Month: November 2019

  • Тяжелое ДТП в Сумгайыте, пострадали 3 члена одной семьи

    В Сумгайыте произошло ДТП, в результате которого три человека получили травмы.

    Как сообщает местное бюро АПА, в результате столкновения двух легковых автомобилей Ахундзаде Арзу Нуреддин оглу (1990 г.р.), Ахундзаде Гусейн Джавид оглу (2014 г.р.) и его сестра Ахундзаде Фатима Джавид гызы (2012 г.р.) получили телесные повреждения различной степени тяжести.

    Пострадавшие госпитализированы.

  • Sumqayıtda baş verən yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb

    Sumqayıtda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, şəhər ərazisində iki minik avtomobili toqquşub. Qəza nəticəsində 1990-cı il təvəllüdlü Axundzadə Arzu Nurəddin oğlu, 2014-cü il təvəllüdlü Axundzadə Hüseyn Cavid oğlu və onun bacısı, 2012-ci il təvəllüdlü Axundzadə Fatimə Cavid qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

    Yaralılar xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Tbilisidə filmin premyerası qarşıdurmaya səbəb olub, saxlanılanlar var – YENİLƏNİB

    Tbilisidə “Amirani” kinoteatrının qarşısında iki etirazçı saxlanılıb.

    Median.Az report-a istinadən xəbər verir ki, həmin şəxslər polisin qanuni tələblərinə məhəl qoymayıblar.

    Aksiyanın bir neçə iştirakçısı pirotexniki vasitələr partladıb. Nəticədə bir neçə polis əməkdaşı xəsarətlər alıb. Onlara ilkin tibbi yardım göstərilib.

    Etirazçılar tamaşaçıların kinoteatra daxil olmasına imkan vermirlər. Kinoteatr qarşısında vəziyyət gərgin olaraq qalır.

    Tbilisinin ticarət mərkəzlərində yerləşən kinoteatrlar və Batumi şəhərinin “Apollo” kinoteatrı yaxınlığında da etiraz aksiyaları keçirilir.

    Gürcüstanın Daxili İşləri Nazirliyi etirazçıları qanunun tələblərinə riayət etməyə çağırıb.

    Bu arada ABŞ-ın Gürcüstandakı səfirliyi Tbilisidəki etirazlarla bağlı ölkə vətəndaşlarına xəbərdarlıq edib. Diplomatik nümayəndəlik ABŞ vətəndaşlarını kütləvi aksiyalar olan ərazilərdən uzaq olmağı tövsiyə edib.

    ***

    Gürcüstanın paytaxtı Tbilisi şəhərində yerləşən “Amirani” kinoteatrı yaxınlığında polis əməkdaşları və radikal millətçi qruplaşmalar arasında qarşıdurma baş verib.

    Median.Az report-a istinadən xəbər verir ki, qarşıdurmaya səbəb kinoteatrda LGBT mövzusunda çəkilən “Və sonra biz rəqs etdik” (“And Then We Danced”) filminin bir neçə saatdan sonra keçiriləcək premyerasıdır.

    Ultramillətçilər kinoteatra daxil olmağa cəhd ediblər. Polis onların qarşısını alıb. Etirazçılar filmin ilk nümayişinə imkan verməyəcəklərini bildiriblər.

    Əraziyə çoxlu sayda polis əməkdaşları cəlb olunub.

    Millətçilərin təmsil olunduğu “Gürcü marşı” təşkilatı və onun tərəfdarları “Amirani” kinoteatrı yaxınlığında LGBT bayrağını yandırıblar.

    Gürcü rejissor Levan Akinin eynicinsli iki gəncin sevgisindən bəhs edən ekran əsəri Gürcüstan cəmiyyətində böyük narazılıq doğurub. Filmin ölkədə nümayişlərinə Gürcüstan Patriarxlığı da etiraz edib.

    Səs-küylü filmin noyabrın 10-dək Tbilisi ilə yanaşı, Batumi kinoteatrlarında da nümayiş etdirilməsi planlaşdırılıb.

    Qeyd edək ki, “Və sonra biz rəqs etdik” filmi Gürcüstanın “Takes Film” və İsveçin “French Quarter Film” şirkətlərinin birgə istehsalıdır. Qalmaqallı və ziddiyyətli ekran əsəri son illərin ən uğurlu gürcü filmlərindən biri hesab olunur.

  • Bakıda qız oğlanlarla cinsi əlaqə təklif edən rəfiqəsini öldürdü — TƏFƏRRÜAT

    Bakıda rəfiqəsini qətlə yetirməkdə ittiham olunan 1998-ci il təvəllüdlü Samirə Məmmədovanın (ad və soyadlar şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az Teleqraf.com-a istinadən xəbər verir ki, qətl Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivində olan evdə baş verib.

    Vəfa Səlimova kirayə qaldığı evdə rəfiqəsi Samirə Məmmədovaya oğlanlarla münasibət qurub, cinsi əlaqədə olmağı təklif edib. Buna etiraz edən Samirə Məmmədova onunla qalmaq istəmədiyini deyib. Paltarlarının bir qismini toplayıb və anasının yaşadığı evə gedib.

    Bundan sonra Samirə Məmmədova ilə Vəfa Səlimovanın münasibətləri pozulub.

    Hadisə günü Samirə Məmmədova Vəfa Səlimovaya birlikdə kafeyə getmək barədə razılaşıb.

    Vəfanı evdən götürmək üçün Samirə tanışı Samir Bağırovla birlikdə sonuncuya məxsus “Mercedes-Benz Vito” markalı avtomobillə yola çıxıblar, Vəfanın olduğu kirayə ev istiqamətində gəliblər.

    Yolda Samirə Məmmədova Vəfa Səlimovanı tanışı Orxan Sultanovun “VAZ 2106” markalı avtomobilində görüb.

    Samirə Vəfaya zəng vurub və ondan paltarını dəyişmək üçün kirayə qaldıqları evin açarını istəyib. Lakin Vəfa Səlimova evin açarını verməkdən imtina edib, sonra Samirə Məmmədovanı və ailə üzvlərinin ünvanına söyüş söyüb.
    Bu səbəbdən onların arasında münasibət daha da gərginləşib. Samirə Məmmədova tanışının avtomobilindən düşüb və Vəfa Səlimovanın oturduğu avtomobilə yaxınlaşıb.

    Samirə əvvəlcədən götürdüyü bıçaqla “VAZ 2106” markalı avtomobilin içərisində Vəfa Səlimovanı vurub. Ürək nahiyəsindən xəsarət alan Vəfa Səlimova hadisə yerində ölüb.

    İstintaq orqanı tərəfindən Samirə Məmmədovanın barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samirə Məmmədova 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

    Hökmdən narazı qalan Samirə Məmmədova apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini istəyib.

    Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Samirə Məmmədovanın şikayəti təmin olunmayıb.

    Bu qərardan narazı qalan Samirə Məmmədova kasasiya şikayəti verib. Onun şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.

    Hakim Əli Seyfəliyevin sədrliyi ilə baş tutan prosesdə kasasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib. Kasasiya şikayəti təmin olunmayıb.

  • ДТП в Сальяне, один погибший, двое раненых

    В результате ДТП в Сальяне погиб один человек, двое пострадали.

    Как сообщает Oxu.Az, случай был зафиксирован в селе Шорсулу Сальянского района.

    Автомобиль марки “Жигули”, управляемый жителем Баку Вугаром Мусаевым 1973 года рождения, потерял управление и врезался в препятствие на обочине дороги.

    В результате пассажир автомобиля, родственник водителя Рашид Мусаев 1961 года рождения скончался на месте. Водитель и другой родственник водителя, пассажир Велихан Мусаев 1957 года рождения были госпитализированы с телесными повреждениями.

    По факту ведется расследование.

  • Salyanda avtomobil aşdı, 1 nəfər öldü, 2 nəfər yaralandı

    Salyanda 1 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az-ın oxu.az-a istinadən məlumatına görə, hadisə Salyan rayonunun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Musayev Vüqar Özüxan oğlu idarə etdiyi “Jiquli” markalı avtomobillə Bakı istiqamətində hərəkətdə olarkən qəfil idarəetməni itirib və maşın yolun kənarına aşıb.

    Qəza nəticəsində sürücünün qohumu, Salyan rayon sakini, 1961-ci il təvəllüdlü Musayev Rəşid Musa oğlu hadisə yerində keçinib. Müxtəlif dərəcəli xəsarətlər alan sürücüsünün özü və digər qohumu 1957-ci il təvəllüdlü Musayev Vəlixan Rəşid oğlu Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır .

  • DİN və Baş Prokurorluq məktəblinin qətli ilə bağlı yayılan videogörüntünü təkzib edib

    Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə guya 8-ci sinif şagirdinin atasının sifarişi ilə əmisi tərəfindən qətlə yetirildiyini əks etdirən videogörüntülər yayılıb.

    APA-nın xəbərinə görə, Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluğun birgə məlumatında bildirilib ki, həmin məlumatlar həqiqəti əks etdirmədiyindən təkzib olunur.

    “Belə ki, cari il oktyabrın 8-də Gəncə şəhərində şəhər sakini Məhərrəm Siratinin qeyri-rəsmi nikah münasibətində olduğu şəhər sakini Natavan Mustafayevaya qısqanclıq zəminində bıçaqla çoxsaylı zərbələr endirərək onu qəsdən öldürməyə cəhd etməsinə şübhələr üçün əsaslar müəyyən edilib. Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub, eləcə də əməliyyat tapşırıqları və müvafiq sorğular verilib.

    Məhərrəm Sirati təqsirləndirilən şəxs qismində cəlb edilərək Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulan ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    İctimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət etməklə cəmiyyətdə geniş ajiotaja səbəb olmuş həmin videogörüntünü sosial şəbəkələr vasitəsilə yayılmasını həyata keçirmiş şəxsin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi istiqamətində həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində Şəmkir rayonunun Seyfəli kənd sakini, 21 yaşlı Musa Məmmədov şübhəli şəxs qismində saxlanılıb və barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcək”, – deyə məlumatda qeyd olunub.

  • Samboçumuz dünya çempionatında medal qazandı

    Bu gün Cənubi Koreyanın Çanqcu şəhərində sambo üzrə keçirilən dünya çempionatına start verilib.

    Median.Az oxu.az-a istinadla xəbər verir ki, 68 kq çəki dərəcəsində mübarizə aparan Emil Həsənov bürünc medal qazanıb.
    Nəsimi Umbayev (-52 kq) və Nizami Məmmədov (-90 kq) isə medal qazana bilməyib.

    Qeyd edək ki, millimiz Uzaq Şərq ölkəsinə beş idmançı ilə yollanıb. Eyvaz Baxşıyev (-57 kq) və Fuad Məmmədov (-62 kq) isə mübarizəyə daha sonra qoşulacaq. Dünya çempionatı 10 noyabrda başa çatacaq.

  • İrandan gələn Azərbaycan vətəndaşının daxili orqanından görün nə çıxdı

    Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında, Astara gömrük postunda İran İslam Respublikasından piyada gələn Azərbaycan Respublikasının vətəndaşı saxlanılıb.

    Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, vətəndaşın üzərində şəxsi yoxlama zamanı onun daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yaranıb. Astara Rayon Mərkəzi Xəstəxanasında müayinə nəticəsində isə sözügedən şəxsin düz bağırsağında 3 ədəd büküm aşkar edilib.

    Həmin bükümlərdən birində narkotik vasitə olan və üzərində “FM 40” yazılan 78 ədəd metadon həbi, digərlərində isə ümumi çəkisi 0,4 qram olan psixotrop maddə – metamfetamin və ümumi çəkisi 3,7 qram olan narkotik vasitə – həşiş aşkarlanıb.

    Xatırladaq ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı”na, metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı”na daxildir.

    Faktla bağlı araşdırma aparılır.//milli.az

  • İki ay ərzində 100-dən artıq şəxsə ovçuluq bileti verilib

    “İki ay müddətində “ASAN xidmət” vasitəsilə 100-dən artıq şəxsə ovçuluq bileti verilib”.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin departament direktoru Hikmət Əlizadə deyib.

    Onun sözlərinə görə, xarici vətəndaşlara ovçuluq biletlərinin verilməsi hələlik nəzərdə tutulmur: Çünki xarici ölkələrin qanunvericiliyi fərqlidir. Ovçuluq bileti sürücülük vəsiqəsinin analoqudur. Artıq şəxs bunu əldə etsə, ovçu sayılır. Bundan sonra müraciət edib, istər quş, istərsə də heyvan ovu ilə məşğul ola bilər”.

    H.Əlizadə bildirib ki, vətəndaşlar ov icazələrinin alınması üçün yaşadıqları regional idarələrə müraciət etməlidirlər: “Vətəndaş ov icazəsinin alınması üçün ovçuluq biletini təqdim edir. Amma ov icazələrinin qiyməti heyvan və quşların növlərindən asılı olaraq, fərqlidir. Nazirlər Kabinetinin 176 saylı qərarında hər bir quşa, heyvana görə ayrılıqda müəyyən edilmiş ödəmə əmsalı qeyd olunub”.

    H.Əlizadə əlavə edib ki, qanunsuz ova görə cərimələr İnzibati Xətalar Məcəlləsində qeyd olunub. Bu cərimənin məbləği min manatdan iki min manata qədərdir: “İstər yerli, istər xarici vətəndaş ov obyektini nə qədər sayda ovlayıbsa, nə qədər sayda təbiətə ziyan vurubsa, ona uyğun da cərimə ödəyir. Ovçu i ki min manat cərimədən əlavə, nə qədər ov ovlayıbsa, onun da cəriməsini ödəyir. Təbiətə dəyən zərərin məbləği 400 manat həddini aşarsa, artıq bundan sonra həmin şəxs barəsində cinayət işi açılır”.