Month: November 2019

  • Mirşahin Əli İnsanovun özəlləşdirdiyi mülklərin siyahısını açıqladı – VİDEO

    “Real TV”nin rəhbəri Mirşahin Ağayev müəllifi olduğu “Mir Şahinin vaxtı” verlişində keçmiş Səhiyyə naziri Əli İnsanovla bağlı bəzi məqamları açıqlayıb.

    Mirşahin Ağayev bildirib ki, Ə.İnsanov vəzifədə olarkən qeyri-qanuni şəkildə bir sıra əmlakları özəlləşdirərək zəbt edib.

    Mirşahin Ağayev həmin əmlakların bir neçəsini təqdim edib:

    1. Bakı şəhərində, Nəsimi rayonunda, Mirəli Qaşqay küçəsi-76 ünvanında yerləşən Axundov adına Milli Elmi Tədqiqat və Tibbi Profilaktika institutunun Tibbi parazitoligiya klinikasının 702, 2 kvadratmetr qeyri-yaşayış və 1008, 7 kvadrat metr torpaq sahələri.

    2. Nəsimi rayonunda, Rəşid Behbudov küçəsi-80 ünvanındakı İnformatika və Statistika İdarəsinin Məlumat Mərkəzinin yerləşdiyi 821, 7kvadratmetr qeyri-yaşayış sahəsi.

    3. Binəqədi rayonu, Mir Cəlal küçəsində yerləşən 9 saylı şəhər poliklinikasının yardımçı binasının 91,4 kvadrat metr qeyri-yaşayış sahəsi.

    4. Yenə həmin rayonun Mir Cəlal küçəsində yerləşən 21 saylı uşaq poliklinikasının yardımçı binasının 176,5 kvadrat metr qeyri-yaşayış və 680 kvadrat metr torpaq sahələri.

    5. Nəsimi rayonu Azadlıq prospekti 114, Respublika Xalq Təbabəti Mərkəzinin 894,4 kvadratmetr qeyri yaşayış sahəsi.

    6. Nəsimi rayonu, Bakıxanov küçəsi-42 ünvanında yerləşən 5 saylı şəhər poliklinikasının 148,4 kvadrat metr qeyri yaşayış sahəsi.

    7. Əliyev adına Təsərrüfat hesablı poliklinikanın Nəsimi rayonu Bülbül prospeki 43 ünvanında yerləşən 69,2 kvadrat metr qeyri-yaşayış sahəsi.

    8. Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti, 84 ünvanında yerləşən Bakı Şəhər 17 saylı uşaq poliklinikasının 37,4 kvadrat metr qeyri-yaşayış sahəsi.

    9. Nəsimi rayonu Məhərrəmov küçəsi, 37 ünvanında yerləşən 12 saylı uşaq poliklinikasının 196,5 kvadratmetr qeyri yaşayış sahəsi və 244,8 kvadrat metr torpaq sahəsi.

  • Агентство продбезопасности проверяет информацию о массовым отравлении

    Агентство продовольственной безопасности Азербайджана прокомментировало случай массового отравления в доме торжеств в Баку.

    “По этому поводу в агентство не поступало никакой информации. Ведется проверка, чтобы уточнить, является ли появившаяся в некоторых СМИ информация достоверной”, – сказали Oxu.Az в структуре.

    Отметим, что 13 ноября в Баку в доме торжеств Şahənşah произошел случай массового отравления.

    После застолья у гостей начались расстройство желудка, тошнота и рвота, поднялась температура. Аналогичные симптомы наблюдались и у новобрачных. Среди пострадавших есть дети.

  • Bakıda toyda kütləvi zəhərlənmə ilə bağlı araşdırma başladı

    Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakıda şadlıq sarayında kütləvi zəhərlənmə ilə bağlı saytımızın sorğusunu cavablandırıb.

    Agentlikdən Oxu.Az-a bildirilib ki, bununla bağlı olaraq quruma heç bir məlumat daxil olmayıb:

    “Ancaq mediada yer almış məlumatın reallığa uyğun olub-olmamasını aydınlaşdırmaq üçün araşdırma aparılır”.

    Qeyd edək ki, Bakıda “Şahənşah” şadlıq sarayında kütləvi zəhərlənmə hadisəsi baş verib.

    Noyabrın 13-də baş tutan toydan sonra qonaqlarda mədə pozuntusu, qızdırma, ishal və qusma halı baş verib. Qonaqlarla yanaşı, bəy və gəlində də bu hallar müşahidə olunub. Zəhərlənənlər arasında uşaqlar da olub.

  • В России осужден мужчина, избивавший свою беременную жену – гражданку Азербайджана

    Усинским городским судом вынесен обвинительный приговор в отношении местного жителя, обвиняемого в совершении преступления, предусмотренного пунктами “в”, “г” части 2 статьи 117 (Истязание в отношении женщины, заведомо для виновного находящейся в состоянии беременности, в отношении заведомо несовершеннолетнего лица, находящегося в материальной зависимости от виновного) и семи преступлений, предусмотренных ч. 1 ст. 119 УК РФ (Высказывание угрозы убийством) УК РФ.

    Как передает Median.Az со ссылкой на российские СМИ, установлено, что в период с октября 2015 года по февраль 2018 года ранее судимый уроженец Ростовской области, проживая со своей молодой супругой (на момент совершения преступлений ей было 17 лет) из личных неприязненных отношений к потерпевшей, обусловленных реакцией на ее призывы задуматься над своим поведением и продолжить жить вместе с семьей, наносил ей побои, причиняя физические и моральные страдания.

    При этом девушка – гражданка Азербайджана – будучи несовершеннолетней, заведомо для виновного находилась в состоянии беременности, а также находилась в материальной зависимости от виновного.

    Кроме того, помимо 17 фактов избиения за указанный промежуток времени осужденный семь раз в период нанесения побоев высказал потерпевшей угрозы убийством.

    Часть фактов избиения и высказывания угроз имели место не только в отношении беременной молодой девушки, но и совершались в присутствии новорожденного ребенка – сына подсудимого.

    Суд, согласившись с доводами стороны обвинения, а также учитывая, что он уже отбывал наказание в виде условного осуждения, признал мужчину виновным в совершении указанных преступлений и определил окончательное наказание в виде 5 лет 6 месяцев лишения свободы с отбыванием в исправительной колонии общего режима.

    Приговор в законную силу не вступил. Государственное обвинение поддержано работником прокуратуры г. Усинска. Расследование по уголовному делу осуществлено следственным отделом по г. Усинску СУ СК России по Республике Коми.

  • Rusiyada kişi azərbaycanlı hamilə arvadını döydü

    Rusiyada Usinsk Şəhər Məhkəməsinin qərarı ilə 17 yaşlı həyat yoldaşını döyməkdə təqsirləndirilən ailə başçısı 5 il 6 ay müddətində həbsə məhkum edilib.

    Cinayəti törətmiş şəxs hamilə olan, 2015-2018-ci illər aralığında yaşadığı həyat yoldaşını fiziki və mənəvi işgəncələrə məruz qoyub.

    Şiddət faktı cütlüyün digər azyaşlı oğlan uşağının gözü önündə törədilib.

    Qeyd edək ki, qeyri insani rəftara məruz qalmış qadın Azərbaycan Respublikasının vətəndaşıdır.

    Cinayətkar cəzasını ümumi rejimli həbsxanada çəkəcək.

  • Прогноз погоды на завтра: туман, дожди и ветер

    В Баку и на Абшеронском полуострове 19 ноября ожидается переменная облачность, временами пасмурно. Ночью и утром в отдельных местах возможны осадки. Ветер северо-восточный.

    Об этом сообщили в Национальном департаменте гидрометеорологии Министерства экологии и природных ресурсов Азербайджана.

    Температура воздуха на Абшероне составит ночью 4-6, днем – 10-13, в Баку ночью – 4-6, днем – 11-13 градусов тепла.

    Атмосферное давление будет выше нормы – 770 мм ртутного столба, относительная влажность – 70-80%.

    В западных районах Азербайджана осадков в основном не будет. Однако вечером в некоторых северных и восточных районах ожидаются дожди, в горных районах – мокрый снег. Ночью и утром в отдельных местах туман. Ветер восточный, местами порывистый.

    Температура воздуха составит ночью 0-5, днем – 10-17 градусов тепла, в горах ночью – 0-5 градусов мороза, днем – 2-7 градусов тепла.

    Согласно медико-метеорологическому прогнозу, хотя слабые колебания метеорологических факторов 19 ноября на Абшеронском полуострове будут благоприятны для метеочувствительных людей, однако у некоторых из них чувство дискомфорта может вызвать несколько повышенная влажность воздуха.

  • Sabahın havası: duman, yağış, külək

    Bakıda və Abşeron yarımadasında noyabrın 19-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeroloji Proqnozlar Bürosundan verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 10-13, Bakıda gecə 4-6, gündüz 11-13 dərəcə isti təşkil edəcək.

    Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət 70-80 faiz olacaq.

    Sabah Azərbaycanın qərb rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şimal və şərq rayonlarında yağış, dağlıq ərazilərdə sulu qar yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5, gündüz 10-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti təşkil edəcək.

    Tibbi-meteoroloji proqnoza gəlincə, noyabrın 19-da Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əlverişli olsa da, havada rütubətliliyin bir qədər çox olması bəzi insanlarda narahatlıq hissi yarada bilər.

  • İlham Zəkiyev: 99 faiz Paralimpiya Oyunlarına vəsiqəni təmin etmişəm

    Qarşıda əsas yarışım Tokio Paralimpiya Oyunlarıdır. Düzdür, buna qədər iki yarışım olacaq. Biri apreldə İngiltərədədir, digəri may ayında Bakıdadır. Hər ikisi Paralimpiya Oyunlarına lisenziya verən Qran-Pri yarışlarıdır.

    Bunu oxu.az-a açıqlamasında para-cüdo üzrə ikiqat Paralimpiya, ikiqat dünya və yeddiqat Avropa çempionumuz İlham Zəkiyev deyib.

    O bildirib ki, demək olar, Paralimpiya Oyunlarına vəsiqəni qazanıb:

    “Dünya reytinqinə əsasən 99 faiz Paralimpiya Oyunlarına vəsiqəni təmin etmişəm. Amma qeyd etdiyim iki yarışda iştirak edib, reytinqdə daha yuxarı çıxmalıyam. Belə olan halda Paralimpiya Oyunlarının püşkatması zamanı ilk turlarda nisbətən zəif rəqiblərlə qarşılaşacağam”.

    Qeyd edək ki, 100 kq-dan artıq çəkidə mübarizə aparan İlham Zəkiyev hazırda dünya reytinqində 980 xalla üçüncü sıradadır.

  • “Müsavat”ın “mühacir alveri” ilə bağlı yeni fakt – FOTO

    Rәşad Mәmmәdov Almaniyada “Müsavat” üzvlәrindәn ibarәt “mühacir alveri” bandasının üzә çıxmasında çox böyük vә önәmli rol oynayıb. Bu barədə Koblenç mәhkәmәsi hәbs vә axtarışlarla bağlı sanksiya qәrarında göstәrir.

    Trend-in məlumatına görə, bu barədə Avropada yaşayan Müsavatçı jurnalist Yafəz Əkrəmoğlu sosial şəbəkədə yazıb.

    “Xüsusilә Mәmmәdov dolğun vә inandırıcı, öz әksini tapan mәlumatlar vermişdi.

    Özünün dә ziyan görәcәyini nәzәrә alaraq. Qardaşı Arif Hacılı (“Müsavat” Partiyasının sədri – red.) ilә birlikdә boğaza qәdәr “mühacir alveri”nә bulaşan, bu çirkin işlә qidalanan Mustafa Hacıbәyli vә әtrafının indi Rәşad Mәmmәdovun üzәrinә getmәsi normaldı. Axı, bunların çirkin işlәrinin üstünün açılmasında böyük rol oynayıb Rәşad”, – o bildirib.

    Jurnalist Koblenç mәhkәmәsinin hәbs vә axtarışlarla bağlı sanksiya qәrarının Rəşad Məmmədovla bağlı olan hissəsini işarələyərək paylaşıb.

    Xatırladaq ki, bir neçə gün əvvəl Almaniyanın hüquq-mühafizə orqanları Azərbaycanın müxalifət partiyasının keçmiş üzvlərini saxlayıb. Cinayətkar şəbəkəyə daxil olan yeddi nəfər həbs edilib.

    Cinayətkar dəstənin saxlanılan üzvləri barəsində yerli federal məhkəmələr tərəfindən altı ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

    Onlar Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrinin sabiq rəisi Elçin Əkbərov, “Müsavat” Partiyası Avropa Koordinasiya Mərkəzinin (“Müsavat” AKM) sədri, Kəlbəcər rayonunun sabiq icra başçısı İlham Həsən, “Müsavat” partiyasının üzvü, “Müsavat” AKM sədrinin müavini Mehdi Xəlilbəyli, “Müsavat” AKM-in üzvü Abdin Cavadov, sabiq deputat Sabir Rüstəmxanlının qardaşı, “Leqat” inteqrasiya mərkəzinin rəhbəri, sabiq polis rəisi Əlövsət Əliyev, Mehdi Xəlilbəylinin sürücüsü Rəşad Məmmədov, “Müsavat” Partiyasının üzvü Elşən Abdullayevdir.

    Məlum olub ki, həbs edilənlər Almaniyada “miqrant alveri” ilə məşğul olmaqda , o cümlədən, 3-10 min avro arası ödəmə qarşılığında ən azı 20 nəfəri qaçaq yollarla Almaniyaya aparmaqda şübhəli bilinir.

  • Şərqi Azərbaycan yenə silkələndi

    İranın Şərqi Azərbaycan əyalətində bu gün 4,4 bal güçündə zəlzələ baş verib.

    Tehran Universiteti Geofizika İnstitutu Seysmoloji Mərkəzinin məlumatına görə, yeraltı təkanlar Sərab rayonu ərazisində, yerli vaxla 04:08-də başlayıb.

    Xəsarət alanlarla bağlı məlumat yoxdur.

    Xatırladaq ki, noyabrın 8-də Şərqi Azərbaycanda 5.9 bal gücündə baş verən zəlzələ nəticəsində 700 nəfər zərər çəkib.

    Zəlzələ Azərbaycanın sərhəd rayonlarında – Astara, Lənkəran, Lerik, Yardımlı və Masallıda da hiss edilib.

    Noyabrın 10-da isə Şərqi Azərbaycan əyalətindəki Miyanə kəndinə bağlı Türkmənçay bölgəsində 4,8 bal gücündə zəlzələ olub.

    Zəlzələ yerli vaxtla saat 05:43-də yerin səkkiz kilometr dərinliyində baş verib.