Month: November 2019

  • Angela Merkel Berlində çıxış edərkən səhnəyə yıxılıb – VİDEO

    Almaniyanın baş naziri Angela Merkel Çoxtərəfli Ticarət və Rəqəmsal Təhlükəsizlik mövzusunda keçirilən Berlin konfransında çıxış etmək üçün səhnəyə qalxarkən yıxılıb.

    Median.Az xəbər verir ki, insidentin əks olunduğu videogörüntünü “Daily Mail” portalı özünün “YouTube” kanalında yayıb.

    Bunu zarafatla qarşılayan Merkel pillələri görmədiyini, ancaq gələn dəfə onlardan mütləq istifadə edəcəyini bildirib.

    Öz çıxışında o, almaniyalı sənaye nümayəndələrinə və ticarət palatalarına müraciət edib, Dünya Ticarət Təşkilatında dəyişikliklərə ehtiyac olduğunu vurğulayıb.

  • Меркель упала на конференции в Берлине – ВИДЕО

    Канцлер Германии Ангела Меркель упала на конференции по многосторонней торговле и цифровой безопасности в Берлине.

    Как передает АПА со ссылкой на Росбалт, видео инцидента опубликовано в YouTube издания Daily Mail. Поднимаясь на сцену, канцлер споткнулась и упала на колени, но быстро поднялась.

    После этого она в шутку сказала, что не заметила ступеньки, но в следующий раз обязательно ими воспользуется.

  • İmişlidə avtomobil ağaca çırpıldı, sürücü öldü

    İmişlidə avtomobilin ağaca çırpılması nəticəsində sürücü həyatını itirib.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Şahverdili kəndində baş verib. Rayonun Vəsala kənd sakini, 1987-ci il təvəllüdlü Gəncəliyev Vüsal Mustafa oğlu idarə etdiyi “Renaut” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın ağaca çırpılıb.

    Nəticədə sürücü hadisə yerində ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Macarıstan “Eurovision”dan imtina etdi

    Macarıstan hec bir açıqlama vermədən rəsmi olaraq “Eurovision” yarışmasından imtina edib.

    Median.Az xəbər verir ki, onlar beynəlxalq musiqi yarışmasını “homoseksualların yığıncağı” adlandırıb.

    “Əslində əsas səbəb açıqlanmayıb. Amma görünür buna səbəb yarışmadakı homoseksuallığa qarşı bir addımdır. Burada baş nazir Viktor Orban ailə münasibətlərinin möhkəmləndirilməsi, doğuşların artırılması sahəsində yeni ənənəyə başlayıb” deyə, “The Guardian” dərgisi yazıb.

    Daha sonra isə bir neçə qurumlar “Eurovision” yarışmasından LGBTİ-ni dəstəklədiyi üçün imtina etdiklərini bildiriblər.

    Macarıstanla yanaşı yarışmanı Çernoqoriya da tərk edib. Ukrayna və Bolqarıstan isə müsabiqəyə yenidən qayıtdığını elan edib.

  • В Гаджигабуле водитель сбил 2 пешеходов и скрылся с места ДТП

    В результате ДТП в Гаджигабуле пострадали 2 пешехода.

    Как передает АПА, ДТП произошло на трассе Баку-Газах, у поселка Муган Гаджигабульского района.

    По сообщению, автомобиль марки «ВАЗ-2106» сбил жителя села Иейниман Гаджигабульского района Гейдарова Хикмета Эльчин оглу 1988 г.р. и жителя Гянджи Мамедова Рамина Рамиз оглу 1977 г.р. Совершив наезд, водитель на машине скрылся с места происшествия.

    Пострадавшие госпитализированы в Ширванскую городскую больницу с переломами нижних конечностей.

    Проводятся оперативно-розыскные меры по выявлению и задержанию виновника ДТП.

  • Yeni doğulmuş körpə internetdə satışa çıxarıldı

    ABŞ-ın Florida ştatının polisi “Craiglist” saytında yeni doğulmuş körpəsini 500 dollara satmağa hazırlaşan reklamın yaradıcısını axtarır.

    Bu barədə “The Sun” xəbər verir.

    Sayta 22 noyabrda yerləşdirilmiş reklamda deyilir:

    “Yeni doğulmuş uşaq 500 dollara satılır. Körpə iki həftəlikdir. Yatır, gecələr səs salmır. Süni qida və geyimi komplektə daxildir. 4 yaşlı bacısını da pulsuz hədiyyə edə bilərik”.

    Reklamda həm də qeyd olunub ki, müəllif uşağını böyütmək istəmədiyi üçün həbs olunmasını istəmir.

    Reklam artıq silinsə də, polis cinayətkarı tapmaq niyyətindədir.

  • Şəkidə çörək sexində partlayış zamanı xəsarət alan şəxsin vəziyyəti orta-ağırdır – YENİLƏNİB-1

    Şəkidə çörək sexində baş verən partlayış zamanı xəsarət alan qadının vəziyyəti orta ağırdır.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin yaydığı məlumatda deyilir.

    Bildirilir ki, kürək və hər iki qolun yanığı diaqnozu ilə Şəki MRX-ya çatdırılan qadının bədənindəki yanıqlar 2 və 3-cü dərəcəlidir. Ona lazımi tibbi yardım göstərilib, müalicəsi davam edir.

    ***

    Şəkidə çörək sexində partlayış baş verib.

    Partlayış nəticəsində çörək sexinin işçisi 58 yaşlı Məlahət Məmmədova yanıq xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

    Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvəsi cəlb edilib.

    Hadisənin qaz sızmasından baş verməsi ehtimal edilir.
    /oxu.az/



  • Брат Ройи Айхан решил завоевать турецкий шоу-бизнес – ВИДЕО

    Брат Ройи Айхан решил завоевать турецкий шоу-бизнес – ВИДЕО

    Брат народной артистки Азербайджана Ройи Айхан Исмаил Наджафов решил влиться в турецкий шоу-бизнес, передает vesti.az/

    Он презентовал клип на песню «Çok Net».

    Режиссер клипа Орчун Мутлу. В клипе молодого исполнителя снялась австралийская модель Грейс Конноли.

  • Bakıda intihara cəhdin qarşısı alındı

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər çoxmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

    Azvision.az FHN-ə istinadən xəbər verir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

  • Bacısı efirdə Fədayə və Tacirin şəklini cırdı — Bacısı efirdə Fədayə və Tacirin şəklini cırdı

    Müğənni İlahə Fəda “Space” kanalında yayımlanan “Axşam-axşam” proqramının qonağı olub.
    Median.Az
    Axşam.az-a istinadən xəbər verir ki, veriliş zamanı aparıcı sənətçiyə bacısı Fədayə Laçınla həmkarı Tacir Şahmalıoğlunun fotosunu göstərib.

    Həmin an İlahə onların şəklini ortadan iki yerə bölüb.
    Qeyd edək ki, İlahə həbsxanadan yeni çıxan bacısının Tacirlə bir araya gəlməsini istəməyib. O, açıqlamalarında Şahmalıoğlunun ünvanına aqresiv sözlər deyib.