Month: November 2019

  • Kür çayında suyun səviyyəsi 8 santimetr artıb

    Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçayda sululuq ongünlük normadan çox olmaqla onun 110 faizini, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçayda sululuq ongünlük normadan az və normaya yaxın olmaqla 20-30 faizini, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az olmaqla 30-90 faizini təşkil edir.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 103 kubmetr təşkil edir. Bu da ongünlük normadan az olmaqla onun 59 faizinə bərabərdir.

    Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 44 kubmetrə bərabərdir. Bu da ongünlük normadan az olmaqla normanın 52 faizini təşkil edir.

    Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsi 3 santimetr artıb. Hazırda məntəqədə su sərfi saniyədə 63 kubmetr təşkil edir. Bu da ongünlük normadan az olmaqla onun 72 faizinə bərabərdir.

    Kür çayının aşağı axınında suyun səviyyəsi əsasən artıb. Belə ki, Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 4 santimetr artaraq 133 santimetrə bərabərdir. Salyan məntəqəsində suyun səviyyəsi 4 santimetr artaraq 59 santimetr olub. Bankədə suyun səviyyəsi 8 santimetr artaraq 147 santimetr təşkil edib. Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 2 santimetr artaraq 35 santimetr olub. Surra məntəqəsində isə suyun səviyyəsi 1 santimetr azalaraq 314 santimetrə bərabər olub.//azvision.az

  • Sumqayıtda kəskin qoxunun yayıldığı ərazidə araşdırma aparılır

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Sumqayıtda “Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen zavodu ətrafında havada qeydə alınan kəskin iy-qoxu ilə bağlı daxil olan məlumat əsasında hadisə yerinə gediblər. Hazırda kəskin iy-qoxunun yayıldığı ərazidə və ətrafda monitorinq və araşdırmalar aparılır, atmosfer havasından nümunələr götürülür.

    Median.Az-ın Azvision.az-a istinadən məlumatına görə, nazirliyin Milli Monitorinq Departamentinin direktoru Ramal Bağırov bildirib ki, aparılan araşdırmalar və götürülən nümunələr əsasında ətrafa yayılan iy-qoxunun mənşəyi, ətraf mühitə təsirləri barədə rəy veriləcək.

    Hazırda araşdırmalar davam etdirilir.

  • Во время футбольного матча в США открыли стрельбу – ВИДЕО

    В штате Нью-Джерси время матча по американскому футболу между командами средних школ Плезентвиля и Кэмдена на трибунах началась стрельба. Об этом сообщает NJ.com.

    В ходе инцидента пострадали два человека: взрослый мужчина и мальчик. Оба пострадавших доставлены в больницу. Окружной прокурор Дэймон Тайнер заявил, что не знает, угрожает ли что-то жизни раненых, однако назвал их повреждения серьезными.

    Пользователь Twitter Mike Nik поделился роликом, где видно, как зрители и футболисты обратились в бегство, услышав выстрелы. Игра была приостановлена в третьей четверти. Команда Кэмдена вела со счетом 6:0.

  • Evdə işləyən usta naməlum səbəbdən öldü

    Mindəçevirdə evdə işləyən usta naməlum səbəbdən ölüb.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə şəhərin Cəmil Əliyev küçəsində qeydə alınıb.

    Belə ki, adıçəkilən küçədə fərdi evlərin birində təmir işləri aparan 1954-cü il təvəllüdlü Ağdaş rayon sakini Abbasov Məhəmməd Həsrət oğlu naməlum şəraitdə ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda yeniyetmələrə siqaret satan 4 satıcı cərimələndi

    Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.

    Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi və Yasamal RPİ əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində 4 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satmaları faktları aşkar edilib.

    Həmin mağazaların satıcıları – S.Cəfərov, C.Əkbərov, P.Həsənov və H.Əliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirtli, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub.

    Bu istiqamətdə reydlər davam etdirilir.//milli.az

  • Yasamalda 16 yaşlı gənc bıçaqlanıb

    Bakıda bıçaqlanma hadisəsi baş verib.

    “Report” xəbər verir ki, hadisə “Hyatt Regency” otelinin yaxınlığında qeydə alınıb.

    Belə ki, 2003-cü il təvəllüdlü Əhmədov Azad Şakir oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

    Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

    Ona qarnın ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və əməliyyata yerləşdirilib. Faktla bağlı araşdrıma aparılır.

  • Azərbaycan yığması yenə məğlub olub

    17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi AVRO-2020-nin ilkin seçmə mərhələsində ikinci oyununu keçirib.

    Apasport.az-ın məlumatına görə, IX qrupda mübarizə aparan yığmamız Almaniya ilə qarşılaşıb.

    Yunanıstanda keçirilən görüşdə Bundestim qalib gəlib. Vüqar Məmmədin yetirmələri rəqibin qarşısında 30 dəqiqə tab gətirsə də, sonradan buraxılan qollarla 0:2 hesabı ilə uduzub.

    Qeyd edək ki, qrupun digər matçında meydan sahibləri ilə Qazaxıstan üz-üzə gələcək.

    17 yaşadək futbolçular arasında Avropa çempionatı
    Seçmə mərhələ, IX qrup
    II tur, 16 noyabr
    16:00. Almaniya – Azərbaycan – 2:0
    Qollar: Reyn, 30, Çalhanoğlu 53
    Hakimlər: Denis Şurman, Viktor Matyaş (hər ikisi Ukrayna), Konstantinos Triantafyllou, Stefanos Koymparakis (hər ikisi Yunanıstan)
    Patra. “Pampeloponnisiako” stadionu

    1 Almaniya 2 2 0 0 7-0 6
    2 Yunanıstan 1 1 0 0 6-1 3
    3 Qazaxıstan 1 0 0 1 0-5 0
    4 Azərbaycan 2 0 0 2 1-8 0

  • Sumqayıtda avtomobil piyadanı vurub

    Sumqayıtda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, şəhər ərazisində yolu keçmək istəyən piyada, 1973-cü il təvəllüdlü Abbasova Sevinc Hüseyn qızını maşın vurub. Xəsarət alan piyada xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Bir deputat “1,1 milyard manat azalacaq”, digəri isə “bundan söhbət gedə bilməz” deyir

    Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov deputat həmkarı Tahir Kərimlinin hərbi xərclərin azalacağı ilə bağlı fikrinə münasibət bildirib.

    Deputat Oxu.Az-a açıqlamasında deyib ki, əgər hərbi xərclərdə azalma nəzərdə tutulursa, o da Tahir Kərimli kimi buna etiraz edərdi.

    T.Kərimli Milli Məclisin iclasında 2020-ci ilin dövlət büdcə layihəsinin müzakirəsi zamanı Azərbaycanda 2023-cü ilə qədər hərbi xərclərin 1,1 milyard manat azalmasının proqnozlaşdırıldığını deyib və buna etiraz edib.

    Millət vəkili E.Məmmədov isə düşünür ki, hərbi xərclərin azaldılmasından söhbət gedə bilməz.

    “Biz müharibə vəziyyətində olan dövlətik. Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən Azərbaycan ordusunun ən yüksək səviyyədə silahlanması, hərbi-fiziki, mənəvi hazırlığının ən yüksək səviyyədə olması üçün həmişə müvafiq tədbirlər görülür. Bu gün Azərbaycanın qarşısında çox məsul, şərəfli vəzifə durur: düşməni işğal edilmiş torpaqlarımızdan çıxarmaq və ərazi bütövlüyümüzü təmin etmək”,-deyə E.Məmmədov bildirib.

    Deputat qeyd edib ki, T.Kərimlinin dedikləri onun öz fikirləridir.

    “Ancaq bu, doqma deyil. Hər şey ölçülüb-biçilib. Azərbaycan ordusu bütün göstəricilərə görə, dünya miqyasında 50 ən güclü ordu siyahısındadır. Gələcəkdə bundan da yüksək sıralarda dayanacaq. Ordumuz ən müasir silahlarla silahlanır və silahlanmalıdır da”.

  • Житель совершил 3 автокражи в Сураханском районе

    Как сообщает Median.Az, сотрудники 32-го отделения полиции Сураханского РУП в результате оперативно-розыскных мер задержали жителя столицы Б.Байрамова, который с 30-го октября по 10-е ноября украл из 3-х автомобилей деньги, документ, очки, ремонтно-строительные инструменты, сварочный аппарат и электрические провода.

    В Следственном отделе Сураханского РУП возбуждено уголовное дело по статье 177.2.2 (кража) УК Азербайджана.