Month: November 2019

  • Rusiyada tələbə yoldaşlarına atəş açdı: 2 nəfər öldü, 3 yaralı var – VİDEO

    Rusiyanın Amur vilayətinin Blaqoveşensk şəhərində İnşaat və Kommunal Kollecində silahlı insident baş verib.

    “TASS” xəbər verir ki, tələbələrdən biri özü ilə tüfəng gətirib və yoldaşlarına atəş açıb.

    Şahidlərin sözlərinə görə, 4-cü kurs tələbəsi dərsə gecikdiyi üçün auditoriyadan qovulub. O sinifdən çıxıb və geriyə tüfənglə qayıdıb.

    Atəş nəticəsində bir nəfər hadisə yerində keçinib, üç nəfər ağır yaralanıb.

    Qətli törədən şəxs polisə silahlı müqavimət göstərib və sonra intihar edib.

  • Боец MMA арестован по подозрению в похищении человека

    Пресненский суд Москвы арестовал российского бойца смешанного стиля (MMA) Дмитрия Сосновского.

    Как сообщает ТАСС, Сосновский проходит подозреваемым по делу, возбужденному о похищении человека группой лиц.

    Вместе с ним задержан еще один боец ММА — Александр Гладков. Компания, в которую входили спортсмены, похитила мужчину, избила его и требовала простить долг их друга размером в 400 тысяч рублей.

    Адвокат Равиль Саберов заявил, что его подзащитный непричастен к преступлению.

    “Он случайно оказался в том месте. По моему мнению, само событие не отвечает той классификации по Уголовному кодексу, которую предложил Следственный комитет”, — сказал Саберов.

    Сосновский одержал 11 побед в 11 поединках по правилам смешанных единоборств. Он провел один поединок в UFC в марте 2018 года, выиграв у британца Марка Годбира удушающим приемом. Россиянин до сих пор является действующим бойцом промоушена.

  • MMA döyüşçüsü insan oğurluğunda şübhəli bilinərək həbs edildi

    Moskvanın Presnensk məhkəməsi rusiyalı MMA döyüşçüsü Dmitri Sosnovskini həbs edib.

    “TASS” xəbər verir ki, Sosnovski qrup şəklində insan oğurluğunda şübhəli bilinir.

    Onunla bərabər daha bir MMA döyüşçüsü – Aleksnadr Qladkov da saxlanılıb. İdmançıların daxil olduğu kompaniya kişini oğurlayıb, döyüb və dostlarının 400 min rublluq (10,5 min manat) borcundan keçməyi tələb edib.

    Sosnovskinin vəkili bildirib ki, döyüşçünün heç bir günahı yoxdur və o hadisə yerinə təsadüfən düşüb.

    Qeyd edək ki, Sosnovski MMA-da keçirdiyi 11 görüşdən qalib ayrılıb. Onun UFC promouşenı ilə cari müqaviləsi mövcuddur.

  • Тусовщица родила на танцполе ночного клуба

    Жительница французского города Тулуза, регион Окситания, родила на танцполе ночного клуба O’Club. Об этом сообщает информационный портал Buzz.ie.

    Инцидент произошел в понедельник, 11 ноября, в 5:30 по местному времени.

    “Клуб уже закрывался, людей оставалось не много, — рассказывает управляющая заведения. — Один из моих сотрудников подбежал ко мне и заявил, что нужна оперативная помощь. Я увидела, что наша посетительница вот-вот родит”. Работник клуба позвонил в скорую, и дежурный оператор объяснил, как принять роды.

    “Это было одно из самых странных закрытий. Вся наша команда работала сообща. Под конец мы все расплакались. К счастью, никто из нас не запаниковал и не испугался. У нас все получилось”, — утверждает менеджер клуба. По ее словам, беременную 19-летнюю француженку привели в клуб подруги, чтобы поднять ей настроение. “Она не пила алкоголь”, — отметила управляющая.

    Представители O’Club подчеркнули, что в будущем новорожденный сможет свободно посещать их заведение, минуя фейс-контроль.

  • Əlövsət Əliyev və bir qrup müsavatçı Almaniyada həbs olundu

    Noyabrın 13-də alman polisi Azәrbaycandan Almaniyaya miqrant daşıyan dəstə aşkarlayıb.

    “Yeni Sabah” xəbər verir ki, bu barədə məlumatı Almaniyanın “spiegel.de” saytı yazıb.

    Məlumatda bildirilir ki, Almaniyanın Frankfurt Mein, Köln, Koblenç və Düsserdorf şəhərlərində reyd keçirilib, 13 ev vә obyektә basqın edilərək, bir neçә nәfәr hәbs olunub. Məlumatda bildirilir ki, hәmin dəstə üzvlәri qaçaq yolla Azәrbaycandan xeyli sayda insanı Almaniyaya aparırmışlar.

    Qəzet kimin evində axtarış aparıldığı və həbslər barədə məlumat vermir.

    Almaniyanın “swr.de” saytı da yazır ki, 2 nəfər həbs olunub. Onlardan birinin dəstənin rəhbəri olduğu bildirilir. 8 şübhəlinin istintaqı aparılır. Onları ən azı 20 nəfəri Azərbaycandan Almaniyaya 3000 ilə 10.000 avro arasında qaçaqmalçılıqda ittiham edirlər.

    Meydan TV-nin əldə etdiyi məlumata görə, reyd Ukraynadan Almaniyaya ucuz işçi qüvvəsi aparan dəstəni aşkarlamaq üçün keçirilib. Əməliyyata 180-dən çox polis cəlb olunub. Həmin əməliyyat nəticəsində Azərbaycandan miqrant cəlb edən vətəndaşlar da aşkarlanıb. Saxlanılanlar arasında azərbaycanlı miqrantlara hüquqi dəstək verən şəxslərin olduğu deyilir. Meydan TV-yə verilən məlumata görə, “Legat” İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev və Almaniyada yaşayan siyasi mühacir Mehdi Xəlilbəyli də saxlanılanlar arasındadır. Əlövsət Əliyevin oğlu Türkel Rüstəmxanlı atasının saxlanılması xəbərini təsdiqləyib. Onun sözlərinə görə, Əlövsət Əliyev noyabrın 13-də səhər saat 5-6 radələrində Berlinə gedərkən saxlanılıb. Hazırda araşdırma aparılır, onun hansı səbəbdən saxlanılması, hansı maddə ilə ittiham edilməsi barədə heç bir məlumat yoxdur.

    T.Rüstəmxanlı deyir ki, “Legat” İnteqrasiya Mərkəzi yalnız Almaniyada doğulan azərbaycanlı uşaqlara doğum şəhadətnaməsinin verilməsinə yardım edir və sənədlərin tərcüməsi ilə məşğul olur. Mərkəzin hüquqi yardım göstərmək və məsləhət vermək ixtiyarı yoxdur. T.Rüstəmxanlı da mərkəzin yalnız nəzərdə tutulan çərçivədə fəaliyyət göstərdiyini bildirir.

    Almaniyada yaşayan jurnalist, Meydan TV-nin rəhbəri Həbib Müntəzir isə sözügedən məsələ ilə bağlı saxlanılan azərbaycanlı mühacirlərin siyahısını dərc edib.

    1) Elçin Əkbərov – Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrində rəis işləyib.

    2) İlham Həsən – Müsavat Avropa Koordinasiya Mərkəzi (Müsavat AKM) sədri

    3) Mehdi Xəlilbəyli – Avropada yaşayan siyasi mühacir, Müsavat partiyasının üzvü, Müsavat AKM sədr müavini

    4) Abdin Cavadov – Müsavat AKM-in üzvü, Mehdi Xəlilbəylinin qohumu

    5) Əlövsət Əliyev – “Legat” İnteqrasiya Mərkəzinin sədri

    6) Rəşad Məmmədov – Almaniyanın Koblenz şəhərinə yaxın olan Neuwied adlı şəhərdə yaşayan siyasi mühacir, Mehdinin sürücüsü

    7) Elşən Abdullayev – Almaniyada yaşayan siyasi mühacir. DAS üzvü deyil.

  • Сенсация: Полиция Германии арестовала еще 7 активистов «Мусават». Все то же обвинение: торговля людьми

    Правоохранительные органы Германии продолжают оперативные мероприятия по задержанию преступной сети, состоящей из бывших активистов оппозиционных партий Азербайджана.

    Как передаёт Median.Az со ссылкой на haqqin.az, в результате расследования полиции Германии стало известно, что 7 активистов оппозиционных партий создали на территории Германии Объединенную преступную группировку с целью торговли мигрантами.

    Решением судебных органов Германии арестованы председатель Европейского координационного совета партии “Мусават” Ильхам Гасан, зампредседателя КС Мехти Халилбейли, активист партии “Мусават” Абдин Джавадов, “политэмигрант” Рашад Мамедов, политэмигрант Эльшан Абдуллаев, экс-начальник исправительного учреждения Пенитенциарной системы Азербайджана Эльчин Акперов. Среди арестованных, как ранее сообщал haqqin.az, и брат одного из лидеров оппозиции, экс-депутата Сабира Рустамханлы – экс-полковник МВД Азербайджана, бывший глава НПО Алиовсат Алиев.

    По информации, в отношении арестованных избрана мера пресечения в виде ареста сроком на 6 месяцев.

  • Ранее судимый ограбил 3 магазина в Гарадагском районе

    Как сообщает Median.Az, сотрудники 11-го отделения полиции Гарадагского РУП в результате оперативно-розыскных мер задержали жителя поселка Сангачал, ранее судимого Ф.Ибрагимова, который украл из 3-х магазинов деньги, телефонные карты и сигареты.

    В Следственном отделе Гарадагского РУП возбуждено уголовное дело по статье 177.2.2 (кража, совершенная повторно) УК Азербайджана.

  • Qaradağda 3 mağazadan oğurluq edən şəxs saxlanılıb

    Median.Az xəbər verir ki, Qaradağ RPİ 11-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 3 mağazadan pul, danışıq kartları və tütün məmulatı oğurlayan Səngəçal qəsəbə sakini, əvvəllər məhkum olunmuş F.İbrahimov saxlanılıb.

    Qaradağ RPİ İstintaq şöbəsində CM-nin 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

  • Məcburi köçkün Gəncədə iş yerindənyoxa çıxıb

    Gəncədə 32 yaşlı kişi itkin düşüb.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, hadisə Gəncə şəhəri, 2705 dairəsi adlanan ərazidə baş verib.

    Kəlbəcər rayonunda qeydiyyatda olan, Goranboy rayonu, Yeni Qaçqın şəhərciyi, bina 5, mənzil 52-də yaşayan, 1987-ci il təvəllüdlü Cəfərov Nazim Elman oğlu noyabrın 11-də Gəncə şəhəri, 2705 dairəsi adlanan ərazidəki iş yerinə gedib və bir daha geri qayıtmayıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Türkiyə yüzlərlə İŞİD-çini deportasiya edir: 29 azərbaycanlı da var

    Türkiyənin bu ayın sonuna qədər ölkədən çıxarmaq istədiyi və hazırda geri dönmə mərkəzində olan əcnəbi İŞİD üzvlərinin ölkələrə görə təsnifləndirilməsi olub.

    Median.Az yerli mətbuata istinadən xəbər verir ki, bölgü əsasında deportasiya ediləcək 959 İŞİD-çi ölkələrə görə aşağıdakı saydadır.

    Rusiya 99, Almaniya 17, Ukrayna 4, Hollandiya 3, Fransa 2, Danimarka 2, Avstriya 2, Kosovo 2, Bolqarıstan 2, Rumıniya 1, Albaniya 1, Özbəkistan 82, Qırğızıstan 23, Tacikistan 21, Misir 13, Əfqanıstan 11, Tunis 10, Qazaxıstan 10, Fələstin 9, Mərakeş 8, Pakistan 6, Türkmənistan 6, Nigerya 3, İran 3, Somali 3, Liviya 2, İordaniya 2, Əlcəzair 2, Səudiyyə Ərəbistanı 2, Yəmən 1, Böyük Britaniya 1, İraq 296 ve Suriya 273.

    147 nəfər isə kiçik yaşlı uşaqlardır. Bu uşaqların əksəriyyətinin valideynlərini Suriyadakı müharibələrdə itirdikləri, bəzilərinin isə yanlarında olmadığı bildirilib.

    Deportasiya ediləcək terrorçuların arasında azərbaycanlılar da var. Hazırda 29 nəfər Azərbaycan vətəndaşı İŞİD üzvü Türkiyədən çıxarılmağı gözləyir.