Month: November 2019

  • Mədət Quliyevin oğlu: “Məmur övladı sözünü heç sevmirəm” – VİDEOMÜSAHİBƏ

    Azxeber.com-un müsahibi müdafiə sənayesi naziri, Milli Qəhrəman Mədət Quliyevin oğlu gənc aktyor Murad Qulubəylidir.

    O Azərbaycan mətbuatına ilk dəfə özəl müsahibə verdiyini deyib.

    – Murad, kənardan çox sadə insan təsiri bağışlayırsız. Bunun səbəbi nədir? 


    – İndiyə kimi özünü yuxarıdan aparmaq kiməsə nəsə qazandırmayıb. Mən hər zaman çalışmışam ki, insanlarla münasibətdə yekəxana olmayım, sadə olum. Seçilirimsə də işimlə, sənətimlə seçilim. Məmur övladı anlayışından çıxmaq istəyirəm. Əslində, məmur övladı sözünü heç sevmirəm. 

    – Bəzi məmur, nazir övladları sizə nisbətən cəmiyyət açıq deyil. Onlarla münasibətniz necədir, dostluq edirsiz?


    – Yaxın olduqlarım var. Üimumiyyətlə, mənim münasibətim hər kəslə yaxşıdır. Heç kimlə indiyə kimi küsülu olmamışam, düşmən deyiləm. Bu iki şey mənim düşüncəmə yaddır. Hamıynan aram yaxşıdır. 
     
    – Ən böyük dəstəkçinizin atanız olduğunu bildirmisiz…


    – Bəli, mənim ən böyük dəstəkçim atamdır. Atam özü də incəsənətə çox yaxın insandır. Ona görə də bir-birimizi yaxşı anlayırıq. O hər zaman dəstək olub. Atam mənim üçün çox fədəkarlıq edib. 
     
    – Nazir oğlu olmağın üstünlükləri çoxdur?


    – Bu həm avantajdır, həm də çətinlikləri var. Sadəcə bunu deyə bilərəm.
     
    – Ən böyük uğurun nədir?

    – Mənim ən böyük uğurum insan olmağımdır. Əgər bu olsa, yetərlidir. 


    – Gənc yaşınızda bir çox uğurlar əldə etməsiniz. Sizcə insanlar sizi qısqanır?


    – Ətrafımda məni qısqanan insanlar yoxdur. Hissiyatım güclüdür, elə şey olanda hiss edərdim. Hər zaman demişəm ki, insan gərək üzərində daim çalışsın. Kimsə doğulanda bəzi avantajları, üstünlükləri ola bilər. Misal üçün ailəsindən və ya yaxınlarından. Ancaq insan gərək özü nəsə əldə etməyə çalışsın.  İstedadın olsa belə üzərində işləməsən inkişaf olmur. 
     
    – Sizi sevməyən, tənqid edən insanları bağışlamağı bacarırsız?


    – Bir sirrin üstünü açım, əvvəllər bağışlamağı heç bacarmırdım. Amma son illər öyrəşmişəm. Hər dəfə o insanı düşünmək lazım deyil. Unudub bağışlayırsan və pis fikirlərdən azad olursan. Belə olanda insan daha rahat olur.
     
    – Sizi tədbirlərdə tez-tez görürük…

    – Əslində, evdə oturmağı sevirəm. Hansısa tədbirə və ev şənliklərinə getməyi sevmirəm. İnsanlarda səmimiyətsizliyi sevmirəm. O dəqiqə həmin məkandan uzaqlaşıram. Ancaq dostlarımı da tək qoymuram və tədbirlərə tez-tez gedirəm. 


    – Sosial şəbəkələrdə də çox aktivsiz…

    – Bəli, Sosial şəbəkələrdə çox fəalam. Ancaq etiraf edim ki, sosial şəbəkələr vaxtımı çox aparır. 
     
    – Səmimi müsahibəyə təşəkkür edirəm.
     
    – Mən də sizə təşəkkür edirəm.

  • Dünya Subaylar Gününü qeyd etməyə hazırlaşır

    Noyabrın 11-də dünyada növbəti dəfə Subaylar Günü qeyd olunacaq.

    Median.Az report-a istinadən xəbər verir ki, Günün əsas təşkilatçısı yenə də Çinin elektron ticarət nəhəngi “Alibaba”dır.

    Şirkət həmin gün xüsusi endirimlər tətbiq edərək adi günlərlə müqayisədə, təxminən, 20% çox – 37 milyard ABŞ dolları gəlir əldə etməyi planlaşdırır. Bunun üçün köhnə mallarla yanaşı, 1 milyon yeni məhsul 80% – 90%-ə qədər endirimlə internetdə satışa çıxarılacaq.

    Bu il ilk dəfə “Alibaba”nın törəməsi “Aliexpress”in Rusiya, Türkiyə, İtaliya və İspaniyadakı bölmələri də rəsmi qaydada “11.11” endirimlərinə qatılacaqlar.

    Xatırladaq ki, Subaylar Gününü ilk dəfə 1993-cü ildə çinli tələbələr qeyd edib. 2000-ci illərdə bu gün 14 fevral – Sevgililər Gününə etiraz olaraq bütün dünyaya yayılıb.

  • Azərbaycanda qanunsuz ov edən 2 ərəb cərimələnib

    “İki gün əvvəl Mahmudçala Ovçuluq Təsərrüfatında iki ərəb ölkəsi vətəndaşı ov qaydalarının pozulmasına görə saxlanılıb”.

    Median.Az Trend -ə istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Departament direktoru Hikmət Əlizadə deyib.

    Onun sözlərinə görə, ərəblərin hər biri qanunvericiliyə uyğun olaraq, 2000 manat cərimələnib. Onların ölkədən çıxarılması və ya gələcəkdə ölkəyə səfərinin qarşısının alınması ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət edilib.

    H.Əlizadə əlavə edib ki, qanunsuz ov faktları payız-qış aylarında daha çox olur.

  • Pirallahı yolunda yol qəzası olub, xəsarət alanlar var

    Bakıda yol qəzası baş verib.

    Median.Az report-a istinadən xəbər verir ki, hadisə Pirallahı yolunda qeydə alınıb.

    Qəza nəticəsində Pirallahı rayon sakinləri – 1930-cu il təvəllüdlü Sədi Adıgözəlov Hümbət oğlu və onun qızı, 1958-ci il təvəllüdlü Məryəm Nəsibova Sədi qızı xəsarət alıblar. Yaralılar xəstəxanaya çatdırılıb. S.Adıgözəlova qapalı kəllə-beyin travması, M.Nəsibovaya isə sol bazu sümüyünün qapalı sınığı diaqnozu qoyulub.

    Faktla bağlı araşdırma aparılır.

  • Google обновляет интерфейс YouTube

    Новый интерфейс предполагает наличие увеличенных значков роликов, помогающих находить интересный контент. Увеличенные значки дополняются более подробным описанием, прочитав которое вы без труда поймёте, о чём идёт речь в видео. Кроме того, теперь на главной странице YouTube будут отображаться логотипы каналов, за счёт чего пользователям будет проще замечать новые видео от авторов, на которых они подписаны, сообщает Google.

    В версии сайта для десктопов появляется новая функция, которой давно не хватало пользователям. Речь идёт о возможности добавления видео в очередь просмотра. Сделать это можно не останавливая просмотр текущего ролика. Когда пользователь уходит со страницы, очередь сбрасывается.

    Ещё обновлённый интерфейс позволит управлять рекомендуемыми видео и каналами не только на мобильных устройствах, но и на десктопах. Вы можете активировать опцию “Не рекомендовать видео с этого канала”, если не хотите получать уведомления о появлении новых роликов определённых авторов. В скором времени сервис YouTube получит дополнительные возможности настройки стартовой страницы. В версии для десктопов можно будет настроить стартовую страницу таким образом, чтобы на ней отображались видео только от тех авторов, которые были выбраны пользователем.

    Обновлённый интерфейс YouTube для десктопов и мобильных устройств на базе Android и iOS уже доступен всем пользователям.

  • Житель Хачмаза задержан за разбойное нападение

    Как сообщает Median.Az, в информационный центр службы “102” МВД поступило сообщение о разбойном нападении в селе Хуловлу Хачмазского района.

    Сотрудники полиции выяснили что, 6-го ноября примерно в 20 часов неизвестный проник во двор жителя села Р.Балаева и угрожая ножом потребовал у него деньги, но столкнувшись с сопротивлением убежал с места происшествия.

    В результате оперативно-розыскных мер полицейские задержали жителя села, ранее судимого Т.Низамова.

    В Следственном отделе РОП возбуждено уголовное дело по статье 181 (разбой) УК Азербайджана.

  • Xaçmazda həmkəndlisinə qarşı quldurluq edən şəxs tutulub

    Median.Az xəbər verir ki, DİN “102” Zəng Mərkəzinə Xaçmaz rayonunda quldurluq hadisəsi ilə bağlı məlumat daxil olub.

    Müəyyən edilib ki, noyabrın 6-ı saat 20 radələrində Hülövlü kənd sakini R.Balayevin evinin həyətinə girmiş maskalı şəxs, bıçaqla hədələyib pul verməsini tələb edib, müqavimətlə rastlaşdığından istədiyinə nail ola bilməyərək hadisə yerini tərk edib.

    Keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində kənd sakini, əvvəllər məhkum olunmuş T.Nizamov saxlanılıb.RPŞ İstintaq bölməsində CM-nin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.

  • Bakıda kran aşdı – VİDEO

    Bakıda Yeni Günəşli qəsəbəsində aparılan tikinti zamanı qaldırıcı kran aşıb.

    Bu barədə oxucularımız Baku.ws-in “qaynar xətti”nə videolar göndərib. 

    Hadisə şahidlərinin sözlərinə görə, kran texniki nasazlıq səbəbindən aşıb. 

    Qəza nəticəsində ölən və xəsarət alan olmayıb.

  • SON DƏQİQƏ! Azərbaycanda maye qazın qiyməti qaldırıldı – FOTO

    Azərbaycanda yanacaqdoldurma məntəqələrində (YDM) yaranan maye qaz (LPG) qıtlığı aradan qaldırılır, artıq “Azpetrol”un Bakının Nobel prospektində və Qusar şəhərində yerləşən YDM-lərində satış bərpa olunub.

    Median.Az xəbər verir ki, bu barədə “Azpetrol” şirkətindən bildirilib.

    Şirkətdən deyilib ki, maye qazın satış qiyməti 0,45 manatdan 0,65 qəpiyə qaldırılıb.

    “Qiymət təchizatçı tərəf olan “Məişət Maye Qaz” zavodunun bizə satdığı qiymət əsasında formalaşıb”, – deyə “Azpetrol”dan bildirilib.

    Məsələ ilə bağlı SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov “APA-Economics”ə bildirib ki, qiymət dövlət, o cümlədən SOCAR tərəfindən tənzimlənmir.

    “Hazırda maye qazın qiymətini təchizatçı şirkətlər özü tənzimləyir. Biz qazı aşağı qiymətə satırdıq, belə ki, dövlət qarşımıza bu tələbi qoymuşdu. Əvvəllər təchizatçılar maye qazı ancaq bizdən alırdı. İndi isə, ola bilsin, idxal edirlər. Belə olduğu təqdirdə istisna deyil ki, qiymət dəyişə bilər”, – deyə İ. Əhmədov qeyd edib.

    İ. Əhmədov əlavə edib ki, hazırda ölkədə maye qaza tələbat artmaqdadır: “Belə ki, bu məhsul həm də kimya sənayesində xammal kimi istifadə olunur”.

    “Məişət Maye Qaz” QSC-dən isə bildirilib ki, qiymət artımı zavodun təmirə dayanması və bu müddət ərzində maye qazın ölkəyə idxal edilməsi ilə əlaqədardır: “Zavodda təmir işləri artıq başa çatdırılıb. Yaxın zamanlarda LPG-nin köhnə qiymətlə satışı bərpa olunacaq”.

    “SOCAR Petroleum” şirkətindən isə bildirilib ki, sözügedən zavodda təmir gedən müddətdə SOCAR YDM-lərində maye qaz satılmayıb: “Hazırda “Məişət Maye Qaz”dan maye qazın tədarükünü gözləyirik”.

  • Azərbaycanda it qadını ağzından dişlədi

    Göyçayda qadın itin hücumuna məruz qalıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qızılağac kəndində qeydə alınıb.

    Kənd sakini, 1954-cü il təvəllüdlü Əsgərova Surə Cahangir qızı evində saxladığı itin hücumuna məruz qalıb. İt qadını yerə yıxaraq ağzından dişləyib.

    Qadın təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.