Month: November 2019

  • Tovuz sakinindən 25 kq. marixuana götürülüb

    Median.Az xəbər verir ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin (BNMİ) Qərb Bölgəsində Regional şöbəsi və Tovuz RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Düz Qırıqlı kənd sakini, əvvəllər məhkum olunmuş A.Cəlilovun evinin zirzəmisindən 25 kq. 200 qram marixuana aşkar edilib.

    Faktla bağlı cinayət işi başlanılıb.

  • Bakıda evdən çürümüş kişi meyiti tapıldı

    Bakıda evdən meyit tapılıb.

    APA-nın məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

    Rayon sakini, 1970-ci il təvəllüdlü Qafarov Vüqar Rəmzi oğlunun çürümüş meyiti yaşadığı evdə qonşuları tərəfindən aşkar edilib.

    V.Qafarovun hansı səbəbdən və nə zaman öldüyü araşdırılır.

  • Lukaşenko oğluna vəzifə verdi

    Belarus Prezidenti Aleksandr Lukaşenko oğluna vəzifə verib.

    “Belta”nın məlumatına görə, prezidentin böyük oğlu Viktor Respublika Milli Olimpiya Komitəsinin vitse-prezidenti seçilib.

    Belarus başçısı bu təklifin ona aid olmadığını və hazırda oğlınun milli təhlükəsizlik üzrə prezident köməkçisi işlədiyini bildirib.

    Ölkə başçısı oğlunun iki vəzifəni icra edə biləcəyi barədə qərar vermədiyini də deyib.

    “Bu, dövlət üçün böyük itki olacaq. Mən artıq bir dəfə onun köməkçim olduğunu demişəm, çünki mənim güc strukturları ilə yaxın açıq kanala ehtiyacım var”, – deyə Lukaşenko vurğulayıb.

  • Aygün Bəylərin qardaşı ilə birgə təqsirləndirilən şəxs kassasiya şikayəti verdi

    Bakıda qətl törətməkdə təqsirləndirilən Əməkdar artist Aygün Bəylərin qardaşı Abbas Hümmətovla birgə ittiham edilən Cavid Alxazov barəsində olan hökmdən yenidən Ali Məhkəməyə müraciət edib.

    Kassasiya şikayəti verən şəxs barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

    Şikayət hakim Fərhad Kərimovun sədrliyi ilə araşdırılacaq.

    Məhkəmənin vaxtı hələlik bəlli deyil.

    Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata görə, Suraxanı Rayon Polis İdarəsi və rayon prokurorluğunun əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 2013-cü ilin iyun ayının 16-dan itkin düşmüş şəxs kimi axtarışda olan Bakı şəhər sakini Elnur Hümbətovun qətlə yetirildiyi müəyyən edilib. Daha sonra A.Hümmətov, F.Məmmədzadə, E.Alxazov, R.Əsirov, E.Əsirov və C.Alxazov həbs edilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Abbas Hümmətov 5 il, Fuad Məmmədzadə 15 il, Elmir Alxazov 15 il, Ramil Əsirov 15 il, Cavid Alxazov 5 il azadlıqdan məhrum edilib. E.Əsirov barəsində isə bəraət hökmü çıxarılıb. O, məhkəmə zalından azadlığa buraxılıb.

    Hökmə əsasən, təqsirləndirilən şəxslərə narkotik ittihamı üzrə bəraət verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti və zərərçəkmişlərlə təqsirləndirilən şəxslər apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət ediblər.

    Məhkəmə isə hökmü dəyişdirmədən saxlayıb. Daha sonra prokurorluq və zərərçəkmiş tərəf və təqsirləndirilən şəxslər Ali Məhkəməyə müraciət edib.

    Ali Məhkəmənin qərarına əsasən, qərar tamamilə ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.

    A.Bəylərin qardaşı barəsində bəraət hökmünün çıxarılmasını istəyir. Prokuror və zərərçəkmişlər isə təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılmasını tələb edirlər.

    Xatırladaq ki, tutulan şəxslərdən A.Hümmətov Əməkdar artist Aygün Bəylərin qardaşı, qətlə yetirilən şəxs isə əmisi nəvəsidir.

  • Назначен новый пресс-секретарь Кабмина

    В Кабинете министров Азербайджанской Республики произошли кадровые изменения.

    Приказом премьер-министра Али Асадова журналист Ибрагим Мамедов назначен главой пресс-службы Кабмина.

    Отметим, что прежний руководитель пресс-службы Аяз Мирзоев объявил об уходе с занимаемой должности.

  • Baş nazirdən yeni – TƏYİNAT

    Nazirlər Kabinetində kadr dəyişikliyi olub.

    Bu barədə müvafiq əmri Baş nazir Əli Əsədov imzalayıb.

    Əmrə əsasən, Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsinə jurnalist İbrahim Məmmədov təyinat alıb.

    Qeyd edək ki, Nazirlər Kabinetinin Mətbuat Xiudmətinin rəhbəri Ayaz Mirzəyev tutduğu vəzifədən ayrıldığı barədə məlumat yayıb.

  • Yeni çəkilən Bakı-Şamaxı-Yevlax yolunda çatlar yarandı – FOTO/VİDEO

    Şamaxı rayonudakı sürüşmə sahələri aktivləşib.

    Bakı-Şamaxı-Yevlax yolunun 108-ci kilometrliyində baş verən sonuncu sürüşmə nəticəsində yeni çəkilməkdə olan yolun Şamaxı istiqamətində hərəkət zolağının sol tərəfində çatlar yaranıb, asfaltda çöküntülər əmələ gəlib.

    Yeni çəkilən yolun bu hissəsində sürüşmənin aktivliyini nəzərə alaraq həmin əraziyə beton plitələr yerləşdirilsə də, təbiət hadisəsi nəticəsində yola ciddi ziyan dəyib.

    Qeyd edək ki, əvvəlki illərdə də yolun 106,107,108-ci km-ləri sürüşmənin ən aktiv nöqtələri hesab olunub. Bu ərazilər sürüşməyə meyilli ərazilər hesab edilir.
    /oxu.az/













  • Qoyunun başını kəsən azərbaycanlıya cinayət işi açıldı

    Rusiyada oğluna toy edəndən sonra qoyunun başını kəsən ataya qarşı cinayət işi açılıb.

    Hadisə Sank-Peterburq şəhərində baş verib.

    45 yaşlı azərbaycanlı oğlunun toyundan sonra çoxmərtəbəli yaşayış binasının həyətində qoyunun başını kəsib.

    Gəlinin və bina sakinlərinin gözü qarşısında baş verən hadisənin izləyiciləri bu görüntünü sosial şəbəkələrdə yayıblar.

    Puşkin Rayon Polisi hadisə ilə bağlı cinayət işi açıb.
    /oxu.az/

  • Погода на завтра: ожидаются переменная облачность и осадки

    В Баку и на Абшеронском полуострове 20 ноября ожидается переменная облачность, временами пасмурно. В течение дня в отдельных местах возможны осадки. Ветер северный умеренный.

    Об этом сообщили в Национальном департаменте гидрометеорологии Министерства экологии и природных ресурсов Азербайджана.

    Температура воздуха на Абшероне составит ночью 6-9, днем – 10-13, в Баку ночью – 7-9, днем – 10-12 градусов тепла.

    Атмосферное давление повысится с 768 мм до 770 мм ртутного столба, относительная влажность – 70-80%.

    В районах Азербайджана осадков в основном не будет. Однако в некоторых северных и восточных районах ожидаются дожди, в горных районах – снег. Ветер восточный, местами порывистый.

    Температура воздуха составит ночью 2-7, днем – 10-15 градусов тепла, в горах ночью – 3-8 градусов мороза, днем – 2-7 градусов тепла.

    Согласно медико-метеорологическому прогнозу, 20-22 ноября на Абшеронском полуострове ожидается снижение температуры воздуха на фоне порывистого северного ветра хазри и повышенной влажности, что неблагоприятно для метеочувствительных людей.

  • Hava dəyişkən buludlu olacaq, yağış yağacaq

    Sabaha Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, noyabrın 20-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 10-13, Bakıda gecə 7-9, gündüz 10-12 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq.

    Azərbaycanın rayonlarında noyabrın 20-də qərb rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin bəzi şimal və şərq rayonlarında yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 2-7, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

    Tibbi-meteoroloji proqnoza gəlincə, noyabrın 20-22-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi və rütubətli hava şəraiti fonunda temperaturun aşağı enəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əlverişsizdir.