Month: November 2019

  • Azərbaycanda kişi həkimlərin sayı azalıb

    Son 8 ildə Azərbaycanda qadın həkimlərin sayı artıb, kişi həkimlərin sayı isə azalıb.

    Median.Az Trend-ə istinadən bildirir ki, ümumən son 8 ildə ölkədəki həkimlərin sayı azalıb. 2010-cu ildə ölkədə 33085, 2018-ci ildə 32 485 həkim olub. Hazırda əhalinin hər 10 000 nəfərinə orta hesabla 33 həkim düşür.

    2010-cu ildə bütün həkimlərin 63,2 faizi qadın olduğu halda, 2018-ci ildə bu göstərici 66,4 faizə yüksəlib. Belə ki, 2010-cu ildə ölkədəki həkimlərin 20 922-si qadın, 12 163-i kişi olub.

    2018-ci ildə isə ölkədəki 32 485 həkimin 21 567-i, başqa sözlə 66,4 faizi qadın , 10 918-i, yəni 33,6 faizi kişi olub.

  • В автомобиле жителя столицы нашли наркотики

    Как сообщает Median.Az, сотрудники Главного управления дорожной полиции ГУП г.Баку и 23-го отделения полиции Низаминского РУП в результате проведенной операции задержали жителя столицы, ранее судимого П.Тагизаде, у которого в автомобиле марки “Lada Priora” обнаружили свыше 10 грамм героина и примерно 3 грамм марихуаны.

    По факту ведется расследование.

  • Bakı sakininin avtomobilində narkotik aşkar edilib

    Median.Az xəbər verir ki, Bakı ŞBPİ DYPİ və Nizami RPİ 23-cü polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş P.Tağızadənin idarə etdiyi “Lada Priora” markalı avtomobildən 10 qramdan artıq heroin və 3 qrama yaxın marixuana götürülüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Kombilərdə bunu edin – qaza və işığa 35 faiz qənaət edəcəksiz – VİDEO

    Mövsüm səbəbi ilə demək olar ki, hər kəs kombiləri işə salıb. Mütəxəssislər isə xəbərdarlıq edir. Bir neçə nüansa diqqət etməklə kombi üçün istifadə edilən qaza və ya elektrik enerjisinə qənaət edə bilərsiz. Hətta sərfiyatı 30-35 % azaltmaq da olar. Ən vacib məsələ isə sistemi əvvəlcədən təmizləməkdir.

    Qışda evlərin kombi ilə isidilməsi üçün çəkilən xərci azaltmaq mümkünür. Bunun üçün bir neçə nüansa diqqət etmək lazımdır. Ən vacib məsələ isə hələ sistemi işə salmazdan əvvəl radiator və boruların içinin yuyulmasıdır. Mütəxəsissislər bildirir ki, xüsusi avadanlıqlə həyata keçrilən bu proseslə hətta 35 % -ə qədər qənaət mümkündür.

    Bu prosesin məbləği evdə hər bir radiator birlşəməsi üçün 10-20 manat arasında dəyişir və radiatorların sayı artdıqca qiymət də ucuzlaşır. Usta Zaur Allahverdiyevin sözlərinə görə, digər bir üsul isə radiatorların tənzimlənməsi ilə sərfiyyatı azaltmaqdır ki, bununla da böyük həcmdə qənaət etmək olar.

    Bir də gecə ilə gündüz arasında temperatur fərqi çox olduğundan yaxşı olar ki, ev sahibləri gecələr kombinin temperaturunu artırıb, gündüz isə azaltsınlar. Bu da sərfiyatın böyük həcmdə azalmasına kömək ola bilər.

  • Qaladakı qəzada 1 ailənin 4 üzvü ölüb

    Daxili İşlər Nazirliyi ötən gün Xəzər rayonunda baş verən ağır qəza haqda məlumat yayıb.

    Yol-nəqliyyat hadisəsi Qala qəsəbəsi ərazisində, noyabrın 17-də saat 11 radələrində qeydə alınıb.

    Rəsmi məlumata görə, Bakı şəhər sakinləri – H.Hümbətov və V.Dadaşovun idarə etdikləri “VAZ-2105” və “BMW” markalı avtomobillər toqquşub.

    Nəticədə H.Hümbətov və sərnişinlərindən qızı Rəvanə, nəvəsi Rəvan, qardaşı Ağasəf hadisə yerində ölüb. Digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.

    Xəzər RPİ tərəfindən araşdırma aparılır.

  • В Насиминском районе женщина совершила квартирную кражу

    Как сообщает Median.Az, сотрудники 19-го отделения полиции Насиминского РУП в результате оперативно-розыскных мер задержали жительницу Геранбойского района И.Зейналову, которая 9-го ноября украла из дома на территории района 370 манатов и куртку.

    По факту ведется расследование.

  • Nəsimi rayonunda qadın evdən oğurluq edib

    Median.Az xəbər verir ki, Nəsimi RPİ 19-cu polis şöbəsinin əməkdaşları tərəfindən noyabrın 9-da rayon ərazisindəki evdən 370 manat və gödəkçə oğurlayan Goranboy rayon sakini İ.Zeynalova saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıdakı dəhşətli qətlin təfərrüatı: Valideynləri qızlarının Türkiyədə yaşadığını düşünüblər

    Bakının Sabunçu rayonunda 24 yaşlı qadının vəhşicəsinə öldürülməsinin detalları məlum olub.

    Xatırladaq ki, 28 yaşlı Cəmşidzadə Dönməz Qabil oğlu Zabratda kirayədə qaldığı mənzildə birgə yaşadığı Mahmudova Afərim Vidadi qızını qətlə yetirib. Daha sonra Gəncəyə yola düşən qatil səhərisi gün polis orqanlarına təslim olub.

    Median.Az xəbər verir ki, hüquq mühafizə orqanlarından oxu.az-a verilən məlumatda bildirilir ki, cinayəti törətmiş şəxs qadının boğazını kəsərək üzünə müxtəlif xəsarətlər yetirib.

    Əldə olunan məlumatlara əsasən, tərəflərin yaxın qohumluq əlaqələri olub. 10 ay əvvəl Afərim Mahmudova həyat yoldaşından ayrılaraq valideyinləri ilə əlaqəsini kəsib. Yaxınları ehtimal edib ki, qızları yenidən ailə həyatı quraraq Türkiyəyə gedib. Əslində isə qətlə yetirilən qadın Zabratda ev kiralıyaraq Dönməz Cəmşidzadə ilə yaşayıb. Kürdəmir rayonunda kimya müəllimi işləyən kişi həftədə iki dəfə işi ilə əlaqədar rayona gedib.

    İlkin məlumata görə, tərəflər arasında münaqişəyə Afərim Mahmudovanın valideynlərinin evinə geri qayıtmaq istəməsi və Cəmşidzadə ilə münasibətlərə son vermək haqda qərarı olub. Sonuncu buna etiraz edərək bıçağa əl atıb.

    Qeyd edək ki, qətl hadisəsi 15 noyabra keçən gecə törədilib.

    Cinayət fakt üzrə araşdırma davam edir.

  • 36 yaşlı riyaziyyat müəllimi evində ölü tapıldı

    Cəlilabadda evdən kişi meyiti aşkar edilib.

    Median.Az-ın “Qafqazinfo”ya istinadən verdiyi məlumatına görə, hadisə rayonun Maşlıq kəndində qeydə alınıb.

    Bekə ki, Nazim Alişanov adına Maşlıq kənd məktəbində riyaziyyat müəllimi işləyən, 1983-cü il təvəllüdlü Miriyev Zəfər Şirzaid oğlu yaşadığı mənzildə ölü tapılıb.

    Ölümün səbəblərini müəyyən etmək üçün müvafiq ekspertizalar təyin edilib.

    Faktla bağlı Cəlilabad rayon Prokurorluğunda araşdırma aparılır.

  • Əməkdar artist qızının toyunda rəqsi ilə diqqət mərkəzində – VİDEO

    Əməkdar artist Kəmalə Müzəffər qızını gəlin köçürüb.

    Median.Az axşam.az-a istinadən xəbər verir ki, Banuçiçəyin oğlan toyu Ağdamda baş tutub. Aktrisa məclisdən video paylaşaraq, bu haqda məlumat yazıb.

    Rəqsi ilə qonaqları heyrətləndirən Müzəffər “Oğlan toyumuz Ağdamda oldu. O gün olsun, o torpaqlarda qələbə rəqsi edək” sözlərini yazıb.

    Qeyd edək ki, bir neçə gün əvvəl banuçiçəyin Bakıda da toyu olmuşdu.