Month: November 2019

  • Azərbaycanlı bloqerdən humanist addım: Afrikada ehtiyac içində olan insanlarla görüşdü – VİDEO

    Xeyriyyəçiliklə məşğul olan, əslən azərbaycanlı, Rusiyada yaşayan məşhur videobloqer Hüseyn Həsənov təqdirəlayiq addımı ilə gündəmə gəlib.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, Hüseyn Afrikanın ən acınacaqlı bölgələrindən birinə səfər edib.

    O, komandası ilə birlikdə aclıqdan və susuzluqdan əziyyət çəkən insanlara yardım göstərib.

    Şəxsi “İnstagram” hesabında hər addımını video çəkərək “Hekayə” bölməsinə yükləyən Hüseyn ərzaq və qida məhsulları alaraq insanların evlərinə üz tutub və aldıqlarını onlarla bölüşüb.

    Qeyd edək ki, o, Rusiyada anadan olub, amma etnik azərbaycanlıdır. Bloqerlik fəaliyyəti ilə məşğul olan Hüseyn hazırda sahib olduqlarına görə elə özünə borcludur. Hüseyn Rusiyada ən populyar bloqerlərdən biridir. Onun 12 milyondan çox “İnstagram” izləyicisi var.

    Sosial şəbəkədə böyük auditoriyaya sahib olan Həsənov müxtəlif oyunlar keçirməklə sosial media hesablarını inkişaf etdirir. Hüseyn restoran işi ilə məşğul olur və şəxsi geyim markası var. Bakıya tez-tez baş çəkən H.Həsənov burada da gənclərin diqqət mərkəzində olan məşhurlardan biridir.

  • “Facebook” şəxsi elektron ödəniş sistemini hazırlayıb

    “Facebook” şirkəti yeni onlayn ödəniş xidmətini istifadəyə verməyə hazırlaşır. Bu haqda şirkətin rəsmi saytında informasiya yerləşdirilib.

    Median.Az “ICTnews”a istinadən xəbər verir ki, “Facebook Pay” adlandırılmış sistem “Facebook”, “Messenger”, “Instagram” və “WhatsApp”da ödənişlər etməyə imkan verəcək.

    Şirkətin rəsmiləri bildiriblər ki, istifadəçilər artıq mobil tətbiqlər vasitəsilə ödəmə əməliyyatları həyata keçirirlər, ancaq “Facebook Pay” xidməti bu tranzaksiyaları daha da asanlaşdıracaq. Məsələn, ödəmə informasiyasını hər dəfə yenidən daxil etməmək üçün onu yadda saxlamaq imkanı əlçatan olacaq.
    Bu həftə “Facebook” və “Instagram” sosial şəbəkələrində istifadəyə veriləcək sözügedən sistem yalnız ABŞ sakinləri üçün əlçatan olacaq. Ancaq gələcəkdə digər ölkələrin istifadəçiləri də bu sistemdən yararlana biləcəklər.

  • Şəmkirdə 2 avtomobil toqquşub, xəsarət alan var

    Şəmkir şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az-ın report-a istinadən məlumatına görə, qəza şəhərin Cəfər Cabbarlı küçəsində qeydə alınıb.

    Belə ki, iki minik avtomobilin toqquşması nəticəsində 1988-ci il təvəllüdlü Akay Məhərrəmov xəsarət alıb. Yaralı təcili yardımın köməyi ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılıb.

    Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Kürdəmirdə avtobusda sərnişindən oğurluq edən şəxs saxlanılıb – FOTO

    Kürdəmir rayonunda oğurluq hadisəsi baş verib.

    Median.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Atakişili kəndində yerləşən Çıraq restoranında qeydə alınıb.

    Belə ki, Bakı şəhər sakinləri – Hümbətova Arzu Əlibala qızı və Babayeva Narıngül Nadir qızı Kürdəmir Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edərək oktyabrın 20-si axşam saatlarında Kürdəmir rayonu ərazisində yerləşən Çıraq restoranına istirahət üçün düşərkən avtobusda qalan çantasından 352 dollar, 200 manat və 40 manat xırda pulunun, digər sərnişinin isə çantasından 1 ədəd 495 manat dəyərində “Xiaomi Red Mİ 7” markalı telefonunun oğurlandığını bildirib.

    Kürdəmir RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş, 1986-cı il təvəllüdlü, Ağdaş rayon sakini Quluyev Hakim Vələkrəm oğlu saxlanılıb.

    Faktla bağlı Kürdəmir RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

  • В Хачмазе 20-летнего парня сбил поезд

    В Хачмазе поезд насмерть сбил 20-летнего парня.

    Как передает Oxu.Az, инцидент зафиксирован в селе Чархы.

    Жителя села Агаджана Мехдиева сбил поезд, когда он переходил через железнодорожные пути.

    А.Мехдиев скончался на месте происшествия.

    По факту ведется расследование.

  • Almaniyada miqrant alveri ilə məşğul olan azərbaycanlı dəstənin iki üzvü saxlanılıb

    Almaniyada miqrant alveri ilə məşğul olan azərbaycanlılardan ibarət dəstənin iki üzvü saxlanılıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, Federal Kriminal polis ölkənin Nidersaksen, Şlezviq-Holşteyn, Bremen, Şimali Reyn Vestfaliya, Bradenburq və Reynland-Pfalts əyalətlərində 38-dən çox ev və iş yerlərinə basqın edib.

    Obyektlərdə aparılan yoxlamalar zamanı çoxlu sayda xarici ölkə vətəndaşlarına aid pasportlar, viza çap edən xüsusi aparatlar, nağd pul və silah tapılaraq götürülüb.

    Şimali Reyn Vestfaliya əyalətinin Daxili İşlər Nazirliyindən verilən məlumatda isə deyilir ki, bu əyalətdə 180-ə yaxın polisin iştirakı ilə ev və iş yerlərinə təşkil edilən basqınlar nəticəsində miqrant alveri ilə məşğul olan şəbəkənin bağlantıları müəyyən olunub.

    Kriminal polisin Düsseldorf, Köln, Frankfurt və Koblenz şəhərlərində keçirdikləri əməliyyatlar nəticəsində iki Azərbaycan vətəndaşı (hələlik adları açıqlanmır-red) saxlanılıb. Polis onların ilkin ifadələri əsasında azərbaycanlılardan ibarət dəstənin izinə düşüb.

    Saxlanılan Azərbaycan vətəndaşlarının evlərinə baxış zamanı çoxlu sayda Azərbaycan Respublikasına aid milli pasport, müxtəlif siyasi partiyalara aid üzvlük vəsiqələri, arayışlar, möhür və ştamplar aşkar olunaraq götürülüb.

    Almaniya Federal Daxili İşlər Nazilriyindən verilən məlumata görə, hazırda miqrant alverçilərinə qarşı əməliyyat davam etdiyindən saxlanılanların sayı və kimlikləri barədə yaxın saatlarda məlumat veriləcək.

  • Hibrid avtomobillərin gömrük rüsumuna güzəşt olacağı iddiasına RƏSMİ CAVAB

    Cari ildə hibrid avtomobillərinin ölkəyə gətirilməsi say etibarı ilə artımla müşahidə edilir.

    Median.Az-ın məlumatına görə, bu barədə Baku.ws-ə Dövlət Gömrük Komitəsindən məlumat daxil olub.

    “2018-ci ildə ölkəyə 146 sayda hibrid minik avtomobili idxal olunduğu halda, 2019-cu ilin 9 ayı ərzində ölkə ərazisinə gətirilən 609 ədəd hibrid minik avtomobili sərbəst dövriyyəyə buraxılmışdır. Qeyd olunan minik avtonəqliyyat vasitələrinin ölkəyə gətirilməsi ilə bağlı təşviqedici layihələr aidiyyəti mərkəzi icra orqanları ilə birgə müzakirə edilməkdədir”,-deyə məlumatda qeyd olunur.

    Qeyd edək ki, Azərbaycana gətirilən hibrid və digər ekoloji təmiz avtomobillərin idxal rüsumlarına gələn ilin dövlət büdcəsi zərfində yenidən baxılacaq. Bunu mətbuata açıqlamasında Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev demişdi: “Növbəti ilin büdcəsində tariflərin, güzəştlərin və hansı mallara rüsumların artırılması məsələsinə baxılacaq”.

    Xatırladaq ki, hibrid avtomobillərin alınması və istismarı daha ucuz başa gəldiyi üçün bu növ avtomobillərin istifadəsi dünyada daha populyardır. 2016-cı ildən etibarən qonşu Gürcüstanda elektromobillərin idxalı ilə bağlı gömrük rüsumu 50% aşağı düşüb.

    Hibrid və elektrik avtomobillərlə bağlı güzəştlər Azərbaycanda ekoloji vəziyyətin yaxşılamasına səbəb olacaq. Eyni zamanda ölkədəki avtomobil parkına da öz tövhəsini verəcək.

  • Девушка сбила мальчика в Баку

    В Баку произошло дорожно-транспортное происшествие.

    Как сообщает АПА, автомобиль марки MAZDA, управляемый Шейлой Сулеймановой, на улице Гызыл Шерг сбил малолетнего Рауля Сафарова. Пострадавший получил легкие травмы.

    Выясняются обстоятельства ДТП.

  • Leyla Əliyeva “Yenilməzlər” adlı beynəlxalq qala tədbirdə iştirak edib – FOTO

    Beynəlxalq Paralimpiya Komitəsinin 30 illik yubileyi münasibətilə noyabrın 13-də Bakıda, Gənc Tamaşaçılar Teatrında “Yenilməzlər” adlı beynəlxalq qala tədbir keçirilib.

    Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Beynəlxalq Paralimpiya Komitəsinin təmsilçiləri, ölkəmizin idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

    Heydər Əliyev Fondunun və Azərbaycan Milli Paralimpiya Komitəsinin təşkilatçılığı ilə keçirilən və özünəməxsusluğu ilə seçilən tədbirdə fiziki məhdudiyyətli insanların həyat hekayələri kölgə teatrı, ultrabənövşəyi şou və pantomima tamaşaları vasitəsilə təqdim olunub.

    İştirakçılar əvvəlcə Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) fotomüxbiri İlqar Cəfərovun paralimpiyaçılarımızın uğurlarından bəhs edən fotolarından ibarət stendə baxıblar.

    Tədbirdə “Yenilməzlər”in loqosu təqdim olunub. İlk baxışdan sadə görünən loqo özündə paralimpiya ruhunu əks etdirir. Loqonun mərkəzində yüksələn məşəl qalibiyyəti və qələbə ruhunu təcəssüm etdirir. Alovun dilləri Azərbaycan bayrağının rənglərinə boyanıb. Aşağı hissədə isə Beynəlxalq Paralimpiya Komitəsinin “Hərəkətdə olan ruh” simvolu yer alıb. Loqoda uğuru və dinamik həyatı özündə əks etdirən ürək formasında həyat rəmzi də yer alıb.

    Tədbirdə fiziki məhdudiyyətlərə baxmayaraq, uğur qazanan tanınmış şəxslər həyat hekayələrini tamaşaçılarla bölüşüblər.

    “Yenilməzlərin” ilk qonaqları fiziki məhdudiyyətlər qarşısında yenilməyən, çətinlikləri aşaraq həm idmanda, həm də ictimai həyatda böyük uğurlar qazanaraq dünya səviyyəsində çox nüfuzlu insanlara çevrilməyi bacaran Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının fəxri cəngavər-bakalavrı, Beynəlxalq Paralimpiya Komitəsinin ikinci prezidenti Ser Filip Kreyven və Böyük Britaniya Paralimpiya Assosiasiyasının fəxri vitse-prezidenti Entoni Seynsburi olub.

    Ser Filip Kreyven 16 yaşında olarkən dağa dırmanma zamanı baş verən bədbəxt hadisə nəticəsində onurğa sütunu zədələnib. Həmin vaxtdan bəri o, əlil arabasından istifadə etməyə məcbur olub. Lakin keçirdiyi qəza və ondan sonra yaranan fiziki məhdudiyyət Filipin iradəsini sındıra bilməyib. O, idmandan nəinki uzaqlaşmayıb, əksinə, bütün dünyada əlil idmanının və paralimpiya hərəkatının inkişafına mühüm töhfələr verib. O məmnunluqla qeyd edib ki, Azərbaycanda paralimpiya hərəkatının inkişafına dövlət tərəfindən böyük diqqət göstərilir. Məhz bunun nəticəsidir ki, azərbaycanlı paralimpiyaçılar beynəlxalq arenada uğurla çıxış edirlər. İdmançılar əldə etdikləri nailiyyətlərlə paralimpiya hərəkatının inkişafına da mühüm töhfələr verirlər.

    Eyni sözləri onun tərəf müqabili və Azərbaycan idmanının dostu Entoni Seynsburi haqqında da demək olar. Azərbaycan Milli Paralimpiya Komitəsinin beynəlxalq əlaqələrinin qurulmasında və təbliğində onun xüsusi xidmətləri var. Mütəxəssis hazırda bu missiyanı davam etdirir. O, Azərbaycan Respublikasının Milli Paralimpiya Komitəsinin yaradılmasının 20 illik yubileyi münasibətilə dövlətimizin başçısının 2016-cı il fevralın 2-də imzaladığı Sərəncama əsasən, ölkəmizdə paralimpiya hərəkatının inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilib.

    Entoni Seynsburi dünyada paralimpiya hərəkatının geniş vüsət aldığını, əlil insanların idman vasitəsilə cəmiyyətə inteqrasiyasının vacibliyini qeyd edib.

    Tədbirin digər maraqlı qonağı isə BMT-nin Pakistanda qadınlar üzrə xoşməramlı səfiri xanım Muniba Mazari olub. Pakistanın “dəmir ledisi” kimi tanınan Muniba keçirdiyi qəza nəticəsində əlil arabasından istifadə etməyə məcbur olub. Fiziki məhdudiyyətlərini və digər stiqmaları dəf edən Muniba Mazari dünyanın nüfuzlu qadınlarından birinə çevrilib. O, BBC tərəfindən dünyanın 100 güclü qadını, “Forbes” jurnalı tərəfindən isə dünyada 30 yaşından cavan olan 30 nüfuzlu insandan siyahısında yer alıb.

    Muniba Mazari fiziki imkanları məhdud şəxsləri, xüsusilə də qadınları daha güclü olmağa çağırıb. Bildirib ki, əlilliyi olan insanlar cəmiyyətdən təcrid edilməməlidirlər. Onlar özlərinə inanmalı, sahib olduqlarını və əldə etdiklərini digərlərinə ötürməlidirlər.

    Adı hər bir Azərbaycan vətəndaşına yaxından tanış olan ikiqat paralimpiya çempionumuz İlham Zəkiyev də tədbirdə yer alan əsas qonaqlardan biri olub. Onun hərbi xidmət zamanı düşmən gülləsinə tuş gəlməsi nəticəsində görmə qabiliyyətini itirməsinə baxmayaraq, həyatda böyük uğurlara nail olması bədii şəkildə səhnələşdirilib. İlham Zəkiyev özü ilə bağlı səhnələşdirilən tamaşada yer alıb.

    Dünya cüdosunun tanınmış simalarından olan paralimpiya çempionu Oleq Kretsul da İlham Zəkiyev ilə eyni səhnəni bölüşüb. Oleq Kretsulun bu tədbirdə yer alması təsadüfi deyil. Keçirdiyi avtomobil qəzasından sonra görmə qabiliyyətini itirən Oleq Kretsulun idman karyerası da iki hissəyə ayrılır. 1997-ci ildə keçirdiyi qəzaya qədər cüdo ilə məşğul olan Oleq beynəlxalq arenada çox ciddi uğurlara imza atıb. Qəza və görmə qabiliyyətinin itməsi onu məğlub edə bilməyib və Oleq Kretsul bu dəfə paracüdo idmanında uğurlar qazanıb və paralimpiya çempionluğuna qədər yüksələ bilib.

    Tədbirdə ölkəmizdə jestika ilə ilk “vine” çəkən Mahmud Səfərov “Mahmudun dünyası” tamaşasını təqdim edib. Onun çıxışı fiziki məhdudiyyətinə baxmayaraq, uğur qazanan insanlara həsr olunub.

    BP-nin Azərbaycanda əlaqələr üzrə meneceri Tamam Bayatlı şirkətin fəaliyyət göstərdiyi ölkələrdə korporativ sosial məsuliyyət dəyərlərinə böyü önəm verdiyini vurğulayıb. Bildirib ki, BP Azərbaycan Milli Olimpiya Komitəsi və Milli Paralimpiya Komitəsinin tərəfdaşıdır.

    Azərbaycan Milli Paralimpiya Komitəsinin baş katibi Kamal Məmmədov çıxış edərək deyib: “Xoşbəxtlik əllərdə və ayaqlarda deyil. Əsas odur ki, insanın həyat sevgisi tükənməsin. Çünki məhz sevgi insanları həyata bağlayan və ona uğur qazandıran məfhumdur”.

    Tədbirin sonunda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və digər iştirakçılar üzərində “Yenilməzlər”in loqosunun həkk olunduğu tablonu xüsusi zərlərlə rəngləyiblər.


  • Bakıda ata oğlu və gəlini tərəfindən döyülüb

    Bakıda döyülmə hadisəsi baş verib.

    Hadisə Yasamal rayonu, Azərbaycan Texniki Universitetinin yataqxanasında qeydə alınıb. Orada yaşayan məcburi köçkün, 1976-cı il təvəllüdlü Ceyhun Məmmədov oğlu və gəlini tərəfindən döyülüb.

    Müxtəlif bədən xəsarətləri alan Ceyhun Məmmədov Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır. //APA