Month: November 2019

  • Aktyor “alov püskürdü”: Prodüserlər haqqımıza girməklə pul qazanırlar

    Prodüserlər bizi istismar etməklə, haqqımıza girməklə pul qazanır.

    Oxu.Az xəbər verir ki, bunu aktyor Fərhad Səmimi sosial şəbəkə hesabında qeyd edib.

    “Belə biznes olmur! Gəl, çalış-vuruş, söhbət pula gələndə “kanal ödəmədi”, “dövlət pul ayırmadı” və ya “ayırıb, amma gecikir” kimi şeylər deyə-deyə hamam suyu ilə pul qazanırlar.

    Pul qazanan adam sərmayə qoyub, götürür. Bunlar kimi yox. Onlar artıq prodüser yox, “makler” adlanır.

    Problem çox böyükdür. Məncə, yığışıb aktyor, rejissor və ssenaristlərdən ibarət bir konfrans keçirməliyik – prodüserlər xaric. Çünkü onlar bizim xeyirimizə heçnə deməyəcək və etməyəcəklər”, – deyə aktyor bildirib.

    F.Səmimi seriallarda heç bir əsası olmadan, xronometraj uzansın deyə, lazımsız və məntiqsiz səhnələrlə üzləşdiklərini də qeyd edib:

    “Ssenaristlər də ona görə dəvət olunmalıdır ki, onlara da tutulan əsaslı iradlardan nəticə çıxartsınlar. Çünki şəxsən, mən bilmirəm rolumu oynayım, ya ssenaridə müəyyən dəyişikliklər olunmasını təklif edim.

    Başa düşürəm ki, ssenarist bütün aktyorların dilindən yazmamamlıdır. Aktyor özü sözləri özününküləşdirib dilinə yatan tərzdə deməlidir. Amma bir də görürsən ki, problem tək sözlərdə olmur, davamlılıqda və yaxud da xarakterdə elə səhvlərə yol verilir ki…

    Bu da dramaturji səhv sayılır. Heç bir əsası olmadan, xronometraj uzansın deyə, lazımsız və məntiqsiz səhnələrlə üzləşirik. Heç kim sinəsinə döyməsin. Sadəcə bu gün bir çox qruplaşmış qüvvələr var ki, deyirlər serial bazarında bizik, Bağdadda kor xəlifə. Dərd orasındadı ki, onların quluna çevirilmişlər çoxdur – bir tikə çörəyə şərəfindən və ləyaqətindən keçənlər!”.

    Qeyd edək ki, İctimai Televiziyada (İTV) yayımlanan “Dağıntılar altında” serialında Şahmar obrazını yaradan aktyor maaş qalmqalına görə serialdan ayrılmışdı.

  • В Тбилиси возобновилась акция протеста с требованием внеочередных выборов

    Акция протеста с требованием назначения внеочередных парламентских выборов возобновилась в Тбилиси перед зданием парламента, сообщает РИА Новости.

    Парламент Грузии ранее не смог принять поправки в конституцию, подразумевающие переход со смешанной системы выборов парламента к пропорциональной.

    Представители разных неправительственных организаций, оппозиционеры, их сторонники и обычные граждане Грузии начали акции протеста в центре Тбилиси перед зданием парламента. Лидеры всех оппозиционных сил провели консультации и выразили единое требование: назначение внеочередных парламентских выборов по пропорциональной системе и назначение переходного правительства.

    На месте мобилизованы бригады патрульной полиции, расставлены палатки, установлены обогреватели и деревянные конструкции, на которых можно присесть и отдохнуть. Участники акции сообщают, что они ожидают прибытия лидеров политических оппозиционных сил.

    Согласно конституции Грузии, в 2020 году должны были состоятся парламентские выборы по смешанной системе, а в 2024 – по пропорциональной. Смешанная система подразумевает, что из 150 депутатских мест 77 парламентариев выбирают по партийным спискам, а 73 – в одномандатных округах. Пропорциональная система выборов предполагает голосование избирателей по партийным спискам, при этом каждая партия получает в парламенте число мест, пропорциональное набранному проценту голосов.

    При этом обычно устанавливается процентный барьер, который партия должна преодолеть для прохождения в законодательный орган.

  • Azərbaycanda bu məhsullar bahalaşdı

    Azərbaycanda qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb.

    Median.Az-ın Trend-ə istinadən məlumatına görə, noyabrın 15-də qızılın qiyməti noyabrın 14-ü ilə müqayisədə 2,873 manat artaraq 1 unsiya üçün 2493,22 manat təşkil edib.

    Gümüş 0,0342 manat ucuzlaşaraq 1 unsiya üçün 28,8308 manata bərabər olub.

    Platinin qiyməti 14,3055 manat artaraq 1500,998 manat, palladiumun qiyməti 41,089 manat artaraq 2964,46 manat təşkil edib.

    Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.

  • Жуткое убийство в Гяндже: пьяный сын зарезал отца

    В Гяндже совершено убийство.

    Как сообщает Oxu.Az, сын убил отца на почве конфликта.

    Житель города Юсиф Дадашов 1994 года рождения зарезал своего отца, Мубариза Дадашова 1967 года рождения.

    Сообщается, что в момент убийства Ю.Дадашов находился в нетрезвом состоянии.

    По факту в Гянджинской городской прокуратуре возбуждено уголовное дело.

  • Azərbaycanda 25 yaşlı oğlan amansızlıqla öldürüldü – PULA GÖRƏ

    Daxili İşlər Nazirliyi Balakən rayonunda baş vermiş qətllə bağlı məlumat yayıb.

    Azxeber.com nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 14-də Balakən rayon sakini Elvin Balayevin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilməsi və orada ölməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olun.

    Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. İstintaq-əməliyyat tədbirləri ilə hadisənin həmin gün Hənifə kəndi ərazisində kənd sakini Z.Layıcov tərəfindən münaqişə zəminində törədilməsi müəyyən edilib. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Z.Layıcov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

    Qeyd edək ki, ilkin araşdırma zamanı 25 yaşlı Elvinin pula görə öldürüldüyü məlum olub.

  • Bakı metrosunun yeni stansiyalarının planları – FOTO

    Şərti adı “B3” olan metrostansiya istifadəyə verildikdən sonra “B4” stansiyasının inşasına başlanılacaq.

    Median.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin baş mühəndisi Əlixan Osmanov metropoliten xəttlərinin konseptual inkişaf sxemi barədə danışarkən deyib.

    Onun sözlərinə görə, bu gün metropolitenin qarşısında dayanan əsas məqsəd sərnişinlərin metrodan rahat istifadəsini təmin etmək məqsədilə xəttlərin bir-birindən ayrılmasıdır:

    “Bu gün paytaxtın Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsində, Hərbi Hospitalın yanında inşası tamamlanmaqda olan, bənövşəyi xətdə yerləşən “B3” stansiyası gələn il istifadəyə veriləcək. Bunun davamı olaraq isə şərti adı “B4” olan ərazi üzrə Heydər Əliyev adına İdman Konsert Kompleksinin arxasında, C.Məmmədqluzadə küçəsində yeni stansiyanın inşaasına başlanılacaq. Metropoliten qarşısında dayanan prioritet vəzifə xətlərin bir-birindən ayrılmasıdır. Amma bunun üçün bir sıra mühüm şərtlər nəzərə alınmalıdır.

    “Şah İsmayıl Xətai” stansiyasından sonra “Həzi Aslanov” stansiyasına qədər olan “Ağ Şəhər”, “Y15” stansiyaları xüsusi inşa olunacaq. “Dərnəgül” stansiyasından sonra xətlərin ayrılması məqsədilə 3 yeni stansiya tikilməlidir. Həmin stansiyların sonuncusu “Koroğlu” stansiyasının yaxınlığına düşəcək.

    Ümumilikdə prioritet məqsədə 5 stansiya daxildir. Təbii ki, bununla paralel olaraq başqa işlər də görülür. Sadəcə stansiya baxımından həmin istiqamətdə xətlərin ayrılmasına başlamaq üçün bu stansiyaların inşası vacibdir”.

    Qeyd edək ki, “Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi”nə uyğun olaraq, ümumi uzunluğu 28,5 km olacaq mövcud Qırmızı xətt Badamdar qəsəbəsindən başlayaraq Zığ qəsəbəsinədək uzanacaq. 19 stansiyadan ibarət olacaq xəttin 13 stansiyası və 1 elektrik deposu istismardadır. Layihədə “İçərişəhər” stansiyasından sonra 4, “Həzi Aslanov” stansiyasından sonra 2 stansiyanın inşası nəzərdə tutulub.

    Ümumi uzunluğu 41,8 km olacaq Yaşıl xətt Xətai, Nəsimi, Yasamal, Binəqədi, Nəriman Nərimanov, Nizami, Sabunçu və Suraxanı rayonlarını əhatə edəcək. Perspektiv inkişaf planına uyğun olaraq, gələcəkdə bu xətt üzrə Bakı metrosunda ilk dəfə qatarların dairəvi hərəkəti təşkil olunacaq. 23 stansiyası olacaq xəttin hazırda 10 stansiyası istismardadır. Xəttin bir elektrik deposu inşa olunur, daha biri isə layihələndirmə mərhələsindədir.

    Perspektiv inkişaf planına uyğun olaraq, “28 May” stansiyasının layihəsini dəqiqləşdirərək yenidən qurulmasının başa çatdırılması ilə mövcud Qırmızı və Yaşıl xətlərin ayrılması onların hər birində qatarların sərbəst hərəkətinin təşkili nəzərdə tutulub.

    Uzunluğu 18,5 km olacaq Bənövşəyi xətt Xocəsən qəsəbəsindən başlayaraq Qaraçuxur qəsəbəsinədək uzanacaq. Metropolitenin perspektiv inkişaf planının birinci prioritet istiqamətinə daxil olan Bənövşəyi xəttin “Avtovağzal” və “Memar Əcəmi” stansiyaları 2016-cı il aprel ayının 19-da sərnişinlərin istifadəsinə verilib. Bu xətt üzrə 6-sı keçid olmaqla,10 yeni stansiya inşa olunmalıdır. Hazırda Xocəsən qəsəbəsində Bənövşəyi xəttin deposunun, eləcə də Ceyhun Səlimov küçəsində 3-cü stansiyasının tikintisi davam edir.

    Uzunluğu 16,3 km olacaq Mavi xətt Yeni Yasamal yaşayış sahəsindən başlayaraq Sabunçu rayonunun Bakıxanov qəsəbəsinə qədər uzanacaq. Xətt üzrə 7-si keçid olmaqla, 11 stansiya və 1 elektrik deposu tikiləcək.

    Uzunluğu 14,7 km olacaq Sarı xətt Binəqədi rayonundan başlayaraq Səbail rayonunun Bayıl qəsəbəsinədək uzanacaq. Bu xətdə 5-i keçid olmaqla, 11 stansiya və 1 elektrik deposu inşa olunacaq.

    Perspektiv inkişaf planına uyğun olaraq yeni xətlərin tunel, stansiya və depolarının inşası ilə yanaşı, mövcud stansiyaların mərhələlərlə yenidən qurulması və müasir avadanlıqlarla təchiz olunması, dərin özüllü birçıxışlı stansiyaların ikinci çıxışlarının tikintisi aparılır.

    “Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi”nə əsasən gələcəkdə metropolitenin ümumi şəbəkəsi 3 mövcud (Qırmızı, Yaşıl və Bənövşəyi) və 2 əlavə yeni xətt (Mavi və Sarı) olmaqla, 5 xətdən, 76 stansiyadan, 6 elektrik deposundan və 119,1 km metro xəttindən ibarət olacaq. Metropolitenin 51 yeni stansiyanın inşa edilməsi və 84,3 km metro xəttinin çəkilməsi nəzərdə tutulub.

  • Azərbaycan Prezidenti: “Biz Qafqazda təhlükəsizliyin, sabitliyin və inkişafın möhkəmlənməsi işinə çox böyük töhfə veririk”

    Median.Az xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün Rusiya Federasiyasının Şimali Qafqaz respublikalarından olan bir qrup müsəlman din xadimindən ibarət nümayəndə heyətini qəbul edərkən deyib.

    “Hamıya yaxşı məlumdur ki, Şimali Qafqaz xalqları ilə Azərbaycan xalqını çoxəsrlik dostluq, əməkdaşlıq və qardaşlıq tarixi bağlayır. Biz, sadəcə, atalarımızın, babalarımızın ənənələrini davam etdirir, əlaqələrimizi möhkəmlədir, bununla da Qafqazda təhlükəsizliyin, sabitliyin və inkişafın möhkəmlənməsi işinə çox böyük töhfə veririk”.

    Dövlət başçısı qeyd edib ki, Qafqaz vahid orqanizmdir, o elə bir məkandır ki, orada yerli xalqlar əsrlər boyu yaşayır, qurur, yaradırlar, memarlıq abidələri yaradırlar və gələcəyə inamla baxırlar: “Əlbəttə, hesab edirəm ki, Qafqazda təhlükəsizliyin daha da möhkəmlənməsi və əməkdaşlığın inkişafı üçün Rusiya-Azərbaycan münasibətləri həlledici rol oynayır”.

    Azərbaycan Prezidenti əlavə edib ki, zati-müqəddəsləri, Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillin iştirakı və onun dünən səslənən çox müdrik kəlamları bu tədbirə xüsusi əhəmiyyət verir: “Rusiya nümayəndə heyəti 70-ə yaxın ölkədən olan nümayəndə heyətlərinin ən böyüyüdür. Əlbəttə, dünən Sammit masası arxasında bizim qardaşlarımızı, Şimali Qafqazın dini liderlərini görmək çox xoş idi. Bu insanlar öz respublikalarında, bütün Qafqazda və Azərbaycanda çox böyük nüfuz sahibləridir. Sizi yaxşı tanıyırlar, sizə hörmət edirlər və biz sizə fəaliyyətinizə görə təşəkkür edirik. Sizin sözləriniz xalqlarınızın nümayəndələrinin qəlbində əks-səda doğurur. Siz inkişafa, sabitliyə, sülhə və təhlükəsizliyə çağırırsınız”.

  • Gəncədə həyat yoldaşını qətlə yetirən şəxs saxlanılıb – YENİLƏNİB

    Gəncə şəhərində həyat yoldaşını çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirən şəxs saxlanılıb.

    Median.Az-ın report-a istinadən məlumatına görə, cinayəti törətməkdə şübhəli bilinən Salyan şəhər sakini, 1986-cı il təvəllüdlü Zaur Vaqif oğlu Orucov polis əməkdaşları tərəfindən saxlanılıb.

    Qeyd edək ki, Z.Orucov şəhərin Zülfü Hacıyev küçəsində həyat yoldaşı, 1995-ci il təvəllüdlü Nuranə Vəfa qızı Quliyevanı şəxsi münasibətlər zəminində bıçaqlayaraq qətlə yetirib.

    Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırmalara başlanılıb.

    ***

    Gəncə şəhər sakini həyat yoldaşı bıçaqlayaraq qətlə yetirib.

    Median.Az-ın Baku.ws-ə istinadən verdiyi məlumata əsasən hadisə şəhərin Zülfü Hacıyev küçəsində qeydə alınıb.

    Zaur Orucov şəxsi mübahisə zəmnində həyat yoldaşı 1995-ci il təvəllüdlü Nuranə Quliyevanı qətlə yetirib. Belə ki, ər arvadına bir neçə bıçaq zərbəsi vurub. Nəticədə qadın yerindəcə keçinib.

    Hələlik qətlin təfərrüatları məlum deyil, hüquq mühafizə orqanı əməkdaşları tərəfindən araşdırma başlanılıb.

  • В Гейчае грузовик столкнулся с автомобилем. Есть пострадавшие

    В Гейчае произошло ДТП, в результате которого пострадали 3 человека.

    Грузовой автомобиль марки «Газель» столкнулся с легковым автомобилем марки «ВАЗ». В столкновении пострадали 3 человека, сообщает АПА.

    Пострадавшие были доставлены в Гейчайскую районную центральную больницу.

    По факту ведется расследование.

  • Bakıda avtomobil 51 yaşlı qadını vurub

    Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az report-a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonu Qobustan qəsəbəsində qeydə alınıb.

    Belə ki, 1968-ci il təvəllüdlü Mirzəyeva Gülyaz Şakir qızı yolu keçərkən onu avtomobil vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona çanaq sümüyünün sınığı və döş qəfəsinin küt travması diaqnozları qoyulub.