Month: November 2019

  • Rusiya Afrika ölkəsinə рulsuz silah verdi

    Rusiya Qabona рulsuz silah tədarükü edib.

    “RİA Novosti” xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyindən bildiriblər.

    Atıcı silahlar brakonyerlərlə mübarizə üçün nəzərdə tutulub.

    Qeyd olunur ki, Qabonda qanunsuz ov baş alıb gedir. Ovçuların əsas hədəfi yerli meşə filləridir.

  • В Украине разыскивают преступников, обокравших директора госпредприятия

    В пяти районах Харьковской области Украины правоохранители ввели оперативный план “Перехват”. Полицейские разыскивают злоумышленников, которые обокрали директора госпредприятия.

    Об этом сообщает информационный портал Sq.com.

    Известно, что 26 ноября неизвестные обокрали дом директора госпредприятия и скрылись на его Lexus. Воры похитили травматическое оружие, золотые изделия и иконы.

  • Задержаны 4 человека, ограбившие владельца хостела в Сабаильском районе

    Как сообщает Median.Az, сотрудники 9-го отделения полиции Сабаильского РУП в результате оперативно-розыскных мер задержали жителя Шамахинского района Х.Аскерова и трех несовершенолетних, которые 26-го ноября примерно в 2 часа ночи на территории района отобрали
    у арендатора хостела, иностранного гражданина сумку, в котором находилось 3000 долларов.

    В Следственном отделе Сабаильского РУП возбуждено уголовное дело по статье 180.2.1 (грабеж, совершенный группой лиц по предварительному сговору) УК Азербайджана.

  • Səbaildə hostelin sahibinə qarşı soyğunçuluq edən 4 nəfər tutulub

    Median.Az xəbər verir ki, noyabrın 26-ı gecə saat 2 radələrində Səbail rayonu ərazisindəki hostellərin birində 4 nəfərin oranın icarədarı olan əcnəbi vətəndaşın, içərisində 3000 dolları olan çantasını açıq talama yolu ilə aparması barədə 9-cu polis bölməsinə müraciət daxil olub. Zərərçəkmiş bildirib ki, onlardan birini saxlamaq istəyərkən həmin şəxs onun əlini dişləyib, hadisə yerini digər yoldaşları ilə tərk edib.

    Soyğunçuluğu törədən Şamaxı rayon sakini H.Əsgərov və qrupun digər üzvləri – Göyçay, Salyan və Bakı şəhər sakini olan 3 yeniyetmə saxlanılıblar.

    Səbail RPİ CM-nin 180.2.1-ci (soyğunçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

  • Sabah yeni Ombudsman məlum olacaq

    Sabah Azərbaycanın yeni Ombudsmanı seçiləcək.

    Median.Az-ın azvision.az-a istinadən məlumatına görə, Milli Məclisin noyabrın 29-na təyin edilən plenar iclasının gündəliyinə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) seçilməsi haqqında məsələ daxil edilib.
    Parlamentdə deputatların səsverməsi nəticəsində yeni Ombudsmanın kimliyi məlum olacaq.

    Qeyd edək ki, Prezident İlham Əliyev Ombudsman vəzifəsinə 3 nəfərin namizədliyini irəli sürüb. Namizədlər Bakı Apellyasiya Məhkəməsinin sədr müavini Kəmalə Abiyeva, Ali Məhkəmənin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Kəmalə Əliyeva və Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin müavini Səbinə Əliyevadır.

    Hazırda Azərbaycanın insan hüquqları üzrə müvəkkili olan Elmira Süleymanovanın səlahiyyət müddəti 2017-ci ilin mart ayının 5-də başa çatıb

  • Milli Məclisin sabahkı iclası: Gündəlikdə nələr var?

    Sabah Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

    Median.Az xəbər verir ki, iclasın gündəliyinə 22 məsələ daxil edilib.

    1.”Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

    2.”Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş)

    3.”İşsizlikdən sığorta fondunun 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş)

    4.”Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş)

    5.”Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş)

    6.”Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş)

    7.”Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş)

    8.”Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş)

    9.Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş)

    10.Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il üçün xərclər smetası haqqında

    11.Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci il üçün xərclər smetası haqqında

    12.Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) seçilməsi haqqında

    13.”Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş)

    14.”Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş)

    15.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş)

    16.Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş)

    17.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş)

    18.Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş)

    19.”İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş)

    20.”Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş)

    21.”Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş)

    22.”Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş)

  • Maşın sahiblərinə şad xəbər: Etibarnamə verilməsi asanlaşdı – VİDEO

    Ədliyyə Nazirliyi mobil etibarnamə sistemini istifadəyə verib. Artıq nəqliyyat vasitəsini idarə etmək üçün tələb olunan etibarnamələri mobil telefonla da vermək mümkündür. Bunun üçün telefona “mobil notariat” adlı tətbiqi yükləmək lazımdır. Etibarnamənin verilmə qaydasını bilmək üçün süjeti izləyək.

    Median.Az-ın “Xəzər TV”yə istinadən məlumatına görə, bir neçə gündür ki, nəqliyyat vasitəsini idarə etmək üçün tələb olunan etibarnamələrin mobil telefonlarla verilməsinə başlanılıb. Bunun üçün telefona “Mobil notariat” adlı tətbiqi yükləmək lazımdır. Sistemdə qeydiyyatdan keçmək üçün isə birdəfəlik şifrə tələb olunur. Həmin şifrəni istənilən notariusa yaxınlaşaraq ödənişsiz əldə etmək olur. Şifrə yalnız ilk dəfə qeydiyyatdan keçdikdətələb edilir və sonra istənilən qədər əməliyyat həyata keçirmək mümkündür .

    Etibarnamə üçün tələb edilən 11 manat 50 qəpik rüsum da onlayn qaydada ödənilir.

    Yaxın vaxtlarda qeydiyyatdan keçmək və sürücülük hüququ ilə bağlı etibarnamənin verilməsi MyGov portalı vasitəsilə də həyata keçiriləcək. Bu zaman isə birdəfəlik şifrə üçün notariusa getməyə ehtiyac qalamayacaq. “Mobil notariat” tətbiqi gələcəkdə daha da təkmilləşdiriləcək və digər etibarnamələrin də buradan verilməsi reallaşacaq.

  • На площади Фонтанов пройдет очередная благотворительная ярмарка «Холодные руки, горячее сердце»

    С 1 декабря по 13 января 2020 года при организации и поддержке фонда «Nargis» на Площади фонтанов пройдет благотворительная ярмарка «Холодные руки, горячее сердце» («Soyuq əllər, isti ürək»), передает Азертадж.

    Вот уже 7-й год подряд «Холодные руки, горячее сердце» дарит жителям Баку и гостям столицы новогоднее настроение, заряжает позитивом и погружает в атмосферу волшебства. Посетив зимнюю ярмарку, вы можете не только почувствовать себя частью новогодней сказки, а также приобрести различные сувениры, насладиться горячими напитками и лакомствами вместе со своими друзьями и близкими.

    По традиции, все средства, собранные с мероприятия, будут направлены на лечение и операции детей, обратившихся в фонд “Nargis”. Помимо этого, ярмарку посетят ее почетные и любимые гости – дети из детских домов и интернатов.

    Благотворительная ярмарка «Холодные руки, горячее сердце» будет работать ежедневно с 1 декабря по 13 января с 11:00 до 23:00.

    Подробную информацию о деятельности фонда и ярмарке «Холодные руки, горячее сердце» можно получить на официальном сайте фонда или же на официальных страницах Фонда в социальных сетях Facebook, Instagram.

  • Azərbaycanlı qadının səhvən udduğu iynə 16 il sonra çıxarıldı – FOTO

    Türkiyənin Dənizli şəhərində özəl xəstəxanaya uşaq sahibi ola bilmək üçün gedən azərbaycanlı qadın 16 il əvvəl səhvən udduğu tikiş iynəsindən əməliyyat yolu ilə xilas olub.

    Median.Az xəbər verir ki, türk vətəndaşı ilə evlənərək Dənizliyə köçən 38 yaşlı azərbaycanlı qadın xəstəxananın qadın xəstəlikləri və doğum şöbəsinə müraciət edib. Qadının rentgen nəticəsində sidik kisəsi bölgəsində yad cisim görünüb.

    Xəstəxananın Baş həkimi Rıdvan Ərdəmir cərrahiyyə əməliyyatı ilə 6 santimetr uzunluğundakı tikiş iynəsini çıxardıqlarını açıqlayıb:

    “Xəstədən soruşduqda iynəni 16 il əvvəl tikiş işi görərkən səhvən udduğunu deyib. Həkimlər ona kartof yesən, çıxar deyiblər. Sonrakı müayinədə də çıxdığını deyib arxayın ediblər. Xəstəmiz əməliyyat nəticəsində illərdir çəkdiyi qarın ağrısından xilas oldu”.

    Evə buraxılan xəstənin həkimi qeyd edib:

    “Çox maraqlıdır, 16 il bədəndə qalan iynə sidik kisəsinə saplansa da, daha irəli getməyib. Böyük damarlara getsəydi, təbii ki, həyati risk ola bilərdi. Xəstəmiz şanslı imiş”.

  • Gəncədə 5 maşının iştirakı ilə zəncirvari qəza olub – FOTO

    Gəncə şəhərində zəncirvari qəza baş verib.

    Median.Az-ın oxu.az-ə istinadən verdiyi məlumata görə, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb. Hadisə zamanı 5 maşın toqquşub. İlkin məlumatlara görə, qəzada “Ford”, iki “VAZ 21 07”, iki “Mercedes” markalı avtomobillər toqquşub.

    Hadisə zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

    İlkin məlumata görə, hadisəyə səbəb “Ford” markalı yük maşınının qarşı yola çıxması olub. Hadisənin təfərrüatları araşdırılır.