektron ərizə formasını və qısa anket məlumatlarını şəxsən dolduraraq elektron poçt vasitəsi ilə bki@mia.gov.az ünvanına Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə göndərməlidirlər.

  • Bakıda 30 yaşlı kişi zirzəmidə qətlə yetirildi

    Bakıda zirzəmidə qətl hadisəsi baş verib.

    Median.Az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, 185 ünvanında qeydə alınıb.

    Həmin ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının avtomobil qarajı üçün nəzərdə tutulan zirzəmisinin pilləkənində 1989-cu il təvəllüdlü Allahyarov Daxil Kamil oğlu ürəyindən bıçaqlanıb.

    Yaralı hadisə yerində dünyasını dəyişib.

    Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

    Hazırda qətlin kim tərəfindən və hansı şəraitdə öldürülməsi ilə bağlı araşdırma aparılır.

  • Житель Барды ранил себя ножом, чтобы присвоить чужие деньги

    Житель Бардинского района нанес себе ножевые ранения.

    Как передает Median.Az со ссылкой на oxu.az, случай произошел в месте под названием “Мал базары” в селе Алпоут.

    Житель района Забиль Азизли 1991 года рождения позвонил близким и сказал, что неизвестные нанесли ему ножевые ранения и забрали имевшиеся у него 8745 манатов.

    Сотрудникам Отдела полиции Бардинского района удалось выяснить, что З.Азизли ранил себя ножом в левое бедро, чтобы присвоить 8745 манатов, принадлежащие его близкому родственнику Тахиру Гурбанову.

    По факту возбуждено уголовное дело.

  • “İnstaqramda tanış olduq, daha uşaqları da istəmirəm” — Bakıda evdən qaçan 2 uşaq anası

    22 yaşlı gəlin 6 illik ərindən olan iki uşağını atıb yad kişi ilə qaçıb.

    Median.Az milli.az-a istinadən xəbər verir ki, gənc qadın “Səni axtarıram”a üz tutaraq hər kəsi təəccübləndirib.

    22 yaşlı gəlinin dedikləri Xoşqədəm Hidayətqızı başda olmaqla studiyadakıları da məəttəl qoyub:

    “Yoldaşımdan ayrılmaq istədiyim üçün bura gəlmişəm. 3 və 4 yaşında iki uşağım var. Uşaqlar yoldaşımdadır. Evdən qaçmışam. Sevdiyim oğlanla bir yerdə qalıram. Mən yoldaşımı istəmirdim, evdən veriblər məni ona. Bu oğlanı da bir həftədir sevirəm. Onunla İnstaqramda tanış olduq”.
    Xoşqədəm “Evdən qaçanda bəs uşaqları niyə özünlə aparmadın?” sualı ilə itkin gəlinə müraciət edib. Qadının cavabı yenidən heyrətləndirib:

    “Uşaqlar onundur. Daha uşaqları da istəmirəm”.

  • Rusiya XİN rəsmisindən Bakıda sərt – BƏYANAT

    Öz dominantlığını qorumaq üçün bir qrup ölkə və transmilli korporasiyalar öz qeyri-bərabər və eqoist yanaşmalarını, ikili standartlarını utanmazcasına demokratiyanın ali ideyaları, liberalizm adı altında gizlədir.

    Median.Az-ın oxu.az-a istinadən xəbərinə görə, bunu Rusiyanın Xarici İşlər nazirinin müavini Sergey Verşinin Qoşulmama Hərəkatının Bakıda keçirilən Zirvə Görüşündə deyib.

    Onun sözlərinə görə, bu hərəkətlərinə haqq qazandırmaq üçün beynəlxalq birliyə özlərinin qaydalarına əsaslanan dünya düzəni konsepsiyası sırıyırlar.

    “Bu cür qaydalar BMT-nin nizamnaməsini, beynəlxalq hüquq normalarını rədd edir, konfrontasiya və bloklar arasında qarşıdurma dövrünə yol açır. Gündəlik olaraq ölkələrin daxili işlərinə qarışmamaq prinsipləri pozulur.

    Qoşulmama Hərəkatına üzv olan və öz sosial-iqtisadi inkişaf modelini seçməyə cəhd edən bir sıra ölkələr xaricdən olan aqressiv siyasətdən əziyyət çəkir. Dünya hələ də rəsmi Vaşinqton və onun tərəfdaşlarının İraqa, Suriyaya, Liviyaya qanunsuz hərbi müdaxiləsindən özünə gələ bilmir”.

    S.Verşinin bildirib ki, bu gün Venesuelada qanuni hakimiyyətin sarsıdılması və devrilməsinə dair açıq şəkildə yürüdülən siyasəti görmək mümkündür.

    “Birləşmiş Ştatların Venesuelaya qarşı münasibəti Qoşulmama Hərəkatına üzv ölkələrin qətiyyətli qınağına layiqdir. Hərbi şantaj və sanksiyalar yolu daxil olmaqla, suveren ölkələrin hakimiyyətlərinin xaricdən dəyişdirilməsi cəhdləri tamamilə qəbuledilməzdir. Biz bunu BMT-nin çoxsaylı qətnamələrinə baxmayaraq, Kubaya qarşı tətbiq olunduğunu görürük”.

    XİN rəsmisi əlavə edib ki, Fələstin probleminə də toxunmamaq mümkün deyil.

    “Bu problemin ədalətli həlli bütün Yaxın Şərq regionunda vəziyyətin yaxşılaşması üçün olduqca əhəmiyyətlidir. Bu münaqişənin nizamlanması prosesinin monopoliyaya alınması yaxşı bir nəticəyə gətirib çıxarmayacaq. Bu gün BMT qətnamələri və “Ərəb sülh təşəbbüsü” əsasında danışıqlara dair beynəlxalq birliyin konsolidasiyasına ehtiyac var.

    Rusiya Qoşulmama Hərəkatı, Ərəb Ölkələri Liqası və İslam Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq da daxil olmaqla, bu prosesə öz töhfəsini verməyə davam edəcək. Paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin yaradılması mövqeyindən çıxış edirik.

    Avropa koloniya imperiyaları hələ də dəniz ərazilərini və adaları nəzarət altında saxlayır. Özlərini müstəqil ölkələrə qarşı yalnız onların təbii və insan resurslarının istifadəsində maraqlı olan metropol kimi aparırlar.

    Rusiya bu cür yanaşmaları rədd edir. Rusiya Qoşulmama Hərəkatına üzv olan ölkələrlə münasibətləri onların suverenliyinə hörmət və öz gələcəklərini özlərinin təyin edə biləcəyi prinsiplərinə əsasən qurur. Biz bundan sonra da beynəlxalq sabitlik, xalqlarımız və ölkələrimiz, dünya birliyinin maraqların naminə Qoşulmama Hərəkatına üzv ölkələri ilə əməkdaşlığı genişləndirməyə hazırıq”.

  • В рамках Молодежного саммита ДН состоялась акция по посадке деревьев

    25 октября при организации Общественного объединения IDEA, Министерства молодежи и спорта и Министерства экологии и природных ресурсов, поддержке Исполнительной власти города Баку с участием молодых представителей Молодежного саммита Движения неприсоединения (ДН) состоялась акция по посадке деревьев.

    Как сообщает АЗЕРТАДЖ, одним из основных вопросов повестки дня первого Молодежного саммита данной организации, в рамках проходящего в Баку XVIII саммита глав государств и правительств стран-членов Движения неприсоединения, является обеспечение устойчивого развития, в том числе активизация глобальных усилий по решению экологических проблем.

    Как символ поддержки совместным глобальным усилиям во имя устойчивого развития, в акции, в которой приняли участие молодые представители из 40 стран, представленных на Молодежном саммите ДН, было посажено 100 деревьев на территории старого дендрологического парка, расположенного в 6-м микрорайоне столицы.

    Как известно, деревья способствуют предотвращению климатических изменений, создают условия для сохранения биоразнообразия, насыщают воздух кислородом, создают здоровую экологическую среду. По подсчетам, ежегодно в мире люди для сельского хозяйства и других целей вырубают приблизительно 15 млрд деревьев, а в целом, с появления цивилизации объем деревьев в мире сократился на 46 процентов. Поэтому посадка большого количества эндемичных деревьев вместо засохших, увядших и вырубленных очень важна для обеспечения устойчивого развития.

    Обществннное объединение IDEA призывает граждан вносить вклад в процесс озеленения путем посадки деревьев и предотвращения их вырубки, информировать по специально созданной горячей линии (со всех мобильных операторов и городских телефонов 1113) о фактах незаконной вырубки деревьев, с которыми они сталкиваются.