Month: November 2019

  • В Евлахе за серийные кражи задержан бывший зэк

    Как сообщает Median.Az, сотрудники Евлахского РОП в результате оперативно-розыскных мер задержали жителя района, ранее судимого Р.Дуньямалы, который в ночь на 15-е ноября украл на территории города из автомобиля марки “ВАЗ-2106” аккумулятор.

    В ходе расследования выяснилось что, кроме этого он украл из недостроенного дома 300 метров электрического проводы, из двух дворовых участков 11 домашних птиц и водяной насос и из одного автомобиля марки “ВАЗ-2106” аккумулятор.

    В Следственном отделе РОП возбуждено уголовное дело по статье 177.2.2 (кража, совершенная повторно) УК Азербайджана.

  • Yevlaxda silsilə oğurluq edən keçmiş məhkum tutulub

    Median.Az xəbər verir ki, Yevlax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 15-nə keçən gecə şəhər ərazisində “VAZ-2106” markalı avtomobildən akkumulyator oğurlayan rayon sakini, əvvəllər məhkum olunmuş R.Dünyamalı saxlanılıb.

    Araşdırma zamanı, onun rayon ərazisində inşası başa çatmamış bir evdən 300 metr elektrik naqili, 2 həyətyanı sahədən 11 ev quşu və su mühərriki, “VAZ-2106” markalı daha bir avtomobildən akkumulyator oğurlaması müəyyən edilib.

    RPŞ İstintaq bölməsində CM-nin 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

  • Bakıda tələbə qız anasının müdirəsinin 40 yaşlı ərinə qoşulub qaçdı – VİDEO

    Bakıda 21 yaşlı qız 40 yaşlı evli və uşaqlı kişi ilə birlikdə yoxa çıxıb.

    Yeganənin qoşulub qaçdığı şəxs anasının müdirəsinin əridir.

    Evli kişiyə qoşulub qaçan tələbənin anası “Səni axtarıram” proqramına çıxaraq qızının könüllü qaçdığına inanmadığını bildirib. Ana qızının geri qayıtması üçün göz yaşları ilə yalvarıb.

    Yeganə universitetin 4-cü kurs tələbəsidir.
    /Baku.ws/

  • Simsiz qulaqlıq istifadə edənlərə XƏBƏRDARLIQ

    ABŞ-ın Ayova və Perdyu universitetlərinin kibertəhlükəsizlik sahəsi üzrə mütəxəssisləri bildiriblər ki, hakerlər simsiz aksesuarlar vasitəsilə bəzi “Android” smartfonlarına müdaxilə etməyə müvəffəq olublar.

    Median.Az “ICTnews”a istinadən xəbər verir ki, ekspertlərin araşdırmasına görə, “Bluetooth” standartını dəstəkləyən qurğular cinayətkarlara smartfona müdaxilə etməyə, fərdi məlumatları oğurlamağa, hətta zəngləri ələ keçirməyə imkan verir.

    Hakerlər cihazlara müdaxilə üçün AT-interfeysdən istifadə edirlər. Smartfona göndərilən xüsusi əmrlər nəticəsində təhlükəli bağlantı yaradılır.

    İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis Aleksey Qrişin izah edib ki, cinayətkarlar Bluetooth-qurğunun smartfona qoşulması vaxtı yaranan boşluqdan istifadə edirlər.

    Onun sözlərinə görə, indi simsiz qurğular və cihazlar arasında rabitə protokolu daha təhlükəsizdir. Buna görə hakerlər yeni üsul (simsiz qarniturlar) axtarıb tapıblar.

    Qurğunu daim yeniləyərək təhlükəsizliyi qorumaq olar. Çünki istehsalçılar hər yeniləmədə aşkar edilmiş boşluqları aradan qaldırırlar.

  • İranda benzinin bahalaşması ilə bağlı əhaliyə pul veriləcək

    İran hakimiyyəti benzinin bahalaşmasından daha çox əziyyət çəkən əhali qrupuna müavinətlər verilməsinə balşayacaq.

    Bu barədə İSNA məlumat yayıb.

    Bu gündən verilməsi nəzərdə tutulan müavinətlər 19 milyon ailəyə şamil olunacaq. Müavinətin məbləği ailə üzvlərinin sayına görə veriləcək .

    Hər ay ödənilməsi qərara alınan müavinət 0,55 milyon rial – (8,48 AZN) 2,05 milyon rial (30,5 AZN) arasında dəyişəcək.

    Qeyd edək ki, noyabrın 15-də İran hakimiyyəti güzəştli benzin və başqa yanacağın qiymətini artırıb. Bundan sonra kvota çərçivəsində yanacağın qiyməti 15 min rial (0,59 AZN), ondan xaric isə 30 min rial (1,28 AZN) olub. Benzinin əvvəlki qiyməti 10 min rial (0,39 AZN) idi.

    İranda benzinin qiymətinin bahalaşmasına etiraz olaraq paytaxt Tehran, Əhvaz, Xorrəmşəhr, Bircan, Məşhəd, Geçsaran, Sircan, Bəndər Abbas, İsfahan və Şiraz şəhərlərində küçələrə çıxan insanlar etiraz ediblər. Toqquşmalarda bu günə kimi 25 nəfərin öldüyü, 400 nəfərin saxlanıldığı açıqlanıb.

  • Bakıda kişi aləmi bir-birinə vurub, sakinləri ayağa qaldırdı – VİDEO

    Bakının Nəsimi rayonunda bir nəfər özünü hündürmərtəbəli binadan atmaq istəyib.

    Bu barədə hadisə şahidləri Baku.ws-in “qaynar xətti”nə məlumat veriblər.

    Bildirilir ki, hadisə paytaxtın Nəsimi rayonu ərazisində, Mirəli Qaşqay küçəsindəki çoxmərtəbəli binaların birində qeydə alınıb.

    Məlumat daxil olan kimi hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri vəlb olunub.

    Xilasedicilərin səyi nəticəsində intihar etmək istəyən vətəndaş fikrindən daşındırılıb və xilas edilib.

  • Bu ayın sonunda TANAP-ın ikinci hissəsinin açılışı keçiriləcək

    Noyabrın 30-da Trans-Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) Avropaya qaz ötürüləcək ikinci hissəsinin (Faza-1) açılış mərasimi keçiriləcək.

    Median.Az Report-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz bildirib.

    “TANAP çox əhəmiyyətli layihələrdən biridir. Noyabrın 30-da kəmərin açılış mərasimi keçiriləcək”,- nazir qeyd edib.

    Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TANAP Türkiyənin Gürcüstanla sərhəddindən başlayır və Yunanıstan sərhəddində, Ədirnənin İpsala rayonunda Avropa ölkələrinə təbii qaz nəqlini həyata keçirəcək Trans-Adriatik Boru Kəmərinə (TAP) birləşdirilir.

    Ümumi uzunluğu 1 850 km olan TANAP Faza-0 və Faza-1 hissə olaraq həyata keçirilir. Boru kəmərinin Faza-0 adlandırılan Gürcüstan-Türkiyə sərhəddi-Eskişəhər hissəsinin diametri 56 düym, uzunluğu 1 340 km təşkil edir. 2018-ci il iyunun 12-də TANAP-ın bu hissəsinin rəsmi açılış mərasimi keçirilib, iyunun 30-da isə TANAP-la Türkiyəyə ilk kommersiya qazının tədarükü başlanıb.

    Avropaya qaz veriləcək Faza-1 adlandırılan hissənin (Eskişəhər-Ədirnə -Avropaya qədər olan hissə) isə diametri 48 düym, uzunluğu 476 km-dir.

    Kəmərin ilkin illik ötürücülük gücü 16 milyard kubmetr təşkil edir. Bu həcmin 6 milyard kubmetri Türkiyədə istifadə olunacaq, 10 milyard kubmetri isə Avropaya nəql ediləcək.

  • В Тбилиси протестующим предъявили ультиматум

    Демонстранты, которые блокируют входы в парламент, в течение 30 минут должны освободить их и проезжую часть на прилегающих улицах, заявил журналистам замглавы департамента патрульной полиции МВД Грузии Каха Бухрадзе.

    “Они (протестующие) в течение получаса должны освободить проезжую часть и входы в парламент. Это противозаконно. В противном случае будут приняты законные меры”, – сказал он.

    Sputnik Грузия сообщает, что митингующих призвали открыть проезжую часть у входов в парламент, но получили отказ. Полицейские несколько раз объяснили митингующим, что блокирование входов в парламент выходит за рамки свободы выражения и, соответственно, является нарушение закона. Неподалеку от парламента мобилизованы дополнительные силы МВД в спецобмундировании.

  • Bakıda yaşlı qadını zorladılar

    Bakıda yaşlı qadına qarşı seksual xarakterli zorakılıq əməli törədilib.

    Xətai Rayon Polis İdarəsində M.Mehdiyevaya qarşı zorakılıq hərəkətlərinə yol vermiş Məmmədov Çingiz Binnət oğlu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.1-ci, yəni, Zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli zorakılıq hərəkətləri etmə maddəsi ilə cinayət işi açılıb.

    Artıq cinayət işi üzrə ibtidai istintaq başa çatıb. İşin materialları baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib və hakim Cavid Hüseynin icraatına verilib.
     
    //News24.az

  • Məhkəmə Ağstafada keçmiş polis yoldaşını öldürən rəislə bağlı qərar verdi

    Ali Məhkəmədə səhlənkarlıqda təqsirləndirilən Altay Rəfiyevin barəsində olan hökmdən zərərçəkmişin hüquqi varisi tərəfindən verilən kassasiya şikayətinə baxılıb.

    Hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

    Qeyd edək ki, 2016-cı ilin yayında Ağstafa rayonunun Dağ Kəsəmən kəndində axtarışda olan Tahir Fərzəli oğlu Ayralovu yaxalamaq üçün keçirilən əməliyyat zamanı Ağstafa Rayon Polis Şöbəsinin Cinayət axtarışı bölməsinin rəisi olmuş polis mayoru A.Rəfiyev səhlənkarlıq nəticəsində polis yoldaşı Vasif Bağırovu güllə ilə vuraraq öldürüb.

    Məlumata görə, T.Ayralovun müqavimət göstərməsi polis əməkdaşlarını silah tətbiq etməyə məcbur edib. Polisin atdığı güllələrdən biri başqa bir polis əməkdaşı, 1989-cu il təvəllüdlü Vasif Şaiq oğlu Bağırovun başına dəyib. O, aldığı yaradan bir neçə gün sonra müalicə aldığı xəstəxanada ölüb.

    Onun ölümünə səbəb olan polis mayoru A.Rəfiyev mövqeyini xidmət yoldaşına bildirməməkdə günahlandırılıb.

    Belə ki, onun mövqeyindən xəbərsiz olan V.Bağırovun A.Rəfiyevə tərəf atəş açdığı və cavab atəşindən sonra yaralanaraq öldüyü bildirilib.

    Daha sonra keçmiş Daxili İşlər naziri Ramil Usubovun müvafiq əmrinə əsasən, Ağstafa Rayon Polis Şöbəsinin Cinayət axtarışı bölməsinin rəisi, polis mayoru A.Rəfiyev sərəncama göndərilib.

    Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Rəfiyev 314.2-ci (səhlənkarlıq) maddəsi ilə təqsirli bilinərək, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

    Hökmdən zərərçəkmiş şəxsin hüquqi varisi S.Bağırova və məhkumun müdafiəçisi apellyasiya şikayəti verib. Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayəti qismən təmin edilərək, qərar dəyişdirilib.

    Belə ki, məhkumun cəzası 4 il 6 aya qaldırılıb.

    Daha sonra hər iki tərəf kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.