Month: November 2019

  • Hafiz Hacıyev efirdə ayaqqabısını çıxardı: Pulum yoxdur ki, yenisini alım – VİDEO

    Space TV-də yayımlanan “Sadə həqiqətlər” verilişinin qonağı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev olub.

    Hafiz Hacıyev efirdə ayaqqabısını soyunaraq, məmurlara nümunə göstərib. Hafiz Hacıyev müxalifətlə iş birliyində olan məmurların da adını çəkərək bildirib ki, Əli Kərimliyə pulu məhz onlar verir.

    Bundan başqa, Hafiz Hacıyev nazir olan zaman AXC hakimiyyətində kimlərin rüşvət aldığını da deyib.

    Həmin verilişin anonsunu təqdim edirik:

  • В Баку житель столицы украл золотое кольцо из магазина

    Как сообщает Median.Az, сотрудники 39-го отделения полиции Сабаильского РУП в результате оперативно-розыскных мер задержали жителя столицы Э.Мамедзаде, который 5-го ноября украл из магазина на территории района золотое кольцо стоимостью 1500 манатов.

    По факту ведется расследование.

  • Səbail rayonunda mağazadan üzük oğurlayan şəxs tutulub

    Median.Az xəbər verir ki, Səbail RPİ 39-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 5-də rayon ərazisindəki mağazadan 1500 manat dəyərində qızıl üzük oğurlayan Bakı şəhər sakini E.Məmmədzadə saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakı Avtovağzalında yeni xidmət – 3 saatı 1 AZN – QİYMƏTLƏR

    Sərnişinlərin nəzərinə, Bakı Beynəlxalq Avtovağzal Kompleksində saxlama kameraları yenilənərək istifadəyə verildi.

    Saxlama kameraları həftənin 7 ( yeddi) günü, saat 07:00-dan 00:00-a qədər fəaliyyət göstərir.

    Saxlama kameralarından istifadə etmək üçün müəyyən olunan tariflər:

    • 0-3 saat — 1 AZN
    • 3-6 saat — 2 AzN
    • 6-9 saat — 3 AZN
    • 9-12 saat — 4 AZN
    • 24 saat —- 5 AZN

    Ödəniş predmetin (yükün) sayından asılı olmayaraq ayrılan dolab sayına görə müəyyən olunur.

    Yüklərin təhvili və eyni zamanda təslim alınması zamanı şəxsiyyəti təsdiq edən sənədi təqdim etmək mütləqdir!

    Saxlama kameralarına təhvil verilən yüklərin tərkibinə görə Bakı Beynəlxalq Avtovağzal Kompleksi məsuliyyət daşımır!

    Saxlama kameralarına, tezalışan, partlayan, zəhərləyici, tez xarab olan, ətrafı çirkləndirən yüklərin qoyulması qəti qadağandır!

    Saxlama kameralarından istifadə edən sərnişinlərin nəzərinə!

    Yüklərin dolabda saxlanılma saatından asılı olmayaraq, gecə yarısından sonra (00:00-dan sonra) 1( bir) gün kimi hesablanır.

    Sərnişin yükü təqdim etdikdən sonra ona nömrə (jeton) təqdim olunur.

    Diqqət! Nömrənin (Jetonun) itirilməsinə görə 5 AZN məbləğində cərimə tətbiq olunur!

  • Canlı efirdə gərgin anlar – diz çökdürdüyü oğlanın atası ilə əlbəyaxa oldu – VİDEO

    Evdə qonşusu tərəfindən diz çökdürülən 16 yaşlı Arif Qəhrəmanlının atası ilə qarşı tərəf arasında qarşıdurma yaşanıb.

    Median.Az Baku.ws-ə istinadən xəbər verir ki, ATV-də yayımlanan “Bizimləsən” verilişinə gələn yeniyetmənin atası oğlunu təhqir edən şəxsdən üzr istəməsini tələb edib.

    Bunu eşidən şəxs əsbiləşib və kəskin iradını bildirib. Nəticədə tərəflər arasında əlbəyaxa mübahisə baş verib.

    Daha sonra aparıcı Zaur Baxşəliyev araya girərək mübahisəyə son qoyub.

    Efirdə baş verən həmin hadisənin görüntüsünü təqdim edirik:

  • Yanvarın 1-dən enerji içkiləri ilə bağlı qaydalar qüvvəyə minir – Bu şəxslərə satılmayacaq

    2020-ci il yanvarın 1-dən enerji içkiləri ilə bağlı qaydalar qüvvəyə minir.

    Median.Az Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinə istinadla xəbər verir ki, yanvarın 1-dən enerji içkilərinin istehsalında hər hansı növ etil spirtinin istifadəsinə yol verilməyəcək. Tərkibində karbohidratların kütlə payı isə 11%-dən artıq olmayacaq.

    AQTA tərəfindən hazırlanan “Enerji içkilərinə dair müvəqqəti sanitariya norma və qaydaları”na görə, enerji içkilərinin etiketlərində “Yaşlılara, hamilə və süd verən qadınlara, diabetdən, ürək fəaliyyətinin pozuntusundan, böyrək çatışmazlığından, hipertonik xəstəliklərdən, sinir oyanıqlığından, yuxusuzluqdan əziyyət çəkən şəxslərə, metabolizm problemi olan insanlara istifadəsi tövsiyə olunmur” sözləri qeyd edilməlidir.

    Qeyd edək ki, yanvarın 1-dən “Enerji içkilərinə dair müvəqqəti sanitariya norma və qaydaları”na görə 18 yaşdan aşağı şəxslərə enerji içkilərinin satışı qadağan olunacaq.

  • Ройа выпустила первый клип в качестве Народной артистки – ВИДЕО

    Популярная азербайджанская исполнительница Ройа Айхан представила новый клип.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, клип снят на песню Dedin yox (“Ты сказал – нет”) из репертуара Заслуженного артиста Азербайджана и Народного артиста Дагестана Адалята Шукюрова, автором музыки и слов которой он является.

    Ройа внесла в композицию некоторое изменение и представила ее в новой аранжировке Васифа Арифоглу и Сахиля Алиева, исполнив стихотворение поэта Турала Манафлы.

    Режиссер работы – Фархад Али.

  • Röya Xalq artisti kimi ilk klipini təqdim etdi – VİDEO

    Xalq artisti Röya Ayxan yeni layihəsini təqdim edib.

    Röya 2014-cü ildə Əməkdar artist Ədalət Şükürovun ifa etdiyi “Dedin yox” mahnısını həm oxuyub, həm də bəstəyə ekran həyatı verib.

    Sözləri və musiqisi Ədalət Şükürova məxsus mahnıya kiçik dəyişiklik edilərək bir misra əlavə olunub.

    Tural Manaflının şeirinə aid olan misra Xalq artisti tərəfindən mahnıda səsləndirilib.

    Sözügedən bəstənin rejissorluq işi Fərhad Əliyə həvalə olunub. Klipin çəkilişləri Bakıda baş tutub.

    Xalq artisti Röya Ayxan yeni klipini rəsmi “YouTube” hesabında yayımlanıb. Mahnını yüksək keyfiyyətdə dinləmək üçün “Apple Music”, “Spotify”, “Deezer”, “Muud” kimi platformalara müraciət etmək kifayətdir.

    Qeyd edək ki, bu klip Röya Ayxanın Xalq artisti fəxri adı almasından sonra təqdim etdiyi ilk ekran işidir.
    /oxu.az/

  • Будут запущены дополнительные поезда Баку-Гянджа-Баку

    В связи с Днем Государственного флага по маршруту Баку-Гянджа-Баку будут запущены дополнительные поезда.

    Об этом сообщили в ЗАО “Азербайджанские железные дороги”, отметив, что во время праздника увеличивается пассажиропоток в данном направлении.

    С целью обеспечения потребностей пассажиров 9 ноября на линию в одном направлении будет пущен дополнительный поезд №704. Он отправится из Баку в 08:45 и прибудет в Гянджу в 13:00.

    11 ноября будет обеспечено движение скорого пассажирского поезда №704/703 Баку-Гянджа-Баку в обе стороны. Он отправится из Баку в 08:45 и прибудет в Гянджу в 13:00. Время отправления из Гянджи – в 17:00, прибытия в Баку – в 21:15.

  • Bakı-Gəncə-Bakı istiqamətində əlavə qatar buraxılır

    Bakı-Gəncə-Bakı istiqamətində əlavə qatar təyin edilir

    Bu barədə oxu.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

    Bildirilib ki, yeni qatarın təyin edilməsində məqsədi Dövlət Bayrağı Günü münasibətilə Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan tələbatı təmin etməkdir. Noyabrın 9-da bir istiqamətə təyin olunan 704 nömrəli Bakı-Gəncə sürətli sərnişin qatarı saat 08:45-də Bakıdan yola düşəcək və saat 13:00-da Gəncəyə çatacaq.

    Noyabrın 11-də isə Bakıdan və Gəncədən 704/703 nömrəli Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarı iki istiqamətə təyin edilir. Saat 08:45-də Bakıdan yola düşəcək qatar saat 13:00-da Gəncədə olacaq. Saat 17:00-da isə Gəncədən əks istiqamətə hərəkət edəcək, saat 21:15-də Bakıya çatacaq.