Month: November 2019

  • Elçin Əlibəylini döydüyü deyilən həyat yoldaşından – AÇIQLAMA

    Məşhur aparıcı Elçin Əlibəylinin həyat yoldaşı tərəfindən döyüldüyü haqda xəbər yayılıb.

    Azxeber.com məsələ ilə bağlı aparıcının həyat yoldaşı Dilrubə Vaqifzadəylə əlaqə saxlayıb. O deyilənləri təkzib edib:

    “Son günlər Elçin haqda qarayaxma kampaniyası aparılır. Bu da daha bir qara piardır. Bir müddət əvvəl xəbər yayıldı ki, verilişdən uzaqlaşdırılıb. Hazırda Elçin verilişin çəkilişindədir. Bu kimi söz-söhbətlər ailəmizdə problemlər yaratmır. Çünki biz bir-birimizi tanıyırıq. Mən Elçini döyməmişəm.”

    Elçin Əlibəyli özü də məsələylə bağlı açıqlama verib. Xəbər saytları mənə qarşı kampaniyaya başlayıblar. Bir-birinin ardınca yalan, sifarişli xəbərlər qoyurlar. Bütün yazılanlar yalandır və mətbuatın bu iyrəncliyinə etiraz olaraq ölkəni birdəfəlik tərk edirəm, təki dincəlsinlər.

    Qeyd edək ki, oxu.az saytı Elçin Əlibəylinin həyat yoldaşı tərəfindən döyüldüyü haqda xəbər yayıb.

  • Oqtay Gülalıyev başqa xəstəxanaya köçürüldü

    Türkiyədə müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyev İstanbulda yerləşən Amerikan xəstəxanasına köçürülüb.

    Bu barədə məlumatı oğlu Təbriz Gülalıyev yayıb. Onun sözlərinə görə, həkimlər O. Güləliyevin köçürülməsində heç bir təhlükə olmayacağını deyiblər.

    Xatırladaq ki, Oqtay Gülalıyev ötən ayın 29-da, 90-PZ-543 dövlət nömrə nişanlı, “Hyundai” markalı avtomobillə vurulub. Vəziyyəti ağırlaşdığından ambulans təyyarəsi ilə Türkiyəyə göndərilib.

  • Yeni ildə aztəminatlı ailələri birgə sevindirək – FOTO

    21-22 dekabr 2019–cu il tarixində Azərbaycanın Müasir Gəncləri tərəfindən ”Uşaqlar Gülsün Deyə” layihəsi keçiriləcək.

    Tədbir çərçivəsində Lerik rayonunun Mondigah kəndində yaşayan aztəminatlı ailələrin uşaqlarına bayram sevinci bəxş etmək məqsədilə orada onlar üçün Yeni il şənliyi təşkil olunacaq.

    Layihə təşkilatçılarının AZXEBER.COM-a verdiyi xəbərə görə, tədbirirn əsas məqsədi insanlara xeyirxahlıq, birlik, paylaşma kimi mənəvi duyğuları aşılamaqla, plüralist ideal cəmiyyətə addım atmaqdır. Biz gələcəyimizin memarı olan uşaqlarımız naminə yola çıxırıq və inanınırıq ki, bu yolda tək olmayacağıq. Güclü nəsillər yetişdirmək üçün birgə addımlamağa ehtiyacımımz var.

    Balaca fidanlara fərqli yeni il sevinci yaşadaraq onları savadlı, intellektual, dərin mənəvi dəyərlərə sahib insan olmaq yolunda həvəsləndirmək və Azərbaycanın müxtəlif rayonlarının turistik potensiallarını kəşf etmək layihəmizin prioritetidir. Məhz Xeyriyyəçiliyə böyük önəm verən şəxslərin dəstəyilə, bu kimi gələcəyə sonsuz ümidlər bəsləyən uşaqlardan ibarət faydalı bir cəmiyyət yaratmaq amalı ilə bu ləyihə silsiləli şəkildə Lerik rayonu ilə yanaşı , Azərbaycanın digər bu kimi rayonlarında da təşkil olunacaq. Bunun üçün Xeyirxah Bacı və Qardaşlarımızın dəstəyinizə ehtiyacımız var.

    Yolunuzu gözləyirik.

    Uşaqların ümidlərini doğurmaq, onlara həyat eşqi bəxş etmək üçün bizimlə həmrəy olmaq istəyənlər bizimlə aşağıda qeyd olunan vasitələrlə əlaqə saxlaya bilərlər:

    +994 55222 85 75

    +994 51663 63 50

    “Müasir Gənclər Klubu”





  • Azərbaycanda vəzifəli şəxsin yeddi milyonluq əmlakına həbs qoyuldu

    Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin qətiyyətli siyasi iradəsinə uyğun olaraq ölkəmizdə həyata keçirilən islahatların daha da dərinləşdirilməsi nəticəsində dövlət-sahibkar münasibətləri inkişaf etdirilmiş, sahibkarların hüquqlarının müdafiəsinin işlək mexanizmləri yaradılmış, onların tətbiqi nəticəsində müdaxilə halları azalıb.

    Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, dövlət başçısı tərəfindən qarşıya qoyulmuş tapşırıqların icrasını təmin etmək məqsədilə iqtisadiyyatın inkişafına kölgə salan korrupsiya və rüşvətxorluq kimi neqativ amillərlə, o cümlədən əhalini narahat edən korrupsiya hüquqpozmaları və onları törətmiş vəzifəli şəxslərə qarşı mübarizə istiqamətində kompleks, sistemli və ardıcıl tədbirlər davam etdirilir.

    Belə ki, “Metakom” Məhdud Məsuliyyətli Cəmiyyətin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi yekunlaşıb.

    İstintaqla “Metakom” MMC-nin direktoru Şövkət Quliyevin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək cəmiyyətin maliyyə vəziyyəti barədə bilərəkdən şişirdilmiş yalan məlumatlar göstərməklə və rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə cəmiyyətin xeyrinə QSC “Bank Standard” KB-dən üç milyon ABŞ dolları məbləğində kredit vəsaitini rəsmiləşdirərək təyinatı üzrə istifadə etməməsinə, 2007-ci ildən əldə etdiyi pul vəsaitini qəsdən ödəməməklə bankın normal fəaliyyətinin pozulmasında ifadə olunan hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.

    Ş.Quliyevə Cinayət Məcəlləsinin 195.2 (qanunsuz kredit alma külli miqdarda ziyan vurduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunub və məhkəmənin qərarı ilə yeddi milyon manat məbləğində əmlakı üzərinə həbs qoyulub.

    Cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün məhkəməyə göndərilib.

    Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi bundan sonra da bu kimi cinayətlərin törədilməsinə səbəb və şərait yaradan halların müəyyən edilərək aradan qaldırılması və bu sahədə baş verən neqativ halların qarşısının alınması istiqamətində kəsərli tədbirlər davam etdirəcək.

  • Bakıda evlərdən oğurluq edən qadın tutuldu

    Binəqədi Rayon Polis İdarəsi 7-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində evlərdən oğurluqlar edən qadın saxlanılıb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, zərərçəkən şəxslərdən biri polisə müraciət edərək bildirib ki, evin giriş qapısının açıq olmasından istifadə edən naməlum şəxs mənzilin dəhlizindəki dolabdan 5350 ABŞ dolları və 500 manat oğurlayaraq hadisə yerindən qaçıb. Bölmə əməkdaşları qısa zamanda qeyd edilən oğurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Abşeron trayon sakini Günay Abdullayevanı saxlayıblar.
    O, ifadəsində etdiyi cinayəti etiraf edib.

    Araşdırma zamanı G.Abdullayevanın Binəqədi rayonunda daha bir neçə evdən eyni üsulla, yəni açıq qalmış qapıdan içəri daxil olmaqla oğurluqlar etdiyi məlum olub.

    Faktla bağlı 7-ci Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar vasra ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.

  • Женщина украла крупную сумму денег из дома в Бинагадинском районе

    Как сообщает Median.Az, сотрудники 7-го отделения полиции Бинагадинского РУП в результате оперативно-розыскных мер задержали жительницу г.Хырдалан Г.Абдуллаеву, которая 16-го ноября украла из дома на территории района 5350 долларов, золотое украшение и одежду на сумму 500 манатов.

    В Следственном отделе Бинагадинского РУП возбуждено уголовное дело по статье 177 (кража) УК Азербайджана.

  • Binəqədi rayonunda evdən külli miqdarda pul oğurlayan qadın tutulub

    Median.Az xəbər verir ki, Binəqədi RPİ 7-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 16-da rayon ərazisindəki evdən 5350 dollar, 500 manat dəyərində qızıl-zinət və geyim əşyası oğurlayan Xırdalan şəhər sakini G.Abdullayeva saxlanılıb.

    Binəqədi RPİ İstintaq şöbəsində CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

  • Новруз Мамедов получил должность

    Бывший премьер-министр Азербайджана Новруз Мамедов получил новую должность.

    Как заявил oxu.az пресс-секретарь Азербайджанского университета языков Ага Джафарли, он назначен проректором по научной работе Азербайджанского университета языков.

  • Novruz Məmmədova vəzifə verildi

    Azərbaycanın sabiq Baş naziri Novruz Məmmədov Azərbaycan Dillər Universitetinin prorektoru təyin olunub.

    Bu barədə oxu.az-a açıqlamasında ADU-nun mətbuat katibi Ağa Cəfərli məlumat verib.

    N.Məmmədov universitetinin elmi işlər üzrə prorektoru vəzifəsinə təyin edilib.

  • У жителя Товузского района изъяли 25 кг. марихуаны

    Как сообщает Median.Az, сотрудники Западного регионального отдела Главного управления по борьбе с наркотиками (ГУБН) МВД и Товузского РОП в результате проведенной совместной операции задержали жителя села Дуз Гырыглы, ранее судимого А.Джалилова.

    В подвале его дома оперативники обнаружили 25 кг. 200 грамм марихуаны.

    По факту возбуждено уголовное дело.