Month: November 2019

  • Вниманию водителей! Принято ДОЛГОЖДАННОЕ РЕШЕНИЕ в связи с пленками

    Несмотря на то, что в Азербайджане 16 ноября истекает срок разрешения на использование пленок, шторок и жалюзи на задних боковых стеклах автотранспортных средств, на водителей не будет распространяться административный штраф даже после истечения указанного срока.

    Согласно полученной Baku.ws информации, соответствующее указание дал начальник Государственного управления дорожной полиции Министерства внутренних дел Азербайджана генерал-майор полиции Рамиз Зейналов.

    Согласно указанию, использующие пленки, шторы и жалюзи на задних и боковых стеклах водители не будут штрафоваться до предоставления дополнительной информации.

  • Təbii qaz ixracı artıb

    2019-cu ilin yanvar-oktyabr ayları ərzində ölkədən 9,59 milyard kubmetr həcmində təbii qaz ixrac edilib.

    Median.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb. Məlumata əsasən, ixrac edilən təbii qaz 1 milyon 882 min 542 ABŞ dolları dəyərindədir.

    Bu ilin 10 ayı ərzində ixrac edilən “mavi yanacağ”ın həcmi 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 55,1%, dəyəri isə 55,6% çox olub.

    Hesabat dövründə təbii qazın Azərbaycanın ümumi ixracında payı 11,2% olub.//oxu.az

  • UEFA nümayəndəsi azərbaycanlı tərcüməçini konfransdan çıxardı – VİDEO

    Uels millisinin baş məşqçisi Rayan Giqqz və komandanın kapitanı Qaret Beylin az öncə başa çatan mətbuat konfransında xoşagəlməz hadisə yaşanıb.

    Azərbaycanlı tərcüməçi UEFA nümayındəsi tərəfindən tədbirdən kənarlaşdırılıb. Buna səbəb Uelsin mətbuat xidməti rəhbərinin xahişi olub.

    Belə ki, xanım tərcüməçinin sualları Azərbaycan dilindən ingilis dilinə və əksinə düzgün tərcümə edə bilməməsi qonaqların narazılığına səbəb olub.

    Üstəlik, onun dünyaca məşhur futbolçu Beyli tanımaması uelsli federasiya rəsmisini özündən çıxarıb.

    Nəticədə o, UEFA nümayəndəsinə yaxınlaşaraq, xanımın Beylin fikirlərini tərcümə etməməsini istəyib və o, zalı tərk edib.

    Bundan sonra AFFA öz işçisini mətbuat konfransına göndərməli olub.

  • БТА предупредило водителей

    В связи с установившейся в Баку пасмурной и дождливой погодой на всех полосах автомагистрали проспект Гейдара Алиева – аэропорт – Бильгя и Зыхский круг – аэропорт скорость снижена на 20 км/ч.

    Как передает Median.Az, об этом сообщили в Бакинском транспортном агентстве.

    “Цель заключается в обеспечении безопасности движения. Еще раз просим участников движения быть предельно осторожными. Просим водителей соблюдать скоростной режим на дорогах, учитывать метеорологические факторы и с пониманием относиться к другим участникам движения”, – отметили в БТА.

  • Prezident İlham Əliyev: “Xalq Cəbhəsində Azərbaycan cəmiyyətinin ən tör-töküntü təbəqəsi toplaşmışdı”

    “Bugünkü Azərbaycan Heydər Əliyevin qəhrəmancasına fəaliyyətinin nəticəsidir. O, Azərbaycanın inkişafı üçün həmişə çox böyük səy göstərirdi. Sovet dövründə, 1969-cu ildə Azərbaycana rəhbərlik edəndə o, cavan idi, 46 yaşı vardı. O, Azərbaycanı inkişaf səviyyəsinə görə SSRİ-də ən axırıncı yerdən ən qabaqcıllar sırasına çıxardı. O vaxt Rusiya Federasiyasından başqa cəmi iki respublika – Azərbaycan və Belarus ümumittifaq xəzinəsinə aldıqlarından çox verirdi”.

    Median.Az-ın məlumatına görə, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 15-də Rusiya Federasiyasının Şimali Qafqaz respublikalarından olan bir qrup müsəlman din xadimindən ibarət nümayəndə heyətini qəbul edərkən deyib.

    Dövlət başçısı qeyd edib ki, Rusiya Federasiyası sırf şərti mənada müttəfiq respublika idi: “O, dövləti və respublikanı yaradan qurum idi. Bütün digər respublikalar dotasiya alırdı. Heydər Əliyevin rəhbərliyi illərində Azərbaycan bütün göstəricilər üzrə ən yüksək yerlərə çıxdı – həm sənayedə, həm kənd təsərrüfatında, həm elektronikada, həm infrastrukturda, həm də regionların inkişafında. Təsadüfi deyil ki, bizim xalqımız böyük çətinliklərlə, faciə ilə üzləşəndə insanlar, ilk növbədə, Heydər Əliyevə müraciət etdilər. Xalqımız 1993-cü ildə onu Azərbaycana rəhbərliyə dəvət etməklə, əslində, bizi fəlakətdən xilas etdi. Mən dünən də, bundan əvvəlki tədbirlərimizdə də demişəm ki, Heydər Əliyevin möhtərəm şeyx ilə dostluğu təkcə onların şəxsi münasibətləri deyildi. Onlar bir-birini çoxdan tanıyırdılar, hələ möhtərəm şeyx gənc yaşlarında Qafqaz Müsəlmanları İdarəsinə rəhbərlik etməyə başladığı vaxtdan. Biz də çox sıx dostluq münasibətləri saxlayırıq. Düşünürəm ki, bu, bizim uğurlu inkişafımızın rəhnidir”.

    “Əlbəttə, biz hamımız tariximizin qaranlıq dövrünü xatırlayırıq. O vaxt təsadüfi adamlar hərbi çevriliş yolu ilə ölkə rəhbərliyinə gəlmişdi. Hərçənd bunu çevriliş də adlandırmaq çətindir. Ona görə ki, hətta çevriliş etmək üçün cəsarət və ağıl lazımdır. Bu, sadəcə, hakimiyyətsizlik dövrü idi. O vaxt hakimiyyət tam iflasa uğramışdı və hakimiyyətə küçə adamları gəlmişdi. Xalq Cəbhəsində Azərbaycan cəmiyyətinin ən tör-töküntü təbəqəsi toplaşmışdı. Hər bir cəmiyyətdə töküntülər var. Onlar da belə idi. Onlar hakimiyyəti qəsb etdilər. Mahiyyət etibarilə Azərbaycan xalqının çoxəsrlik ənənələrini məhv etdilər. Onlar düşmənçilik, nifrət toxumu səpir, dinlərarası ayrı-seçkiliyi qızışdırır, oğurluqla məşğul olur, tramvay xətlərini kəsirdilər, çünki orada mis vardı, kəsdiklərini qonşu ölkələrə satırdılar. Təsəvvür edin ki, savadsız bir demaqoq müdafiə naziri olmuşdu. Xırda alverlə məşğul olması ilə tanınan bir adam baş nazir olmuşdu. İdarəçilik sahəsində heç bir təcrübəsi olmayan insan ölkəyə başçılıq edirdi. O, hətta kolxoza da rəhbərlik etməmişdi. Hələ onu demirəm ki, parlamentin rəhbəri 11 il kiçik elmi işçi olmuşdu və bu illər ərzində hətta namizədlik dissertasiyasını da müdafiə edə bilməmişdi. Onlar, sadəcə, savadsız adamlar idi. Dövlət katibi isə keçmiş komsomol fəalı, karyerist və qorxaq adam idi. Onun qorxaqlığını bütün Azərbaycan xalqı bu yaxınlarda bir daha gördü. Heç bir xarici dildə danışa bilməyən, hətta Azərbaycan dilində də pis danışan fizika müəllimi xarici işlər naziri olmuşdu. Belə işlər də olub, ümumiyyətlə, o, nə ingilis dilini bilirdi, nə də rus dilini. Ümumiyyətlə o, diplomatiyanın nə demək olduğunu anlamırdı. O vaxt vəziyyət belə idi. Bax, şeyx bunu yaxşı xatırlayır. Onlar faciəyə, torpaqlarımızın ermənilər tərəfindən işğal edilməsinə, vətəndaş müharibəsinə gətirib çıxardılar. Orada ərazilərimiz işğal olunur, onlar isə öz hakimiyyətini möhkəmlətmək üçün Gəncəni bombalamaq əmri verirdilər. Onların Gəncə aeroportunu, bir çox evləri bombalamasını, insanların həlak olmasını göstərən kadrlar var. Bu canilər vətəndaş müharibəsi təşkil etmişdilər. Burada onları asmaq üçün dar ağacı qurulanda onlar qorxuya düşərək o vaxt Naxçıvan Muxtar Respublikasına rəhbərlik edən Heydər Əliyevə müraciət etdilər ki, gəlib onları xilas etsin. Onlar xalqı deyil, özlərini düşünürdülər. Onlar Heydər Əliyevi uzun müddət dilə tutdular, üç dəfə onun üçün təyyarə göndərdilər. O vaxt Heydər Əliyevin yaşı az deyildi, 70 yaşı vardı. O, xalqı fəlakətdən xilas etmək üçün gəldi və bunu etdi. Biz belə yollar keçmişik. Ona görə biz bunların hamısını xatırlayırıq və qiymətləndiririk. Gərək gənc nəsil bunu bilsin. Çünki o vaxt onlar balaca idilər və ya heç doğulmamışdılar. Buna görə də möhtərəm şeyx də, biz də çalışırıq ki, bu həqiqət hamıya məlum olsun və bunu xatırlayanlar unutmasınlar. Çünki yaxşı olana çox tez vərdiş edirlər. Buna görə biz bütün bunları xatırlayırıq və öz müstəqilliyimizin, ləyaqətimizin, öz yolumuzun – inkişaf, əməkdaşlıq, tərəqqi yolunun qədrini bilirik”, – deyə Prezident İlham Əliyev vurğulayıb.

  • МИД о неучастии Азербайджана в голосовании по резолюции ООН в связи с Крымом

    Министерство иностранных дел прокомментировало неучастие Азербайджана в голосовании по резолюции ООН по правам человека в АР Крым Украины.

    Как сообщила в пятницу Trend руководитель пресс-службу МИД Лейла Абдуллаева, Азербайджан не принял участие в голосовании в связи с тем, что некоторые положения резолюции «Состояние прав человека в Автономной Республике Крым и городе Севастополь», вынесенной на голосование в рамках третьего комитета ООН 14 ноября этого года, не совпадали с позицией Азербайджана по внутренней и внешней политике.

    “Наряду с этим, в ходе выступления представитель Азербайджана заявил, что наша страна полностью поддерживает суверенитет Украины в рамках международно признанных границ, политическую независимость, единство и территориальную целостность, и добавил, что конфликты внутри Украины должны решаться в рамках международно признанных границ Украины, и на основе принципа территориальной целостности, Устава ООН, Хельсинкского заключительного акта и соответствующих резолюций ООН”, – сказала Лейла Абдуллаева.

  • Göyçayda minik və yük avtomobilləri toqquşub.

    Göyçay rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az-ın APA-ya istinadən xəbərinə görə, hadisə bu gün axşam saatlarında Göyçay-Bərgüşad yolunun 1-ci kilometrliyində qeydə alınıb. “QAZel” və “VAZ 21015” markalı minik avtomobillərinin toqquşması nəticəsində 3 nəfər ağır xəsarət alıb

    Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

  • Gəncədə dəhşətli qətl: Sərxoş oğul atasını öldürdü

    Gəncədə dəhşətli qətl hadisəsi baş verib.

    Median.Az-ın oxu.az-a istinadən xəbər verir ki, münaqişə zəminində oğul atasını qətlə yetirib.

    Gəncə şəhər Dəmiryolu, 6 ünvanında yaşayan 1994-cü il təvəllüdlü Dadaşov Yusif Mübariz oğlu atası, 1967-ci il təvəllüdlü Dadaşov Mübariz Yusif oğlunu bıçaqlayaraq öldürüb.

    Cinayəti törədərkən oğulun sərxoş olduğu bildirilir.

    Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi başlanılıb.

  • В Гейгеле перевернулась “Нива”: погибла девушка, ее брат тяжело ранен

    В Гейгельском районе произошло тяжелое ДТП.

    Как передает Oxu.Az, случай был зафиксирован в селе Зурнабад.

    По предварительной информации, перевернулся автомобиль марки “Нива”. В результате погибла пассажир “Нивы” Гюльнур Годжаева 1996 года рождения.

    Ее брат Эльнур Годжаев 1992 года рождения и еще один человек в тяжелом состоянии были доставлены в Больницу скорой медицинской помощи Гянджи.

    Ведется расследование.

  • Ramiz Zeynalov plyonkalı avtomobillərə cərimə yazılmaması ilə bağlı tapşırıq verib

    Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov ştorka və jalüzlü (görünüşü və şəffaflığı məhdudlaşdıran örtük) avtomobillərə cərimə yazılmaması ilə bağlı tapşırıq verib.

    Median.Az-ın report-a istinadən xəbərinə görə, bununla bağlı R.Zeynalovun imzalanmış telefonoqramı sosial şəbəkələrdə yayılıb.

    Telefonoqramda qeyd edilib ki, respublikanın iqlim şəraiti nəzəra alınaraq hər il 1 may tarixindən 15 noyabr tarixinədək həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan avtomobillərdə jalüzlərindən istifadəyə icazə verilib.

    Tapşırığa əsasən nəqliyyat vasitələrinin arxa və arxa yan şüşələrində plyonka və jalüzlərdən istifadə edilməsinə görə əlavə məlumat verilənədək sürücülər barəsində inzibati tənbeh tədbiri görülməyəcək.

    Xatırladaq ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin “AZS 122-2004” “Yerüstü nəqliyyat vasitələrinin təhlükəsizlik şüşəsi. Ümumi texniki şərtlər” dövlət standartına edilən müvafiq dəyişikliklərlə bağlı nəqliyyat vasitələrində küləyə qarşı olmayan digər şüşələrin (arxadakı yan şüşələrin) işıq buraxma qabiliyyəti 70 faizdən az olmaması müəyyənləşdirilib. Həmçinin daha əvvəl Azərbaycanın iqlim şəraitini nəzərə alaraq hər il mayın 1-dən noyabrın 15-dək həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə verilib.