Month: November 2019

  • Hökumət deputatların büdcə təkliflərini nəzərə alacaq

    Noyabrın 18-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Təbii ehtiyatlar, energetika və ekologiya, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında 2020-ci il dövlət büdcəsi layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

    Maliyyə nazirinin müavini Azər Bayramov birinci oxunuş zamanı parlamentdə keçən gərgin müzakirələrdə millət vəkillərinin verdikləri təkliflərə baxıldığını bildirib.

    O qeyd edib ki, gələn ilin dövlət büdcəsində bir sıra təkliflərin nəzərə alınması üçün əlaqədar nazirliklərlə birgə məsləhətləşmələr aparılır.

    İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova bildirib ki, yeni büdcə ilində iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi, daxili bazarla yanaşı, ixrac bazarının da genişləndirilməsi, bir sıra layihələrin gerçəkləşməsi üçün özəl investisiyanın cəlb olunması prioritet məsələlərdəndir.

    Qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
    /oxu.az/

  • “Türkiye” qəzetində Mehriban Əliyeva haqqında məqalə dərc olunub – FOTO

    Türkiyənin “Türkiye” qəzetində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva haqqında geniş məqalə dərc olunub.

    APA-nın xəbərinə görə, jurnalist Yücel Koçun qələmə aldığı məqalə “Qardaş ölkədə nələr olur? Mehriban Əliyeva ilə Azərbaycanda dəyişiklik rüzgarı” (KARDEŞ ÜLKEDE NELER OLUYOR? Mihriban Aliyeva ile Azerbaycan’da değişim rüzgârı) adlanır.

    Məqalədə qeyd olunur ki, Azərbaycan Prezidenti İlham Əliyev ictimaiyyətdən yüksələn səslərə biganə qalmadı. Birinci vitse-prezident vəzifəsinə Mehriban Əliyevanın gətirilməsi ilə dəyişikliyin düyməsinə basıldı. Ölkədəki köhnə vərdişlər bir tərəfə qoyulur və tamamilə başqa siyasət aparılır.

    Müəllif yazır: “Sənəti, mədəniyyəti, mənəvi kodları, dərin tarixi və ədəbiyyat bazası ilə Azərbaycan Qafqazın göz bəbəyidir…

    Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal edilən, saysız-hesabsız sınaqlardan çıxan və bütün itkilərə baxmayaraq, sistemini, dövlət ənənəsini nizama salmağı bacaran bir ölkədir…

    Azərbaycan erməni lobbisi və dünyadakı dəstəkçilərinin gücünə baxmayaraq, torpaqlarındakı işğalı dünya ictimaiyyətinə çatdırmaq üçün ciddi layihələrə imza atıb.

    Dövlət başçısı İlham Əliyevin siyasi iradəsi, mövqeyi və duruşu bu məsələdə Azərbaycanı addım-addım uğura aparır.

    Gürcüstan, Ermənistan və Ukrayna nümunələrinə baxsaq, Rusiya ilə ciddi qarşıdurma yaşayan qüvvələrin ətrafdakı ölkələri alətə çevirdiyinə və  çevirəcəyinə diqqət yetirsək, Azərbaycanın hazırkı siyasi addımlarının mənasını təhlil etmək daha asan olacaq.

    İran və Rusiya ilə qonşu olması səbəbindən də Azərbaycanın mövqeyi və rolu fərqli prizmalarda şərh olunmalıdır. İran əhalisinin böyük bir hissəsinin Azərbaycan türklərindən ibarət olması isə İranın Azərbaycanın siyasi həyatına necə sirayət etmək cəhdlərini göstərir.

    Neft yataqlarının Azərbaycanı böyük şahmat oyunlarının mərkəzi halına gətirməsi də Azərbaycanın bu vəziyyətdə özünü necə qoruya bildiyini dərk etməniz üçün ciddi ipucları verməkdədir. Bu vəziyyət Prezident İlham Əliyevin balanslı siyasətinin necə dizayn edildiyinin də göstəricisidir.

    Unutmamaq lazımdır ki, Azərbaycan kimi əvvəlki siyasi durumu ilə hesablaşaraq, yeni siyasi formanı mənimsəmək ərəfəsində olan bütün dövlətlər üçün bu keçid dövrü uzun və məşəqqətli olur.

    Sosial təminatların hələ də yerbəyer edilməməsinin problemlərə səbəb olması təbiidir və bu, həm ətrafdakı dövlətlərin, həm də Qafqaz və xüsusilə, dərdi neft olan qərbli qüvvələrin zaman-zaman istifadə etmək istədiyi prosesdir.

    Ölkədəki müxalif səslərin olması da təbiidir. Bu, Azərbaycan dövləti üçün problemlərin kökündən həlli üçün vacib alətdir. Sovetlər Birliyindən çıxış mərhələsində də Azərbaycandakı bu ictimai birlik mühüm rol oynamışdı.

    Əliyev keçmiş kadrlardan qurtulur

    Azərbaycan iqtisadi cəhətdən gücləndi, dəyişikliyin davamlı hala gətirilməsi üçün Prezident Əliyevin ciddi həmlələri gündəmdədir. Lakin hazırda iqtisadi və siyasi cəhətdən həll edilməyən problemlər var.

    İdarəedici kadrların xalqla münasibətlərində sıxıntılar mövcuddur və təəssüf ki, xalqdan qopmuş səslərin çıxmasına səbəb olan təxribatçı aksiyalar müşahidə olunur. Bu, sadəcə, müxalif düşərgədə daha çox gələcəyini Qərblə birlikdə olmaqda görən bəzi mərkəzi yerlərdə görülməməkdədir. Hökumət daxilində möhkəmlənmiş köhnə fikirli kadrların, illərdir, vəzifədən getməmək üçün sərf etdiyi enerjini də diqqətdən kənarda saxlamaq olmaz.

    Prezident Əliyev ictimaiyyətin necə bir dəyişiklik istəməsinə sözün həqiqi mənasında qulaq asmaq siyasətini genişləndirməyə başladı. Lideri və ya Dövlət başçısını ayaqda saxlayacaq tək şeyin öz xalqı ilə müttəfiq olmaq olduğunu bilir.

    Sosial media və bütün medianı, xalqdan gələn səsləri və hətta ən ucdakı marginal səsləri belə eşitməyin, bu səslərə qulaq asmağın və meydana çıxan çatışmazlıqlardan istifadə etməyə çalışan güclərin əlindən alınmasının lazım olduğunu görə bilmək bir siyasətçi və Dövlət başçısı üçün böyük bacarıqdır.

    Uzun illər ölkənin idarəçiliyində olmuş, yaşları xeyli irəliləmiş şəxslər xalqda ciddi etiraza səbəb olurdu. Yeni nəslə qapı açmaq, günümüzün dəyərləri içərisində öz milli dəyər və kimliyini qorumaq refleksini möhkəmləndirmək olduqca vacibdir. Bunu xüsusilə Birinci vitse-prezidentlik vəzifəsinə təyin olunan Mehriban Əliyevanın müəyyənləşdirdyi yol və metod daha da irəliyə apardı.

    Mehriban Əliyeva reallığı

    Uzun zamandır, Heydər Əliyev Fonduna rəhbərlik edən Mehriban Əliyeva Avropa və dünyada ciddi mədəni və sosial layihələrə verdiyi dəstəklə diqqəti özünə çəkdi. Azərbaycana beynəlxalq səviyyədə ciddi qarşılığı olan layihələri gətirərək, dünyadakı Azərbaycan əleyhdarı olan lobbilərlə mübarizə aparmaq səylərini davam etdirdi.

    Hər tərəfdən mühasirəyə alınan Azərbaycanda baş verənlərin dünyaya çatdırılması üçün mədəni layihələrlə mühasirələr yarılmaya başladı. Mehriban Əliyevanın Birinci vitse-prezidentliyə təyinatını bu sahələrdəki uğurlarının nəticəsi kimi dəyərləndirmək bizi gerçək nəticələrə aparır.

    Xalq arasında böyük nüfuzu olan Mehriban Əliyev fərqli bir yolu sınaqdan keçirməyə başladı.

    Toplumdakı fərqli siyasi qrupları, hətta narazı səsləri belə “mərkəzə çəkmə, onları dinləmə və etiraz etdikləri məsələlərin çarəsini tapmaq” siyasəti xanım əfəndinin siyasi ağıl istehsal etmək sahəsində bacarığını da göstərmiş oldu.

    Mehriban xanım Əliyev idarəçiliyinə müxalif olanlara hətta belə demək mümkünsə, nifrət dolu siyasi qruplaşmalara qarşı “yumşaq və dinləyən tərəf” profilini ortaya qoymaqla Azərbaycanda ictimai sabitliyin təmin olunmasına öz töhfəsini verməkdədir.

    Azərbaycan yenidən və daha fərqli bir dəyişiklik modelinə keçdiyini son aylarda atdığı addımlarla açıq nümayiş etdirir.

    “İdarəçilikdən getməsi mümkün olmayacaq” deyilən şəxsləri pensiyaya göndərmək forması isə dövlət ənənəsi baxımından yeni bir düzəni ortaya qoyur.

    “Sovetlər Birliyi dağılsa da, hələ də şüurlarda bolşevik təfəkkürü hökm sürməkdədir. Gələnin gedəni yox etməsi siyasəti üzərində qurulmuş bolşevik baxış bucağı  Azərbaycanın gələcəyi üçün qorxunc hadisədir…”

    Marginallaşan siyasi qüvvələrin bu ifadələrinə nəzər saldıqda görürük ki, idarəçilikdəki kadrlara nifrətlə yanaşılır. Bunu dövlət idarəçiliyindəki şəxslərin hərəkətləri və xalqı nəzərə almayan kadrların möhkəmləndirdiyi də bir gerçəkdir.

    Bəzi RİH başçıları və nazirlərin xalqla münasibətlərindəki davranışı və xalqa yuxarıdan aşağı baxması ilə marginallaşan narazı səslərin ortaya çıxmasını körüklədiyi hər kəsə məlumdur. Digər tərəfdən, bu marginal qüvvələr daha çox Azərbaycana qorxunc nəticə vəd edir!

    Unutmamaq lazımdır ki, İran-Rusiya-Qərb üçbucağında “Azərbaycanda belə bir fəlakət olsa, nə etmək lazımdır” sualı çox vacibdir.

    İlham Əliyev bütün bunları dərk edərək, dəyişiklik küləyini başlatmış kimi görünür. Köhnə fikirli, yeniliyə açıq olmayan, xalqla arasındakı bağı qoparmış şəxsləri sayğı ilə pensiyaya göndərir. Xalqla arası açılan RİH başçılarını və yerli idarəçiləri cəzalandırır, gənc nəslin təmsilçilərini və rüşvətə bulaşmamış adların idarəçiliyə gətirilməsi xalqda ümidlərin cücərməsinə səbəb olur.

    Mehriban Əliyevanın xüsusilə mərhum Prezident Əbülfəz Elçibəy və onun ailəsinə göstərdiyi hörmət və bunu sübut edən hərəkətləri ictimai sabitlik baxımından önəmli siyasi addım kimi qiymətləndirilir. Mərhum Elçibəyin evinin təmir olunması xalqda simpatiya ilə qarşılanıb.

    Elçibəyin bir neçə ay əvvəl vəfat edən həyat yoldaşının bütün cənazə xərclərinin Mehriban Əliyeva tərəfindən qarşılanması isə adət-ənənə baxımından Mehriban Əliyevanın dəyərlər sisteminə necə baxdığını üzə çıxardığı üçün alqışla qarşılandı.

    Azərbaycan idarəçiliyini ən sərt şəkildə ittiham edən, Əliyev ailəsinə tənqid dolu çıxışları ilə müxalifətçilik edən fəal Oqtay Gülalıyevin qəza nəticəsində xəstəxanaya düşməsi də Mehriban Əliyevanın diqqətindən yayınmadı.

    Qəzada Əliyev idarəçiliyi ittiham olunsa da, Gülalıyevin Birinci vitse-prezidentin tapşırığı əsasında özəl təyyarə ilə Türkiyəyə göndərilməsi və bütün müalicə xərclərinin Heydər Əliyev Fondu tərəfindən ödənilməsi Azərbaycanda ictimai sabitliyin ünvanının da Mehriban Əliyeva olduğunu açıq şəkildə göstərir.

    Azərbaycan özünü nə Gürcüstan, nə də Ukrayna kimi macəralı küləklərə təslim edər. Çünki Azərbaycanın yeri və rolu fərqlidir.

    Geostrateji baxımdan Azərbaycanı gəldiyi bu nöqtədə əzməyə cəhd edən güclərin olduğu aşkardır. Ermənistan tərəfindən edilən və mütəmadi olaraq, müharibənin başlanmasına hesablanan təxribatçı həmlələrin əsas səbəbi də budur.

    Yeni gərginlik və müharibə şəraiti böyük güclər üçün zəmin yaranması mənasını daşıyır. Bunu birbaşa görən və bu dəyişikliyi başqalarının əli ilə deyil, öz millətinin yerli və milli insanları ilə birlikdə həll etmək uğurun ən böyüyü olacaq.

    Azərbaycan Türkiyə üçün həyati əhəmiyyətlidir

    Azərbaycandakı yeni dəyişiklik küləyi ölkəni böyük fəlakətdən xilas edəcək mahiyyətdədir. Uğurlu olması isə əvvəlcə Azərbaycan, sonra isə Türkiyə üçün həyati məna kəsb edir.

    Prezident Əliyev ilə Birinci vitse-prezident Mehriban Əliyevanın bu həmlələri “böyük fəlakət ssenariləri”ni həm Azərbaycandakı ictimai qrupların, həm də Türkiyənin dəstəyi ilə iflasa uğratmış olacaq.

    Unutmamalıyıq ki, Azərbaycan Türküstana qədər uzanan yolun ən vacib halqasıdır və Türkiyə üçün ən etibarlı limandır. Bu limanı başqa xəyallara mərkəz etmək istəyən, Azərbaycanı əhatəyə almış böyük güclərin, İslam və Türk dünyasının önəmli məhək daşının tarazlığını pozmaq cəhdləri “demokratiyaya azadlıq” mesajları ilə bəzənsə də, faciənin tam özüdür!

    Azərbaycan ictimaiyyəti öz problemlərini, daxildə öz dəyərləri və öz dövlətinin ağlı ilə həll edə biləcək siyasi, mədəni və ənənəvi bazaya malikdir…

  • Ильхам Алиев принял Васифа Талыбова – ФОТО

    18 ноября Президент Азербайджана Ильхам Алиев принял председателя Верховного Меджлиса Нахчыванской Автономной Республики Васифа Талыбова.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • İlham Əliyev Vasif Talıbovu qəbul etdi – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib.

    AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının inkişafının daim diqqət mərkəzində olduğunu bildirən Prezident İlham Əliyev deyib:

    – Naxçıvan Muxtar Respublikasının inkişafı daim diqqət mərkəzindədir. Respublikada gedən abadlıq-quruculuq işləri məni çox sevindirir. Naxçıvan son illər ərzində böyük dərəcədə inkişaf etmişdir, həm sosial sahədə, iqtisadi sahədə, sənaye potensialının möhkəmləndirilməsi istiqamətində böyük addımlar atılmışdır. Bu, çox sevindiricidir. Xüsusilə nəzərə alsaq ki, Naxçıvan uzun illər ərzində mühasirə şəraitində yaşayır, üç tərəfdən düşmənlə əhatə olunub. Buna baxmayaraq, respublika yaşayır, güclənir və böyük inkişaf yolunu davam etdirir.

    Çətin coğrafi vəziyyəti nəzərə alaraq, ilk növbədə, Naxçıvanda təhlükəsizlik tədbirləri diqqət mərkəzindədir. Son illər ərzində bu istiqamətdə böyük işlər görülüb, ordu quruculuğu sahəsində böyük inkişaf var. Bu gün Naxçıvan ordusu ən müasir silahlarla təchiz edilib, texnikanın alınması təşkil olunub və bu proses davam etdirilir. Hazırda düşmənlə sərhəddə vəziyyət necədir və hərbi potensialın möhkəmləndirilməsi üçün əlavə hansı işlər görülməlidir?

    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib:

    – Çox sağ olun cənab Prezident. Bütün bunlar hamısı Sizin ölkəmizə uğurlu rəhbərliyinizin, Ümummilli Liderimizin yolunu uğurla davam etdirməyinizin nəticəsidir. Bütün bunlara görə muxtar respublika sakinləri adından Sizə minnətdarlığımızı bildiririk. Bu günlər sərhədlərdə məhəlli münaqişələr baş verir, ancaq buna baxmayaraq, Sizin rəhbərliyinizlə, qayğınızla muxtar respublikada yerləşən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin birləşmə və hissələri uğurlu yol keçib, Əlahiddə Ümumqoşun Ordusu korpusdan Əlahiddə Ümumqoşun Ordusuna qədər yol keçibdir. Bu da Sizin qayğınızla yaradılıb. Alınmış silah-sursatla bu gün muxtar respublikanın ordusu da lazımınca təmin olunur. Hazırda muxtar respublikada yerləşən birləşmə və hissələrdə qəbul edilmiş planlara uyğun olaraq təlimlər və nəzəri işlər həyata keçirilir. Eyni zamanda, hazırda muxtar respublikanın əsgəri məişət komplekslərinin yaxşılaşdırılması sahəsində işlər gedir, hava hücumundan müdafiə sahəsində işlər həyata keçirilir. Bir sözlə, Sizin qayğınızla muxtar respublikanın müdafiəsi üçün orada yerləşən hərbi hissələr hər bir tapşırığı yerinə yetirməyə tam hazırdır.

    Prezident İlham Əliyev: O dağ postlarına təchizatın təşkili ilə bağlı işlər görülüb?

    Vasif Talıbov: Demək olar ki, hamısına yollar çəkilibdir. Bəzi postlarımız var ki, onların təminatı avqust-sentyabr aylarında həyata keçirilir. Bütün hamısı ilə əlaqəmiz var, gələn ilin iyun ayına qədər təminat artıqlaması ilə həyata keçirilibdir və xidmətin aparılmasında heç bir problem yoxdur.

    Prezident İlham Əliyev: Çox yaxşı. Digər vacib sahə energetikadır. Bu istiqamətdə də böyük işlər görülüb. Hazırda Naxçıvanda generasiya gücü 220 meqavata yaxındır və sevindirici hal ondan ibarətdir ki, bunun əksəriyyəti bərpaolunan enerji növləridir. Su və Günəş elektrik stansiyalarının tikintisi geniş vüsət almışdır. Hazırda uzun illər üzərində işlədiyimiz və İran İslam Respublikası ilə imzalanmış anlaşma nəticəsində reallaşan önəmli layihə icra edilir – 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyası tikilir. Soruşmaq istəyirəm, bu istiqamətdə hansı işlər görülüb və stansiyanın tikintisi ilə bağlı əlavə hansı addımlar atılmalıdır?

    Vasif Talıbov: Sizin qayğınız və iştirakınızla 2005-ci il dekabrın 20-də muxtar respublikada İran İslam Respublikasından alınmış qazın açılışı həyata keçirildi, bu gün 90 minə yaxın abonent qazla təmin olunubdur. Elektrik enerjisi sahəsində də böyük işlər görülüb. Əgər 2003-cü ildə muxtar respublikada bir elektrik stansiyası var idisə, hazırda 9 elektrik stansiyası mövcuddur. Siz qeyd etdiyiniz kimi, bunun da 6-sı bərpaolunan enerji sistemləridir. Əgər 2003-cü ildə muxtar respublika 1 milyard kilovatsaata yaxın enerji idxal etmişdisə, 2018-ci ildə 35 milyon kilovatsaata yaxın ixrac edibdir. Buna görə bu sahədə də Sizin qayğınızla işlər davam etdirilir, problem yoxdur. Ordubad Su Elektrik Stansiyası ilə bağlı Araz çayının bizim əraziyə tərəf hissəsində bənd tikilibdir, qapılar qoyulubdur, kanalda işlər davam etdirilir. İran İslam Respublikası ilə danışıqlar aparılır ki, o tərəfdən də bəndin tikintisi ilə bağlı işlərə başlanılsın. Vəsait ayırıbsınız, heç bir problem yoxdur, işlər davam etdirilir.

    Prezident İlham Əliyev: Çox yaxşı. Bu, doğrudan da tarixi nailiyyətdir. Çünki Naxçıvan Muxtar Respublikası Azərbaycanın əsas hissəsindən coğrafi baxımdan ayrılıb və belə olan halda enerji təminatı xüsusi əhəmiyyət kəsb edir. Bu, əslində, təhlükəsizlik məsələsidir və heç bir daxili enerji resursu olmayan Naxçıvan hazırda elektrik enerjisini ixrac edir. Bir neçə il bundan əvvəl bunu təsəvvür etmək belə mümkün deyildi, bu gün reallıqdır. Şadam ki, bərpaolunan enerjinin ümumi enerji balansındakı payı getdikcə artır və Ordubad Su Elektrik Stansiyasının istifadəyə verilməsi nəticəsində prinsip etibarilə Naxçıvan Muxtar Respublikası öz enerji təminatını 100 faiz bərpaolunan enerji hesabına qarşılayacaqdır.

    Bir də ki, yolların tikintisinə də böyük vəsait ayrılmışdır və yollar keyfiyyətli tikilir. Mən özüm şəxsən bunun şahidi olmuşam. Naxçıvan-Şərur-Sədərək avtomobil yolu bir neçə ildir ki, istifadəyə verilib. Naxçıvan-Şahbuz yolu layihəsi tam icra edilib. Naxçıvan-Culfa yolu da icra edilib, hazırda Culfa-Ordubad yolunun tikintisi davam etdirilir. Bu istiqamətdə hansı işlər görülüb və bu yolun nə vaxt istifadəyə verilməsi nəzərdə tutulur?

    Vasif Talıbov: Çox sağ olun. Ayırdığınız vəsaitlə orada işlər başlanıbdır, yolun uzunluğu 50 kilometrdir. O vaxt layihəni təsdiq edən zaman verdiyiniz tapşırığa əsasən onun 11 kilometri 2 gedişli-2 gəlişli, qalan 40 kilometrə yaxını isə 1 gedişli-1 gəlişlidir. Artıq orada torpaq və bir qat asfaltın qoyulması işləri başa çatıbdır. Bu ilin sonuna kimi orada ikinci asfalt qatının qoyulması başa çatacaq. İcazənizlə, biz üçüncü qatı qışda deyil, may-iyun aylarında qoyaq.

    Prezident İlham Əliyev: Gələn ilə?

    Vasif Talıbov: Bəli, yol böyüsün, otursun, may-iyun aylarında tamamilə tamamlanacaqdır.

    Prezident İlham Əliyev: Beləliklə, şəhərlərarası bütün yollar artıq ən yüksək standartlara cavab verəcək.

    Vasif Talıbov: Bəli, birinci dərəcəli yollar demək olar ki, tam standartlara cavab verən səviyyədə qurulur.

    Prezident İlham Əliyev: Kənd yolları da tikilir, bu istiqamətə də vəsait ayrılmışdır və gələn ilin investisiya proqramında bu, nəzərə alınmalıdır.

    Vasif Talıbov: Sağ olun. Ümumiyyətlə, 2003-2019-cu illər ərzində kənd yolları da daxil olmaqla, 2 min kilometrə yaxın ümumi yollar investisiya və büdcə vəsaiti hesabına qurulmuşdur.

    Prezident İlham Əliyev: Çox yaxşı. Şərur Sənaye Məhəlləsinin yaradılması üçün bu il 5 milyon manat vəsait ayrılıb və bu sahədə hansı işlər görülür? Eyni zamanda, Naxçıvanda yeni xalça fabrikinin tikintisi də nəzərdə tutulur. Bu sahədə hansı işlər görülüb? Məruzə edin.

    Vasif Talıbov: Çox sağ olun. Ayırdığınız vəsait hesabına Şərur Sənaye Məhəlləsində artıq layihə-planlama işlərinə başlanılıbdır, qısa müddət ərzində investorların cəlbi ilə bağlı təkliflər vermişik. Təklifləri gözləyirik ki, orada hansı sənaye müəssisələri qurulsun. Demək olar ki, bu ilin sonuna artıq orada ilk müəssisənin qurulması işlərinə başlanılacaqdır. İlk olaraq bitki yağları istehsalı müəssisəsinin qurulması nəzərdə tutulubdur. Ona görə ki, muxtar respublikamızda bu, yüz faiz idxal hesabına həyata keçirilir.

    Xalça fabrikinin qurulması işləri başa çatdırılıbdır. İndi yun tədarükü sexinin qurulması işləri davam etdirilir. Artıq orada işçilər götürülübdür, yəni, sınaq işləri başlanılıbdır, xalçalar toxunur. Bir-iki ay müddətində orada işlər tamamilə başa çatdırılacaq.

    Prezident İlham Əliyev: Çox yaxşı. Artıq bir neçə ildir ki, Naxçıvan özünü taxılla tam təmin edir və məhsuldarlıq da yaxşıdır. Kənd təsərrüfatının inkişafı üçün indi pivot suvarma qurğularının alınması məqsədilə vəsait ayrılmışdır. Eyni zamanda, bu ilin investisiya proqramında Süni Mayalanma Mərkəzinin tikintisi nəzərdə tutulur. Bunun ümumi dəyəri təqribən 7 milyon manatdır, onun böyük hissəsi bu il verilməli idi, vəsait verildi və bu sahədə hansı işlər görülüb?

    Vasif Talıbov: Muxtar respublikada bu sahəyə də diqqətiniz sayəsində, cənab Prezident, deyə bilərəm ki, bu illər ərzində 4 min hektara yaxın ərazidə yeraltı suvarma şəbəkələri qurulmuş, 160-dan yuxarı artezian quyusu qazılmışdır və kəhrizlər bərpa olunmuşdur. Bunun hesabına 2003-cü ildə muxtar respublikanın əkinə yararlı torpaqları əgər 39 min hektarı əhatə edirdisə, Heydər Əliyev su anbarını istifadəyə verdiyinizdən, yeraltı suvarma şəbəkələri qurulandan sonra bu gün artıq 62 min hektar əkinəyararlı torpaqlardan istifadə olunur və muxtar respublika özünü ərzaqla tam təmin edə bilir. Deyə bilərik ki, Sizin rəhbərliyinizlə muxtar respublikada ərzaq, enerji və müdafiə təhlükəsizliyi məsələləri tam təmin olunubdur.

    Prezident İlham Əliyev: Çox yaxşı. Eyni zamanda, əminəm ki, artıq ixrac potensialı da formalaşa bilər. Bildiyiniz kimi, Türkiyə tərəfi böyük addım ataraq Naxçıvanın istehsalı olan malların idxalı ilə bağlı da göstəriş vermişdir. Hesab edirəm ki, Naxçıvanın istehsal potensialı artdıqca ixrac imkanları da genişlənəcək.

    Bir məsələyə də toxunmaq istəyirəm. Keçən il Naxçıvan büdcəsinin gəlirləri təqribən 400 milyon manata yaxın idi. İndi növbəti il üçün büdcə məsələləri müzakirə olunur. Əlbəttə ki, Naxçıvanın uğurlu və təhlükəsiz inkişafı üçün nə lazımdırsa, biz onu da edəcəyik. Ancaq bir məsələyə diqqətinizi cəlb etmək istəyirəm. Naxçıvan büdcəsinin cəmi 22 faizi yerli gəlirlər hesabına formalaşır, yəni, 383 milyon manatdan cəmi 83 milyon manatı yerli gəlirlər hesabına formalaşır, qalan 300 milyon manat Bakıdan dotasiya verilir. Hesab edirəm ki, növbəti illərdə yerli gəlirlərin artırılması istiqamətində işlər aparılmalıdır ki, onların faiz nisbəti artsın. Əminəm, belə olan halda daha da böyük imkanlar olacaq ki, sosial və sənaye layihələri icra edilsin.

    Bütün ölkədə olduğu kimi, bu gün Naxçıvanda da maliyyə və iqtisadi sahələrdə şəffaflıq tam təmin edilməlidir. Bildirməliyəm ki, aparılan islahatlar nəticəsində təkcə bu ilin 10 ayı ərzində büdcə gəlirləri plandan əlavə 850 milyon manat artmışdır. Bunun yarısı gömrük, yarısı vergi orqanları hesabına formalaşıb. Bu əlavə 800 milyon manat sırf idarəetmədə aparılan islahatlarla, şəffaflıqla bağlıdır və bizə imkan verir ki, maaşları da, pensiyaları da artıraq, investisiya layihələrinə də vəsaiti artıraq. Ona görə gələn ilin büdcəsinə baxdıqda yerli gəlirlərin həm mütləq rəqəmlərinin artırılması, eyni zamanda, ümumi büdcədə yerli gəlirlərin faizinin artırılması üçün əlavə addımlar atılmalıdır.

    Vasif Talıbov: Gələn ilin büdcəsi ilə əlaqədar deyə bilərik ki, maaş artımı ilə əlaqədar büdcənin həcmi də artmışdır. Gəlirlər hissəsi isə 12 milyon manata yaxın artırılmışdır, yəni, 2020-ci ilin büdcəsində yerli gəlirlər 100 milyon manata yaxındır. Pensiya və təqaüdlərin ödənilməsi üçün yerli büdcədə təqribən 100 milyon manata yaxın yığım nəzərdə tutulub.

    Prezident İlham Əliyev: Çox yaxşı. Şadam ki, Naxçıvanda bütün istiqamətlər üzrə işlər yaxşı gedir. Əminəm ki, bu dinamika gələn il də təmin ediləcək. Əminəm ki, muxtar respublika əhalisinin sosial rifahının yaxşılaşdırılması, respublika qarşısında duran bütün vəzifələrin icrası üçün bütün qüvvələr səfərbər ediləcək və 2020-ci il də Naxçıvan üçün uğurlu olacaq.

  • Житель столицы украл из “Mercedes”а 1800 манатов

    Как сообщает Median.Az, сотрудники 17-го отделения полиции Наримановского РУП в результате оперативно-розыскных мер задержали жителя столицы Б.Самедова, который 13-го октября украл из автомобиля марки “Mercedes” 1800 манатов.

    По факту ведется расследование.

  • Nərimanovda “Mercedes”dən 1800 manat oğurlayan şəxs tutulub

    Median.Az xəbər verir ki, Nərimanov RPİ 17-ci polis şöbəsinin əməkdaşları tərəfindən oktyabrın 13-də rayon ərazisində “Mercedes” markalı avtomobildən 1800 manat oğurlayan Bakı şəhər sakini B.Səmədov saxlanılıb.

    Faktla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

  • Nadir Qafarzadə: Cem Yılmazı tanımıram deyə məni vurub öldürməlisiniz?!

    Doğrudan da, Cem Yılmazı tanımıram. Həmin insana heç vaxt baxmamışam. Bir sözdür, dedim. Ona görə məni vurub öldürməlisiniz?!

    Bunu müğənni Nadir Qafarzadə “Hər şey daxil” verilişində Cem Yılmazı niyə “qıjı” adlandırmasına aydınlıq gətirərkən deyib.

    “Bizim evdə türk kanalları izlənilmir. Heç bir türk serialına baxmırıq. Maraqlıdır ki, niyə ölkəmizə daha sanballı sənət insanlarını gətirmirlər? Gətirilənlər də artıq öz ölkələrində heç kəsə lazım olmayan sənətçilər olur. Belə ki, onları yaşlanmış, tükənmiş bir vaxtda gətirirlər”.

    Proqramda qonaqlar Cem Yılmazın yetərincə tanınmış biri olduğunu söylədikdən sonra müğənni gülərək cavab verib:

    “Bağışlayın. Keçin günahımdan. Yaxşı ki, Cem sizin qohumunuz deyil”.

    Qeyd edək ki, Nadir Qafarzadə sosial şəbəkədə Cem Yılmazı tanımadığını bildirib və onu “qıjı” adlandırıb:

    “Bunları hardan tutub gətirirlər? Vallah, tanımıram və heç maraqlı da deyil. Bizdə “qıjı”lar azdır, biri də gəldi”.
    /oxu.az/

  • В Баку произошла поножовщина между несовершеннолетними

    Драка двух несовершеннолетних в Баку закончилась серьезной поножовщиной.

    Как передаёт Median.Az, об этом oxu.az сообщили в правоохранительных органах.

    Сотрудники 27-го отделения полиции Ясамальского района в результате проведенных оперативно-розыскных мероприятий задержали жителя Баку Анара Саламова 2003 года рождения. Он обвиняется в нанесении своему сверстнику Азаду Ахмедову трех ножевых ранений, одно из которых – проникающее в живот.

    Преступление было совершено на улице Мухтарова на почве выяснения отношений.

    Расследование по факту продолжается.

  • На Каспии возле эстакады утонул человек

    В Каспийском море возле эстакады Нефтегазодобывающего управления “Абшероннефть” утонул Шарифов Ильгар Ширин оглу 1965 года рождения.

    Об этом сообщили в Министерстве по чрезвычайным ситуациям.

    К поискам привлечена группа водолазов-спасателей Государственной службы по контролю над маломерными судами и спасению на водах.

  • Xəzərdə estakada yaxınlığında bir nəfər batdı

    Xəzər dənizində Abşeron Neft-Qaz Çıxarma İdarəsinin estakadasının yaxınlığında 1965-ci il təvəllüdlü Şərifov İlqar Şirin oğlu batıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.