Month: November 2019

  • Bakıda azyaşlını maşın vurub

    Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə Yasamal rayon ərazisində qeydə alınıb. Şeyla Süleymanova idarə etdiyi “MAZDA” markalı avtomobillə hərəkətdə olarkən rayonun Qızıl Şərq küçəsində azyaşlı Raul Səfərovu vurub. Azyaşlı yüngül bədən xəsarətləri alıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Gürcüstandan gələn avtomobildə külli miqdarda narkotik vasitə və silah-sursat aşkarlandı – FOTO

    Gömrükçülər hərbi ləvazimat və qanunla qadağan edilən digər predmetlərin ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

    DGK-dan verilən məlumata görə, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat-Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında, “Mazımçay” gömrük postunda Gürcüstandan idarə etdiyi “Ford Tranzit” markalı minik avtomobili ilə gələn bu ölkənin vətəndaşı saxlanılıb.

    Sorğu-sual zamanı vətəndaş üzərində və nəqliyyat vasitəsində qanunla qadağan edilən hər hansı predmetin olmadığını bildirib. Lakin kinoloji xidmət itinin tətbiqi ilə keçirilən baxış zamanı nəqliyyat vasitəsində silah-sursat və narkotik vasitənin olduğu müəyyən edilib.

    Belə ki, avtomobilin salonunda, sürücü oturacağının başı üzərindəki boşluqda iki ədəd sellofan torba aşkarlanıb. Həmin torbalarda isə 25 ədəd müxtəlif patronlar, 1 ədəd plastik silah dəstəyi, 1 ədəd durbin, eyni zamanda, içərisi narkotik vasitə – marixuana ilə doldurulmuş ov tüfənginin patronu və maqazinində 4 ədəd patron olan səs tapançası aşkar olunub.

    Bundan başqa, nəqliyyat vasitəsinin salonunun qapısının üst hissəsində marixuana bitkisinin kiçik budağı, sol qapısındakı rəfdə isə 1 büküm marixuana bitkisi aşkar edilib.

    Daha sonra kinoloji xidmət iti avtomobilin sürücüsünə reaksiya verdiyi üçün onun üzərində də şəxsi yoxlama aparılıb.

    Nəticədə, sürücünün idman gödəkçəsinin cibindən daha 1 büküm marixuana bitkisi aşkara çıxarılıb. Ümumilikdə aşkarlanan narkotik vasitə – marixuananın çəkisinin 10 qr olduğu müəyyən edilib.

    Faktla bağlı araşdırma aparılır.//oxu.az

  • В Словакии 12 человек погибли в ДТП с автобусом

    В результате столкновения пассажирского автобуса и грузовика в районе города Нитра на западе Словакии погибли 12 человек, включая четырех детей, еще 17 человек ранены.

    Как передает Median.Az со ссылкой на РИА Новости, об этом сообщил журналистам представитель Оперативного центра медслужбы республики Йозеф Минар.

    Ранее агентство Франс Пресс со ссылкой на пожарную службу сообщало о 13 погибших и 20 пострадавших.

    “Число погибших в результате столкновения автобуса и грузовика составляет 12 человек, включая четырех детей, ранены 17 человек, эти цифры могут возрасти. На месте аварии работают медики, пожарные и полиция”, -сказал Минар, выступление которого транслировали сетевые ТВ-каналы.

    На место трагедии прибыла глава МВД страны Дениса Сакова. Премьер Петер Пеллегрини сообщил, что в связи с происшествием прерывает свой визит на Кипр и возвращается в Словакию.

  • Oğuzda kran aşıb, sürücü xəsarət alıb

    Oğuz rayonunda kran aşıb, sürücü xəsarət alıb.

    Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə bugün axşam saatlarında rayonun Böyük Söyüdlü kəndində baş verib.

    Belə ki, Qax rayon sakini, 1955-ci il təvəllüdlü Otaraşvili Zauri Qriqoryeviç idarə etdiyi “Kamaz” markalı kranın aşması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Atasının məzarına heç vaxt getməyən Zaur: Nə mənası var?

    Zaur Baxşəliyevin dünyasını dəyişən atası ilə bağlı “Bizimləsən”də çıxışı hər kəsi qəhərləndirib.

    Median.Az milli.az-a istinadən xəbər verir ki, aparıcı atasının məzarına heç vaxt getmədiyini bildirib.

    Zaur Baxşəliyev bunun səbəbini tamaşaçıların qarşısında belə izah edib:

    “Mən qəbiristanlığa getmirəm. Atam dəfn olunduğu qəbiristanlığa getmirəm. Çünki mənə o daş lazım deyil. O şəkildən, buz kimi daşdan baxan şəkil mənə lazım deyil. Mənə o canlı lazım idi və o bu həyatda yoxdur. İstəyirsiniz məni qınayın, nə istəyirsiniz deyin. Bir insan həyatda nə qədər varsa, onun başına pərvanə kimi dolanmaq lazımdır. Bir insan ölüb gedəndən sonra ha get o daşı qucaqla, gözünün yaşını tök o daşın dibinə. Nə mənası var?”.

  • Звезда КВН Ильяс Хасанов умер в больнице после жуткого ДТП – ВИДЕО

    Юморист Ильяс Хасанов, представитель лиги КВН Татарстана и основатель Stand Up движения в Набережных Челнах, скончался в больнице после ДТП, передает Median.Az со ссылкой на телеканал Звезда.

    «В ночь с 11 на 12 ноября после тяжелой аварии ушел из жизни наш друг, редактор Татарской лиги КВН, основатель челнинского Stand Up Ильяс Хасанов. Дома у Ильяса остались жена и маленький ребенок», – сообщается в опубликованном в аккаунте КВН Татарстана.

    Авария с автомобилем, в котором находились участники лиги КВН Татарстана, произошла 8 ноября на автодороге Казань – Набережные Челны: легковой автомобиль Volkswagen Jetta столкнулся с КамАЗом. Основатель татарской лиги КВН Фарида Таштабанова погибла на месте. Ее коллеги Ильяс Хасанов и Руслан Тюла были доставлены в реанимацию. Еще два человека, находившиеся в легковом автомобиле, получили травмы различной степени тяжести.

  • Ölkəyə qeyri-qanuni gətirilən siqaretlər ələ keçirildi

    Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda tütün məmulatlarının gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.

    DGK-dan verilən məlumata görə, Kiyev-Bakı aviareysi ilə gələn sərnişinləri qarşılayan Azərbaycan Respublikası vətəndaşı həmin sərnişinlərdən siqaretləri qəbul edib və hava limanının qarşısındakı “Kia Optima” markalı avtomobilə yığarkən saxlanılıb.

    Daha sonra nəqliyyat vasitəsinə baxış keçirilib.

    Gömrük baxışı zamanı nəqliyyat vasitəsinin yük yerindəki iki ədəd sellofan paketdə Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 14000 ədəd “HEETS” və 600 ədəd “Parliament Silver Blue” markalı siqaretlər aşkar olunub.

    Faktla bağlı araşdırma aparılır.//Baku.ws

  • BMT Baş katibinin elçisi Azərbaycana gəlib

    BMT Baş katibinin humanitar məsələlər üzrə elçisi, Küveyt əmirinin müşaviri Abdullah Mətuq əl-Mətuq Azərbaycana səfərə gəlib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, o, Bakıda keçiriləcək Dünya dini liderlərinin II Bakı Sammitində iştirak edəcək.

    Səfər çərçivəsində Abdullah Mətuq Əl-Mətuqla Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Elmi Şurasının genişləndirilmiş iclasında görüş təşkil ediləcək.

    Görüşdə qonağa Tarix İnstitutunun fəxri doktoru diplomu təqdim olunacaq.

  • В Гяндже микроавтобус сбил пешехода

    В Гяндже микроавтобус сбил пешехода.

    Как сообщает АПА, ДТП произошло на проспекте Низами Гянджеви города Гянджа. Микроавтобус марки «Газель», следовавший по маршруту № 3, сбил переходившего дорогу мужчину. Пострадавший был немедленно доставлен в больницу.

    По факту ведется расследование.

  • Gəncədə mikroavtobus piyadanı vurub

    Gəncədə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. 3 saylı marşrut xətti ilə işləyən “Qazel” markalı mikroavtobus yolu keçmək istəyən orta yaşlı kişini vurub. Yaralı dərhal xəstəxanaya aparılıb.

    Faktla bağlı araşdırma aparılır.