Month: November 2019

  • В Джалилабаде ребенок родился мертвым

    В родильное отделение Центральной больницы Джалилабадского района доставили беременную жительницу Джалилабадского района Айтен Керимову 1992 года рождения.

    Как сообщает Oxu.Az, женщина родила ребенка, но оказался мертвым.

    По факту ведется расследование.

  • Sumqayıtda quşbaz beşmərtəbəli binanın damından yıxılaraq ölüb

    Sumqayıtda ölüm hadisəsi baş verib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin 4-cü mikrorayonunda qeydə alınıb.

    Şəhər sakini, 1970-ci il təvəllüdlü Melikov İmran Sədulla oğlu 5 mərtəbəli binanın damına çıxıb. Məlumata görə o, damda göyərçin saxlayırmış. İ.Melikov ehtiyatsız davranıb və nəticədə damdan yerə yıxılıb. O, hadisə yerində keçinib.

    Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Cəlilabad xəstəxanasında körpə ölüb

    Cəlilabadda doğuş zamanı körpə ölüb.

    Median.Az-ın oxu.az-a istinadən məlumatına görə, Cəlilabad rayon sakini, 1992-ci il təvəllüdlü Kərimova Aytən Namiq qızı hamiləliyi ilə bağlı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə gətirilib.

    İlkin məlumata görə, qadın təbii doğuşla dünyaya uşaq gətirsə də, körpə ölü doğulub.

    Faktla bağlı araşdırma aparılır.

  • Köpək balığının yediyi turistlə bağlı təzə xəbər var

    Köpək balığının qarnından çıxan turistlə bağlı bəzi detallar üzə çıxıb.

    Daily Mail-in verdiyi xəbərə görə, Riçard Ternerlə Veriti Terner adaya Veritinin qırx illiyini qeyd etməyə gəliblər.

    Onlar adaya məxsus Sen-Jil kəndində beş ulduzlu otel tutublar.
    “Şübhəsiz, Riçard mərcan rifi ərazisini (mərcan rifi-köpək balıqları üçün maneə rolunu oynayır) təhlükəsiz hesab edib, güman ki, güclü dalğa onu uzağa aparıb və nəticədə köpək balığına yem olub” – deyə adanın sakini bildirib.

    DNT-nin nəticəsinə görə, balığın qarnından tapılan barmağın Riçarda aid olduğu təsdiq olunub.

    Xatırladaq ki, daha öncə üzmək üçün Hind okeanına yollanan turistin itkin düşməsi ilə bağlı xəbər yayılmışdı.

    Daha sonra yaxın ərazidən tapılan köpək balığının qarnından turistə məxsus üzük tapılmışdı

  • В Грузии массовые протесты из-за фильма о геях – ВИДЕО

    МВД Грузии усилило меры безопасности на акции протеста у кинотеатра “Амирани” в центре Тбилиси, участники которой выступают против премьерного показа шведско-грузинской драмы Левана Акина о нетрадиционной любви “А потом мы танцевали”.

    Как передает Sputnik Грузия, кинопоказы запланированы во всех кинотеатрах Тбилиси и Батуми 8-10 ноября. Фильм рассказывает о жизни молодого танцовщика Мераба, который радикально меняется, когда влюбляется в своего амбициозного соперника Ираклия.

    Противники показа этого фильма в кинотеатрах начали собираться в парке Вере и у Тбилисского концертного зала около 16:00, а когда стемнело и их стало несколько сотен, тронулись к кинотеатру, расположенному неподалеку, на улице Костава.

    Участники акции перекрыли проезжую часть и пытаются протолкнуться сквозь кордон полиции в здание кинотеатра. Некоторые из них держат в руках файеры, плакат с надписью “Узаконивание и пропаганда мужеложства – геноцид народа” и скандируют: “Грузия” и “Да здравствует Грузия”.

    После того как митингующие усилили давление на кордон полиции, МВД приняло решение усилить меры безопасности. Непосредственно перед зданием выстроились полицейские в касках и с щитами.

    Там же находятся священники, которые держат в руках свечи и читают молитвы.

    К этому времени задержаны двое участников акции, сообщили Sputnik Грузия в пресс-службе министерства.

  • Azərbaycanda bu şəxslər adam öldürsələr də, həbs edilmir -SƏBƏB

    Bir müddət öncə Bakının Nəsimi rayonunda silsilə oğurluqlar edən ruhi xəstə saxlanılıb. Sentyabrın sonlarında Bilgəhdə yaşlı ruhi xəstə qohumunu öldürdükdən sonra evinin yaxınlığında olan transformatora daxil olaraq intihar edib. Belə hadisələrə görə kimsə məsuliyyət daşıyırmı? Ruhi xəstələr hər hansı cinayət məsuliyyətinə cəlb oluna bilərmi?

    Keçmiş inspektor-təhqiqatçı, polis baş leytnantı Amil Nəbiyev lent.az -a açıqlamasında ruhi xəstələrin heç bir cinayət məsuliyyətinə cəlb edilmədiyini bildirib:

    “Ruhi xəstələr hər hansı cinayət tərkibli əməl törətdikdə həbs oluna bilməzlər. Xəstəxanaya yerləşdirilməlidirlər. Təkrar olaraq hansısa cinayət xarakterli əməl törətsə, anlaqsız hesab olunaraq yenə tutulub xəstəxanaya təhvil verilir”.

    “Müvəkkil” hüquq mərkəzinin rəhbəri Səməd Vəkilov da ruhi xəstənin cinayət məsuliyyətinə cəlb olunmadığını, vurduğu ziyanın qəyyum tərəfindən ödənilməli olduğunu bildirib:

    “Ruhi xəstələr cinayət məsuliyyətinə yalnız o vaxt cəlb olunmur ki, onun fəaliyyət qabiliyyəti olmaması məhkəmədətəsdiq olunsun. Ancaq şəxsin fəaliyyət qabiliyyətli olmaması məhkəmədə təsdiq olunduqdan sonra məcburi şəkildə qəyyumluğun himayəsinə verilir. Buna görə də onun cinayət törədərkən vurduğu zərərə görə qəyyumu məsuliyyət daşıyır. Cinayət qanunvericiliyində göstərilir ki, ruhi xəstənin vurduğu ziyanı onun qəyyumu ödəməlidir. Ancaq ruhi xəstə kimisə öldürsə, qəyyum məsuliyyət daşımır. Çünki cinayəti törədən şəxs anlaqsızdır və onun əməli məhkəmədə təsdiqləndikdən sonra xəstəxanaya müalicəyə göndərilir”.

  • Dünyanın ən xoşbəxt xalqı məlum oldu

    “Eurostat”ın 25 Avropa ölkəsində keçirdiyi sorğulara əsasən özünü ən az xoşbəxt hiss edənlər latviyalılardır.

    Median.Az unikal.org-a istinadən xəbər verir ki, aparılan sorğularda məlum olub ki, Latviya əhalisinin yalnız 31 faizi özünü xoşbəxt hiss etdiyini bildirib. Özlərini ən xoşbəxt hiss edənlər Belçikada (76 faiz) yaşayır.

    Bundan əlavə on ballıq şkala üzrə insanların həyat şəraitindən razılığı da hesablanıb. Belə ki, Avropa İttifaqı üzrə ortalama razılıq faizi 7,3 təşkil edib. Latviyada bu göstərici 6,7, Estoniyada 7, Litvada 6,4-dür. Burada ən az göstərici Bolqarıstanda (5,4), ən yuxarı isə Finlandiyada (8,1) qeydə alınıb.

  • В МВД сделали заявление по поводу вызвавшего ажиотаж видеоролика

    В некоторых СМИ и социальных сетях распространен видеоролик, якобы отражающий убийство учащейся 8-го класса своим дядей по заказу отца школьницы.

    Как сообщили Oxu.Az в МВД, данная информация не соответствует действительности.

    Так, установлены основания для подозрения жителя города Гянджа Мухаррама Сирати в нанесении множественных ножевых ранений и попытке убийства своей гражданской жены Натаван Мустафаевой на почве ревности.

    По факту в Гянджинской городской прокуратуре возбуждено уголовное дело по статье 29, 120.1 (попытка умышленного убийства) Уголовного кодекса, назначены соответствующие экспертизы, а также были даны оперативные поручения и соответствующие запросы.

    Мухаррам Сирати был привлечен в качестве обвиняемого по указанным статьям Уголовного Кодекса и по решению суда в его отношении была избрана мера пресечения в виде ареста.

    В результате неотложных мер, направленных на выявление и привлечение к ответственности лица, осуществившего распространение посредством социальных сетей этого видеоролика, вызвавшего широкий ажиотаж в обществе, в качестве подозреваемого был задержан 21-летний житель села Сейфали Шамкирского района Муса Мамедов и в отношении него будут приняты меры в соответствии с законодательством.

  • Azərbaycanlı professorun sözləri Rusiyanı qarışdırdı

    Rusiyanın Ali İqtisadiyyat Məktəbinin azərbaycanlı professoru Həsən Hüseynov “Facebook” paylaşımına görə ictimaiyyətin sərt reaksiyasına səbəb olub.

    Median.Az “qafqazinfo”ya istinadən xəbər verir ki, statuslarının birində rus dili haqda “iyrənc” ifadəsini işlədən Hüseynov tənqid atəşinə tutulub. Bununla belə professor yazdıqlarına görə üzr istəmək fikrində olmadığını deyib. Onun sözlərinə görə, üzr istəməklə bağlı universitetin komissiyasından hər hansı bildiriş almayıb və yazdıqları onun şəxsi fikridir. “Kimin qarşısında üzr istəməliyəm, bir halda ki insanlar yazıb-oxuya bilmir, mahiyyəti başa düşmür?”, – deyə Hüseynov bildirib.

    Xatırladaq ki, azərbaycanlı alim “Facebook” səhifəsində “Moskvada gündüz çıraqla belə başqa dillərdə nəsə tapmaq müşkül məsələdir. Təkcə ölkənin hazırda danışdığı və yazdığı iyrənc rus dilindən başqa…” yazıb. Hüseynov daha sonra açıqlamasında “iyrənc” deyərkən dili yox, həmin dildən istifadə formasını nəzərdə tutduğunu bildirib. O deyib ki, rus dilini mükəmməl hesab edir, ancaq “axmaqlar bu dildə danışanda dil uğursuz olur”.

    Qeyd edək ki, daha əvvəl AİM-in elmi şurası Hüseynovdan ictimai şəkildə üzr istəməyi tələb etdiyi bildirilmişdi. O, bu addımı universitetin işgüzar nüfuzuna ziyan dəyməməsi üçün atmalı, məsuliyyətsiz və düşünülməmiş bəyanatına görə üzr istəməli idi.

  • “Altın Kelebek”in namizədi Oksana Rəsulova: Kişi müğənnilərə qarşı bunu etmək düzgün deyil

    Gələn həftənin şənbə günü (16 noyabr) “Altın Kelebek” mükafatlandırma gecəsi ilə bağlı Bakıda təşkil olunacaq mərasimə sayılı günlər qalır.

    Ötən illərdən fərqli olaraq, bu il ulduzlarımız (Xalq artist Röya Ayxan, müğənnilər Sevda Yəhyayeva, Nura Suri, Gülay Zeynalova, Murad Arif, Xəyyam Nisanov, Elçin Cəfərov, Azad Şabanov, aktrisalar Pərvin Abıyeva və Oksana Rəsulova) yalnız bir kateqoriya – “Azərbaycanın ən parlaq ulduzu” nominasiyası üzrə mübarizə aparacaq. Bizim məşhurlar arasında səsvermə hələ də davam edir.

    Dekabırın 8-də İstanbulun Zorlu PSM-də keçiriləcək “Altın Kelebek”də həm Türkiyədən həm də Azərbaycandan olan namizədlərə maraq həddən artıq yüksəkdir. Türkiyənin “Oskar”ını yerli məşhurlarımızdan kimin qazanacağı sosial media əhli tərəfindən geniş müzakirə olunur.

    Oxu.Az-ın əməkdaşı azərbaycanlı namizəd hind rəqslərinin mahir ifaçısı, rəqqasə və aktrisa Oksana Rəsulova ilə əlaqə yaradıb. Məşhur Azərbaycanla bağlı bir nominasiyanın olmasından narahatlıq keçirdiyini və bunda məntiq olmadığını dilə gətirdi :

    “Artıq üçüncü ildir ki, Azərbaycan Türkiyənin keçirdiyi bu cür mötəbər “Altın Kelebek” mükafatlandırma mərasimində iştirak edir. Azərbaycanın hər bir ulduzu istəyər ki, “Altın Kelebek” kimi prestijli gecədə həm çıxış etsin, həm də qalib gəlsin. Xalq artistləri Röya Ayxan və Aygün Kazımova artıq bu mükafata sahibləniblər. Mən də istəyərəm ki, namizədlər arasında qalib gəlib, “Altın Kelebek” mükafatına layiq görülüm. Şanslarım az deyil. Amma etiraf etmək lazımdır ki, Röyanın şansları bizim digər ulduzlarımız arasında daha çoxdur. O, həm mahnıları, həm klipləri, həm də konsertləri ilə Türkiyədə yetərincə tanınır. Sadəcə bir məqama çox üzülürəm ki, Azərbaycan üçün nominasiya yalnız bir dənədir. O da ki, “Azərbaycanın ən parlaq ulduzu”. Çünki müğənnilər arasında aktrisalar yəni mən və Pərvin Abıyeva var. Müğənnilər üçün ayrı, aktrisalar üçün ayrı nominasiyalar olsaydı, daha məqsədəuyğun olardı. Belə olduğu təqdirdə məntiq görmürəm və məni bu hadisə narahat edir.

    “Altın Kelebek”i qazanmağı mən şansa bağlayıram. Çünki sənə izləyicilər səs göndərə də bilər, göndərməyədə. Burada hər şey səsvermədən asılıdır”.

    Müğənni Elçin Cəfərovun “xanım sənətçilərə təyyarə biletləri alınıb, bəylərə isə yox” açıqlaması təşkilati işlərə kölgə salıb.

    “Sizin İstanbula təyyarə biletiniz, orada qalacağınız hotel nömrəsi rezervasiya olunub?” sualına Oksananın reaksiyası birmənalı olmadı.

    “Mən heç bu barədə düşünməmişəm belə. Əslində bizim hər birimiz üçün həm təyyarə bileti alınmalı, həm də hotellərin birində qalmağımız üçün rezervasiya işləri görülməlidir. Kişi müğənnilərə qarşı bunu etmək düzgün deyil. Bu artıq ayrıseçkilikdir. Birinci dəfədir belə bir şey eşidirəm. Düzünü desəm, anlamadım. Təşkilatçılardan bunu dəqiqləşdirmək lazımdır”.

    Xatırladaq ki, Azərbaycan “Altın Kelebek” mükafatlandırma gecəsində iki dəfə iştirak edib. 2017-ci ildə mükafatı Xalq artisti Röya Ayxan, 2018-ci ildə isə Xalq artisti Aygün Kazımova qazanıb. Onlar hər ikisi “Azərbaycanın ən parlaq ulduzu” nominasiyasında qalib gəliblər.

    Qeyd edək ki, noyabrın 16-da “Altın kelebek”in siması məşhur aktrisa Ebru Şahin paytaxt Bakının qonağı olacaq. Təşkil olunacaq möhtəşəm gecədə ulduz namizədlərin adı açıqlanacaq. Ötən ildən fərqli olaraq, namizədlərin iştirakı ilə konsert proqramı keçirilməyəcək.