Month: November 2019

  • Gəncədə qadın xurma ağacından yıxılaraq ölüb

    Gəncədə qadın ehtiyatsızlıqdan yıxılaraq ölüb.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə şəhərin Zülfü Hacıyev küçəsində qeydə alınıb. Şəhər sakini, 1957-ci il təvəllüdlü Musayeva Güldəstə Kərəm qızı xurma ağacından yıxılıb. Dərhal xəstəxanaya yerləşdirilən qadının həyatını xilas etmək mümkün olmayıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Yol polisi sürücülərə müraciət edib

    Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edib.
    Median.Az
    -ın azvision.az-a istinadən məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev bildirib ki, bir çox hallarda rayonlararası yollarda hərəkətdə olan sürücülərin məsuliyyətsiz hərəkəti qəzalara səbəb olur. Belə ki, sürücülər yuxusuz vəziyyətdə yola çıxır, yolda dincəlmir və nəticədə qəzalar baş verir.

    R.Quliyev profilaktik tədbirlərə baxmayaraq, bəzi hərəkət iştirakçılarının bu tövsiyələrə əməl etmədiklərini vurğulayıb: “Hər hansı sürücü səfərə çıxmazdan əvvəl avtomobilinə xüsusi diqqət yetirməlidir. Sürücü və sərnişinlər təhlükəsizlik kəmərindən istifadə etməlidirlər. Təbii ki, hərəkət zamanı sürət rejiminə, manevretmə qaydalarına, eləcə də digər təhlükəsizlik tədbirlərinə ciddi əməl olunmalıdır. Yorğun və yuxusuz halda sükan arxasında əyləşmək yolverilməzdir. Yollardakı polis postlarında sürücülər üçün istirahət otaqları var. İstənilən sürücü yorğun olduqda postlarda avtomobillərini saxlayıb bu otaqlardan istifadə edə bilər. Bu, qəzaların sayının azalması baxımından mühüm rol oynayır”.

  • Hacı Zeynalabdin Tağıyevin Mərdəkandakı evi təmir edilir

    Tanınmış messenant Hacı Zeynalabdin Tağıyevin Mərdakanda yerləşən bağ evi təmir edilir.

    Median.Az trend-ə istinadən xəbər verir ki, artıq ərazidə işlərə start verilib. Malikanənin əvvəlki görkəminə qaytarılacağı deyilir. Təmir işləri çərçivəsində bağda sonralar tikilən binalar sökülüb.

    Mədəniyyət Nazirliyinin sifarişi və Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən işlərin gələn ilin birinci yarısında yekunlaşdırılması nəzərdə tutulub.

    Qeyd edək ki, milyonçunun yaşadığı ev uzun illər xəstəxana və məcburi köçkünlər üçün sığınacaq yeri kimi istifadə edilib.

  • Avtobus sürücüsü sərnişinləri belə təhlükəyə atdı — VİDEO

    Bakıda qaydaları kobud şəkildə pozaraq sərnişinləri təhlükəyə atan avtobusun sürücüsü kameraya düşüb.
    Median.Az
    avtosfer.az-a istinadən xəbər verir ki, 90 RA 859 dövlət nömrə nişanlı, 57 nömrəli avtobusun sürücüsü qırmızı işıqda keçir. Bununla da həm digər sürücüləri, həm də sərnişinləri təhlükəyə atır.

    Qeyd edək ki, bu qayda pozuntusuna görə 60 manat və 3 cərimə balı nəzərdə tutulub. Amma ümid edirik ki, Bakı Nəqliyyat Agentliyi də aidiyyəti üzrə sürücü barəsində tənbeh tədbiri görəcək.
    Videonu təqdim edirik:

  • Bakıda sürücülər arasında dava düşüb, xəsarət alan var

    Bakıda döyülmə hadisəsi baş verib.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb. Bakı sakini Vidadi Hüseynov yol üstündə tanımadığı sürücü ilə mübahisə edib. Mübahisə sonradan əlbəyaxa davaya çevrilib. Nəticədə V. Hüseynov tanımadığı sürücü tərəfindən döyülüb.

    Yaralı müxtəlif bədən xəsarəti ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Sağlamlıq imkanları məhdud uşağa müavinət və ona qulluq edənə təqaüdün təyinatı elektronlaşdırıldı

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial təminat sistemi üzrə xidmətlərin avtomatlaşdırılması istiqamətində daha bir addım kimi, sağlamlıq imkanları məhdud uşağa müavinət və ona qulluq edənə təqaüdün elektron təyinat mexanizmi işə salınıb.

    Bununla əlaqədar nazirliyin tabeliyindəki DOST Agentliyində mətbuat konfransı keçirilib. Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Məmişov dövlət başçısının tapşırığına əsasən, 2019-cu ilin əvvəlindən ölkəmizdə ilk proaktiv xidmət kimi, pensiyaların avtomatlaşdırılmış qaydada təyinatı mexanizminə keçildiyini bildirib.

    Qeyd edib ki, il ərzində pensiyaya çıxan vətəndaşlarımızın 80 faizi e-pensiya sistemi ilə əhatə olunur və cari ilin ötən dövründə artıq 15 min şəxsə e-qaydada pensiya təyin olunub.

    H.Məmişov 2019-cu ilin ilk aylarından sosial müavinət və təqaüdlərin də elektron təyinatı infrastukturunun qurulmasına başlandığını deyib. Bildirib ki, onlardan uşağın doğulmasına görə birdəfəlik müavinətin e-təyinatı sistemi ötən ay istifadəyə verilib və e-qaydada 7 minədək bu növ təyinat aparılıb.

    Növbəti addım kimi daha iki sosial təminat növü – sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa aylıq müavinət və həmin uşağa qulluğa görə Prezidentin aylıq təqaüdünün elektron təyinatı mexanizmi hazırlanaraq işə salınıb.

    Fond direktoru diqqətə çatdırıb ki, il ərzində bu e-xidmət təqribən 7,5 min uşağa müavinətin və onlara qulluq edən həmin sayda da şəxsə təqaüdün avtomatlaşdırılmış şəkildə təyinatı üzrə 15 minədək insanı əhatə edəcək. Beləliklə, il ərzində 15 min insanın artıq heç bir yerə müraciət etməsinə, sənəd təqdim etmələrinə ehtyac qalmadan, həmin müavinət və təqaüdlər onlara proaktiv şəkildə təyin ediləcək.

    Sonra təyinat mexanizminin təqdimatı olub. Qeyd edilib ki, uşağa sağlamlıq imkanları məhdudluq elektron sistem üzərindən təyin edilən kimi, aylıq müavinət də avtomatik müəyyən ediləcək. Nazirliyin “Əlillik” altsistemində hər hansı bir uşağa sağlamlıq imkanları məhdudluq təyin edildikdən sonra bu barədə məlumat digər altsistemə – “Sosial ödənişlər” altsisteminə ötürülür.

    Həmin altsistem uşağa aylıq müavinəti və ona qulluğa görə valideyninə təqaüdü avtomatik təyin edir və bu barədə, həmçinin ödəniş kartını hansı bankdan alacağına dair sms-məlumat göndərir.

    Şəxsin telefonu olmadıqda nazirliyin 142 – Çağrı mərkəzi və ya e-sosial.az internet portalı vasitəsilə, yaxud, nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun müvafiq ərazi üzrə şöbəsindən məlumatı ala bilər.

    Tədbirdə bildirilib ki, vətəndaş məmnunluğuna imkan yaradan bu innovativ yeniliklərin əhatə dairəsi getdikcə daha da genişlənəcək. Bu ilin sonuna kimi ümumilikdə 19 müavinət və təqaüd növü üzrə təyinat mexanizmi elektronlaşdırılacaq.

    Müavinət və təqaüdlərin təyinatında avtomatlaşdırma tədbirləri bitdikdən sonra illik təqribən 180 minədək şəxs üzrə təyinatlar proaktiv qaydada, vətəndaşların hər hansı bir ünvana getmələrinə, sənəd təqdim etmələrinə ehtiyac olmadan həyata keçiriləcək.

    Onu da bildirək ki, cari ildə sosial sahədə reallaşdırılan mühüm islahatların tərkib hissəsi kimi, sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar üçün müavinətin məbləği də 82 manatdan 150 manata çatdırılıb, həmin uşaqlara qulluq edənlər üçün isə Prezidentin aylıq təqaüdü (50 manat) təsis edilib.

  • Министр о детском пособии: Расходы должны составить 18 млрд манатов

    Говорить о том, что сегодня в Азербайджане не выплачиваются детские пособия, неправильно.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, об этом на парламентском заседании сказал министр труда и социальной защиты населения Сахиль Бабаев.

    По его словам, выплаты детского пособия в нынешнем понимании применялись до 2006 года.

    “Эти выплаты в пересчете на нынешние деньги составляли два маната. Были осуществлены выплаты в среднем 500-550 тыс. детям. Сегодня в Азербайджане 600 тыс. детей получают различные пособия. Размер пособий, выплачиваемых только детям с ограниченными физическими возможностями, составляет 150 манатов, а их родители, опекуны получают 200 манатов. Куда два маната, которые выдавали в прошлом, и куда 200 манатов, выплачиваемых сейчас?!”, – отметил министр.

    С.Бабаев напомнил, что из 280 тыс. граждан, которые сегодня являются получателями адресной социальной помощи, 160 тыс. – дети.

    “Сегодня до 600 тыс. детей из уязвимых групп населения получают эти средства, средняя сумма которых 100 манатов. Это достаточно серьезная цифра. В Азербайджане 2 млн 700 тыс. детей в возрасте до 18 лет, 2 млн 200 тыс. детей – до 15 лет, 1 млн 200 тыс. детей – до 6 лет. Указанная сумма также составляет 100 манатов, и если выплаты коснутся всех лиц до 18 лет, расходы составляют 3,3 млрд манатов.

    Такие программы, как “денежное пособие” длятся не 1-2 года, а как минимум пять лет. Это означает, что расходы на эту работу должны составить 18,35 млрд манатов”, – добавил он.

  • За реализацию наркотиков задержан житель Лимана

    Как сообщает Median.Az, 7-го ноября в Ленкораньское городское районное отделение полиции (ГРОП) поступила информация о том что, на территории села Лувасевер неизвестный мужчина выбросил из автомобиля марки “Mercedes” пакет и скрылся.

    Прибывшие по указанному адресу полицейские в пакете обнаружили 490 грамм героина, 440 грамм опиума и 410 грамм метамфетамина.

    В результате оперативно-розыскных мер был задержан житель г.Лиман Э.Багиров, при личном осмотре у него изъяли свыше 10 грамм героина.

    В Следственном отделе ГРОП по факту возбуждено уголовное дело.

  • Narkotik satışı ilə məşğul olan Liman sakini tutulub

    Median.Az xəbər verir ki, noyabrın 7-də Lüvəsər kəndi ərazisində naməlum şəxsin sellofan torbanı yerə ataraq “Mercedes” markalı avtomobillə hadisə yerini tərk etməsi barədə Lənkəran ŞRPŞ-nə məlumat verilib.

    Məlumat əsasında polis əməkdaşları deyilən yerə gəlib, torbaya baxış zamanı 490 qram heroin, 440 qram tiryək və 410 qram metamfetamin aşkar edilib.

    Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin Liman şəhər sakini E.Bağırov olması müəyyən edilib və o, saxlanılıb.

    Şəxsi axtarış zamanı ondan 10 qramdan artıq heroin götürülüb.

    ŞRPŞ İstintaq bölməsində faktla bağlı cinayət işi başlanılıb.

  • В Азербайджане вырастут пенсии – СРОКИ

    В Азербайджане ведется работа по подсчету прибавок к минимальной пенсии.

    Об этом на пресс-конференции сказал директор Государственного фонда социальной защиты при министерстве труда и социальной защиты населения Гималай Мамишев, сообщает в среду Median.Az со ссылкой на Trend.

    По его словам, по результатам этих работ будет принято решение о прибавке. “Кроме того, в начале каждого года, в соответствии с поручением главы государства, пенсии индексируются. Предусматривается, что с начала следующего года, пенсия лица получающего 200 манатов, повысится на 27-30 манатов за счет индексации”, – сказал директор.

    Мамишев также отметил, что и в этом году, в преддверии Нового года, пенсии будут выданы раньше времени, предусмотренного графиком.