Month: October 2019

  • Fitnesin hansı növləri insanı cavanlaşdırır?

    Özünüzü bir neçə yaş cavanlaşdırmaq üçün bir tək kosmetoloq və ya plastik cərraha müraciət etməklə deyil, həmçinin fitnesslə məşğul olaraq da etmək mümükündür.

    Fitnes – qocalma əlamətlərinin mübarizəsində ən yaxşı müttəfiq sayılır. Buna səbəb , onun bütün orqanizmi əhatə etdiyinə görə sağlamlığa çox xeyirli olmasıdır.Fitnesin isə bir çox növləri olduğundan əldə etmək istədiyiniz nəticə sizin məqəsədinizdən asılıdır.

    Məqsəd: orqanizmin bütün sistemlərini cavanlaşdırmaq

    Güc sərf olunan məşğələlərdən əzələlərdə yaranan gərginlik orqanizm tərəfindən stress kimi qəbul olunur, orqanizmin buna olan təbii reaksiyası isə hormonların intensiv atılmasıdır. Məhz hormonların olmaması isə qocalma prosesini tezləşdirir. Bu maddələr olduğu halda orqanizm yaxşı işləyir, bu da dərinin elastikliyi və saçların parlaqlığı ilə özünü göstərir. Əsas cavanlaşdıran hormonlar endorfin, serotonin, tetesteron və boy artma hormonu somatotropin sayılır.

    Bu prosesdə ən çox yer tutan hormon, hüceyrələrin regenerasiyasına ayrılan boy artma hormonudur. Somatotropin – hüceyrələrin qocalması ilə aktiv mübarizə aparır. Lakin, 30 yaşdan sonra orqanizm onu lazımı miqdarda istehsal etmədiyinə görə qocalma prosesi aktiv olaraq güclənir.

    Əgər bu hormonun azlığını hiss etmiriksə, endorfin hormonunun azlığını əhvalın pisliyi ilə çox aydın hiss etmək olar. Bu emosiyalar isə hər bir insanı bir neçə yaş qoca göstərə bilirlər. Əlbəttə ki endorfinin səviyyəsini şokolad yeməklə qaldırmaq olar.Lakin məşğələlədən bu hormonu almaq daha xeyirlidir. Belə ki, şirnidən aldığımız həzz yalnız 40-50 dəqiqə olduqda, məşqdə əldə olunan nəticə ondan isə daha çox olacaq.

    Həmçinin serotonin adlı xoşbəxtlik hormonu haqda da unutmayın. Belə ki, məşğələ zamanı onun istehsalı tezləşir, o isə depressiya və stressin qarşısını alır.

    Məqsəd: ürək və damarları gücləndirmək

    Gəzinti və qaçış bizə bərabər intensiv kardioyüklənməni təmin edərək, infarktın təhlükəsini azaldaraq, ürək-damar sistemini gücləndirir. Bundan əlavə gəzinti və qaçış – arıqlamağa kömək edir, oynaq və əzələləri məşq etdirir, düz qaməti təmin edir, qanı oksigenlə zənginləşdirir və maddələr mübadiləsini aktivləşdirir.

    Məqsəd: qadın sağlamlığını möhkəmlətmək və həyəcandan xilas olmaq

    Yoqa. Heç müşahidə etmisiz ki, yoqa instruktorları hər zaman öz yaşlarından daha cavan görsənirlər? Bunun başlıca səbəbi düzgün tənəffüs, oynaq və bel sümüyünə olan mötədil yüklənmədir. Yoqa ilə məşğul olmaq diqqət konsentrasiyası ilə stressdən azad edir. Bu rasional tənəffüs sayəsində olur ki, o, orqanizmə oksigenin daha çox daxil olmasını təmin edir. Kapilyarların düzgün işləməsi üçün edilən məşğələlər onların oksigeni daxili orqanlar və hüceyrələrə çatmasına kömək edirlər. Bu isə dərinin möhkəmliyi və dərini rəngini gözəl olmasın təmin edir.

    Məqsəd: dərinin vəziyyətinin yaxşılaşdırılması

    Üzgüçülük ilə məşğul olmaq əzələ və bel sümüyünə, antiselüllit, qan dövranını yaxşılaşdıran massaj seanslarını əvəz edə bilir. Bel sümüyü və oynaqlara təsir etməyən yüklənmə travma və zədələnmələri aradan qaldırır. Su ilə təmas isə mikrosirkulyasiyanı yaxşılaşdırıraraq,dərinin elastikliliyini artırır.Tezləşən limfaaxını metobolizmin bir çox məhsullarını xaric edərək, hüceyrələrin bərpa olunmasını tezləşdirir.

    Məqsəd: qırışlardan azad olmaq

    Feysbilding – Bu prosedur həm qırışlardan, həmçinin əzələ sıxlaşmalarından azad olmaq üçün istifadə edilir. Bu kimi problemlərdən azad olmaq üçün üzü tam rahatlamaq və lazımı əzələləri məşq etdirmək lazımdır. Bu kimi hərəkətləri həfətədə 3 dəfə requlyar etmək lazımdır.

    Mütəxəssislər həmçinn daha çox su içməyi tövsiyə edirlər, belə ki, su dərini daha elastik edir və xırda qırışların yaranmasının qarşısını alır.(milli.az)

  • Yasamalda 32 yaşlı kişini öldürən keçmiş məhkum tutuldu

    Bakıda qətl hadisəsi törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
    Median.Az
    xəbər verir ki, hadisə ötən gün paytaxtın Yasamal rayonu ərazisində baş verib.

    Belə ki, 1987-ci il təvəllüdlü Daxil Allahyarov naməlum şəxs tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

    Bakı Şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsi, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən 1977-ci il təvəllüdü, əvvəllər məhkum edilmiş E.Səfərov saxlanılıb.
    Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.//ölkə.az

  • Gələn aydan sərxoş sürücülər çoxala bilər

    «Sərxoş halda avtomobil idarə edənlərin sayında əvvəlki illərə baxanda ciddi fərq var».

    Median.Az-ın Baku.ws-ə istinadən məlumatına görə, bu sözləri lent.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polkovnik Vaqif Əsədov deyib. O, bu ilin 9 ayı üçün açıqlanan statistik 5662 faktın əvvəlki illərə nəzərən azaldığını bildirib:

    «Ölkə üçün açıqlanan rəqəmin 30-35%-i paytaxt Bakının payına düşür. 9 aylıq statistika üçün göstərilən rəqəmin belə böyük olmasında digər iri şəhərlərin, Gəncə, Mingəçevir, Sumqayıt və.s rolu var. Bakı üzrə sərxoş halda sükan arxasında saxlanılanların sayı 1379 olub. Düşünürəm ki, keçirilən profilaktik tədbirlər öz nəticəsini verir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə spirtli içki qəbul edib sükan arxasında oturma faktlarının sayında azalma var. Hazırda Məhərrəmlik ayı ilə əlaqədar bu faktlara demək olar ki, rast gəlinmir. Ola bilər ki, növbəti aydan sərxoş sürücülər çoxalsın. Vətəndaşlarımız Məhərrəmlik və Ramazan aylarını, ümumiyyətlə, getdikcə İslam dininin tələblərini daha çox nəzərə alırlar. Bu da təbii ki, sərxoş vəziyyətdə sükan idarə etmə faktlarının sayına kəskin təsir edir”.

    Qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri polkovnik-leytnant Rüfət Quliyev bu ilin 9 ayı ərzində sərxoş halda avtomobil idarə edilməsi ilə bağlı 5662 fakt aşkarlandığını deyib. Bu rəqəm 2018-ci ilin avqust ayının sonlarına təkcə Bakı şəhəri üçün 7181 ədəd olub. Ötən il ərzində sərxoş halda avtomobil idarə edilməsinə görə 49 ağır qəza baş verib. Həmin qəzalarda 27 nəfər ölüb, 36 nəfər yaralanıb.

    İnzibati Xətalar Məcəlləsinin 333-cü maddəsinə görə, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edən şəxslərə bu maddənin bəndlərinə əsasən müxtəlif cəzalar nəzərdə tutulur. Bu bəndlərə görə, pozuntuya yol verən şəxs müəyyən müddət avtomobil idarə etməkdən məhrum edilə və hətta həbs edilə bilər.

  • İlham Əliyev Cibuti Prezidenti ilə görüşüb

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 25-də Cibuti Respublikasının Prezidenti İsmail Ömər Qelleh ilə görüşüb.

    AZƏRTAC xəbər verir ki, Cibuti Prezidenti Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünün yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.

    Prezident İsmail Ömər Qelleh Azərbaycanın qonşu dövlətin təcavüzünə məruz qaldığını, münaqişənin həlli ilə bağlı Azərbaycanın haqlı tələbinin legitim xarakter daşıdığını vurğuladı. Dövlət başçısı Cibuti Milli Assambleyasında Xocalıda baş verənlərin soyqırımı kimi tanınması ilə bağlı qətnamənin qəbul edildiyini xatırlatdı.

    Prezident İlham Əliyev ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın və qarşılıqlı dəstəyin vacibliyini qeyd etdi. Azərbaycan Prezidenti Xocalıda baş verənlərin 10-dan çox dövlət tərəfindən soyqırımı kimi tanındığını bildirdi. Dövlətimizin başçısı Cibuti Milli Assambleyasının Xocalı soyqırımı ilə bağlı qəbul etdiyi qətnamənin yüksək qiymətləndirildiyini nəzərə çatdırdı.

    Görüşdə ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafına dair fikir mübadiləsi aparıldı.

  • Советом Европы за инновации в судебной системе и правосудии были награждены четыре страны – ФОТО

    С 2005 года по инициативе Совета Европы и Европейской комиссии 25 октября отмечается в Европе как День правосудия.

    Основной целью данного мероприятия является информирование граждан о правах и механизмах их защиты, обеспечение доступа людей к правосудию и поощрение работы Совета Европы и Европейской комиссии в области суда и правосудия.

    25 октября, в канун Европейского Дня правосудия, Совет Европы и Европейская комиссия совместно с администрацией Норвежского суда провели в Осло семинар “Роль судей в посредническом процессе”, а также церемонию награждения победителей конкурса “Хрустальные весы правосудия”.

    В ходе конкурса “Хрустальные весы правосудия” отбираются лучшие практики в суде, юстиции, прокуратуре и адвокатуре, которые рекомендуются европейским странам. На этом конкурсе было представлено 43 инновационных проекта из 20 стран. Из них проекты четырех стран – Словении, Бельгии, Нидерландов и Испании – были удостоены призов конкурса “Хрустальные весы правосудия”.

    Директор по правам человека Совета Европы Кристофер Пуарел, президент Европейской комиссии по эффективности правосудия (CEPEJ) Рамин Гурбанов, председатель совета правления судебной администрации Норвегии Борд Тендер и генеральный директор Министерства юстиции и государственной безопасности Норвегии Фредрик Бакман выступили со вступительной речью.

    На церемонии награждения, наряду с международными экспертами, присутствовали члены жюри, делегации из четырех стран и другие официальные лица Совета Европы.

    Награду делегации Словении, которая выиграла “Хрустальную весы правосудия”, вручил президент CEPEJ Рамин Гурбанов, а трем другим странам-победителям – Бельгии, Нидерландам и Испании – председатель жюри, вице-президент Верховного суда Франции профессор Жан-Поль Жан.

  • Məhkəmə və ədliyyə sahəsində innovasiyalara görə Avropa Şurası tərəfindən dörd ölkə mükafatlandırıldı – FOTO

    Avropa Şurası və Avropa Komissiyasının birgə təşəbbüsü ilə 2005-ci ildən etibarən Avropa məkanında 25 oktyabr Avropa Ədliyyə Günü kimi qeyd olunur. Bu günün keçirilməsində əsas məqsəd vətəndaşları hüquqları və onların müdafiəsi mexanizmləri barədə məlumatlandırmaq, insanların ədalət mühakiməsinə əlçatanlığını təmin etmək, eləcə də Avropa Şurası və Avropa Komissiyasının ədliyyə və məhkəmə sahəsində işini təşviq etməkdən ibarətdir.

    25 oktyabrda Avropa Ədliyyə Gününün qeyd olunması ərəfəsində Oslo şəhərində Avropa Şurası və Avropa Komissiyası Norveçin Məhkəmə Administrasiyası ilə birgə “Mediasiya proseslərində hakimlərin rolu” adlı seminarı, habelə “Ədliyyənin Kristal Tərəzisi” müsabiqəsinin mükafatlandırma mərasimini keçirmişlər. “Ədliyyənin Kristal Tərəzisi” müsabiqəsi zamanı məhkəmə, ədliyyə, prokurorluq və vəkillik üzrə ən qabaqcıl təcrübələr seçilərək Avropa ölkələrinə tövsiyə olunur. 20-i ölkədən 43 innovativ layihə hazırkı müsabiqəyə təqdim olunmuşdur. Onlardan dörd ölkənin – Sloveniya, Belçika, Hollandiya və İspaniyanın layihələri qalib olaraq “Ədliyyənin Kristal Tərəzisi” müsabiqəsi üzrə mükafatlara layiq görülmüşdür.

    Avropa Şurasının İnsan Hüquqları üzrə Direktoru Kristof Puarel, Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) Prezidenti Ramin Qurbanov, Norveç Məhkəmə Administrasiyası İdarəetmə Şurasının sədri Bard Tonder və Norveçin Ədliyyə və Dövlət Təhlükəsizliyi Nazirliyinin Baş Direktoru Fredrik Bakman açılış nitqləri ilə çıxış etmişlər.

    Mükafatlandırma mərasimində beynəlxalq ekspertlərlə bərabər Jüri üzvləri, dörd ölkənin nümayəndə heyəti və Avropa Şurasının digər rəsmiləri iştirak etmişlər. “Ədliyyənin Kristal Tərəzisi” müsabiqəsində qalib gəlmiş Sloveniyanın nümayəndə heyətinə mükafatı həmyerlimiz CEPEJ-in prezidenti Ramin Qurbanov, digər üç qalib ölkə – Belçika, Hollandiya və İspaniyaya mükafatı isə Jürinin sədri, Fransa Ali Məhkəməsi sədrinin müavini professor Jan-Pol Jan təqdim etmişlər.

  • В Баку продолжает работу Саммит Движения неприсоединения

    В Баку продолжает работу ХVIII Саммит глав государств и правительств стран-членов Движения неприсоединения. В настоящее время проходят общие дебаты.

    Как сообщает АЗЕРТАДЖ, Президент Азербайджана Ильхам Алиев принимает участие в дебатах.

  • Qoşulmama Hərəkatının Bakı Zirvə Görüşü işini ümumi debatlarla davam etdirib – YENİLƏNİB

    Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçirilən XVIII Zirvə Görüşü işini ümumi debatlarla davam etdirib.

    Median.Az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçən debatlarda Pakistan Prezidenti Arif Alvi, İran Prezidenti Həsən Ruhani, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Malayziyanın Baş Naziri Mahathir Bin Mohamad, Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani, Kuba Prezidenti Migel Diaz-Kanel, Cibuti Prezidenti İsmail Ömər Qelleh, Rusiya Xarici İşlər nazirinin müavini Sergey Verşinin, Əlcəzair Prezidenti Abdelkader Bensalah, Esvatininin Kralı III Msvati, Qana Prezidenti Nana Akufo-Addo, Namibiya Prezidenti Haqe Qotfrid Qeynqob, Ekvatorial Qvineyanın Prezidenti Obiang Nguema Mbasogo, Sudan Prezidenti Abdul-Fattah Al-Burhan, Hindistanın vitse-prezidenti Muppavarapu Venkaiah Naidu, Vyetnamın vitse-prezidenti xanım Danq Thi Nqok Thinh, Banqladeşin Baş naziri xanım Şeyx Hasinam, Nepalın Baş Naziri Khadqa Prasad Şarma Oli və Liviyanın Baş Naziri Faiz Sarac çıxış etdilər.

    Çıxışlarda 2030-cu il üçün Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində göstərilən səylərin artırılmasının, iqlim dəyişikliyi, miqrasiya, qaçqın və köçkün problemlərinin qarşısının alınmasının, dünyada sülhün və təhlükəsizliyin təmin olunmasının, transmilli cinayətkarlığa qarşı mübarizənin, kütləvi qırğın silahların yayılmasının qarşısının alınmasının, ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsinin önəmi vurğulandı, Qoşulmama Hərəkatına üzv dövlətlərin bu sahədə birgə əməkdaşlığının vacibliyi diqqətə çatdırıldı.

    Natiqlər XVIII Zirvə Görüşünü yüksək səviyyədə təşkil etdiyinə və nümayəndə heyətlərinə göstərilən qonaqpərvərliyə görə Azərbaycan Prezidentinə, Azərbaycan hökumətinə və xalqına minnətdarlıqlarını bildirdilər.

    ***

    Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçirilən XVIII Zirvə Görüşü işini ümumi debatlarla davam etdirir.

    AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev debatlarda iştirak edir.

  • Qatil 40 illik qaçışdan sonra 86 yaşında yaxalandı

    ABŞ-da 1980-ci ildən bəri polisdən gizlənən cinayətkar həbs olunub. Bu barədə CNN xəbər verir.

    86 yaşlı Uolter Ceyms Mason (Walter James Mason) Texasda tapılıb. Qatil soyadını dəyişdirərək özünü Uolter Ceyms Ellison (Walter James Allison) kimi tanıtsa da, barmaq izlərindən şəxsiyyətini təsdiqləmək mümkün olub.

    39 il əvvəl Aydaho ştatının Klayton şəhərində barda baş verən bir hücumdan sonra polis sözügedən şəxsi axtarışa verib. Hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Təcavüzkar onlardan birini başından vuraraq öldürüb, digərini çiynindən yaralayıb və qadına küt alətlə zərbə endirib.

    O vaxt 47 yaşında olduğu bilinən şübhəli çox axtarılsa da, qaçmağa nail olub.

    Qeyd edək ki, hazırda günahını etiraf etməkdən imtina edən qatilə cinayət işi açılıb.

  • Rəfiqəsinin döydüyü Günayın nə ölüsündən, nə dirisindən xəbər yoxdur — VİDEO

    Rusiyada yaşayan 1993-cü təvəllüdlü Məmmədova Günay Akif qızı 2011-ci ildə itkin düşüb.

    Median.Az baku.ws-ə istinadən xəbər verir ki, ailəsilə birlikdə Rusiyanın Tula şəhərində yaşayan Günay rəfiqəsi Daşdəmirova Şəhla Əlibaba qızı ilə birlikdə Moskvada kafedə işləyib.

    “Səni axtarıram” proqramına gələn qadın qızı ilə sonuncu dəfə sentyabr ayının 22-də əlaqə saxladığını deyir:

    “Günay ağlaya-ağlaya dedi ki, Şəhla məni döyür, pis günə salıb. Sizə göndərdiyim pulu və əmanəti sizə çatdırmayıb. Dedim, telefonu Şəhlaya ver. Şəhla məni pis sözlərlə təhqir etdi və “Sənin qızını ortadan götürəcəm” dedi. O gündən qızımdan xəbər yoxdu”.
    Ailə həmin telefon zəngindən sonra Günayla əlaqə saxlaya bilməyib. Onun itkin düşməsilə bağlı polis məlumatlandırılıb. Lakin bu illər ərzində nə dirisindən, nə də ölüsündən bir məlumat yoxdur.

    Hazırda Tulada yaşayan Şəhla Günayın harada olması barədə məlumatsız olduğunu deyir. Onun sözlərinə görə, Günay dava salıb və evdən gedib.

    Günay 15 yaşında ərə verilib. 8 il əvvəl – 18 yaşında itkin düşüb. Hazırda 26 yaşlı Günayın 11 yaşında oğlu olduğunu bildirib. Anası itkin düşən zaman uşağı 2 yaş yarımlıq olub. 7 yaşınadək nənəsinin himayəsində olub. Daha sonra atası azyaşlını uşaq evinə verib.