Month: November 2019

  • Azay Quliyev parlamentin buraxılması təşəbbüsünü dəstəklədi

    Milli Məclisdə bitərəf millət vəkili kimi təmsil olunan Azay Quliyev Yeni Azərbaycan Partiyasının (YAP) parlamentin buraxılması ilə bağlı təşəbbüsünə münasibət bildirib.

    Azvision.az xəbər verir ki, A.Quliyev “Twitter”də YAP-ın təşəbbüsünə dəstəyini ifadə edib:

    “V çağırış Milli Məclisin buraxılmasına dair Yeni Azərbaycan Partiyasının təşəbbüsü cənab Prezidentin müəllifi olduğu islahatlar kursunun ölkəmizin qanunverici orqanında da dərinləşməsinə və günümüzün çağırışlarına uyğun olaraq yenilənmiş Parlamentin formalaşmasına yardım edəcək”.

  • Букмекеры оценили шансы Фергюсона победить Хабиба Нурмагомедова

    Букмекеры начали принимать ставки на бой Хабиба Нурмагомедова с Тони Фергюсоном, который запланирован на 18 апреля 2020 года в рамках турнира UFC в Нью-Йорке.

    Фаворитом поединка считается россиянин, сообщает букмекерская компания Olimp.bet.

    Вероятность победы Нурмагомедова оценивается коэффициентом 1.44 и равна 66 процентам. Шансы на успех Фергюсона — 2.90 (32 процента). Ничья, по мнению букмекеров, маловероятна, поставить на нее можно с коэффициентом 50.00 (два процента).

    В предыдущих боях с Дастином Порье и Конором Макгрегором шансы Нурмагомедова на победу оценивались так же либо ниже. В поединках
    Дарреллом Хорчером, Майклом Джонсоном, Эдсоном Барбозой и Элом Яквинтой россиянин считался безоговорочным фаворитом.

    26 ноября менеджер Нурмагомедова Али Абдельазиз рассказал, что бой его клиента с Фергюсоном пройдет в Нью-Йорке 18 апреля. По его словам, российский спортсмен уже подписал контракт на поединок.

    Нурмагомедов — действующий чемпион UFC в легком весе. На его счету 28 побед в 28 боях в профессиональной карьере. Фергюсон одержал 25 побед при трех поражениях.

  • İsmayıllı səmasında yanan obyekt – VİDEO

    Bu gün axşam saat 19:00 radələrində İsmayıllı rayonunda səmada yanan obyekt müşahidə olunub.

    Yerli sakinlərin Baku.ws-ə göndərdiyi videoda yanan cismin hərəkət etdiyi müşahidə olunur.

    Xatırladaq ki, buna bənzər video bu gün Rusiya səmasında da müşahidə olunub. Sonra məlum olub ki, Rusiya “Topol” raketini sınaqdan keçirib.

  • Azərbaycan otellərinin “əl yandıran” Yeni il qiymətləri — 3, 4, yoxsa, 5 min?

    2020-ci ilin gəlməsinə sayılı günlər qalıb. Artıq şəhərdə, mağazalarda Yeni il ab-havası hiss edilməyə başlayıb. Eyni zamanda şou-biznes nümayəndələrinin də bayram gecəsi hansı restoranda, oteldə çıxış edəcəyi bəlli olub.
    Median.Az
    bildirir ki, qaynarinfo ölkədə fəaliyyət göstərən dəbdəbəli otellər arasında araşdırma apararaq, bayram gününə olan qiymətləri öyrənib.

    Ən maraqlısı isə odur ki, otellərin bəzisində bayram gecəsinə boş yer qalmayıb, bəziləri isə sadəcə üç-dörd boş otaq olduğunu deyib. “Od tutub yanan” həmin məbləğləri sizə təqdim edirik:

    Şəkidə yerləşən beşulduzlu “Marxal Resort SPA”da qiymətlər ürəkaçan deyil. 3 gün 2 gecə burada standard otaqda qalmaq 1 nəfər üçün 1610, 2 nəfər üçün isə 2035 manatdır. Əgər eyvansız otaq seçsəniz, 1560-2110 manat ödəyə bilərsiniz. “Deluxe Suite” otaq 1780 manatdır. “Corner Suite” 1830, 2 nəfərlik villa 1830, standard villa (4 nəfər) 3220, orta ölçülü villa (6 nəfər) 4700, böyük ölçülü villa (8 nəfər) 5990 manat təşkil edir. Əgər uşağınızın 4-12 yaşı varsa, 272 manat əlavə ödəyəcəksiniz. 12 yaşdan yuxarıdırsa 545 manat ödəməniz tələb ediləcək. Qiymətə gündə 3 dəfə qidalanma və bayram gecəsi olacaq şou-proqram daxildir.

    “Şamaxı palace” da qiymətlərdə Şəkidən geri qalmır. Burada dekabrın 31-dən yanvarın 2-nə kimi qalmaq 1280 manatdır. Qiymətə qidalanma daxildir.

    “Qafqaz Tufandağ Hotel” bayram ərəfəsində 3 gün 2 gecə üçün müştərilərdən 1650 manat tələb edir. Bura yalnız səhər yeməyi yemək mümkün olacaq.
    “Quba Palace Hotel”də yeni il günü xüsusi paketlər hazırlayıb. “Deluxe” dağ mənzərəli otaq (2 nəfərlik) 1500, “Deluxe” göl mənzərəli 1600, “Junior Suite” (2 nəfərlik) 1700, “Family Suite” (4 nəfərlik) 2700, “Midiya villa” 4000, “Urmiya villa” 4500, “Atropatena villa” 4500 manatdır. Qiymətlərə gündə cəmi iki dəfə yemək daxildir. Bildirilir ki, əgər sonradan otağı ləğv etsəniz, sizə heç bir məbləğ geri qaytarılmayacaq. Bu qiymətlər sadəcə dekabrın 1-nə kimi keçərlidir, ondan sonra bahalaşma halı ola bilər.

    “Qafqaz Karvansaray Hotel” bir az insaflı davranıb. Burada bir gecəlik qiymət 133 manatdır. Amma siz bayram gecəsi 188 manat əlavə ödəmək məcburiyyətindəsiniz. Qiymətə yalnız səhər yeməyi daxildir.

    “Macara Lake Park Quba” 2 gecə 3 gün üçün 320 manat ödəyəcəksiniz. Qidalanma daxil olsa da, 2-5 yaşa qədər uşaqlara 100, 5-12 yaşa qədər olanlara 150 manat əlavə ödəniş istənilir.

    “Lankaran Springs Resort” dekabrın 31-dən yanvarın 2-nə kimi istirahət paketi təqdim edir. Qiymət dəhər yeməyi daxil 830 manatdır. Eyvanlı otağın dəyəri isə 990 manat təşkil edir.

    Bayram günü spirtli içki istəsəniz, bunun hesabını da əlavə ödəyəcəksiniz. Yəni, verdiyiniz min, 2 min və ya 3 min manat pula içki daxil edilmir.

  • “Simpsonlar” əlvida deyəcək

    “Simpsonlar” animasiya serialının bəstəkarı amerikalı musiqiçi Denni Elfman “Daily Mail”ə müsahibəsində serialın 31-ci mövsümündən sonra bağlanacağını deyib:

    “Şou sona yaxınlaşır. Dəqiq bilmirəm, amma eşitmişəm ki, bu il sonuncu olacaq. Düzünü desəm, serialın bu qədər müddətdə yayımlanmasına görə şokdayam”.

    Bəstəkar etiraf edib ki, serialın cəmi 3 epizoddan ibarət olacağına, yazdığı musiqinin isə dinlənilməyəcəyinə əmin olub.

    Serialın bağlanması ilə bağlı fikirləri Liza Simpson obrazını səsləndirən Yardli Smit də səsləndirmişdi.

    Qeyd edək ki, animasiya serialı 1989-cu ildə Mett Qreyninq tərəfindən yaradılıb. Bu günə kimi onun 669 epizodu nümayiş etdirilib.

  • В интернете выставили на продажу новорожденного ребенка, 4-летнюю сестру отдают в придачу

    Полиция округа Майами-Дейд, штат Флорида, США разыскивает автора объявления на сайте Craiglist, который собирался продать новорожденного ребенка за 500 долларов.

    Об этом сообщает издание The Sun.

    “Продается новорожденный ребенок за 500 долларов. Ребенку две недели. Он спит, не шумит по ночам. Молочная смесь и одежда — в комплекте. Можем бесплатно дать в придачу четырехлетнюю сестру”, — говорилось в объявлении, которое появилось на сайте 22 ноября.

    В нем отмечалось, что автор “не хочет, чтобы его осудили за нежелание растить детей”.

    В настоящее время объявление удалено. Полиция ведет расследование с целью установить, было ли оно реальным и кто был его автором. Сотрудники правоохранительных органов допросили подозреваемую женщину, но она отрицает участие в создании публикации.

    Чтобы выследить преступника, полицейские намереваются проверить данные с компьютеров. Автор объявления, предположительно, работает в «департаменте детства и семьи» и заявляет, что живет в “тихом престижном районе”.

  • Azərbaycan və Yaponiya arasında siyasi məsləhətləşmələr keçirilib

    21 noyabr 2019-cu il tarixində Tokio şəhərində Azərbaycan və Yaponiya Xarici İşlər Nazirlikləri arasında növbəti siyasi məsləhətləşmələr keçirilib. Məsləhətləşmələrdə Azərbaycan Respublikasını xarici işlər nazirinin müavini Ramiz Həsənov, Yaponiya tərəfini isə Xarici İşlər Nazirliyinin Avropa məsələləri bürosunun baş direktorunun müavini, Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndə, səfir Hideki Uyama təmsil edib.

    APA Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir ki, məsləhətləşmələr zamanı tərəflər iki ölkə arasında əməkdaşlıq gündəliyinə daxil olan bir-çox məsələlər ətrafında, o cümlədən Azərbaycan və Yaponiya arasında əməkdaşlığın yüksək səviyyədə inkişaf etdirilməsi, siyasi dialoqun dərinləşdirilməsi, qarşılıqlı səfər mübadilələrinin həyata keçirilməsi, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın davam edirilməsi və digər mövzular üzrə geniş müzakirələr aparıblar.

    Yaponiya rəsmisi bildirib ki, Yaponiya Azərbaycan ilə münasibətlərə xüsusi önəm verir, bu da ölkəmizin Cənubi Qafqazda ən vacib dövlət olduğundan, Azərbaycanın regionda sabitliyin və sülhün bərqərar olunmasında mühüm rol oynadığından irəli gəlir. Həmçinin o, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfənin yüksək qiymətləndirildiyini nəzərə çatdırıb.

    R.Həsənov öz növbəsində iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edərək, əməkdaşlığımızın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Nazir müavini iki ölkə arasında enerji sahəsində faydalı əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edib, bununla yanaşı, qeyri-enerji sektorunda yüksək potensialın mövcudluğu nəzərə alaraq, kənd təsərrüfatı, turizm, sənaye, nəqliyyat, informasiya texnologiyaları, səhiyyə, təhsil, idman və əczaçılıq sahələrində əməkdaşlığın inkişafı ilə bağlı birgə səylərin fəallaşdırılmasının zəruriliyini qeyd edib.

    Görüş zamanı Cənubi Qafqazda davam edən münaqişələrin, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin regionun sabitlik və təhlükəsizliyinə təhdid olduğu qarşı tərəfin diqqətinə çatdırılıb və münaqişənin həlli prosesinin cari vəziyyəti haqqında qarşı tərəf geniş şəkildə məlumatlandırılıb. Ermənistanın Azərbaycana qarşı təcavüzü və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli barədə fikir mübadiləsi aparılıb və R.Həsənov ölkəmizin suverenliyi və ərazi bütövlüyü əsasında münaqişənin həllini tələb edən BMT TŞ-nin müvafiq qətnamələrinin yerinə yetirilməsi ilə bağlı beynəlxalq birliyin səylərinin artırılmasının vacibliyini vurğulanıb.

    H.Uyama Dağlıq Qarabağ münaqişəsinin həllinin Qafqaz regionunda sülh və stabillik üçün çox vacib olduğunu, bununla əlaqədar ölkəsinin ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçilik səylərini dəstəklədiyini bəyan edib, məsələnin tezliklə beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq sülh yolu ilə həllini arzulayıb.

    Səfər zamanı nazir müavini Ramiz Həsənovun Yaponiya xarici işlər nazirinin parlament üzrə müavini Şiniçi Nakatani ilə də görüşü baş tutub.

  • Состояние пострадавшей при взрыве в хлебопекарне в Шеки остается тяжелым – ОБНОВЛЕНО-1

    Состояние женщины, пострадавшей при взрыве в хлебопекарне в Шеки, остается среднетяжелой.

    Как передает АПА, об этом говорится в информации Министерства здравоохранения.

    Отмечается, что женщина получила ожоги 2 и 3 степени в области спины и верхних конечностей.

    Пострадавшей в Шекинской ЦРБ оказана необходимая медицинская помощь, лечение продолжается.

  • “Whatsapp”da bu funksiyanı hər kəs gözləyir

    Dark mode, yəni qaranlıq mod bu ilin trendinə çevrildi.

    Median.Az “Technote”a istinadla xəbər verir ki, bir çox proqramlar qaranlıq mod funksiyasını özünə tətbiq edərək həm istifadəçilərin gözlərinin yorulmasının qarşısını aldı, həm də telefonların daha az enerji xərcləməsinə səbəb oldu.

    Lakin bu funksiya “Whatsapp”da özünü tam mənada göstərə bilmədi. Hər dəfə Beta versiyaya əlavə edilən qaranlıq mod sonra təkrar yoxa çıxır. Bu səfər də eynisi oldu.


    Son “Whatsapp” Betasında Dark mode ile bağlı bütün kodlar silinib. Həmçinin gəlməsi düşünülən bir hesaba müxtəlif cihazlardan bağlanmaq funksiyası da yoxdur.

    Təxmin olunur ki, tərtibatçılar ya başqa funksiyaları ilk plana alaraq sadaladığımız funksiyaları hələlik saxlayırlar, ya da bəzi problemlər səbəbilə Betadan çıxarılır. Son beta ilə tətbiqdə dəyişən tək şey kiməsə şəkil göndərəndə ana menyuda görünən kamera ikonu şəkil ikonu ilə əvəz olunub.

  • Siqareti atmağın elmi yolu tapılıb – ALİMLƏR

    Elm adamları nikotinə qarşı iyrənmə hissindən məsul beyin hüceyrələrini aşkar edib.

    Median.Az qaynarinfo-ya istinadla xəbər verir ki, bu haqda aparılan tədqiqatın nəticələri ilə bağlı “Proceedings of National” Elmlər Akademiyasının jurnalında dərc edilmiş məqalədə deyilir.

    Tədqiqatçılar hesab edirlər ki, bu kəşf siqaretdən imtina etmək üçün effektiv dərman yaratmağa kömək edəcək.

    Məqalədə deyilir ki, ilk çəkilən siqaret onu çəkənin beyninə ikiqat təsir göstərir və həm iyrənməyə, həm də zövqə səbəb olur. Siqaret bir vərdiş halına gəldikdə isə ilk ləzzətin əvəzinə nikotinə qarşı davamlı bir meyil yaranır.

    İndiyə kimi, bu təsirin nikotinin beynin iki fərqli hissəsində reseptorları aktivləşdirməsi ilə əlaqəli olduğuna inanılırdı. Toronto Universitetinin kanadalı alimləri isə siqaret çəkməyin ilk epizodları zamanı əks hisslərə mükafatlandırma sistemi və vərdişlərin formalaşmasına cavabdeh olan orta beyin neyronlarının fərqli populyasiyalarının səbəb olduğunu müəyyən ediblər.

    “Artıq biz bilirik ki, nikotin beynin müxtəlif hissələrində neyronları aktivləşdirir. İyrənmə hissi daim mövcud olmalıdır, lakin bir insan nə qədər çox siqaret çəkirsə, onda onun reseptorlarında və beynin mükafat sistemində siqnal ötürülməsi proseslərində daha çox dəyişiklik baş verir”, – araşdırma rəhbəri Tarin Qrider deyib.

    İş ondadır ki, nikotindən asılı olmayan heyvanlarda iyrənclik hissi üçün cavabdeh olan həmin dopamin neyronları mükafat olaraq asılılıqdan əziyyət çəkən insanlarda çəkməkdən imtina şəklində bir sevinc hissi yaradır.

    “Asılılıq yarandığı zaman beynin motivasiya sistemində bir keçid meydana gəlir, – tədqiqatçı alim Qrider deyib. – Artıq söhbət özünü yaxşı hiss etməkdən deyil, orqanizmdə nikotinin çatışmazlığından qaynaqlanan mənfi hisslərdən qurtulmaqdan gedir”.

    Alimlər ümid edirlər ki, nikotinə qarşı iyrənnmə hissi yaradan neyronların aşkar edilməsi alkoqol asılılığından qurtulmaq istəyən insanlarda spirtli içki qəbul edərkən ürək bulanmasına səbəb olan dərmanların təsiri zamanı olduğu kimi, siqareti atmaq istəyənlər üçün də effektiv müalicə metodu yaratmağa kömək edəcək.