Month: November 2019

  • Нурмагомедов захотел возмещения штрафа за беспорядки после боя с Макгрегором

    Российский боец смешанного стиля (MMA) Хабиб Нурмагомедов рассказал о переговорах с Абсолютным бойцовским чемпионатом (UFC) о своем возвращении в октагон в 2020-м.

    Об этом сообщает Lenta.ru.

    31-летний спортсмен подтвердил, что общается с представителями UFC относительно поединка в марте 2020-го. “Я могу выступить и в апреле в Нью-Йорке или же в Лас-Вегасе. Но тогда передо мной должны извиниться и вернуть почти миллион долларов штрафа”, — заявил Нурмагомедов. Он напомнил, что, по его мнению, был “неправильно оштрафован” после инцидента на турнире UFC 229 в Лас-Вегасе.

    Нурмагомедов провел сессию вопрос-ответ в преддверии московского турнира UFC, который пройдет 9 ноября в субботу. В ходе беседы с болельщиками и журналистами, боец, в частности, объяснил отсутствие российского триколора на своих поединках. Также он коснулся и того, как Макгрегор задел представителей Дагестана во время своей пресс-конференции в Москве.

    В ночь на 7 октября 2018-го после победы над ирландцем Конором Макгрегором Нурмагомедов набросился на тренера соперника по джиу-джитсу Диллона Дэниса якобы за оскорбления. В октагоне и за его пределами вспыхнула потасовка, в которой также приняли участие секунданты Нурмагомедова и Макгрегор. В результате оба бойца получили дисквалификации и штрафы. Нурмагомедов был отлучен от выступлений на девять месяцев, в то время как ирландец только на шесть.

    Нурмагомедов дважды защитил пояс чемпиона UFC в легком весе. Россиянин занимает второе место в рейтинге бойцов организации без учета весовых категорий.

  • Hacıqabulda iki yük maşını toqquşub, yolda tıxac yaranıb – FOTO

    Bakı-Qazax magistral yolunda yük avtomobillərinin toqquşması tıxaca səbəb olub.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, axşam saatlarında Bakı-Qazax magistral yolunun Hacıqabul rayonunun Nəvahi qəsəbəsi ərazisindən keçən hissəsində “KamAZ” markalı yük avtomobili ilə “Hyundai Atego” markalı avtomobil toqquşub.

    Sonuncu avtomobil yoldan çıxaraq dərəyə düşüb. Sürücülər yüngül xəsarət alıb. Bir müddət yolda tıxac yaranıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Mingəçevir sakini hündürlükdən yıxılaraq xəsarət alıb

    Mingəçevir sakini yük maşınının üstündən yıxılaraq ağır xəsarət alıb.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə Bağlar yaşayış massivi ərazisində baş verib.

    1957-ci il təvəllüdlü şəhər sakini Məhərrəmov Əsədulla Fətulla oğlu ”KamAZ” markalı maşının yük yerinin üstündən yıxılaraq ağır bədən xəsarətləri alıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb. Onun baş və bədən nahiyəsində çox sayda ağır xəsarətlər və beyin silkələnməsi faktı aşkarlanıb. O, Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

    İlkin məlumata görə, hadisə Ə.Məhərrəmovun “KamAZ”-ın yük yerinə örtük çəkdiyi zaman baş verib.

  • В Сумгайыте мужчина погиб, выпав с крыши здания

    В Сумгайыте произошел смертельный случай.

    Как передает АПА, инцидент произошел в 4-м микрорайоне города.

    Житель города Меликов Имран Садулла оглу 1970 г.р. поднялся на крышу пятиэтажного дома, где им был сооружен голубятник. Увлекшись, И.Меликов из-за неосторожности выпал с крыши. От полученных травм мужчина скончался на месте.

    Тело направлено на экспертизу.

    Полиция выясняет обстоятельства происшествия.

  • Azərbaycanda ağır qəza: 1 ölü, 2 yaralı

    Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Ələt-Astara avtomobil yolunun Salyan rayonundan keçən hissəsində baş verib.

    Belə ki, Bakı şəhər sakini, 45 yaşlı Vüqar Özxan oğlu Musayevin idarə etdiyi “VAZ-2106” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə avtomobildə olan sərnişin – 58 yaşlı Musa Rəşid oğlu Musayev hadisə yerində ölüb.

    Avtomobilin sürücüsü və sərnişin, Salyan sakini Vəlixan Rəşid oğlu Musayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

    Faktla bağlı araşdırma aparılır.

  • Göyçayda tikilən iki uşaq bağçası və sosial-inzibati binalar kompleksi istifadəyə verilib – FOTO

    Heydər Əliyev Fondunun dəstəyi ilə Göyçay rayonunun Qarabaqqal kəndində tikilən 60 yerlik uşaq bağçası və Müskürlü kəndində inşa edilən sosial-inzibati binalar kompleksi istifadəyə verilib.

    Median.Az-ın APA-ya istinadən xəbərinə görə, rayon rəhbərliyinin, Milli Məclisin deputatlarının, ölkənin tanınmış yazıçı və şairlərinin iştirak etdiyi açılış mərasimlərində məlumat verilib ki, Qarabaqqal kənd uşaq bağçası ötən əsrin 70-ci illərində fəaliyyətə başlayıb. Təlim-tərbiyə ocağının binası vaxtlı-vaxtında təmir edilmədiyindən qəzalı vəziyyətə düşüb. Uşaq bağçası bu səbəbdən iki il əvvəl fəaliyyətini dayandırıb.

    2019-cu ilin əvvəlində Heydər Əliyev Fondunun dəstəyi ilə kənddə müasir körpələr evinin inşasına başlanılıb. 350 kv/m sahəni əhatə edən 60 yerlik uşaq bağçasında böyük və kiçik yaşlı uşaqlar üçün qruplar, məşğələ, yataq otaqları, camaşırxana, yeməkxana mövcuddur. Uşaq bağçası istilik sistemi və digər lazımi şəraitlə təmin edilib, ehtiyat və içməli su anbarları, eləcə də mebel və yataq dəstləri, digər zəruri avadanlıqlarla təchiz olunub.

    Uşaq bağçası, kitabxana, həkim məntəqəsi və inzibati otaqlardan ibarət olan Müskürlü kənd sosial-inzibati binalar kompleksində əhaliyə nümunəvi xidmət üçün lazımi şərait yaradılıb. Təhsil, səhiyyə, mədəniyyət təyinatlı obyektlərin istifadəyə verilməsi münasibətilə təşkil olunan mərasimlərdə Heydər Əliyev Fondunun ölkəmizdə həyata keçirdiyi mühüm sosial layihələrin, humanitar aksiyaların əhəmiyyətindən danışılıb. Bildirilib ki, indiyə kimi Fondun dəstəyi ilə Göyçayda bir neçə müasir məktəb binası və məktəbəqədər tərbiyə müəssisəsi tikilərək istifadəyə verilib.

    Həmçinin bu gün Göyçay şəhərindəki “Əbədiyaşar ədiblər” abidə kompleksində Azərbaycanın görkəmli şəxsiyyətləri Cəlil Məmmədquluzadə və Üzeyir Hacıbəyovun büstlərinin açılış mərasimi olub.

  • Çəkiliş zamanı məşhur repçini ilan sancdı – VİDEO

    Lil Pump ləqəbi ilə tanınan Amerikalı repçi Qazzi Qarsia bədbəxt hadisə ilə üzləşib.

    Median.Az xəbər verir ki, Lil video lentə aldığı zaman ilanın hücumuna məruz qalıb. Həmin hadisənin anbaan görüntülərini repçi şəxsi “İnstaqram” hesabında yayımlayıb.

    Göründüyü kimi, yara olduqca ciddi olub. İlan ifaçının əlini dişləyərək qanını axıdıb. Bədbəxt hadisədən sonra sənətçinin səhhəti barədə məlumat yayılmayıb.

    “Mənim artıq ilanlarla işim olmaz. Ümid edirəm ki, ölməyəcəyəm,” – deyə Lil bildirib.

    Bu paylaşımından sonra məşhurdan xəbər-ətər çıxmayıb. Repçinin izləyiciləri ümid edir ki, Lilin vəziyyəti yaxşıdır.

    Qeyd edək ki, daha öncə məşhur amerikalı aktrisa Lindsi Lohan Tailandda tətildə olarkən bir ilan tərəfindən hücuma məruz qalmışdı. Aktrisanı ilan dişləsə də, Lindsi həkimlərə getməyib. Çünki həmin ərazidə yaşayan şaman ilan dişləməsini uğurlu bir əlamət kimi qiymətləndirərək, aktrisanı inandırıb.//oxu.az

  • МИД Азербайджана выразил соболезнования Ирану

    МИД Азербайджана выразил соболезнование правительству Ирана в связи с землетрясением в стране.

    Как передает АПА, об этом говорится в информации, опубликованной на странице МИД в Twitter.

    “Нас глубоко опечалила информация о землетрясении в Иране. Выражаем соболезнования близким погибших и просим от Всевышнего скорейшего исцеления раненым. В такой день мы готовы оказать всевозможную помощь братскому иранскому народу и государству”, – отмечается в публикации.

    Отметим, что в результате землетрясения в Иране погибли 6, пострадали 345 человек, полностью разрушены 40 домов.

  • Qaranlıqda telefonla oynayanlar kor ola bilər – ALİMLƏR

    Mobil telefon asılılığı olduqca qorxulu bir təhlükə olaraq ortaya çıxıb. Həkimlər yataqda smartfon istifadəsinin “göz iflici”nə səbəb olduğunu söyləyiblər.

    Median.Az medicina.az-a istinadən bildirir ki, bir çox insan yatmazdan əvvəl smartfonlar vasitəsilə sosial mediaya baxır, oyun oynayır və ya bir şey oxuyur. Əslində bu günümüzdə olduqca adi bir haldır. Ancaq bu günahsız vərdişin gözlərə ziyanı hətta göz iflicinə səbəb olacağını bilirsinizmi?

    Çində bir adam, qaranlıqda daim telefonuna baxdıqdan sonra müvəqqəti korluq yaşadığı üçünhəkimə müraciət edib. Çinli həkim Lei Tao, elektron cihazlara uzun müddət baxmağın göz iflicinə səbəb ola biləcəyini söyləyib. Hər ay ən azı 20 gənc xəstəliyi müvəqqəti korluq səbəbiylə xəstəxanaya gəlir.

    Retinada damarların tıxanması korluğa səbəb olan bu xəstəliyin ani, ciddi və ilk əlamətidir. Araşdırmalara görə, göz iflici xəstəliyi hər il artır və xüsusilə gənclər arasında yayılır. Bu, yalnız müvəqqəti deyil, həm də xəstənin həyat keyfiyyətinə və cəmiyyətdə fəaliyyətinə təsir edən davamlı korluqla da nəticələnir.

    Bir gözdə qəfil görmə itkisi, smartfon korluğunun ilk əlaməti. Bu adətən qaranlıqda bir tərəfi üstə yatıb, telefonun ekranına tək gözlə baxmaqdan yaranır.

    Ümumiyyətlə narahatlıq 15 dəqiqə ərzində yaxşılaşır, ancaq daha uzun müddət çəkərsə təcili olaraq bir həkimə yaxınlaşmaq lazımdır.

  • Həbib Konorla revanş şərtini — AÇIQLADI

    UFC çempionu Həbib Nurməhəmmədov irlandiyalı rəqibi Konor Makqreqorla ravnş etmək üçün şərtini açıqlayıb.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, rusiyalı döyüşçü keçirdiyi mətbuat konfransında Konora ismarıc göndərib: “UFC-də 10 dəfə qələbə qazanarsa, revanş olacaq”. Həbib Makqreqorun onun haqqında söylədiyi qərəzli fikirlərə nə üçün reaksiya göstərməməsinin səbəbini də açıqlayıb.

    O, cavabını oktaqonda verdiyini deyib.