Month: November 2019

  • “Masis Mayilyan və Lernik Hovhannisyanın Moskvaya səfəri şəxsi xarakter daşıyıb” — Rusiya XİN

    “Adıçəkilən şəxslərin bu səfəri həyata keçirilsə belə, sırf şəxsi xarakter daşıyıb. Bu nə Rusiya qanunlarına, nə mövcud beynəlxalq razılaşmalara, nə də Dağlıq Qarabağ münaqişəsinin həllindəki Rusiyanın vəzifələrinə zidd deyil. Rusiya Federasiyasının rəsmi şəxslərilə hər hansı görüş keçirilməyib”.
    Median.Az
    bildirir ki, report-un Rusiya bürosu xəbər verir ki, bu fikirlər Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və mətbuat departamentinin Dağlıq Qarabağda işğalçı Ermənistanın qurduğu separatçı rejimin nümayəndələri Masis Mayilyan və Lernik Hovhannisyanın Moskvaya səfərilə bağlı bəyanatında yer alıb.

    Bəyanatda Rusiyanın qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımadığına görə qanunsuz rejimin “nümayəndələrinin” rəsmi qurumlar tərəfindən suveren dövlətin diplomatik missiyası qismində qeydiyyata alınmadığı da qeyd olunub.
    “Biz öz tərəfimizdən həm ATƏT-in Dağlıq Qarabağ məsələsinə dair Minsk qrupu həmsədrlərindən biri kimi, həm də milli baxımdan Azərbaycan və Ermənistanla münasibətlərimizi nəzərə alaraq Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində bundan sonra da dəstək verəcəyik”, – Rusiya XİN-in bəyanatında bildirilir.

    Xatırladaq ki, məsələ ilə bağlı Azərbaycan Rusiyaya nota verib.

  • Azərbaycan XİN İrana başsağlığı verib

    “İranda zəlzələnin baş verməsi xəbəri bizi dərindən kədərləndirdi”.

    Median.Az report-a istinadən xəbər veirr ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi özünün “Twitter” səhifəsində məlumat yayıb.

    “Zəlzələ nəticəsində həlak olanlara və onların yaxınlarına başsağlığı bildirir, yaralılara isə Allahdan şəfa diləyirik. Belə bir gündə qardaş İran xalqına və dövlətinə hər cür köməklik göstərməyə hazırıq”.

  • Министерство предупреждает: Ряд домов торжеств и ресторанов могут быть закрыты

    Министерство экологии и природных ресурсов (МЭПР) Азербайджана может поднять вопрос о приостановке деятельности ряда домов торжеств и ресторанов.

    Как передает Oxu.Az, об этом на пресс-конференции сказал представитель МЭПР Вугар Керимов.

    По его словам, при строительстве любого объекта общественного питания должна создаваться так называемая “защитная зона” в связи с нормами шума и распространяемыми запахами.

    “Зона может быть разной в зависимости от размеров ресторанов, их вместимости.

    Поступает очень много жалоб от населения на шум в ресторанах. Поэтому в законодательстве закреплено положение о том, что после полуночи шумные объекты, расположенные в местах наибольшего скопления людей, должны закрываться. Это также связано с обеспечением комфорта граждан”, – сказал В.Керимов, подчеркнув, что цель контролирующих органов не в том, чтобы препятствовать проведению какого-либо мероприятия.

    “Мы можем определить, какое количество дыма выделяется рестораном, когда там разжигаются мангалы. Если количество дыма превышает норму, мы можем и должны приостановить деятельность этого объекта”, – сказал представитель ведомства.

  • İstirahət günlərində gözlənilən hava proqnozu

    İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Böyük və Kiçik Qafqazda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Havanın temperaturu dağətəyi rayonlarda 16-21, dağlıq rayonlarda 13-18 dərəcə isti təşkil edəcək.

    Lənkəran-Astara bölgəsində havanın əsasən yağmursuz keçəcəyi, səhər dağlarda duman olacağı gözlənilir. Havanın maksimal temperaturu 16-21, dağlıq rayonlarda 15-19 dərəcə isti təşkil edəcək.

    Qazax-Gəncə zonasında hava şəraiti əsasən yağmursuz keçəcək. Havanın maksimal temperaturu 17-22 dərəcə isti təşkil edəcək.

    Aran rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Havanın maksimal temperaturu 18-23 dərəcə isti təşkil edəcək.

    Naxçıvan MR-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın maksimal temperaturu 16-21 dərəcə isti təşkil edəcək.

    Paytaxtda isə hava əsasən yağmursuz keçəcək. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gündüz 17-21 dərəcə isti təşkil edəcək.

  • Bakıda piyadanı avtomobil vurub

    Bakının Sabunçu rayonunda piyadanı avtomobil vurub.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, avtoqəza Zabrat qəsəbəsində qeydə alınıb.

    1967-ci il təvəllüdlü Bəşirov İlqar Əlisa oğlu yolu keçmək istəyərkən 173 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobusu onu vuraraq xəsarət yetirib. Yaralı dərhal 1 saylı Xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Rusiya XİN Azərbaycanın notasına cavab verib

    Rusiya Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılmış qanunsuz rejimin “təmsilçiləri” Masis Mayilyan və Lernik Hovhannisyanın Rusiyaya səfər etməsi haqda Azərbaycanın etiraz notası ilə bağlı bəyanat yayıb.

    Median.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, Rusiya XİN-in saytında yerləşdirilən bəyanatda bildirilib ki, adı çəkilən şəxslərin səfərləri həyata keçirilsə belə, istisnasız olaraq şəxsi xarakter daşıyıb.

    “Bu mənada bu səfər Rusiya qanunvericiliyinə, mövcud beynəlxalq razılaşmalara, nə də ki, Rusiyanın Dağlıq Qarabağ münaqişəsindəki vasitəçilik missiyasına zidd deyil. Rusiya Federasiyasının rəsmi şəxsləri ilə heç bir görüş keçirilməyib. O ki, qaldı Mailyan və Ovannisyanın rusiyalı ekspertlərlə “Artsaxın Rusiyadakı daimi nümayəndəliyi”ndə hansısa təmaslarına, bir daha qeyd edirik ki, belə “nümayəndəlik” Rusiya federasiyasının dövlət orqanlarında suveren dövlətin diplomatik missiyası qismində qeydiyyatdan keçməyib. Ona görə ki, ölkəmiz “Dağlıq Qarabağ Respublikası”nı tanımır”, – deyə bəyanata qeyd olunub.

    Bəyanatda Rusiya tərəfinə olan etirazların əsasının olmadığı, ümumi tonun isə Rusiya-Azərbaycan münasibətlərinin səviyyəsinə uyğun olmadığı vurğulanıb.

    Qeyd olunub ki, “Öz tərəfimizdən bundan sonra da Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına ATƏT-in Minsk qrupunun həmsədrliyinin tərkibində olduğu kimi, həm də Azərbaycan və Ermənistanla münasibətlərimiz nəzərə alınmaqla milli baxımdan yardım edəcəyik”.

  • МИД России ответило на ноту Азербайджана

    МИД России распространило заявление в связи с нотой протеста Азербайджана относительно визита в Россию Масиса Маиляна и Лерника Ованнисяна – “представителей” незаконного режима, созданного в оккупированном Арменией Нагорно-Карабахском регионе Азербайджана.

    Как передает АПА, в заявлении МИД России отмечается, что поездка указанных лиц, если и имела место, то носила исключительно частный характер.

    “В этом качестве она не противоречит ни российскому законодательству, ни имеющимся международным договоренностям, ни посреднической миссии России в нагорно-карабахском урегулировании. Никаких встреч с официальными лицами Российской Федерации не проводилось. Что касается ссылок на некие контакты М.Маиляна и Л.Ованнисяна с российскими экспертами в так называемом «постоянном представительстве Арцаха в России», то МИД России вновь подчеркивает: такое «представительство» не зарегистрировано в государственных органах Российской Федерации в качестве дипломатической миссии суверенного государства, поскольку Россия не признает так называемую “нагорно-карабахскую республику”, – отмечается в заявлении.

    В заявлении отмечается, что претензии к российской стороне, содержащиеся в ноте и комментарии МИД Азербайджана, безосновательны, а общий тон – не соответствует уровню и качеству российско-азербайджанских отношений.

    МИД России подчеркивает, что со своей стороны, будет и далее способствовать достижению нагорно-карабахского урегулирования, как в составе сопредседателей Минской группы ОБСЕ по НКУ, так и в национальном качестве, с учетом отношений с Азербайджаном и Арменией

  • Xalça Muzeyində sağlamlıq imkanları məhdud şəxslərə uyğunlaşdırılmış mərtəbənin açılışı olub – FOTO

    Noyabrın 13-ü Beynəlxalq Gözdən Əlillər Günü ilə bağlı Azərbaycan Milli Xalça Muzeyinin fiziki imkanları məhdud şəxslərə uyğunlaşdırılmış ikinci mərtəbəsinin açılış mərasimi keçirilib.

    Median.Az-ın APA-ya istinadən xəbərinə görə, tədbirdə Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova, Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədr müavini Reyhan Cəfərova və Rusiyanın Sankt-Peterburq şəhərindəki Dövlət Ermitaj muzeyinin Qiymətli metalların bərpası laboratoriyasının rəhbəri Malkiel İqor Karloviç iştirak ediblər.

    Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə keçirilən tədbir fiziki imkanları məhdud şəxslərin ictimai-mədəni mühitdə bərabərliyinin təmin olunması, onlara psixoloji və mənəvi dəstək məqsədi daşıyıb.

    Bildirilib ki, muzeyin eksponatları Brayl əlifbası ilə təqdim olunur. Eyni zamanda burada xovlu və xovsuz texnologiyasının birlikdə tətbiqi ilə üzərində həndəsi və nəbati elementlər, zoomorf və antromorf təsvirlər olan kiçik ölçülü xalça nümunələri nümayiş etdirilir.

    Ş. Məlikova bildirib ki, Azərbaycan Milli Xalça Muzeyi ilə “Gülsam” Əlillərin Reabilitasiyası İctimai Birliyi birgə xeyriyyə məqsədilə sərgi-satış yarmarkası keçirir. Onun sözlərinə görə, yarmarkada fiziki imkanları məhdud şəxslərin əl işləri təqdim olunur: “Hazırda sərgidə 10 xalça nümayiş olunur. Digər eksponatlara toxunmaq qadağan olunurdusa, bu yeni toxunan, 10 xalça nümunəsinə toxunmaq olar. Amma bu xalçalar hələlik satış üçün nəzərdə tutulmayıb. Maraq və xalçaların sayı artdıqca onlar satışa çıxarıla bilər. Xalçalar haqqında məlumatlar həm Azərbaycan, həm də ingilis dilində Brayl əlifbası ilə təqdim olunub. Bu ekspozisiya davamlı olacaq. Yeni-yeni xalçalar toxunacaq”.

    Daha sonra muzeydəki eksponatlara baxış keçirilib.

  • Bakının Qaradağ rayonunda baş vermiş yol qəzasının təfərrüatları məlum olub – YENİLƏNİB

    Bakının Qaradağ rayonunda baş vermiş yol qəzası nəticəsində xəsarət alan 3 nəfərdən birinin vəziyyəti ağır olaraq qalır.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, yaralıların müalicəsi xəstəxanada davam etdirilir. Hadisə isə Səngəçal terminalının qarşısında qeydə alınıb.

    Avtoqəzanın səbəblərinə gəlincə, məlum olub ki, “KamAZ” markalı yük maşınının sürücüsü geriyə doğru manevr etmək istəyib. Bu vaxt Bakıdan Salyan istiqamətində hərəkətdə olan mikroavtobus ona çırpılıb.

    Hazırda qəza ilə bağlı araşdırmalar aparılır.

    ***

    Bakının Qaradağ rayonu ərazisində ağır yol qəzası baş verib.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə Bakı-Qazax şosesinin Qaradağ rayonunun ərazisinə düşən hissəsində, DYP-nin stasionar postunun yaxınlığında qeydə alınıb.

    Məlumata görə, “Ford” markalı sərnişin mikroavtobusu yük avtomobilinə çırpılıb.

    Qəza zamanı çoxlu sayda xəsarət alanların olduğu bildirilir.

    Qəza nəticəsində xəsarət alan 3 nəfər xəstəxanaya yerləşdirilib.

    Əlavə məlumat veriləcək.

  • DSX sosial şəbəkələrdə yayılan videoya mübasibət bildirib

    Dövlət Sərhəd Xidməti (DSX) Fərid Əzizli ilə bağlı sosial şəbəkələrdə yayılan videoya mübasibət bildirib.

    DSX-nin Mətbuat Mərkəzindən daxil olan məlumata bildirilib ki, son günlərdə bəzi sosial mediada və “youtube” kanalında Dövlət Sərhəd Xidmətinin zabiti leytenant Əzizli Fərid Ceyhun oğlunun Dövlət Sərhəd Xidmətinin bir sıra vəzifəli şəxslərini hüquqa zidd əməllərdə ittiham etməsi barədə video yazısı yayılıb:

    “Bununla əlaqədar olaraq bildiririk ki, leytenant F.Əzizlinin ictimailəşdirdiyi məsələlər ilə əlaqədar DSX-də araşdırma aparılmış, aidiyyəti hərbi qulluqçuların izahatları alınmış, guya qeyri-etik davranışa məruz qalması bildirilən vətəndaş dinlənilmişdir. Araşdırma nəticəsində göstərilən hallar öz təsdiqini tapmamış, özünə qarşı hər hansı qeyri-etik davranışın yaxud fiziki təsirin baş verməsi əsgər valideyni tərəfindən tam inkar edilmişdir”.

    Məlumatda həmçinin qeyd olunub ki, F.Əzizli xidmətində yol verdiyi ciddi nöqsanlara görə bir neçə dəfə attestasiya qaydasında Silahlı Qüvvələrin ehtiyatına buraxılmağa təqdim olunub, DSX-nin rəhbərliyi tərəfindən gənc zabit olması nəzərə alınaraq xidmətində dönüş yaratması üçün ona imkan verilib, lakin xidməti fəaliyyətində nöqsanlara yol verməyə davam edib: “Hazırda attestasiya qaydasında Silahlı Qüvvələrin ehtiyatına buraxılmağa təqdim olunan və bununla əlaqədar tibbi şəhadətləndirilməsi keçirilən leytenant Fərid Əzizlinin zabitlərə böhtan atmasında əsas məqsədi şantaj yolu ilə özünün xidmətdə saxlanılmasına nail olmaq, bu alınmadığı halda isə DSX-nin şəxsi heyəti sırasından kənarlaşdırıldıqdan sonra bu halı xidməti vəzifələrinin icrasında yol verdiyi nöqsanlarla deyil, guya “həqiqəti” yaydığına görə xidmətdən uzaqlaşdırılması ilə izah edə bilməkdir. Həmin videoyazıda Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxslərinə böhtan atılması, yəni yalan olduğunu bilə-bilə onların şərəf və ləyaqətini ləkələyən və ya onları nüfuzdan salan məlumatların yayılması ilə əlaqədar olaraq toplanılan materiallara müvafiq hüquqi qiymətin verilməsi üçün rəs¬mi qaydada Azərbaycan Respublikasının Hərbi prokurorluğuna göndərilib, leytenant F.Əzizli xidməti vəzifəsindən kənarlaşdırılaraq sərəncama götürülüb”.//report.az