Month: November 2019

  • “Interpol” terrorçulara yardım edən azərbaycanlını axtarır

    Rusiya hüquq-mühafizə orqanları terrorçulara yardım etməkdə təqsirləndirilən azərbaycanlı barəsində beynəlxalq axtarış elan edib.

    Median.Az qaynarinfo-ya istinadən xəbər verir ki, Şəki rayon sakini, 1983-cü il təvəllüdlü Zaur Quliyevla bağlı “Interpol”un saytına məlumat yerləşdirilib. Axtarışa verilən azərbaycanlı terrorçulara yardım etməkdə təqsirləndirilir.

    “Interpol”un saytına yerləşdirilən müraciətdə deyilir ki, Zaur Quliyev barəsində hər hansı informasiyaya malik olan şəxslərdən məlumat vermələri xahiş olunur.

  • В Агджабеди микроавтобус попал в аварию, есть пострадавший

    В Агджабеди легковой автомобиль столкнулся с микроавтобусом, перевозившим рабочих.

    Как сообщает АПА, ДТП произошло в селе Поладлы.

    В результате аварии пострадал пассажир легкового автомобиля Сахават Аббасов. Пострадавший доставлен в Агдамскую ЦРБ.

    Выясняются обстоятельства ДТП.

  • “Azərbaycanda xərçəngdən ölənlərin sayı artıb”

    Son illər ərzində Azərbaycanda xərçəng xəstələrinin sayı artıb. Bununla yanaşı, xərçəng xəstəliyindən ölənlərin də sayı çoxalıb.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda keçirilən III Beynəlxalq Uroonkologiya Simpoziumunda Milli Onkologiya Mərkəzinin direktorunun birinci müavini Fuad Quliyev deyib.

    Onun sözlərinə görə, ölüm hallarının artmasının əsas səbəbi xəstələrin həkimə çox gec müraciət etməsidir. Xəstələr həkimə xərçəng xəstəliyinin 3-4-cü mərhələsində müraciət edirlər ki, belə xəstələr də ümumi xəstələrin sayının 50 faizini təşkil edir.

    F.Quliyev digər ölkələrdə bu göstəricinin daha aşağı olduğunu nəzərə çatdırıb: “Qazaxıstanda, Ukraynada bu göstərici 25, Belarusda 15 faizə qədərdir”.

    Xəstələrin gec müraciət etməsinin əsas səbəbini maarifləndirmənin kifayət qədər aparılmaması ilə izah edən F.Quliyev bildirib ki, Azərbaycanda 2018-ci ildə 11606 nəfərə ilk dəfə onkoloji xəstəlik diaqnozu qoyulub. Onların 5733 nəfəri kişidir.

    F.Quliyev əlavə edib ki, daha çox rast gəlinən onkoloji xəstəlik ağciyər xərçəngidir. Bu siyahıda ikinci yerdə mədə xərçəngi dayanır: “Prostat vəzi xərçəngi isə bu sıralamada 5-ci yerdədir. Avropada prostat xərçəngi ilk sırada yer alır. 2019-cu il məlumatlarına əsasən, Rusiyada hər 100 000 nəfər əhaliyə 40 nəfər, Ukraynada 26-27 nəfər, Belarusda 70 nəfər onkoloji xəstə düşür. Azərbaycanda isə bu say 7 nəfərdir. 15 il əvvələ nisbətən indi vəziyyət daha yaxşıdır”.

  • “İşləyə bilmirəm, istirahət etmək istəyirəm…” — Komitə sədrinin 70 yaşlı müavini

    “Son təyinatlarda məqsəd heç də yaş məsələsinin qabardılması deyil. Proses belədir: məsələn, mənim yaşım çatıb və müraciət edirəm ki, artıq işləyə bilmirəm, istirahətə getmək istəyirəm. İndi burada nə var ki?!”.

    Median.Az bildirir ki, bunu Etikxeber.az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini, sabiq icra başıçısı və hazırda 70 yaşı olan Sədaqət Qəhrəmanova son kadr təyinatları ilə bağlı yaşlı nəsil nümayəndələrinin bəzi media orqanlarında və sosial şəbəklərdə hədəf alınmasına, özünün istefa ərizəsi yazıb-yazmayacağına münasibətini bildirərkən deyib.

    “Yəni, dövlətin qurulmasında, dövlət quruculuğunda, cəmiyyətin formalaşmasında yaşlı nəsil də lazımdır, gənc nəsil də lazımdır. Dövlət başçısı özü də bu yaxınlarda iki gənc icra başçısını qəbul edərkən bu barədə öz fikirlərini söylədi”– deyən S. Qəhrəmanovanın sözlərinə görə, insanlar, ölkə vətəndaşları, media təmsilçiləri bu məsələləri kampaniya xarakteri daşıyan məsələlər kimi qəbul etməməlidirlər.

    “Bu gün bizim elə yaşlı kadrlarımız var ki, onların sözünə ehtiyac var, onların nüfuzuna ehtiyac var. Onlar bir dəfə çıxıb kütlə qarşısında görünəndə onun özünün böyuk təsiri, effekti olur.

    Bilirsiniz, insanın formalaşması, cəmiyyətin doğru məcraya yönəlməsi məsələsi bir ideologiya məsələsidir.

    Bu ideologiyanı da formalaşdıran həm bizim güclü, təcrübəli, yaşlı nəsildən olan insanların sözünə ehtiyac var, həm də bugünkü gənc nəsil nümunəsinə ehtiyac var. Ona görə bunu belə anlamaq lazımdır. Bunu hay-küyə düşüb kampaniya xarakteri kimi görmək, qəbul etmək lazım deyil. Yaşlı, lazımlı kadrlardan da istifadə olunmalıdır, gənc nəsildən də. Əslində gənc nəsil o yaşlı nəslin yanına gedir, onlardan öyrənir, təcrübə əldə edir. Bunun da gözəl nəticələrini görürük, müşahidə edirik…”, – deyə, S.Qəhrəmanova sözlərinə əlavə edib.

  • В Баку в результате столкновения двух автомобилей пострадали 4 человека

    16 ноября в Баку на проспекте Гейдара Алиева столкнулись два легковых автомобиля. Информация об этом поступила в скорую помощь в 18:34.

    Как сообщили АПА в Минздраве, с различными травмами в Центр клинической медицины были доставлены 27-летний мужчина, 22-летняя девушка, 27-летняя женщина. 32-летней пассажирке медицинская помощь была оказана на месте. Она отказалась от госпитализации.

  • Almaniya “Mühacir alveri” qurbanlarının işinə yenidən baxa bilər

    Almaniya saxta sənədlə qaçqın statusu alan “Mühacir alveri” qurbanlarının işinə yenidən baxa bilər.

    “Report”un məlumatına görə, Almaniyanın Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəsinin (BAMF) əvvəllər də bununla bağlı qərarları olub.

    Ötən günlərdə Almaniyanın 6 əyalətində “mühacir alveri” ilə məşğul olan cinayətkar dəstənin üzvlərinin saxlanılmasından sonra Almaniya mediası BAMF rəhbərliyini sərt şəkildə tənqid edib. Televiziya verlişlərdə danışan miqrasiya mütəxəssisləri bildiriblər ki, BAMF-in maddi texniki bazası gücləndirilsə də, federal idarə hələ də qaçqın və miqratlarla bağlı məlumatları dəqiqləşdirə bilmir. Onlar Almaniyadan sığınacaq istəyən şəxslərin kimlikləri ilə bağlı məlumat verməyib sonradan ölkədə terror aktı törətməsini misal çəkiblər.

    Mütəxəssislər bildiriblər ki, BAMF “Miqrant alveri” ilə bağlı saxlanılan cinayətkar qrupun üzvlərinin “xidmətindən” yararlanıb, yaşamaq icazəsi alanların işinə yenidən baxmalı və bunun nəticəsini ictimaiyyətə açıqlamalıdır.

    Qeyd edək ki, keçən il Almaniya sığınacaq statusu verdiyi 100 mindən çox şəxsin işinə yenidən baxıb. 2017-ci ildə isə yenidən yoxlanılan işlərin 2527-si barədə yekun qərar verilib.

    O vaxt Almaniya Daxili İşlər Nazirliyindən bildirilmişdi ki, işlərə yenidən baxılması normal prosesdir. Çünki BAMF-in yerli şöbələrində nazirlik əməkdaşlarının yoxlamaları zamanı qaçqın statusunun verilməsi barədə bəzi qərarların tələsik, sənədlərin yoxlanılmadan verildiyi ortaya çıxıb.

  • В Гяндже мать и сын отравились угарным газом

    В Гяндже зафиксирован случай отравления угарным газом.

    Как сообщает АПА, в доме на улице Озан отравились угарным газом Таирова Гюназ Алекбер гызы (1985 г.р.) и ее сын Таиров Расул Гусейн оглу (2010 г.р.). Пострадавшие были тут же госпитализированы. Медики оказали им необходимую помощь. Сейчас их состояние удовлетворительное.

    По факту ведется расследование.

  • Xaçmazda evli kişi tələbə qızı qaçırtdı – Azərbaycanda ŞOK OLAY – FOTOLAR

    Azərbaycanda 22 yaşlı və 4-cü kurs tələbəsi evli kişi ilə qoşulub qaçıb.

    Xəzər televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi “Səni axtarıram” verlişinə müraciət edən, qızı Yeganə Abbasovanı axtaran ana deyib.

    O, bildirib ki, Yeganə 11 gündür ki, yoxdur: “Biz Xaçmazda yaşayırıq. Qızım Pedaqoji Universitetin Quba filialında oxuyur. Mən mağazada işləyirəm. Qızımı müdirəmin həyat yoldaşı qaçırıb. O, taksi şoferi işləyirdi. Qızımı o, universitetə aparıb gətirirdi. Kişi 2 uşaq atasıdır. Biz onlarla ailə kimiydik. Qızımla o qara “VAZ” 21 07 maşını ilə Bakıya gəliblər”.

  • Səbaildə avtomobil piyadanı vuraraq öldürüb

    Bakının Səbail rayonu ərazisində piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az report-a istinadən xəbər verir ki, hadisə Dövlət Bayrağı Meydanının yaxınlığında qeydə alınıb.

    Belə ki, adı və soyadı hələki bilinməyən təxminən 60-65 yaşlarında olan şəxs yolu keçmək istəyərkən avtomobil onu vurub.

    Yaralı hadisə yerində keçinib.

  • Старт отопительного сезона в стране был на грани срыва – руководство SOCAR приняло важное решение

    15 ноября в стране должен был начаться отопительный сезон. Несмотря на это, ОАО “Азеристиликтеджизат” не стал обеспечивать абонентов долгожданным теплом.

    Как удалось узнать Oxu.az, причина срыва старта отопительного сезона заключалась в задолженности “Азеристиликтеджизат” перед ПО “Азеригаз” в размере более чем 29 миллионов манатов. По этой причине “Азеригаз” не стал обеспечивать котельные “Азеристиликтеджизат” столь необходимым газом.

    Правда, проблему все же удалось решить. Благодаря оперативному вмешательству руководства SOCAR и лично президента структуры Ровнага Абдуллаева, “Азеригаз” начал обеспечивать котельные “Азеристиликтеджизат” газом, в результате чего теплая вода уже поступает в дома жителей столицы.

    Будем надеяться, что руководство ОАО “Азеристиликтеджизат” впредь будет более ответственно относиться к своим долговым обязательствам, найдет выход из ситуации и вовремя обеспечит абонентов столь необходимым теплом.