Month: October 2019

  • Bakıda su quyusundan kişi meyiti tapıldı

    Fövqəladə Hallar Nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunda su quyusunda aşkar edilən 1987-ci il təvəllüdlü Həbibzadə Elvin Nazim oğlunun meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

    Median.Az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri E.Həbibzadənin meyitini dərinliyi, təqribən, 25 metr olan quyudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

  • Zakir Həsənov NATO Baş Katibinin müavini ilə görüşüb

    Brüsselə səfər çərçivəsində Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov NATO Baş Katibinin müavini Mirça Coane ilə görüşüb.

    Müdafi Nazirliyindən verilən məlumata görə, tərəflər Azərbaycan-NATO əməkdaşlığı və perspektivləri, eləcə də regional təhlükəsizlik məsələləri haqqında fikir mübadiləsi aparıblar. M.Coane Azərbaycanın NATO-nun Əfqanıstanda həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyasına, habelə Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəyə görə öz minnətdarlığını bildirib, hərbi təhsil sahəsində və uyarlılıq platformasındakı əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində Azərbaycanın fəallığını yüksək qiymətləndirib.

    Azərbaycanın Müdafiə naziri NATO-nun ölkəmizin ərazi bütövlüyünə verdiyi dəstəyə görə minnətdarlığını bildirib.//apa.az

  • В Азербайджане мать двоих детей сбежала с любовником – ВИДЕО

    В Азербайджане 22-летний парень познакомился в Instagram с матерью двоих детей и сбежал с ней.

    Иформация об этом была распространена на телепередаче ведущей Хошгадам Хидаятгызы «Ищу тебя», сообщает unikal.org.

    Сбежавшая с любовником Айтен замужем уже 6 лет:

    «Мне 22 года. У меня двое детей – одному три года, другому пять лет. В 16 лет меня насильно выдали замуж. Я отказываюсь от обоих детей и передаю их отцу. Со своим любимым я познакомилась через Instagram, мы знакомы неделю. Когда я познакомилась с любимым, поставила его в известность о том, что замужем, и у меня двое детей».

    Молодой человек также подтвердил факт знакомства в социальной сети: «Я знал, что она замужем. Но не мог видеть, как она несчастна, и был вынужден ее похитить».

  • “Semaşko”da narazılıq baş qaldırıb – İşçilər baş həkimlə bağlı şok faktlar açıqladı

    Xəstəxananın işçiləri baş həkim Ədalət Dadaşovun idarəçiliyindən narazıdır. Xəstəxananın adlarının çəkilməsini istəməyən bir qrup işçisi iddia edir ki, Ədalət Dadaşov baş həkim təyin ediləndən tibbi xidmətin səviyyəsi aşağı düşüb.

    “Pulsuz” tibbi xidmətlərin qiymətləri

    “1 saylı Şəhər Klinik Xəstəxanasında 760 çarpayı üçün 2 minə yaxın işçi çalışır. Onlardan 500-ə yaxını həkim, 800-ü orta tibb işçisi,700-ü isə kiçik tibb işçiləridir. Mərkəzdə 30 min adama stasionar, 50-60 min adama isə ambulator yardım göstərilir. Baş həkimin tabeliyində olan işçilər onun təkidi ilə xəstələrdən açıq şəkildə pul istəyirlər. Çünki baş həkim məcburi qaydada bütün əməkdaşlarına aylıq “haqq” qoyub”,- deyə işçilər müraciətlərində bildirir.

    Onların sözlərinə görə, xəstəxanada ödənişsiz olmasına baxmayaraq, UZİ 20 manat, EKQ 30 manat, rentgen müayinəsi 20-25 manat, kompüter tomoqrafiyası 50-80 manat, maqnit rezonans tomoqrafiyası 80-120 manat, analizlərin hər biri 10 manatdır. “Palataya xəstənin daşınması 10 manat, çarpayı pulu 10 manat pul alınır.

    Rayondan gələn xəstələrdən isə 400-500 manat civarında pul tələb olunur. Vermədikdə göndəriş olsa belə, müxtəlif bəhanələrlə xəstəxanaya yerləşdirilmir, saatlarla qapıda saxlanılır, qeydiyyat ünvanı ilə ərazi üzrə xəstəxanaya yaxınlaşması bildirilir. Narazı olan vətəndaşlarla gərginik yaşandıqda isə xəstələr şikayət yazır və “qaynar xətt”ə müraciət edirlər. Bu zaman isə baş həkim yox, onun təkidi ilə bu işləri görməyə məcbur olan həkimlər hədəfə gəlir. Çünki məhz onlardan izahat alınır, töhmət verilir, xəbərdarlıq edilir, işdən uzaqlaşdırılır. Baş həkim isə bu hadisədən xəbəri olmadığını bildirərək yaxasını qırağa çəkir”, – deyə həkimlər əlavə edib.

    Həkimlərdən nə qədər pul yığılır?

    İddialara görə, Ədalət Dadaşovun tətbiq etdiyi “qaydalara” görə hər şöbədən ayda 3000 manat (hər həkim ayda 300-350 manat arası), tibb işçilərindən 1500 manat (hər tibb işçisindən 70-80 manat arası), 1 il bundan əvvəl özünə təyin etdiyi müavini Səbinə xanıma vermək üçün ayda 1000 manat, növbəyə qalan hər həkimdən 100 manat, hər cərrahiyyə əməliyyatına görə 100 manat pul yığılır: “Son 1-2 il ərzində əmək müqaviləsinin bir il uzadılması üçün 3 min manat haqq verməkdən imtina edən ixtisaslı, peşəkar həkimlərdən Travmatologiya şöbəsinin müdiri Alim Mirzəyev, Cərahiyyə şöbəsinin reanimasiya müdiri Vaqif Rəhimov, Anestiziologiya şöbəsinin müdiri Fətəli Fətəlizadə, Neyrotravmatologiya şöbəsinin müdiri Əmirəli Yusifov, nevropatoloq Səlim həkimin əmək müqavilələrinə səbəbsiz yerə xitam verilib.

    Ərizəsini öz razılığı ilə yazmayanlara isə töhmət, xəbərdarlıq verilməklə işdən xaric olunublar. Respublikada nevropatoloq kimi öz sözünü demiş, tanınmış Səlim həkim haqsızlığa dözmədiyi üçün keçirdiyi əsəb, stres nəticəsində insult keçirərək vəfat edib. Ədalət həkim də dərhal onun otağına öz həyat yoldaşını yerləşdirərək kardioloq kimi işə götürüb”.

    Dərmanlar pulla satılır

    Bildirilir ki, Mərkəzdə müalicə olunan xəstələrə Səhiyyə Nazirliyinin hazırladığı siyahıya uyğun olaraq dərmanlar verilməlidir. Lakin xəstələrin yaxınları dərmanları öz vəsaitləri hesabına alırlar.

    “Xəstəxanaya verilən dərmanlar isə Ədalət müəllimin göstərişi ilə apteklərdə, Laboratoriya şöbəsinin müdiri Mais Sailovun vasitəsilə onun şəxsi klinikası olan “Biolab” kinikasına daşınır.

    Nazirlər Kabinetinin 9 mart 1994-cü il tarixli 103 saylı qərarı ilə xəstəxanada müalicə olunan xəstələr üçün xüsusi qida norması müəyyənləşib. Normativə uyğun olaraq, xəstələrə toyuq, balıq, ət, sosis, kolbasa, meyvə, tərəvəz, qurudulmuş meyvələr, süd və süd məmulatları, çovdar, buğda şörəkləri verilməli olduğu halda xəstələr keyfiyyətsiz və vitaminsiz qidalar təklif olunur. Verilən ərzaqları isə hər axşam xəstəxananın baş mühasibi Hüseyn müəllim və onun qardaşı giriş qapısından öz şəxsi maşınlarına daşıyaraq aparırlar.

    Hər 3 aydan bir baş mühasib Hüseyn müəllim təsərrüfat mallarının alınması üçün ayrılan pulun silinməsi məqsədilə guya pulun avadanlıqlara xərclənməsi barədə sənədlərə qol çəkdirsə də, həmin avadanlıqlar, vəsaitlər heş biri xəstəxanaya, şöbələrə verilmir.Təmir işlərinin aparılması və təmirə lazım olan avadanlıqların (boya, metlax, lampa, su kranı, sanitar texnika və dəftərxana ləvazimatları) alınması həkimlərin şəxsi hesabına həyata keçirilir.

    Ədalət Dadaşovun xəstəxanaya rəhbərlik etdiyi bu neçə il ərzində saysız-hesabsız şikayətlərə baxmayaraq, Səhiyyə nazirinin müavini Gülmirzə Poladova arxalanaraq peşəkarcasına bu nöqsanları ört-basdır etməyi bacarır və “haqq” yığımına öz ampluasında davam edir.

    Ümidvarıq ki, aidiyyəti hüquq-mühafizə orqanlarının rəsmiləri yazılan faktları dərhal araşdırıb lazımi tədbir görəcəklər”.

    //Yeni Sabah

  • В Гаджигабуле “Toyota” врезалась в ограждение, погиб пассажир

    Как сообщает Median.Az, 24-го октября примерно в 13 часов в селе Пирсаат Гаджигабульского района автомобиль марки “Toyota”, управляемый жителем столицы И.Алиевым врезался в ограждение и перевернулся.

    В результате дтп пассажир Кямран Гасымов погиб на месте происшествия.

    В Главном Следственном управлении МВД по факту ведется расследование.

  • Hacıqabulda “Toyota” yol ayrıcısına çırpılıb, sərnişin ölüb

    Median.Az xəbər verir ki, oktyabrın 24-ü saat 13 radələrində Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində, Bakı şəhər sakini İ.Əliyev idarə etdiyi “Toyota” markalı avtomobili yol ayırıcısına vurub və aşıb.

    Nəticədə sərnişin Kamran Qasımov hadisə yerində ölüb.

    DİN Baş İstintaq və Təhqiqat İdarəsində faktla bağlı araşdırma aparılır.

  • Ильхам Алиев встретился с Гурбангулы Бердымухамедовым – ФОТО

    25 октября состоялась встреча Президента Азербайджанской Республики Ильхама Алиева и президента Туркменистана Гурбангулы Бердымухамедова.

    Об этом сообщает АЗЕРТАДЖ.


  • İlham Əliyev Qurbanqulu Berdiməhəmmədov ilə görüşüb – FOTO

    Oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olub.

    Bu barədə AZƏRTAC məlumat yayıb.


  • Задержан водитель, скрывшийся после наезда в поселке Бузовна

    Как сообщает Median.Az, 24-го октября примерно в 01 часов ночи в поселке Бузовна автомобиль неустановленной модели сбил жительницу поселка Р.Гаджиеву и скрылся с места происшествия.

    Потерпевшая была помещена в больницу.

    Сотрудники службы безопасный город Главного управления полиции (ГУП) г.Баку и 2-го отделения полиции Хазарского РУП в результате оперативно-розыскных мер задержали жителя столицы А.Гусейнова, который совершил наезд на автомобиле марки “Mercedes”.

    По факту ведется расследование.

  • Buzovnada piyadanı vurub, qaçan sürücü saxlanılıb

    Median.Az xəbər verir ki, oktyabrın 24-ü gecə saat 1 radələrində Buzovna qəsəbəsi ərazisində, müəyyən edilməmiş avtomobillə qəsəbə sakini R.Hacıyeva vurulub.

    Nəticədə piyada xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

    Bakı şəhər Baş Polis İdarəsi (BPİ) Təhlükəsiz Şəhər Xidməti və Xəzər RPİ 2-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisə yerindən yayınan “Mercedes” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini A.Hüseynov saxlanılıb.

    Araşdırma aparılır.