Month: November 2019

  • В Зардабе задержан наркоторговец

    Как сообщает Median.Az, сотрудники Зардабского РОП в результате проведенной операции задержали жителя села Меликли М.Исмайылзаде, у которого в доме обнаружили свыше 420 грамм марихуаны.

    Во время допроса он признался в том что, купил наркотики у односельчанина С.Гурбанова.

    В ходе дополнительных оперативных мер полицейские задержали последнего, у него в доме нашли 1 кг. 234 грамм марихуаны.

    В Следственном отделе РОП возбуждено уголовное дело.

  • Zərdabda narkotik satan şəxs saxlanılıb

    Median.Az xəbər verir ki, Zərdab RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitə ilə tutulmuş M.İsmayılzadənin, Məlikli kəndindəki evindən əlavə olaraq 420 qramdan artıq marixuana götürülüb.

    Ona narkotik vasitəni satan həmkəndlisi S.Qurbanov müəyyən edilərək, saxlanılıb, sonuncunun evindən 1 kq. 234 qram marixuana aşkar ediib.

    RPŞ İstintaq bölməsində cinayət işi başlanılıb.

  • Erməni əsir üzr istədi: “Azərbaycanda cənnətdəyəm” – VİDEO

    ARB TV-nin “Rezonans” proqramında bu dəfə Azərbaycan Respublikasının Xankəndi şəhərində anadan olan, 1994-cü il təvəllüdlü məhkum Arsen Baqdasaryan Eduardoviç öz həyat hekayəsini danışıb.

    Median.Az erməni əsirin müsahibəsini təqdim edir:

    Arsen Baqdasaryan: – Məhkum (Cəzası-15 il): “Azərbaycan Respublikasının Xankəndi şəhərində, 1994-cü ildə anadan olmuşam. Orta təhsilimi bitirdikdən sonra peşə məktəbinə daxil olmuşam. Peşə məktəbini bitirdikdən sonra Yerevan şəhərinə göndərdilər. 4 ay orada gizirlik məktəbi oxumuşam, sonra sertifikatlar verildi. Dedilər ki, siz dünyanın hər bir yerində xidmət göstərə bilərsiniz. Məni daha sonra Qarabağa göndərdilər. Mənə bütün hərbi sirrləri öyrətdilər, minalar necə hazırlanır, necə yerləşdirilir. Əskəran polkunun komandiri Calal Arutunyan var idi, bildiyim qədərilə onu hazırda öldürüblər. O gəldi, mənə mülki paltarlar gətirdi. İki nəfərlə birlikdə bizi Ağdərəyə gətirdilər, təmas xəttinə. Sonra əskərlər məni gördülər, havaya atəş açdılar. Dedim ki, çobanam. Altdan geyindiyim hərbi formanı gördülər. Dedilər onu hardan tapmısan, dedim satırdılar, alıb geyinmişəm. Və sonra təkid etdikdən sonra mən dedim ki, siz tərəfdə yaşamaq istəyirəm, təslim oluram. Mənimlə gələn 2 nəfər isə minaları basdırıb getmişdilər. Heç bilmirəm harada basdırıblar. Amma bilirəm ki, 17 ədəd mina basdırılıb. Cinayət törətdiyimi bilirəm. Məhkəmə prosesindən də narazı deyiləm. Mənə heç bir təzyiq edilməyib, mənimlə çox hörmətlə davranılıb, baxmayaraq ki, mən cinayət törətmişəm. Törətdiyim cinayət əməlinə görə çox peşmanam. Burada yeməklər də çox kalorilidir, sanki cənnətdəyəm. Mən Azərbaycan vətəndaşıyam.

    Hətta burada Azərbaycan bayrağı da düzəldib çarpayımdan asmışam. Bütün otaqlarda Azərbaycan bayrağı var, mən də düşündüm ki, mənim də saxlandığım otaqda Azərbaycan bayrağı olsun. Bayrağı düzəldərkən də heç kimdən icazə almamışam, bilirəm ki, onlar da etiraz etməzlər bayrağı otağımdan asmağıma.

    Orada təbliğat aparırdılar ki, Azərbaycanlılar toraqları işğaldan azad eləsələr ana-bacılarımızı zorlayacaqlar, onları tikə-tikə edəcəklər. Lakin mən iki ildir burdayam, erməniyəm, əslində burda məni vura da bilərlər amma indiyə qədər bir dənə də olsun sillə vurmayıblar. Bu da onların danışdığı yalanların əsl cavabıdır. Burada heç kimi zorlamırlar.

    Bu çəkiliş vasitəsilə Azərbaycan Respublikasının prezidentinə təşəkkürümü bildirmək istəyirəm ki, ölkədə gözəl şərait yaradıb. Eyni zamanda Azərbaycan xalqından cinayətlərimə əməllərimə görə üzr istəyirəm. Əgər bağışlaya bilirlərsə məni bağışlasınlar”

  • Дочь шехида поблагодарила Мехрибан Алиеву – ВИДЕО

    Дочь шехида Шабана Джафарова Нармина Джафарова выразила признательность Первому вице-президенту Азербайджана Мехрибан Алиевой за возвращение ее семье квартиры, находившейся в залоге у “Xalq Bank”.

    Как передаёт Median.Az со ссылкой на Report, Н.Джафарова сообщила, что в 2014 году заложила квартиру в городе Мингячевир и взяла кредит в “Xalq Bank” на лечение матери. Однако позднее в результате двух девальваций с выплатой долгов по кредиту возникли трудности. Из-за невыплаты кредита дело было направлено в суд. По решению суда заложенная в Xalq Bank квартира была выставлена на торги.

    После этого Н.Джафарова решила обнародовать этот вопрос. По поручению первого вице-президента Азербайджана Мехрибан Алиевой находящаяся в залоге квартира была возвращена, а также была выплачена оставшаяся часть долга.

    Н.Джафарова сообщила, что эта квартира была выдана в 1994 году президентом Гейдаром Алиевым после того, как ее отец стал шехидом.

    Дочь шехида также подчеркнула, что в сентябре по поручению первого вице-президента Мехрибан Алиевой ее мать была прооперирована.

    “10 сентября моя мать была повторно прооперирована. Первый вице-президент Мехрибан Алиева за последние два месяца сделала для меня два добрых дела – вернула мне мать и квартиру. Проявленные к нам внимание и забота Мехрибан ханум еще раз доказали, что азербайджанское государство проявляет большое внимание к своим шехидам”, – сказала дочь шехида Шабана Джафарова Нармина Джафарова.

  • Şəhid qızı Mehriban Əliyevaya təşəkkür etdi – VİDEO

    Şəhid Şaban Cəfərovun qızı Nərminə Cəfərova “Xalq Bank”da girovda olan mənzili ailəsinə geri qaytardığı üçün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkür edib.

    Report-a danışan N.Cəfərova bildirib ki, anasının müalicəsi üçün 2014-cü ildə Mingəçevir şəhərində yerləşən mənzilini girov qoymaqla “Xalq Bank”dan kredit götürüb.

    Amma sonradan iki devalvasiya nəticəsində o, kredit borclarını ödəməkdə çətinlik çəkib. Belə olan təqdirdə kredit ödənilməsi üçün məhkəməyə müraciət olunub. Məhkəmənin qərarı ilə onun “Xalq Bank”da girovda olan mənzili hərraca çıxarılıb.

    Bundan sonra N.Cəfərova məsələni ictimailəşdirmək qərarına gəlib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə onun girovda olan mənzili geri qaytarılıb. Həmçinin, kreditin qalan borcları da Birinci vitse-prezident Mehriban Əliyevanın göstərişi ilə ödənilib.

    N.Cəfərova bildirib ki, həmin ev 1994-cü ildə Azərbaycanın ovaxtkı Prezidenti Heydər Əliyev tərəfindən atasının şəhid olduğuna görə verilib. Şəhid qızı Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə anasının sentyabr ayında əməliyyat olunduğunu da vurğulayıb.

    “Sentyabrın 10-da anam ikinci dəfə əməliyyat olunub. Birinci vitse-prezident Mehriban Əliyeva iki ay ərzində mənə iki böyük yaxşılıq etdi. Anamı və evimi mənə qaytardı. Mehriban xanım bizə göstərdiyi diqqət və qayğı ilə bir daha sübut etdi ki, Azərbaycan dövləti şəhidinə böyük diqqət göstərir”, – deyə şəhid Şaban Cəfərovun qızı Nərminə Cəfərova deyib.

  • Novxanı, Fatmayi, Məhəmmədi, Zabrata qatar işləyəcək – tarix açıqlandı

    “Abşeron dairəsini – yəni, Bakıdan çıxaraq Biləcəri, Xırdalan, Sumqayıt, oradan isə Novxanı, Fatmayi, Məhəmmədi, Zabrat-1, Zabrat-2, Zabrat-3, Sabunçu, Bakıxanov, “Koroğlu” və nəhayət, Bakını birləşdirən yol ilin axırınadək tamamlanır.”

    Bu sözləri “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Prezident İlham Əliyevin qəbulunda bildirib.

    Prezident İlham ƏLİYEV: İlin axırına tamamlanır, çox yaxşı.

    Cavid QURBANOV: İndi Bakı-Sumqayıt dəmir yolu ilə hər gün 12 min sərnişin daşınır. Hesab edirik ki, dairə tamamlananda təqribən 25-30 min sərnişin daşımaq imkanımız olacaq.

    Prezident İlham ƏLİYEV: Bu, daha rahat nəqliyyat növüdür. Eyni zamanda, vətəndaşlar daha da qısa müddət ərzində mənzil başına, iş başına çata biləcəklər. Çünki indi avtomobil yollarında kifayət qədər tıxaclar var. Düzdür, bir çox yollar salınıb, yeni körpülər, yeni yol qovşaqları tikilib, amma yenə də pik saatlarda tıxaclar var. Ona görə bu yol həm insanlara rahatlıq verəcək, həm də avtomobil yolunun yükünü azaldacaq. Ona görə ilin sonuna qədər nəzərdə tutulan bütün layihələr başa çatmalıdır və gələn il də bu işlər davam etdiriləcək.

    Bakı-Sumqayıt dəmir yolunun fəaliyyəti, onun əhəmiyyəti haqqında nə deyə bilərsiniz? Ümumiyyətlə, bu yol ilə nə qədər sərnişin daşınır?

    Cavid QURBANOV: Artıq bu yol ilə hər gün 12 min sərnişin daşınır.

    Prezident İlham ƏLİYEV: 12 min?

    Cavid QURBANOV: Bəli,12 min. Amma bu, açılandan sonra həm bu tərəfdən Sumqayıta gedən, həm də əks tərəfdən gedən o yollar birləşəndə, avtobusların gediş-gəlişi də tənzimlənəndə gündə təqribən 25-30 min sərnişin daşınacaq. Bu da yəqin ki, ən azı 300-500 avtobusun işini azaldacaq. Həm ekoloji cəhətdən təmizdir, həm çox yüksək səviyyəli və sürətli qatarlardır, içərisində bütün rahatlığı var, həm də vaxt təqribən iki-üç dəfə azalıb.

    Prezident İlham ƏLİYEV: Bəli, mən getmişəm o yolu, çox rahatdır.

    Cavid QURBANOV: Sürəti də 140-a artırmaq istəyirik.

    Prezident İlham ƏLİYEV: Müasir “Stadler” vaqonları da alınıb, onlar da işləyir.

    Cavid QURBANOV: Bəli, hamısı işləyir.

  • Məşhur “vayner” Əlixan boşandı – Toydan 4 ay sonra (FOTO)

    Sosial mediada məşhurlaşan azərbaycanlı aktyor Əlixan Rəcəbov həyat yoldaşı İlona Tamiyevadan ayrılıb.

    Median.Az Axşam.az-a istinadən xəbər verir ki, cütlük bir müddət öncə yollarını ayırıb.

    Həm model, həm də yazarlıq fəalliyəti ilə məşğul olan İlona İnstaqram hesabında Əlixanla birlikdə çəkilən fotolarını silib. O, hətta işarələndiyi şəkilləri də səhifəsindən gizlədib.

    Qeyd edək ki, cütlük sadə bir toyla iyulda ailə qurmuşdu. Onlar toydan öncə uzun müddət sevgili olublar.




  • İlham Əliyev Malkolm Honlaynı qəbul etdi – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının icraçı sədr müavini Malkolm Honlaynı qəbul edib.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

  • Sahil Babayev işsizlikdən sığorta haqqı almağın şərtlərini açıqladı

    Vətəndaş işsizlikdən sığorta haqqı almaq üçün öz ərizəsi əsasında işdən çıxmamalıdır. Vətəndaş istəyindən və iradəsindən kənar işsiz qalmalıdır.

    Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Milli Məclisin iclasında deyib.

    O bildirib ki, bu, sığortanın ümumi prinsipidir.

    Nazir qeyd edib ki, əgər vətəndaş ixtisara düşür və digər şərtlərlə işdən azad olunursa, o, müvafiq məşğulluq orqanında qeydiyyata durmaqla işsizlikdən sığorta haqqı ala bilər.

    “İşsiz qalan şəxsə altı aylıq işsizlikdən sığorta haqqı təyin olunur. Bu rəqəm üç ay da artırıla bilər. Sığorta ödənişinin orta məbləği 300 manatın üzərindədir. Əsas problem ondan ibarətdir ki, bir çox hallarda işdən çıxan şəxs öz ərizəsi ilə işdən ayrılır, yaxud işsiz statusu almaq üçün məşğulluq mərkəzlərində qeydiyyata düşmür.

    Bu gün məşğulluq mərkəzlərində cəmi 201 min insan qeydiyyata durub ki, bunun da yalnız 70 mini işsiz şəxs statusundadır. Yerdə qalanı isə iş axtaran şəxs statusundadır”.

    S.Babayev qeyd edib ki, işsizlikdən sığorta ilə bağlı dəyişikliklər növbəti illərdə parlamentə təqdim ediləcək.

  • Minimum pensiya artırılacaq – Nazir açıqladı

    Azərbaycanda minimum pensiya bir il ərzində 116 manatdan 200 manata çatdırılıb. Davamlı olaraq bununla bağlı iş aparılır. İlk dəfə olaraq, Azərbaycanda minimum pensiya yaşayış minimumunun üzərində oldu.

    Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Milli Məclisdə büdcə müzakirələri zamanı deyib.

    O bildirib ki, pensiya alan bir çox şəxslərə, xüsusilə də əlilliyi olan şəxslərə əlavə müxtəlif təqaüdlər ödənilir:

    “Məsələn Qarabağ müharibəsi əlilliyi olan şəxslərə 250 manata qədər müstəlif təqaüdlər ödənilir, digər əlilliyi olan şəxslərə 100 manat. Bu kontingent kifayət qədər genişdir. Təxminən pensiya alan şəxslər arasında 400 min nəfəri əlavə təaqüdlər alır.

    Bu proses davamlı olacaq, Azərbaycanda minimum pensiyanın artırılması istiqamətində işlər görüləcək”.
    /oxu.az/