Month: October 2019

  • Mehriban Əliyeva dövlət və hökumət başçılarının xanımları ilə Heydər Əliyev Mərkəzində – FOTO

    Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçılarının xanımları oktyabrın 25-də Heydər Əliyev Mərkəzində olublar.

    AZƏRTAC-ın məlumatına görə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva qonaqlarla görüşüb.

    Qonaqlar əvvəlcə Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Onlara məlumat verilib ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının və Ulu Öndərin irsinin dərindən öyrənilməsinə və tədqiq edilməsinə yönəlib.

    “Azərbaycan inciləri” sərgisi ilə tanış olan qonaqların diqqətinə çatdırılıb ki, bu sərgidə ölkəmizin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsi ilə bağlı nadir eksponatlar nümayiş etdirilir. Burada qədim peşələrin, o cümlədən Azərbaycan xalçaçılıq məktəbinin nadir nümunələri sərgilənir, qədim çalğı alətlərimiz orijinal şəkildə – səsli formada təqdim olunur. Azərbaycan milli geyimlərinin, qədim sikkələrin nümayiş etdirildiyi sərgiyə gələnlər burada müxtəlif dillərdə müqəddəs kitabları da görə bilərlər.

    Sonra qonaqlar “Musiqi alətləri: birlik və müxtəliflik” sərgisinə də baxdılar. Ekspozisiyada Heydər Əliyev Fondunun müxtəlif mənbələrdən topladığı nadir kolleksiya – XVIII-XX əsrlərə aid 200-dək musiqi aləti nümayiş olunur. Sərgidə Azərbaycan musiqi mədəniyyəti tarixinə də geniş yer verilib. Burada 50-dək milli musiqi aləti yer alıb. Sərginin muğam otağında Azərbaycanın tanınmış xanəndələrinin ifalarından ibarət videoçarxlar, ekspozisiyadakı monitorlarda isə UNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş Azərbaycan muğamı, aşıq sənəti, tar və kamança ifaçılığına aid musiqi nümunələri təqdim edilir. Sərgidə hər bir musiqi alətini seyr etməklə yanaşı, onu dinləmək də mümkündür.

    Daha sonra qonaqlar “Kukla incəsənətdə” sərgisi ilə tanış olublar. Sərgidə dünyanın müxtəlif ölkələrinin müəlliflərinin əl işi olan 230 kukla nümayiş etdirilir. Ekspozisiyadakı sənət nümunələrinin əksəriyyəti tək nüsxədə hazırlanıb və yüksək bədii dəyərə malikdir. Həmin əsərlərin çoxu beynəlxalq kukla festivalları və biennalelərində qalib olub. Sərgidə çini, kağız, plastik, taxta və parçadan hazırlanan ənənəvi kuklalarla yanaşı, müasir texnologiyalardan istifadə olunaraq yaradılan modern kuklalar da təqdim edilir. Sərgidə kuklalar 11 müxtəlif mövzu üzrə bölünüb. Belə ki, ekspozisiyada geyim tarixi, yumoristik obrazlar, bayram simaları, İçərişəhər sakinləri, nağıl qəhrəmanları, taxta kuklalar və digər mövzularda eksponatlarla tanış olmaq mümkündür. Sərginin hər bir eksponatı ilə tanışlıq, eyni zamanda, kukla sənətinin incəliyini, inkişaf tarixini izləməyə imkan yaradır.

    Sərgilərlə tanışlıqdan sonra keçirilən görüşdə Qoşulmama Hərəkatının əhəmiyyətinə toxunan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva deyib:

    – Əziz xanımlar, sizi salamlayıram. Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə iştirak etmək üçün Azərbaycana xoş gəlmisiniz. İnanıram ki, BMT-yə üzv dövlətlərin üçdəiki hissəsini özündə birləşdirən Qoşulmama Hərəkatının Bakı Zirvəsi Hərəkatın gələcək inkişafına və üzv dövlətlərin münasibətlərinin həmrəylik və qarşılıqlı anlaşma ruhunda möhkəmlənməsinə mühüm və fərqli töhfəsini verəcəkdir.

    Azərbaycan müstəqilliyini 1991-ci ildə bərpa etmişdir. Ötən illər ərzində bütün çətinliklərə baxmayaraq, ölkəmiz sürətlə inkişaf edib, müstəqilliyini qoruyub saxlayıb və ictimai-siyasi həyatın bütün sahələrində böyük nailiyyətlər qazanıb. Azərbaycan dünya birliyində etibarlı tərəfdaş və məsuliyyətli üzv kimi tanınır.

    Əziz xanımlar, baxmayaraq ki, biz müstəqil ölkə kimi gəncik, lakin Azərbaycan qədim tarixə və zəngin mədəniyyətə malik olan ölkədir. Əsrlərboyu bu məkanda müxtəlif sivilizasiyaların, dinlərin, millətlərin nümayəndələri sülh və qarşılıqlı hörmət şəraitində yaşayıb. Bu gün də Azərbaycan dövləti və Azərbaycan xalqı bu ənənələri qoruyub saxlayır. Sülh mədəniyyətinin təbliğ, mədəniyyətlərarası və dinlərarası dialoqun təşviq edilməsinə ölkəmizdə xüsusi diqqətlə yanaşılır. Təsadüfi deyil ki, son illər Azərbaycan bu sahədə tanınmış beynəlxalq platformaya çevrilib. Son illər ölkəmizdə bir sıra möhtəşəm, mötəbər beynəlxalq forumlar, görüşlər, sammitlər keçirilib. Qoşulmama Hərəkatının XVIII Zirvəsinin məhz Azərbaycanda keçirilməsi bunun növbəti sübutudur. Gələn üç il ərzində ölkəmiz Qoşulmama Hərəkatına sədrlik edəcək və mən əminəm ki, bu illər ərzində öz fəaliyyətini məhz bu prinsiplər – əməkdaşlıq, tərəfdaşlıq, qarşılıqlı hörmət, ölkələrin suverenliyinə və ərazi bütövlüyünə dəstək şəklində həyata keçirəcək.

    Əziz dostlar, əziz xanımlar, bu gün görüş keçirdiyimiz Heydər Əliyev Mərkəzi dünya şöhrətli memar Zaha Hadidin ölməz əsəridir. Mərkəz bir tərəfdən nadir memarlıq abidəsidir, digər tərəfdən müasir Bakının simasıdır, simvoludur. Qərblə Şərqin tarixini, memarlığını, mədəni abidələrini özündə birləşdirən Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən biridir. Mən ümidvaram ki, siz vaxt tapıb paytaxtımızla daha yaxından tanış olacaqsınız, insanlarımızın qonaqpərvərliyini hiss edəcəksiniz.

    Əziz xanımlar, bir daha sizə “Xoş gəlmisiniz!” deyirəm. Təmsil etdiyiniz ölkələrə və xalqlara sülh və əmin-amanlıq arzulayıram. Sizin hər birinizə möhkəm cansağlığı və uğurlar diləyirəm.

    Sonda xatirə şəkli çəkilib.

  • NAM Gənclər Sammiti çərçivəsində ağacəkmə aksiyası keçirilib – FOTO

    Oktyabrın 25-də IDEA İctimai Birliyi, Gənclər və İdman Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi, Azərbaycanda keçirilən Qoşulmama Hərəkatının (NAM) Gənclər Sammitinin gənc nümayəndələrinin iştirakı ilə ağacəkmə aksiyası keçirilib.

    AZƏRTAC-ın məlumatına görə, Bakıda keçirilən Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Toplantısı çərçivəsində həmin təşkilatın ilk Gənclər Sammitinin gündəliyindəki ən əsas məsələlərdən biri dayanıqlı inkişafın təmin edilməsi, o cümlədən ekoloji problemlərin həlli üzrə qlobal səylərin gücləndirilməsidir.

    Dayanıqlı inkişaf naminə birgə qlobal səylərə dəstəyin rəmzi olaraq, NAM Gənclər Sammitində təmsil olunan 40 ölkənin gənc nümayəndələrinin iştirak etdiyi aksiyada paytaxtın 6-cı mikrorayonunda yerləşən köhnə dendroloji park ərazisində 100 ağac əkilib.

    Məlum olduğu kimi, ağaclar iqlim dəyişikliyinin qarşısının alınmasına töhfə verir, biomüxtəlifliyin qorunmasına şərait yaradır, havanı oksigenlə zənginləşdirir, sağlam ekoloji mühit yaradır. Hesablamalara görə, dünyada hər il insanlar tərəfindən kənd təsərrüfatı və digər məqsədlər üçün təxminən 15 milyard ağac kəsilir, ümumiyyətlə isə sivilizasiya yaranandan dünyadakı ağacların həcmi 46 faiz azalıb. Ona görə də quruyan, ömrünü başa vuran və kəsilən ağacların əvəzinə daha çox sayda yerli növ ağacların əkilməsi dayanıqlı inkişafın təmin edilməsi üçün olduqca vacibdir.

    IDEA İctimai Birliyi vətəndaşları yeni ağaclar əkməklə və ağac kəsintisinin qarşısını almaqla yaşıllıqların qorunmasına töhfə verməyə, üzləşdikləri qeyri-qanuni ağac kəsilməsi halları ilə bağlı xüsusi yaradılan qaynar xəttə (bütün mobil operatorlar və şəhər telefonlarından 1113) məlumat verməyə çağırır.

  • Prezident İlham Əliyevin Venesuela Prezidenti Nikolas Maduro ilə görüşü olub

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 25-də Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro ilə görüşüb.

    AZƏRTAC xəbər verir ki, Prezident Nikolas Maduro Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün yüksək səviyyədə təşkil oldunduğunu qeyd etdi və Prezident İlham Əliyevə bu Zirvə Görüşünə sədrliyinə görə minnətdarlığını ifadə etdi.

    Söhbət zamanı Azərbaycanın Qoşulmama Hərəkatına uğurla sədrlik edəcəyinə əminlik ifadə olundu.

    Görüşdə Bandunq Prinsiplərinin dövlətlərarası münasibətlərdə mühüm rolu xüsusi qeyd olundu və bu prinsiplər əsasında Qoşulmama Hərəkatının beynəlxalq sülh və təhlükəsizliyə töhfə verdiyi vurğulandı. Bandunq Prinsipləri, xüsusilə dövlətlərin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və onların daxili işlərinə qarışılmamasının beynəlxalq münasibətlərin təməl prinsipləri olmasının vacibliyi bildirildi.

    Söhbət zamanı, həmçinin Qoşulmama Hərəkatı çərçivəsində üzv dövlətlər arasında həmrəyliyin, qarşılıqlı dəstəyin və əməkdaşlığın gücləndirilməsinin önəmi bildirildi.

  • В Баку еще на 12 улицах созданы стоянки такси – ФОТО

    Бакинское транспортное агентство (БТА) ускорило работы по созданию стоянок для такси.

    Как сообщает Trend со ссылкой на Агентство, за эту неделю на 12 улицах и проспектах столицы организованы стоянки.

    Отметим, что эти работы, осуществляемые Агентством, будут носить долгосрочный характер.

  • Qohumunun pulunu mənimsəmək üçün özünü bıçaqladı – FOTO

    Bərdə rayon sakini polisə yalan məlumat verib.

    Median.Az “report”a istinadla xəbər verir ki, hadisə rayonun Alpout kəndində yerləşən “Mal bazarında” qeydə alınıb.
    Rayon sakini Zabil Əzizli yaxınlarına zəng edərək tanımadığı şəxslər tərəfindən bıçaqlandığını və üzərində olan 8745 manat pulunun oğurlandığını deyib.

    Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Zabil Əzizlinin bütün yalanları ifşa edilib.

    Məlum olub ki, Zabil Əzizli yaxın qohumu Tahir Qurbanova məxsus 8745 manat pulu mənimsəmək üçün sol bud nahiyəsinə bir neçə bıçaq xəsarəti yetirib və mənimsəmə faktını gizlətmək üçün həm polisə, həm də qohumlarına yalan danışıb.

    Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

  • Həbsdə olan oğluna herion aparan ata saxlanılıb

    Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdlərinin qarşısı alınıb.

    Penitensiar Xidmətdən verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş Ağayev Ceyhun Əzizxan oğlu ilə qısamüddətli görüşə getmiş atası, Şirvan şəhər sakini Ağayev Əzizxan Səlimxan oğlu tərəfindən aparılmış sovqata baxış keçirilən zaman orada olan köynəyində gizlədilmiş 0.717 qram narkotik maddə – heroin aşkar edilib.
    Faktla bağlı araşdırma aparılır.//yeniavaz.com.az

  • В Японии две хурмы продали за 6,5 тысячи долларов

    Две хурмы сорта «тэнкафубу» были проданы в пятницу на торгах на центральном рынке города Нагоя в Японии за 700 тысяч иен (около 6,5 тысячи долларов), сообщает РИА Новости со ссылкой на телеканал NHK.

    Впервые хурма сорта «тэнкафубу», получившего название по одноименной знаменитой надписи с печати Оды Нобунаги, считающегося одним из величайших государственных деятелей в японской истории и одним из первых объединителей страны, была выставлена на продажу в 2016 году. Тогда максимальная цена составила 320 тысяч иен (около 3 тысяч долларов). Вес одной хурмы равен 300 граммам. На создание сорта «тэнкафубу» было потрачено 11 лет.

    Телеканал отмечает, что содержание сахара в проданных плодах хурмы превышает 25 градусов по шкале Брикса, в то время как в обычной хурме содержание сахара составляет около 15-16 градусов.

    Имя покупателя не раскрывается.

  • İraqda itkin düşən azərbaycanlı zəvvarın öldüyü məlum oldu

    “Ərbəin” günü (qırxıncı gün) Kərbəla ziyarətinə gedən İmişli rayon sakini Yusifov Davər Qafar oğlunun ölməsi dəqiqləşib.

    Bu barədə BAKU.WS-ə mərhumun qardaşı Şakir Yusifov məlumat verib.

    Onun sözlərinə görə, qardaşı Yusifov Davər ürək tutmasından İraqda dünyasını dəyişib.

    Qeyd edək ki, İmişli rayon Buludlu-Boşcallar kəndinin sakini olan D.Yusifov zəvvarlarla birgə Kərbəla şəhərinə getsə də, 20 oktyabr tarixində qəfil yoxa çıxıb.

    Hadisəyə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən də rəsmi münasibət bildirilib. Qeyd olunur ki, Yusifov Davər Qəfər oğlu rəsmi təyinatı olan din xadimi olmayıb, itkin düşən zəvvarın axtarılmasından ötrü İraq hüquq-mühafizə orqanlarına da müraciət edilib.

  • İstirahət günləri üçün hava proqnozu

    Azərbaycanda istirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sfera.az-a verilən məlumata görə, Böyük və Kiçik Qafqazda bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu dağətəyi rayonlarda 17-22, dağlıq rayonlarda 12-16 dərəcə isti təşkil edəcək.

    Lənkəran-Astara bölgəsində bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 18-23, dağlıq raonlarda 10-15 dərəcə isti təşkil edəcək.

    Qazax-Gəncə zonasında havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 18-23 dərəcə isti təşkil edəcək.

    Aran rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 20-24 dərəcə isti təşkil edəcək.

    Naxçıvan Muxtar Respublikasında havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 20-25 dərəcə isti təşkil edəcək.

    Paytaxtda isə havanın dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gündüz 19-22 dərəcə isti təşkil edəcək.

  • Экстракт брокколи затормозил герпес

    Немецкие молекулярные биологи впервые проследили за тем, как вирус герпеса проникает в клетки человека и подавляет ее защитные системы. Эти наблюдения помогли выяснить, что экстракт капусты брокколи и экспериментальное лекарство от болезней почек замедляют инфекцию, пишут исследователи в статье, которую опубликовал научный журнал Nature Communications, сообщает ТАСС.

    «Мы визуализировали те изменения, которые возникают в работе каждого гена – в клетках, куда проникал вирус. Эти наблюдения помогли нам понять, что включение гена NRF2 было связано с замедленным развитием инфекции и усиленным сопротивлением атакам вируса», – рассказал один из авторов работы, биолог из Центра молекулярной медицины имени Макса Дельбрюка (Германия) Ведран Франке.

    Вирус герпеса – один из самых распространенных возбудителей болезней на Земле. Первый подтип этого вируса, hsv-1, вызывает «простуду» на губах, а второй, hsv-2, поражает в основном половые органы человека. По оценкам Всемирной организации здравоохранения (ВОЗ), первый подвид герпеса заразил больше половины взрослого населения Земли, а второй – каждого десятого или восьмого человека.

    Франке и его коллеги сделали большой шаг к решению этой проблемы, наблюдая за тем, как герпес проникал в одиночные фибробласты, клетки человеческой кожи. Для этого они подсчитывали число копий вируса внутри клеток и следили за тем, как менялась активность тех или иных генов человека, а также самого патогена, после попадания герпеса в питательную среду и внутрь клеток.

    Наблюдая за подобными сдвигами, ученые надеялись понять, какие именно участки генома отвечают за реакцию на атаки вируса и как hsv-1 подавляет их работу или остается невидимым для клеточных систем защиты. Всего ученые заразили более 12 тыс. одиночных клеток кожи и проследили за изменениями в работе свыше 3 тыс. генов.