Month: November 2019

  • Binanın girişində kişi meyiti tapıldı

    Mingəçevirdə binanın girişində meyit tapılıb.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə şəhərin M.Maqomayev küçəsində qeydə alınıb.

    Həmin ünvandakı binalardan birinin girişin naməlum kişi meyiti aşkar edilib.

    Araşdırmalar zamanı meyiti tapılan şəxsin şəhər sakini, 1954-cü il təvəllüdlü Həsənov Cümşüd Yusif oğlu olması müəyyən edilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Президент Ильхам Алиев принял министра экономики ОАЭ – ФОТО

    12 ноября Президент Азербайджана Ильхам Алиев принял делегацию во главе с министром экономики Объединенных Арабских Эмиратов Султаном бин Саидом аль Мансури.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat nazirini qəbul edib – YENİLƏNİB

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat naziri Sultan bin Səid əl-Mansurinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    Median.Az xəbər verir ki, nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham Əliyev deyib:

    – Xoş gəlmisiniz. Sizi yenidən görməyə şadam.

    Sultan bin Səid əl-Mansuri deyib:

    – Mən burada olmaqdan çox məmnunam. Burada özümüzü evimizdəki kimi hiss edirik.

    Prezident İlham Əliyev: Doğrudur. Ümidvaram ki, səfəriniz çox yaxşı, çox uğurlu və səmərəli keçəcək. Sabah Birgə Hökumətlərarası Komissiyanın iclası keçiriləcək. Ümidvaram ki, o, çox uğurlu olacaq, çünki fəaliyyətimizin əhatə dairəsi artır.

    Sultan bin Səid əl-Mansuri: Tamamilə doğrudur.

    Prezident İlham Əliyev: Əlaqələr olduqca müsbət məcrada inkişaf edir. Siyasi əlaqələr çox güclüdür. Bizim aramızda çox yaxşı qarşılıqlı anlaşma və qarşılıqlı dəstək var. Mən, həmçinin sizin Qoşulmama Hərəkatının Zirvə Görüşündə iştirak edən Xarici İşlər nazirinizi görməyə çox şad oldum. Bu mühüm tədbirə verdiyiniz töhfəyə görə sizə təşəkkür edirəm. Bildiyiniz kimi, hazırda Azərbaycan bu mühüm təşkilata sədrlik edir. Biz üç il ərzində buna məsuliyyət daşıyacağıq. Biz sözsüz ki, dost ölkələrimizi dəstəkləyəcəyik. Bizim beynəlxalq təşkilatlarda çox yaxşı qarşılıqlı dəstəyimiz var, biz hər zaman bir-birimizi dəstəkləyirik. Ticarət dövriyyəmizdə yaxşı nəticələr var. Əlbəttə ki, turizm artır, indi hər iki istiqamətdə.

    Sultan bin Səid əl-Mansuri: Bəli, çox əla.

    Prezident İlham Əliyev: Ölkəmizə səfər edən Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının sayı artır və əlbəttə ki, Azərbaycan vətəndaşları sizin gözəl ölkənizə səfər etməkdən çox məmnundurlar. Əminəm ki, komissiya çərçivəsində siz əməkdaşlığın yeni sahələrini müəyyənləşdirəcəksiniz, ənənəvi sahələrdə əməkdaşlığı intensivləşdirmək üçün addımlar atacaqsınız və biz gələcəkdə dostluğumuzu gücləndirəcəyik.

    Sultan bin Səid əl-Mansuri: Cənab Prezident, bizi qəbul etdiyinizə görə təşəkkür edirik. Mən bilirəm ki, Siz Birləşmiş Ərəb Əmirliklərinin ən böyük dostlarından birisiniz. Mən Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Xəlifə bin Zayed Al Nəhyanın və qardaşınız Şeyx Məhəmməd bin Rəşid Al Məktumun salamlarını çatdırmaq istəyirəm. Cənab Prezident, bildiyiniz kimi, Azərbaycan bizim qəlbimizdə xüsusi yer tutur. Biz görüşəndə dərhal bunu hiss edirik. Bu gün mən hava limanından şəhərə otelə gələndə ətrafı seyr etdim. Azərbaycanda möhtəşəm dəyişikliklər baş verib. Zati-aliləri, ikinci məsələ ondan ibarətdir ki, biz Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan arasında iqtisadi əlaqələrə çox sadiqik.

    Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Xəlifə bin Zayed Al Nəhyanın və Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş Naziri, Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktumun salamlarına görə təşəkkürünü bildirib, onun da salamlarını Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə və ölkənin vitse-prezidenti və Baş Nazirinə çatdırmağı xahiş edib.

    Görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişaf dinamikasının önəmi vurğulandı, sərmayə qoyuluşu, nəqliyyat və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə edilib, sabah Bakıda keçiriləcək Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının bu əməkdaşlığın daha da genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunub.

    **

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat naziri Sultan bin Səid əl-Mansurinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    Median.Az-ın xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

  • Кому Ильхам Алиев доверил Ясамал

    Новый глава исполнительной власти Ясамальского района Эльшад Гасанов родился 27 сентября 1976 года в Баку в семье учителей.

    Э.Гасанов окончил бакинскую среднюю школу №23 с золотой медалью. В том же году поступил на юридический факультет Бакинского государственного университета. В 1997 году с отличием завершив университет, поступил в аспирантуру. В 2004 году Э.Гасанов защитил кандидатскую диссертацию. Является автором нескольких научных статей в сфере юриспруденции.

    В 2015 году избран в Милли Меджлис от третьего избирательного округа в Ясамале. Женат, имеет двух детей.

    Эльшад Гасанов – беспартийный, и не состоял ни в одной политической партии.

  • Arif Hacılı sərbəst buraxıldı

    Müsavat Partiyasının başqanı Arif Hacılı sərbəst buraxılıb.

    Median.Az-ın Bakupost.az-a istinadən xəbərinə görə, bu barədə özünün facebook səhifəsinə məlumat verib.

    O bildirib ki, səhər saatlarında partiyanın qərargahna gələn zaman polislər onu saxlayıb 18-ci polis bölməsinə aparıblar.

  • Bəxtiyar Hacıyev Paşinyana Qarabağla bağlı sual verdi — VİDEO

    Bəxtiyar Hacıyev Nikol Paşinyana Qarabağla bağlı sual ünvanlayıb.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Azərbaycandan gəldiyini, Ermənistanda anadan olduğunu bildirən fəal Paris Sülh Forumunda Paşinyanı çətin vəziyyətə salıb:

    “Təbii olaraq öz doğulduğum yerə gedə bilməmişəm. Siz münaqişəylə bağlı bir çox beynəlxalq reaksiyalara istinad etdiniz. Amma eyni zamanda, başqa beynəlxalq qərarlar var ki, onlar erməni qoşunlarının Qarabağdan çıxarılmasını tələb edir. Avropa Birliyi ölkələri Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Azərbaycan belə bir təklif vermişdi ki, ermənilərlə azərbaycanlılar birgə yaşaya bilərlər. Bu, işin birinci tərəfidir”.

    Birinci sualdan sonra Paşinyan qeydlər etmək üçün qələm axtarmağa başlayıb. B.Hacıyev bildirib ki, əgər ona qələm lazımdısa, o özününkünü Paşinyana verə bilər. Baş Nazir əvvəlcə imtina etmək istəsə də, qələmi Hacıyevdən alıb. Bu zaman B.Hacıyev “Bu, Azərbaycandan bir hədiyyədir” deyə söz atıb.

    Azərbaycanlı fəal sualının ikinci hissəsini də verib:
    “Digər məsələ bundan ibarətdir ki, siz ermənilərin və erməni soyadlı insanların Azərbaycana gedə bilmədiyini demisiz. Amma mən sizə xatırladıram ki, Birinci Avropa Oyunlarının bağlanış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev auditoriyanı sakitləşməyə çağırmışdı və onlardan qalib gəlmiş erməni idmançıya hörmət etməyi xahiş etmişdi. Biz hamımız başa düşürük ki, sülh, konfliktin həlli bütün regionda vəziyyətin sabitləşməsi və çiçəklənməsi deməkdir. Siz qarşı tərəfin Baş Naziri kimi Xankəndində “Qarabağ Ermənistanındır” demisiz. Bu, məsələnin sülh yolu ilə həll edilməsinə necə yardım edə bilər?”

    B.Hacıyev eyni zamanda xatırladıb ki, Azərbaycan Prezidenti “Dağlıq Qarabağ Azərbaycandır və nida!” ifadəsini də işlədib.

    Paşinyan suala cavab verməkdə çətinlik çəkib. O, bundan öncə verdiyi açıqlamalara istinad edərək ciddi bir arqument göstərə bilməyib.

    Daha sonra o, dialoqu belə şərh edib: “Tədbirə gəlib, qələmi yox idi. Çıxarıb qələm verdim, dedim hədiyyəm olsun. Sonra köməkçilərindən biri qaytardı ki, sağ ol, lazım deyil. Dedim aldıqlarınızın hamısını belə qaytaracaqsınız”.

  • Kontakt Ciu-citsu yığmamızın Dünya çempionatında uğurları – FOTO


    08-10.11.2019 tarixdə WSJO Dünya federasiyasının təşkilatçılığı ilə ciu-citsu üzrə dünya kuboku və dünya çempionatı keçilirmişdir.

    Bu çempionatda Azərbaycan Ciucitsu Federasiyasının kontakt ciucitsu departamentinin idmançıları 21 nəfər heyyətlə təmsil olunmuşdular. Departamentin sədri Rauf İbrahimovun verdiyi xəbərə görə çempionatda iyirmiyə yaxın ölkənin 200 idmançısı çempionluq uğrunda mübarizə aparmışdılar.Çempionat kontakt ciucitsu, nevaza və self-difens bölmələri üzrə keçirilmişdi.

    Nəzərinizə çatdıraq ki, bu təşkilatın keçirtdiyi dördüncü çempionatda Azərbaycan komandası ilk dəfə iştirak edərək aşağıdakı nəticələri əldə etmişdilər.

    Çempionatın ilk günün nəticələri:

    Abbaszadə Kənan Kamil oğlu / 10-11 yaşlar arasında / 25 kg / nevaza / 1 ci yer
    Atakişiyev Ağahüseyn Anar oğlu / 10-11 yaşlar arasında /nevaza / 30 kg / 2 ci yer
    Əliyev Əli Telnar oğlu / 65 kg / kişilər arasında / kontakt ciucitsu / 2 ci yer
    Hüseynov Şəmsi Əmir oğlu / kişilər arasında / kontak ciucitsu / 70 kg / 2 ci yer
    Əhmədov Fərid Saleh oğlu / kişilər arasında / kontakt ciu-citsu / 77 kg / 3 cü yer
    Abbasov Ayaz Rafiq oğlu / kişilər arasında / 85 kg / kontakt ciu-citsu / 3 cü yer
    Məmmədov Mirzə Əbülfəz oğlu / kişilər arasında / + 95 kg / kontakt ciu-citsu / 3 cü yer

    Çempiobatın ikinci günün nəticələri:

    Mizəzadə Zaur 8-9 yaşlar arasında / kontakt ciu-citsu / 20 kg / 1 ci yer
    Hüseynli Nihat 10-11 yaşlar arasında / 30 kg / kontakt ciu-citsu / 2 ci yer
    Jasmin Xəlilova 10-11 yaşlar arasında / 35 kg / kontakt ciu-citsu / 1 ci yer
    Tağızadə Anar 12-13 yaşlar arasında / 45 kg / kontakt ciu-citsu / 1 ci yer
    Əliyev Sadiq / 16-17 yaşlar arasında / nevaza / 55 kg / 2 ci yer
    Məcidov Bəxtiyar / 16-17 yaşlar arasında / nevaza /65 kg / 1 ci yer
    Atakişiyev Ağahüseyn / 10 – 11 yaşlar arasında / 30 kg / kontakt ciu-citsu / 1 ci yer
    Abbaszadə Kənan / 10-11 yaşlar arasında / 25 kg / kontakt ciu – citsu üzrə / 2 ci yer
    Süleymanov Rəsul Mehman oğlu/ 14-15 yaşlar arasında / kontakt ciu-citsu / 65 kg / 1 ci yer
    Hüseynzadə Həsən Nazim oğlu / 12-13 / kontakt ciu-citsu / 65 kg / 2 ci yer
    Əliyev İnsaf Sideyif / kişilər arasında / nevaza / 65 kg / 1 ci yer
    Əhmədov Fərid Saleh oğlu / kişilər arasında / nevaza / 2 ci yer
    Məmmədov Mirzə Əbülfəz oğlu / kişilər arasında / nevaza / 3 cü yer
    Qəribli Zahid / kişilər arasında / kontakt ciucitsu / 90 kg / 3 cü yer

    Çempionatın nəticələrinə görə Azərbaycan komandası ümumi hesabda dördüncü yerə layiq görülmüşdür.












  • ДТП на проспекте Гейдара Алиева привело к пробке

    На вспомогательной дороге в направлении проспекта Гейдара Алиева (на территории близ Багировского моста) произошло ДТП, сообщает Report.

    «По этой причине в указанном направлении возникли пробки, в интервале автобусов отмечены перебои», – говорится в сообщении.

  • Biləsuvarda 10 yaşlı uşağı avtomobil vurub

    Biləsuvar rayonunda 10 yaşlı uşağı avtomobil vurub.

    Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə Biləsuvar şəhərində, Mərkəzi Bazarın önündə qeydə alınıb.

    Belə ki, Biləsuvar rayon sakini, 2009-cu il təvəllüdlü Aydın Əliyevi yolu keçmək istəyərkən “Mercedes” markalı minik avtomobili vurub. Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • SON DƏQİQƏ: Bakıda qəza – Tıxac yarandı – FOTO

    Bakıda qəza sıxlığa səbəb olub.

    Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, Heydər Əliyev prospekti şəhər istiqamətində (Bağırov körpüsünə yaxın ərazidə) kənar yolda nəqliyyat hadisəsi olub. Bununla əlaqədar həmin istiqamətdə tıxac müşahidə edilir.

    Bu səbəbdən prospektdən keçən avtobusların intervalında gecikmə var.//Baku.ws