Month: November 2019

  • SOCAR “Azəristiliktəchizat”ın borclu olmasına baxmayaraq əhalini soyuqda qoymadı

    “Azəristiliktəchizat”ın “Azəriqaz”a 29 milyon manatdan çox borcu olduğu və buna görə də “Azəristiliktəchizat”ın qazanxanaları təbii qazla təmin edə bilmədiyi haqda mətbuatda xəbərlər yayılmışdı.

    Məsələnin ciddiliyini nəzərə alan SOCAR rəhbərliyi, şəxsən Rövnəq Abdullayev əhalinin soyuqdan əziyyət çəkməməsi üçün dərhal tədbir görərək “Azəristiliktəchizat”a verilən təbii qazı təmin edib.

    Xatırladaq ki, hər il noyabrın 15-dən qanuna uyğun olaraq Bakı şəhərində binalar “Azəristiliktəchizat” tərəfindən istiliklə təmin edilməlidir. Lakin “Azəristiliktəchizat” təbii qaz təminatını həyata keçirən “Azəriqaz”a olan borc öhdəliyini yerinə yetirmədiyi üçün bu kimi problemlər yaranır.

    Buna baxmayaraq SOCAR rəhbərliyi bu il də əhalinin soyuqdan əziyyət çəkməməsi və qazanxanalara istilik verilə bilməsi üçün müvafiq qərar alıb.

    Ümid edirik ki, “Azəristiliktəchizat” rəhbərliyi bundan sonra mövcud borca daha məsuliyyətlə yanaşmağa, vəziyyətdən çıxış yolu tapmağa və abonentləri vaxtında lazımi istiliklə təmin etməyə çalışacaq.

  • Власти Венеции обратились к миру с просьбой о помощи после наводнения

    Мэр Венеции Луиджи Бруньяро обратился ко всем неравнодушным на своей странице в “Твиттере” и попросил помочь восстановить город после наводнения.

    “Венеция — гордость всей Италии, Венеция — это наследие каждого, уникальное в мире. Благодаря вашей помощи она вернётся к сиянию”, — сказал городской глава и написал реквизиты счетов, куда можно перевести пожертвования.

    Напомним, в ноябре этого года итальянский город переживает рекордное за 50 лет наводнение. Была затоплена любимая туристами площадь Сен-Марко и крипта базилики Святого Марка, сейчас она закрыта для посещения. Жертвами стихии стали два человека.

  • Bakıda iki avtomobil toqquşub, dörd nəfər xəsarət alıb

    Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Heydər Əliyev prospektində qeydə alınıb.

    İki avtomobilin toqquşması nəticəsində dörd nəfər xəsarət alıb.

    Səhiyyə Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, iki minik avtomobilinin toqquşması barədə məlumat təcili yardıma saat 18.34-də daxil olub.

    Qəza nəticəsində xəsarət alan 27 yaşlı kişi başın kəsilmiş yarası, qapalı kəllə beyin travması, 22 yaşlı qadın qarının küt travması, daxili qanaxma ehtimalı, 27 yaşlı qız müştərək travma diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıblar.

    Qəza nəticəsində yüngül xəsarət alan 32 yaşlı qıza hadisə yerində yardım göstərilib və o hospitalizasiyadan imtina edib.

  • В Сумгайыте сбит пешеход

    В городе Сумгайыт произошло ДТП.

    Аббасова Севиндж Гусейн гызы 1973 года рождения, была сбита автомобилем, когда переходила дорогу.

    Пострадавшая была доставлена в больницу, сообщает АПА.

    По факту ведется расследование.

  • Azərbaycana ət idxalı artıb

    Bu ilin 10 ayında ölkəyə 41 min 786 ton ət idxal edilib.

    Azvision.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, yanvar-oktyabr aylarında idxal edilən ətin dəyəri isə 64 milyon 172 min ABŞ dolları olub.

    Xatırladaq ki, ötən ilin müvafiq aylarında ölkəyə 57 milyon 220 min dollarlıq 38 min 829 ton ət idxal edilib.

  • Gəncədə ana övladı ilə dəm qazından zəhərlənib

    Gəncə şəhərində dəm qazından zəhərlənmə hadisəsi baş verib.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə şəhərin Ozan küçəsində qeydə alınıb. Belə ki, 1985-ci il təvəllüdlü Tahirova Günaz Ələkbər qızı və onun övladı, 2010-cu il təvəllüdlü Tahirov Rəsul Hüseyn oğlu yaşadığı evin vanna otağında dəm qazından zəhərləniblər. Ana və övladı dərhal xəstəxanaya yerləşdirilib. Xəstəxanada zərərçəkmişlərə lazımi tibbi yardım göstərilib. Hazırda onların vəziyyəti kafi olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Cem Yılmaz: Bir həftə Bakıda qala bilsəm, Miri Yusif kimi Xalq artisti olaram – FOTO

    25 ildən sonra ilk dəfədir ki, Bakıya gəlirəm. Hər kəs məni gözəl qarşıladı. Bu illər ərzində bir layihə ilə Azərbaycana dəvət olunmağımı gözləmişəm. Çünki kimsəni tanımadığımız üçün gəlməyə çəkinirdik. Ona görə də bu layihəni təşkil edənlərə təşəkkür edirəm.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin məşhur komediya ustası, aktyor Cem Yılmaz Bakıda keçiriləcək konsertindən əvvəl təşkil olunan mətbuat konfransında bildirib.


    Cem Yılmaz azərbaycanlı sənətçilərdən Aygün Kazımova, Miri Yusif, İradə İbrahimovanı və gənclərdən Raufu tanıdığını açıqlayıb:

    “Azərbaycanın mədəniyyətini öyrənmək üçün iki gün bəs eləməz. Bir həftə burada qalsam, azəricə danışa bilərəm. Əgər bu gün gözəl şou keçsə, bundan sonra bütün dostlarımı da Bakıya pulsuz olaraq gətirəcəyəm.

    Bu gün Bakını çox az gəzdim. Amma sabah gəzmək üçün vaxtım var. Sevilmək gözəl bir hissdir. Hər kəsin mənə qarşı münasibəti çox müsbətdir. İki gün sonra geri qayıdacağam, amma Bakı fikrimdə qalacaq. Növbəti gəlişimdə Bakını daha çox gəzəcəyəm.

    Ümumiyyətlə, Bakını çox sevdim. Hətta dostlarımdan Bakıdan mənə tar almağı xahiş etdim. Onu çalmağı öyrənəcəyəm.

    Bir həftə Bakıda qalsam, Miri Yusif kimi Xalq artisti olacağam. İradə İbrahimovanı, Aygün Kazımovanı və gənclərdən isə Raufu tanıyıram. Yaşlı nəsil sənətçilərinizdən də tanıdıqlarım var”.


    Şoumen bilet qiymətləri ilə bağlı sualı cavablandırarkən Tarkana da söz atmağı unutmayıb:

    “Tarkanla orqanik bir bağımız var. Bilet qiymətləri açıqlananda insanlar öncə Tarkanın gələcəyini düşünüblər. Çünki o qiymətə görə ağıla ilk Tarkan gəlir. Şoumda sənət dostlarımdan da danışacağam.

    Təəssüflər olsun ki, azərbaycanlı komediya sənətçilərindən kimsəni tanımıram. Amma bundan sonra onlar haqqında maraqlanaram.

    Türkiyədə isə küsülü olduğum məşhur yoxdur. Öz işimlə bağlı olaraq rəqabət apardığım kimsə də yoxdur. Çünki artıq yaşım o yaş deyil. Gözəl işlər həyata keçirən gəncləri çox sevirəm.

    Azərbaycanlı aktyorla birlikdə film çəkmək istəyərəm. Elə bir layihə olsa, çox şad olaram. Yalnız komediya filmi olmaya da bilər. Başqa bir mövzuda da film çəkə bilərik”.


    İkinci dəfə Bakıya gəlməsi ilə bağlı yayılan xəbərlərə gəlincə, Cem Yılmaz deyilənlərin yalan olduğunu bildirib:

    “İlk dəfədir Bakıya gəlirəm. Yazılanlar şayiələr idi. Budəfəki çıxışımda Azərbaycanla bağlı nələrəsə yer ayırmayacağam. Son altı ildə həyatımda baş verənlərdən danışacağam. Amma ikinci dəfə gəlişimdə ölkənizlə bağlı zarafatlar edə bilərəm. İnsan sevdiyi şeylərin zarafatını edər”.

    Şoumen 7 yaşlı oğlu Kemalın onun yolunu davam etdirmək istəmədiyini də qeyd edib:

    “Əgər oğlum mənim yolumla getmək istəsə, ona mane olmağa çalışaram. Pul qazanmaq lazımdırsa, mən bunu edərəm”.

  • В Баку подростка ударили ножом

    В Ясамальском районе Баку произошла поножовщина.

    Как сообщает АПА, инцидент произошел вблизи отеля «Hyatt Regency». Неизвестный ранил ножом Ахмедова Азада Шакир оглу (2003 г.р.).

    Пострадавший был доставлен в больницу. Он находится в реанимационном отделении.

    По факту в УП Ясамальского района ведется расследование.

  • Раскрыта просьба Шумахера

    Супруга немецкого гонщика Михаэля Шумахера Коринна заявила, что информация о здоровье спортсмена не раскрывается по желанию его самого. Ее слова приводит The Sun.

    “Мы делаем все возможное, чтобы помочь Михаэлю. Поймите, мы держим его состояние в секрете по его же просьбе”, — заявила она. Супруга спортсмена подчеркнула, что рядом с Шумахером находятся его дети — сын Мик и дочь Джина-Мари.

    13 ноября менеджер Шумахера Вилли Вебер заявил, что жена гонщика не позволяет ему встретиться с подопечным. “Она боится, что я узнаю правду и предам ее огласке”, — заявил он.

    В сентябре сообщалось, что Шумахер был доставлен в кардиологическое отделение одной из больниц Парижа. Отмечалось, что спортсмену предстояла экспериментальная операция по внедрению стволовых клеток в сердечную ткань.

    Шумахер восстанавливается после черепно-мозговой травмы, которую он получил в 2013 году, катаясь на лыжах в Альпах. В результате падения гонщик повредил голову и впал в кому.

  • Goranboyda 54 yaşlı kişi bıçaqlanıb

    Goranboy rayonunda bıçaqlanma hadisəsi baş verib.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Düz Qışlaq kəndində qeydə alınıb. Belə ki, 1965-ci il təvəllüdlü kənd sakini Əliyev Arzu Mikayıl oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Yaralı dərhal əməliyyat olunub. Vəziyyətin kafi olduğu bildirilir. Hadisənin hələlik kim tərəfindən törədildiyi məlum deyil.

    Hadisə ilə bağlı polisə məlumat verilib. Cinayəti törədən şəxs və ya şəxslərin tutularaq istintaqa cəlb olunması istiqamətində əməliyyat axtarışlarına başlanılıb. Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.