Month: November 2019

  • Heydər Əliyev Fondunun dəstəyi ilə müalicə olunan aktyor Yalçın Səlimov yenidən səhnəyə qayıdıb

    Sumqayıt Dövlət Dram Teatrının aktyoru Yalçın Səlimov yenidən səhnəyə qayıdıb.

    Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Yalçın Səlimov qaraciyər əməliyyatından sonra Abdulla Şaiqin “Qaraca qız” əsərində rol alaraq tamaşaçılar qarşısında çıxış edib.

    Xatırladaq ki, aktyor bir neçə ay bundan öncə qaraciyər sirrozu diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Heydər Əliyev Fondunun dəstəyi ilə aktyora qaraciyər köçürülüb.

    Qeyd edək ki, Yalçın Səlimov 1973-cü ildə anadan olub, 1996-cı ildən Sumqayıt teatrının aktyorudur. O, bu müddət ərzində “Gəl qohum olaq”, “Qarağaclar altında məhəbbət”, “Cəhənnəm ekspresi”, “Müsyö Jordan və dərviş Məstəli şah”, “Qocanı Öldürməliyik”, “Xilaskar” və sair tamaşalarda yadda qalan obrazlar yaradıb.

  • Вышло приложение для просмотра закрытых профилей в İnstagram – ВИДЕО

    Отныне никто не сможет скрывать свои публикации в İnstagram от неавторизованных пользователей.

    Как передает Baku.ws, приложение “Ghosty” позволяет просматривать любой закрытый профиль.

    Также сообщается об успешном тестировании программы.


    Для просматривания истории в İnstagram достаточно установить программу на телефон и ввести имя профиля.

  • Azərbaycanlılar ABŞ-da qəzaya düşdü: Bir nəfər öldü, digəri yaralandı – VİDEO

    ABŞ-da azərbaycanlıların iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az yerli mətbuata istinadən xəbər verir ki, hadisə Klark rayonunda olub.

    Nyu-York qeydiyyatında olan azərbaycanlı Ramiz Quliyevin idarə etdiyi yük maşını ştatlararası tibb məntəqəsinə çırpılıb. 30 yaşlı sürücü hadisə yerində ölüb.

    Onun köməkçisi Mişa Məmmədov isə sürücülərin istirahət guşəsində yatdığı üçün qəzadan yaralı olaraq qurtula bilib.

    Qəzanın qarlı hava şəraiti səbəbindən baş verdiyi güman olunur.

  • Avropa ölkələrindən Azərbaycana gələn turistlərin sayı 25 faiz artıb

    Bu il Avropa ölkələrindən Azərbaycana səfər edən turistlərin sayı ötən illə müqayisədə 25 faiz artıb.

    Median.Az azərtac-a istinadən xəbər verir ki, bunu Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid ölkəmizin turizm imkanlarından danışarkən bildirib.

    O deyib ki, bir sıra turizm istiqamətləri üzrə artım daha yüksəkdir. Misal üçün UEFA Avropa Liqasının oyunları ilə bağlı ölkəyə gələnlərin sayı kəskin artsa da, bu, statistikada nəzərə alınmayıb. Bu, onu göstərir ki, Azərbaycanla bağlı həyata keçirdiyimiz “Yeni baxış” kampaniyası düzgün addım idi və turizm sahəsində Azərbaycanın böyük potensialı var. Buraya Azərbaycanın macəra həvəskarları üçün təklif edə biləcəyi səyahət proqramları, eləcə də çaxır turizmi, alman və ya yəhudi irsi daxildir. Bu imkanlar xarici qonaqlara tanıdılmalıdır.

    Mütəxəssis qeyd edib ki, Azərbaycan beynəlxalq turizm kataloqlarında nə qədər çox təqdim olunarsa, ölkə bir o qədər çox tanınacaq. Bu da öz növbəsində ölkəyə gələn turistlərin sayına müsbət təsir göstərəcək.

  • Boliviyanın müvəqqəti prezidenti müəyyən olub

    Boliviyanın Müdafiə naziri Viliams Kaliman, Jeanine Anezin müvəqqəti ölkə başçısı olduğunu açıqlayıb.

    Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Boliviyanın keçmiş prezident köməkçisi Janine Anez ölkənin müvəqqəti prezidenti seçilib. Boliviyanın Müdafiə naziri və digər rəsmilər Anezin prezidentliyini tanıdıqlarını açıqlayıblar. Qeyd edək ki, bir neçə gün əvvəl

    Boliviyada hökümət əleyhinə başlayan etirazlar səbəbilə ölkə başçısı Evo Morales tutduğu prezidentlik vəzifəsindən istefa etmişdi.

  • Mikroavtobus 32 yaşlı oğlanı vurdu

    Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, şəhər sakini, 1987-ci il təvəllüdlü Ələkbərov Hamlet Arif oğlu yolu keçən zaman mikroavtobus onu vurub. Xəsarət alan piyada xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Турция депортирует около тысячи игиловцев, среди которых 29 граждан Азербайджана

    Обнародовано число иностранцев-членов террористической ИГИЛ, которые будут депортированы из Турции.

    Как сообщает Oxu.Az со ссылкой на турецкие СМИ, из страны будут выдворены 959 иностранцев, являющихся членами ИГ, среди которых есть 29 граждан Азербайджана.

    Среди членов ИГ, которые будут депортированы, есть и граждане России (99 человек), Германии (17 человек), Украины (4 человека), Голландии (3 человека), Франции (2 человека), Дании (2 человека), Австрии (2 человека), Косово (2 человека), Болгарии (2 человека), Румынии (1 человек), Албании (1 человек), Узбекистана (82 человека), Кыргызстана (23 человека), Таджикистана (21 человек), Египта (13 человек), Афганистана (11 человек), Туниса (10 человек), Казахстана (10 человек), Палестины (9 человек), Марокко (8 человек), Пакистана (6 человек), Туркменистана (6 человек), Нигерии (3 человека), Ирана (3 человека), Сомали (3 человека), Ливии (2 человека), Иордании (2 человека), Алжира (2 человека), Саудовской Аравии (2 человека), Йемена (1 человек), Великобритании (1 человек), Ирака (296 человек), Сирии (273 человека), США (2 человека), Австралии (3 человека).

    Один из них не имеет гражданства, установить гражданство двух не удалось.

    Среди подлежащих депортации есть 147 детей. Сообщается, что они потеряли родителей в ходе боев в Сирии.

    Иностранцев-членов ИГ предусмотрено депортировать в их страны до конца этого месяца.

  • В Вашингтоне проходят переговоры Трампа и Эрдогана

    В Вашингтоне началась встреча президентов США и Турции Дональда Трампа и Реджепа Тайипа Эрдогана.

    Как передает Median.Az со ссылкой на “Анадолу”, главу турецкого государства и его супругу Эмине Эрдоган в Белом доме встречали президент США Дональд Трамп и первая леди Мелани Трамп.

    Американский лидер, предваряя переговоры, напомнил, что уже долгое время поддерживает дружественные контакты с президентом Турции.

    Глава Белого дома сообщил, что сегодня ему представилась возможность обсудить с Эрдоганом вопрос поставок российских ЗРК С-400 в Турцию, а также тему реализации программы самолетов пятого поколения F-35.

    Президент США поблагодарил турецкого коллегу за “договоренность по ситуации на сирийско-турецкой границе”, и дал высокую оценку вкладу Анкары в борьбу с террористами ИГ

    Трамп отметил, что США оставили (в Сирии) лишь ограниченное число военных для безопасности нефтеносных районов.

    «Мы с первого дня является друзьями и хорошо друг друга понимаем. Встреча с вами (Эрдоганом) большая честь для нас», – сказал президент США.

    Трамп заявил также о готовности к увеличению товарооборота с Турцией на 100 млрд долларов. «На сегодняшний день товарооборот между США и Турцией составляет 20 миллиардов долларов. Уверен, что мы может довести этот показатель до уровня в 120 миллиардов долларов в год», – сказал Трамп.

    Эрдоган в свою очередь пообещал, что прокомментирует все вопросы на пресс-конференции по итогам переговоров с Трампом.

  • Ağ Evdə Trampla Ərdoğanın görüşü başlayıb

    ABŞ Prezidenti Donald Trampla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Vaşinqtonda görüşü başlayıb.

    Median.Az-ın APA-ya istinadən xəbərinə görə, Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanı Ağ Evdə Donald Tramp və xanımı Melania Tramp qarşılayıb.

    Qeyd edək ki, görüşdən əvvəl ABŞ prezidenti bildirib ki, Türkiyə prezidenti ilə şəxsi dostluq münasibətləri var və onu Ağ Evdə xanımı Əminə Ərdoğanla qarşılamaqdan şərəf duyur.

    Rəcəb Tayyib Ərdoğan isə qeyd etmişdi ki, Ağ Evdə ikitərəfli və heyətlərarası görüşdə öz fikirlərini bildirəcəyini deyib.

    Donald Tarmp Suriya ərazisindən ABŞ qoşunlarının geri çəkilməsində haqlı olduğunu bildirib. Görüşdə 100 milyard dollarlıq ticarət həcmindən, F-35 və S-400 mövzularında müzakirələrin olunacağını bildirib. Həmçinin o, Türkiyə ilə birgə İŞİD üzvlərilə mübarizədə uğurlu nəticələr əldə edildiyini deyib.

  • Bu da sevgilisinə görə bıçaqlanan Xose Berbardonun qardaşının SON HALI – FOTO

    Teleaparıcı Xose Bernardonun bıçaqlanan qardaşı 3 saylı şəhər xəstəxanasından paytaxtın özəl klinikalarından birinin kardioloji reanimasiya şöbəsinə köçürülüb.

    Median.Az milli.az-a istinadən xəbər verir ki, bu barədə “Bizimləsən”də məlumat verilib.

    Bədəninin müxtəlif nahiyələrindən 15 bıçaq zərbəsi alan Rəfael Hüseynovun hazırda vəziyyətinin orta-ağır olduğu deyilir. Xose Bernardo qardaşının həyati təhlükəsinin olmadığını bildirib.

    Qeyd edək ki, teleaparıcı Xose Bernardo və qardaşını bıçaqlayan şəxs Pirallahı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində artıq saxlanılıb. Həmin şəxs əvvəllər məhkum olunmuş, 1985-ci il təvəllüdlü Abutalıb Hüseynovdur. O, Rəfael Hüseynovun indiki həyat yoldaşının keçmiş əri olub.

    Bu da Xose Bernardonun qardaşının xəstəxanadan son görüntüsü: