Month: November 2019

  • Azərbaycanda orta aylıq nominal əməkhaqqı 35,8 faiz artıb

    2019-cu il oktyabrın 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz artaraq 1 milyon 639,1 min nəfər olub, onlardan 909,5 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 729,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, muzdla işləyənlərin 20,2 faizi təhsil, 17,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,3 faizi sənaye, 8,2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,6 faizi tikinti, 6,9 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,7 faizi maliyyə və sığorta fəaliyyəti, 13,0 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

    2019-cu ilin yanvar-sentyabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2018-ci ilin müvafiq dövrünə nisbətən 11,7 faiz artaraq 603,5 manat təşkil edib.

    Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə reallaşdırılan kompleks sosial islahatlar nəticəsində sentyabr ayının 1-dən ölkədə minimum aylıq əməkhaqqı məbləğinin 250 manata qaldırılması, dövlət qulluqçularının, dövlət büdcəsindən maliyyələşən bir sıra idarə, müəssisə və təşkilatlarda, dövlət neft şirkətində çalışan işçilərin əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılması, bununla əlaqədar özəl sektorda çalışanların da əməkhaqlarının yüksəlməsi və bu sahədə şəffaflaşma proseslərinin sürətləndirilməsi nəticəsində 2019-cu ilin sentyabr ayında ölkə üzrə orta aylıq nominal əməkhaqqı 723,4 manata çatıb ki, bu da ötən ilin sentyabr ayı ilə müqayisədə 35,8 faiz, cari ilin avqust ayı ilə müqayisədə isə 21,6 faiz çoxdur.

  • Задержанного во Франции азербайджанского мигранта депортируют

    Решение о депортации азербайджанского мигранта Рафаэля Приева, который был задержан во Франции и возвращен в Германию, будет исполнено.

    Как передает Report, вчера Р.Приева на самолете доставили из Франции в немецкий город Гамбург.

    Сейчас он находится в центре депортации, неподалеку от аэропорта. В центре его разместили в одиночной камере, поскольку он устроил конфликт с сотрудниками службы безопасности.

    В ближайшие дни ожидается его депортация авиарейсом в Италию.

    Напомним, что несколько дней назад гражданин Азербайджана Р.Приев был задержан в лагере беженцев во Франции по запросу федерального министерства внутренних дел Германии.

  • “Azərişıq”: Ölkə ərazisində elektrik təchizatı şəbəkəsi yenidən qurulur

    Bu gün “Azərişıq” ASC “2019-cu ilin tədbirlər planı”na uyğun olaraq ölkəmizin bütün regionlarında elektrik təchizatı şəbəkəsini yenidən qurur.

    Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.


    T.Mustafayev bildirib ki, hazırda bütün regionlarda işlər sürətlə davam etdirilir:

    “Bu qəbildən olan tədbirlər sırasında onu deyə bilərəm ki, Ağsu rayonu ərazisində olan istehlakçıların, xüsusən də əhalinin və dövlət əhəmiyyətli obyektlərin, sənaye və sosial təyinatlı infrastrukturların enerji təchizatının keyfiyyətinin yüksəldilməsi, abonentlərin dayanıqlı enerji təchizatının təmin olunması məqsədilə “Azərişıq” ASC tərəfindən bir-sıra işlər görülüb.

    Ağsu şəhərində yerləşən 110/35/10 kV-luq “Ağsu” yarımstansiyası yenidən tikilib, 2×16 MVA gücündə transformator quraşdırılmaqla yarımstansiyanın gücü 32 MVA-ta çatdırılıb, – 110/10 kV-luq Broyler yarımstansiyasında təmir işləri aparılıb.

    Bundan əlavə, 26 km-dən artıq 110 kV-luq xətt əsaslı təmir edilmiş, 48 km 10 kV-luq hava xəttləri çəkilmiş və 42 km ÖİN kabel xətləri quraşdırılıb, köhnə tipli 28 ədəd TM müxtəlif güclü müasir KTM-lə əvəz olunub, 11 ədəd yeni güc mərkəzi yaradılmış, 138 ədəd 10/0,4 kV-luq TM və KTM əsaslı və cari təmir olunub.

    10 kəndin (Növcü, Aşağı Növcü, Yuxarı Növcü, Axundlu, Məlikçobanlı, Hacıqədirli, Nəvahi, 28 may, Çiyni və Qaraməmmədli kəndləri) açıq naqillərdən ibarət olan 0,4 kV-luq şəbəkələrində yenidənqurma işləri aparılmaqla 1071 ədəd yeni metal dayaq əkilib, 32 km 0,4 kV-luq ÖİN kabellər çəkilib”.

    “Azərişıq” sözçüsü əlavə edib ki, əməkdaşların iş şəraitinin yaxşılaşdırılması, abonentlərə nümunəvi və yüksək keyfiyyətli xidmətin göstərilməsi məqsədi ilə ən yeni müasir texniki avadanlıqlarla təchiz edilib, Ağsu elektrik şəbəkəsinin yeni inzibati binası inşa edilib:


    “10 kV-luq Çiyni hava xəttindən qidalanan kəndlərin elektrik təchizatının yaxşılaşdırılması üçün 231 ədəd 10 kV-luq, 145 ədəd 0,4 kV-luq ÖİN dayaq, 4,8 km 0,4 kV-luq ÖİN kabel xətləri çəkilib, hazırda Ərəbsarvan və Bəyimli kəndlərində ÖİN kabellərin quraşdırılması işləri davam etdirilir. Bundan əlavə 18 kəndin dayanıqlı və etibarlı elektrik enerjisi təminatının yaxşılaşdırılması üçün yeni 35/10 kV-luq yeni yarımstansiyanın tikintisi, 11,5 km uzunluğunda 35 kV-luq hava xəttinin çəkilməsi işləri və dağlıq ərazilərdə yerləşən 12 kəndin elektrik enerjisi dayanıqlığının artırılması üçün 10 kV-luq hava xəttinin təmiri üçün işlər aparılmaqdadır. Qeyd edim ki, Ağsu elektrik şəbəkəsi tərəfindən 14 239 əhali, 948 qeyri-əhali abonenti olmaqla, ümumilikdə 15 187 abonentə xidmət göstərilir”.

    T.Mustafayev Göyçay rayonunda görülən işlər barədə də məlumat verib:


    “Göyçayda 81,22 km 10 kV-luq hava xəttləri çəkilib və 147,97 km ÖİN kabel xəttləri quraşdırılıb. Köhnə tipli 21 ədəd KTM müxtəlif güclü müasir KTM-lə əvəz olunub, 10 ədəd yeni müxtəlif güclü müasir KTM-ləri quraşdırılıb, 341 ədəd 10/0,4 kV-luq KTM əsaslı və cari təmir olunub. Göyçay şəhərinin elektrik təchizatının yaxşılaşdırılması üçün 168 ədəd 10 kV-luq, 1527 ədəd 0,4 kV-luq ÖİN dayaq, 64.6 km 0,4 kV-luq ÖİN kabel xətləri çəkilib.

    Bundan əlavə, beş kəndin (Mollahacılı, Şıxbəy, Yalman, Bəydövül, Qarayazı ) açıq naqillərdən ibarət olan 0,4 kV-luq şəbəkələrində yenidənqurma işləri aparılmaqla 0,4 kV-luq ÖİN kabellər çəkilib . Hazırda Göyçay şəhərində və Ulaşlı kəndində 0,4 kV-luq ÖİN kabellərin çəkilişləri davam etdirilir.

    Qeyd edim ki, Göyçay elektrik şəbəkəsi tərəfindən 26379,0 əhali, 2 012 qeyri-əhali abonenti olmaqla, ümumilikdə 28 391 abonentə xidmət göstərilir”.


    “Azərişıq” rəsmisi həmçinin Qusar rayonunda görülmüş işlərlə də bağlı məlumat verib:

    Qusar rayonu ərazisində olan istehlakçıların, xüsusən də əhalinin və dövlət əhəmiyyətli obyektlərin, turizm, sənaye və sosial təyinatlı infrastrukturların enerji təchizatının keyfiyyətinin yüksəldilməsi, abonentlərin dayanıqlə enerji təchizatının təmin olunması məqsədilə “Azərtişıq” ASC tərəfindən aşağıdakı işlər görülüb.

    Hil kəndində yeni 35/10 kV-luq 4 MVA gücündə yeni yarımstansiya tikilib. Həzrə kəndində 35/0,4 kV –luq 0,1 MVA gücündə yeni yarımstansiya tikilərək istismara verilib. Həmçinin 35 kV-luq “Quba-Qusar” hava xətti (12,5 km) və 35 kV-luq “Əcəxur” hava xətti (24 km) əsaslı təmir edilib. Elektrik veriliş xətlərində 35 kV-luq 45,22 km , 10 kV-luq 84,5 km naqil və 92,01 km ÖİN kabel xətləri, 7886 ədəd müxtəlif gərginlikli dayaq quraşdırılıb. Bundan əlavə 43 ədəd köhnə tipli KTM müxtəlif gücdə müasir KTM-lə əvəz olunmuş, 41 ədəd 10/0,4 kV-luq KTM təmir olunub.

    Avaran, Balaqusar, Hil kəndlərində açıq naqillərdən ibarət olan 0,4 kV-luq şəbəkələrdə yenidənqurma işləri aparılmaqla 0,4 kV-luq ÖİN kabellər çəkilib, 0,4 kV-luq ÖİN kabelin quraşdırılması işləri hal-hazırda Qusar şəhəri Ç.Qurbanov küç, Samur qəsəbəsi, Balaqusar, Xurel, Ləyərqışlaq, İmanqulukənd kəndlərində davam etdirilməkdədir.


    Qeyd edim ki, Qusar Elektrik Şəbəkəsi tərəfindən 24 452 əhali, 2 115 qeyri-əhali abonenti olmaqla , ümumilikdə 26567 abonentə xidmət göstərilir//oxu.az

  • Aygünün yeni mahnısının müəllifi İsmayıl Əsədov: Oxşarlıq ola bilər, plagiat isə əsla

    Xalq artisti Aygün Kazımovanın ifa etdiyi “Ehtiyacım var” mahnısının plagiat olması ilə bağlı müzakirələr sosial mediada geniş yayılıb.

    İddiaya görə Xalq artistinin ifa etdiyi sözügedən mahnı gənc və istedadlı müğənni Xəyalın “Ürəyimi yarma” mahnısı ilə birə-bir oxşarlıq təşkil edib, yəni plagiyatdır.

    Hər iki əsərin müəllifi bəstəkar İsmayıl Əsədovun olması isə bundan öncə Aygün Kazımova ilə Rəqsanə İsmayılova arasında “Hardasan” mahnısını qalmaqalını yenidən gündəmə gətirib.

    Bir sözlə, tarix yenidən təkaralanıb.

    Hər iki mahnı ətrafında yaranmış qalmaqala və söz-söhbətlərə son qoymaq üçün Oxu.Az-ın əməkdaşı əsərlərin müəllifi İsmayıl Əsədovla əlaqə saxlayıb.

    O, hadisədən əsəbləşdiyini bildirərək, mahnıların plagiat yox, oxşarlıq təşkil etdiyini bildirib:

    “Bu ağılsız qərarı kim verib? Bir atadan, bir anadan olan iki uşaq bir-birinə bənzəyir. Hər iki əsər mənə məxsusdur. Hardasa oxşaya bilər. Plagiat isə ola bilməz. Belə çıxır ki, mən özüm özümdən oğurlamışam? Bu, mənim dəst-xəttimdir.

    Əgər mən hansısa bəstəkarın mahnısını götürüb, üstünə eyni harmoniyaları və eyni kantaları əlavə etsəydim bu olacaqdı plagiat.

    Plagiat oğurluq deməkdir. Mən hələ indiyə kimi heç kimin mahnısına ehtiyacım olmayıb ki, kimdənsə nəsə oğurlayım. Çox xahiş edirəm bunlara diqqət yetirsinlər. Əsərlərim mənim balalarımdır. Onlar bir-birinə bənzəməlidirlər də. Kiminsə əsərini götürüb yazmıram ki”.

  • Фонд Гейдара Алиева ремонтирует дом-музей Гаджи Зейналабдина Тагиева – ФОТО/ВИДЕО

    По инициативе Фонда Гейдара Алиева осуществятся ремонт дома-музея азербайджанского миллионера и мецената Гаджи Зейналабдина Тагиева.

    Дачный дом, построенный по проекту архитектора Иосифа Гославского в 1893–1895 годах, особо ценился самим Тагиевым.

    По словам прораба Адильхана Валиева, работы, начатые в августе этого года, должны быть завершены к первой половине 2020 года.

    Здание будет восстановлено в первоначальном виде без каких-либо изменений.

    После смерти Гаджи Зейналабдина Тагиева дом функционировал как больница, а позже как приют для вынужденных переселенцев.

  • Hacı Zeynalabdin Tağıyevin ev muzeyi Heydər Əliyev Fondu tərəfindən təmir olunur – FOTO/VİDEO

    Heydər Əliyev Fondunun təşəbbüsü ilə azərbaycanlı milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin ev muzeyi təmir olunur.

    1893-1895-ci illərdə memar Yuzef Qoslavski tərəfindən inşa olunan bağ evi xeyriyyəçinin xüsusi önəm verdiyi mülklərindən biri olub.

    İş icraçısı Ədilxan Vəliyevin sözlərinə görə, bu ilin avqust ayında başlanan işlərin 2020-ci ilin birinci yarısında tamamlanması gözlənilir.

    Bununla da bina heç bir dəyişiklik olmadan əvvəlki görünüşünə qaytarılacaq.

    Qeyd edək ki, Hacı Zeynalabdin Tağıyevin vəfatından sonra sözügedən ev xəstəxana, daha sonralar isə məcburi köçkünlərin yerləşdirildiyi sığınacaq kimi fəaliyyət göstərib.

  • Bakıda qadına zor tətbiq edib boyunbağısını aldılar

    Bakıda qadına qarşı soyğunçuluq edilib.

    Median.Az xəbər verir ki, Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə müraciət edən paytaxt sakini R.Şabanova noyabrın 13-də saat 1 radələrində rayon ərazisində 1 nəfərin ona zor tətbiq edərək 200 manat dəyərində qızıl boyunbağısını aldığını bildirib.
    Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakini S.Əsədov saxlanılıb.

    Araşdırma aparılır.//ölkə.az

  • Dilqəm və Şahbazdan yeni xəbər var

    Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri (BQXK) Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə baş çəkiblər.
    Bu barədə BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib.

    Onun sözlərinə görə, BQXK-nin nümayəndələri Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə baş çəkib.
    “Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) saxlanılan şəxslərə ona görə baş çəkir ki, saxlanma şəraiti və onlarla rəftarı monitorinq etsin, həmçinin saxlanılan şəxslərə ailələri ilə əlaqə saxlamalarına şərait yaratsın”.

    Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

    İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.//ölkə.az

  • İranda benzinin qiyməti qalxdı

    İran hökuməti noyabrın 15-dən benzinin qiymətini qaldırmaqla pərakəndə satışına kvotalar tətbiq edib.

    Milli İran Neft Məhsulları Paylanması Şirkətinin (NİOPDC) açıqlamasına görə, bundan belə fərdi nəqliyyat vasitə sahibləri ayda 60 litr, iki yanacaqla işləyən avtomobil sahibləri 30 litr, fərdi sərnişin daşımaları ilə məşğul olanlar üçün müvafiq olaraq 400 litr və 200 litr, motosikl sahibləri 25 litr ala bilər. Kvota çərçivəsində benzinin qiyməti 50 faiz artırılaraq 15 min rial (0,13 ABŞ dollarına yaxın), kvotaya əlavə satılan benzinin isə 30 min rial müəyyənləşdirilib.

    Neft emalındakı çətinliklər ucbatından ötən ilin payızınadək benzini idxal edən İranın neft naziri Bijən Namidar Zəncənə bu ilin əvvəlində benzin qıtlığına son qoyulduğunu, idxalına lüzum olmadığını, hətta benzin ixracına belə başlaya biləcəklərini açıqlamışdı.//report

  • Bakıda toydan 10 gün sonra gəlinin başını divara çırpıblar – TƏFƏRRÜAT

    Ailə həyatı qurduğu qadını 10 gün sonra döyərək ağır xəsarət yetirməkdə ittiham edilən şəxs hakim qarşısına çıxarılıb. O deyir ki, arvadını söyüş söydüyünə görə döyüb. Amma qarşı tərəf bunu inkar edir.

    Median.Az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham edilən Nuru Salahovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
    Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib.
    İttihama görə, Nuru Salahov ailə münaqişəsi zəminində həyat yoldaşı Lalə Şahbazzadəni yaşadıqları mənzildə döyüb. Ağır bədən xəsarətləri alan qadın xəstəxanaya çatdırılıb.
    Törətdiyi əmələ görə Nuru Salahov qarşı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.
    Elan olunmuş ittihamla Nuru Salahov özünü qismən təqsirli bilib.

    O deyib ki, hadisə 2017-ci ildə ailə həyatı qurandan cəmi 10 gün sonra baş verib: “Mən 40 yaşıma qədər evlənmədim. Ailəmin təkidi ilə, nəhayət, 40 yaşımda ailə həyatı qurdum. Bu hadisə də toydan 10 gün sonra baş verib. Səbəb də məndən asılı olmayıb. Toydan sonra mənə qarşı münasibəti dəyişdi. Mənimlə kobud danışmağa başladı. Həmin gün elə oldu ki, söyüş də söydü. Mən də özümü itirdim və əlim açıldı. Bir neçə sillə vurdum. Nə təpik, nə də yumruq vurmuşam”. Məlum olub ki, Lalənin həmin zaman başı divara çırpılıb və ağır xəsarət alıb.

    Nuru Salahov bunu belə izah edib: “Bilmədim, indi də başa düşə bilmirəm. Mən onun başını divara çırpdığımı xatırlamıram. Hadisədən sonra çıxdım çölə. Bir neçə siqaret çəkəndən sonra evə qayıtdım. Özümü sakitləşdirdim, nə baş verdiyini anlaya bilmirdim. Elədiyim hərəkətdən çox peşman idim. Sonra Lalənin səhhəti pisləşdi. Onu xəstəxanaya apardım. Özəl klinikaya aparmışdım ki, yaxşı müalicə olunsun. Sonra dedilər ki, bilərəkdən dövlət xəstəxanasına aparmamısan. Guya hadisəni gizlətmək istəmişəm. Həmin ərəfədə anası, dayısı gəldi. Söhbət elədik ki, nə olubsa, mənim səhvimdir. Bütün xərci özüm çəkdim, onun yanında özüm qaldım. Bir neçə gün reanimasiyada qalandan sonra səhhəti düzəldi. Çıxıb evə qayıtdıq. Biz bu məsələni öz aramızda həll edəcəkdik. Amma onun anasının və mənim anamın dedikləri bizim münasibətləri korladı. Bir neçə aydan sonra İsmayıllıya atamın ad gününə getdik. Mən ordan qayıdandan sonra anası gəlib Laləni aparıb. Mən dəfələrlə Laləyə zəng elədim. Onunla danışıb, barışmaq istədim. Səhvimə görə üzr istəyib, evimizə qayıtmasını istədim. Amma anası buna imkan vermirdi. İndi də Lalə ilə danışa, söhbət edə bilirəm”.

    Hakimin izahatından məlum olub ki, hadisənin danışılmayan gizli məqamları var. Belə ki, Nuru arvadını döydükdən sonra onu xəstəxanaya aparıb. Xəstəxanadan hadisə barədə polisə məlumat verilib.

    Xəstəxanaya gələn polis əməkdaşları Nuru Salahovu dindirib. Nuru həmin vaxt polisə deyib ki, arvadı ilə gəzmək üçün dama çıxıblar. Orada gəzərkən Lalə yıxılıb. Nuru polisə bildirib ki, Laləni qucağına alaraq evə gətirmək istəyib. Həmin vaxt Lalə qucağından düşüb və yenə də xəsarət alıb.

    Lalənin səhhəti düzələndən sonra o da eyni məzmunlu ifadə verib. Polisə yıxıldığını deyib. Lakin sonradan münasibətlər korlanıb və Lalə anasının təkidi ilə şikayət edib.

    Məhkəmədə ifadə verən Lalə deyib ki, ailə münasibətləri cəmi 40 gün içərisində korlanıb: “Mən ailə həyatı quranda Azərin əsl yaşını bilmirdim. Hətta evlənəndən sonra onun adının Nuru olduğunu bildim. Bizim rəsmi nigahımız yoxdur. Mən ona söyüş söyməmişəm. Hansı gəlin 20 gün sonra söyüş söyər? Mən onun içki içdiyini bilmirdim. Toydan sonra bildim ki, içki içir. Evə gec gəlirdi, məni döyürdü. İçkili vəziyyətdə gəlib deyirdi ki, dur oynayaq. Mən bunu qəbul edə bilmirdim. O məndən 20 yaşa qədər böyükdür. Dəfələrlə münbahisəmiz oldu. Axırıncı dəfə də məni döydü. Sonra da mənə dedi ki, şikayət etməyək. Mən bir müddət müalicə aldım. Heç bir səbəb olmadan mübahisə edirdi. Axırıncı dəfə də onun köynəyini divanın üstünə qoymuşdum. Dedi ki, niyə qatlamamısan? Mən də hirsləndim ki, belə mənasız söhbətə görə niyə mənə qışqırırsan? Başladı məni döyməyə. Dedim ki, başımdan vurma. Belimə, bədənimə zərbələr endirdi. İndi də belimdən müalicə alıram. Özləri də məni bir neçə dəfə həkimə aparıb. Axırda elə oldu ki, anam şikayət etməyimizi istədi. Çünki söz-söhbət, dava-dalaş bitmirdi”.

    Lalə Şahbazzadə məhkəməyə mülki iddia verib. O bildirib ki, 15 min manat maddi ziyan, mənəvi ziyanın əvəzi olaraq isə 10 min manat tələb edir. Məhkəmədə məlum olub ki, Lalənin anası barışıq üçün Nuru Salahovdan 20 min manat tələb edir.

    Nuru Salahov deyir ki, həmin məbləği verməyi mümkünsüzdür: “Lalənin anası bilir ki, məndə o qədər pul yoxdur. Heç ona yaxın pul da yoxdur. Heç bir razılıqları, kredit şərtləri də yoxdur”.

    Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilən Nuru Salahov bir neçə gün polisdə saxlanıldığını da deyib.
    Məhkəmə araşdırması zamanı məlum olub ki, tərəflər ailə həyatı qurduqdan sonra alınan qızılların taleyi də naməlumdur. Nuru Salahov deyir ki, qızılları Lalənin anası aparıb və bunu etiraf edir. Amma Lalə deyir ki, qızılları onlarda deyil. Lalənin anası qızının döyüldükdən sonra aldığı xəsarərlərə görə gələ də müalicə olunduğunu deyir. Bildirir ki, bu günə qədər və bundan sonra çəkəcəyi xərcləri tələb edir.