Month: November 2019

  • Житель Саатлы украл банковские карты из автомобиля

    Как сообщает Median.Az, сотрудники Саатлинского РОП в результате оперативно-розыскных мер задержали жителя района М.Рагимова, который в ночь на 5-е ноября в селе Сарыджалы украл из автомобиля марки “ВАЗ 2106”, принадлежащего И.Алышову 2 банковские карты и снял со счетов 560 манатов.

    В Следственном отделе РОП по факту возбуждено уголовное дело.

  • Saatlıda avtomobildən oğurluq edən şəxs saxlanılıb

    Median.Az xəbər verir ki, Saatlı RPŞ-yə müraciət edən Sarıcalar kənd sakini İ.Alışov, noyabrın 5-nə keçən gecə kənd ərazisində “VAZ-2106” markalı avtomobilindən 2 ədəd bank kartı oğurlandığını və hesabındakı 560 manat pulun çıxarıldığını bildirib.

    Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini M.Rəhimov saxlanılıb.

    RPŞ İstintaq bölməsində faktla bağlı araşdırma aparılır.

  • Spirtli içkiləri gizlədərək keçirmək istədi

    Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında idarənin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan idarə etdiyi “Volkswagen Passat” markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və nəqliyyat vasitəsinə baxış keçirilib.

    Median.Az Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, gömrük baxışı zamanı yük yerində üzərlərində “Moet Chandan Champagne” yazılan 24 ədəd 0,75 litirlik, “Jagermeister” yazılan 22 ədəd 1 litrlik, “Martini” yazılan 24 ədəd 0,75 litrlik və “Rakı” yazılan 14 ədəd spirtli içki aşkarlanıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Pirşağıda 120 abonentin qazı kəsilib

    Bakının Sabunçu rayonu, Pirşağı qəsəbəsində 2 saylı sovxozun ərazisində avtomobil qəzası baş verib.

    Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

    Bildirilib ki, “Opel” markalı minik avtomobili ilə toqquşan “Mercedes” markalı avtomobil yoldan çıxaraq qaz tənzimləyicisinə çırpılıb. Həm tənzimləyici, həm də qaz xətti ilə siyirtmə yararsız hala düşüb. Hadisəyə görə, 120 abonentin qaz təminatı müvəqqəti olaraq dayandırılıb. Bərpa işləri görülür.

  • Xanım baş həkim 38 yaşında vəfat etdi – FOTO

    Azərbaycanın tanınmış psixiatrı, uzun illər Sumqayıt Psixiatriya Xəstəxanasının baş həkimi kimi çalışmış Mayıl Tağıyevə ağır itki üz verib.

    Median.Az bakupost.az-a istinadən xəbər verir ki, Psixiatrın həkim qızı, Hippokrat klinikasının rəhbəri Nigar Tağızadə bu gün vəfat edib.

    1981-ci il təvəllüdlü Nigar Tağızadə xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

    Mərhumun 3 övladı var.

    Xatırladaq ki, o, kəşfi ilə dünyanın diqqət mərkəzinə gələn 15 yaşlı azərbaycanlı Reyhan Camalovanın elmi rəhbəri, layihənin mentoru Leyla Tağızadənin bacısıdır.

  • Azərbaycanda yeni xidmət növü yaradılır – RƏSMİ

    “Hazırda Ədliyyə Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyaları İdarəsi tərəfindən Ədliyyə Nazirliyinin yeni xidmətlərinin yaradılması istiqamətində işlər gedir”.

    Median.Az “apa”ya istinadən xəbər verir ki, bunu bu gün IV Beynəlxalq Bankçılıq Forumunda “Elektrtron icra informasiya sisteminin tətbiqinin gətirdiyi imkanlar” mövzusunda çıxış edən Ədliyyə Nazirliyi İcra baş idarəsinin qrup rəhbəri Tural Məmmədov bildirib.

    T. Məmmədov deyib ki, bu işlər çərçivəsində fiziki və hüquqi şəxslərə tərəf olduqları məhkəmə qərarları barədə məlumatların verilməsi barədə xidmət yaradılır: “Bu proses ilin sonuna qədər başa çatacaq. Artıq kredit təşkilatları, hüquqi şəxslər öz evlərindən, ofislərindən kompüterlər vasitəsi ilə Ədliyyə Nazirliyinin veb səhifəsinə daxil olmaqla icra işləri barədə məlumatları dərhal əldə edə biləcəklər. Yəni icra məmurları ilə əlaqədə olmamaqla uzaqdan bu barədə məlumat əldə edilə biləcək.

    Digər tərəfdən, hazırda Elektron icra informasiya sisteminin Əsasnaməsi işlənir. İlin sonuna qədər elektron icra informasiya sistemini vətəndaşlar üçün tam istifadəyə verə biləcəyik”.

  • Президент выделил на строительство железной дороги 45 миллионов манатов

    7 ноября Президент Азербайджана Ильхам Алиев подписал распоряжение о дополнительных мерах по строительству железной дороги Ляки-Габала.

    Текст документа опубликован АЗЕРТАДЖ.

    Согласно распоряжению, с целью продолжения работ по строительству железной дороги Ляки-Габала ОАО “Азербайджанские железные дороги” выделено 45 млн манатов.

    Данная сумма указана в подпункте 1.2.6 “Распределение средств, предусмотренных в государственном бюджете Азербайджанской Республики на 2019 год для государственных капиталовложений (инвестиционных расходов) по другим проектам”, утвержденном распоряжением Президента №890 от 15 января 2019 года.

    Министерству финансов поручено обеспечить финансирование, Кабинету министров – решить вопросы, вытекающие из данного распоряжения.

  • Prezident dəmir yolu tikintisinə 45 milyon manat ayırdı

    Prezident İlham Əliyev noyabrın 7-də “Ləki–Qəbələ dəmir yolu xəttinin tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

    AZƏRTAC xəbər verir ki, Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisi işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.2.6-cı yarımbəndində göstərilmiş məbləğin 45 milyon manatı “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə ayrılıb.

  • Бывший зэк угрожая ножом, отобрал у водителя такси автомобиль

    Как сообщает Median.Az, в информационный центр службы “102” МВД поступило обращение по поводу разойноного нападения.

    Сотрудники 19-го отделения полиции Насиминского РУП выяснили что, 6-го ноября примерно в 01 часов на улице “20 Января” неизвестный сел в качестве клиента в автомобиль марки “Daewoo Gentra”, управляемый жителем Апшеронского района Э.Джафаровым и поросил его отвезли на улицу Джавадхана. Доехав до указанного адреса злоумышленник пригрозил водителю ножом и отобрал у потерпевшего автомашину, после чего уехал с места происшествия.

    Сотрудники 19-го отделения полиции и полка оперативного реагирования МВД в результате совместных розыскных мер задержали жителя столицы, ранее судимого Д.Зейналова.

    В Следственном отделе Насиминского РУП возбуждено уголовное дело по статье 181 (разбой) УК Азербайджана.

  • Nəsimi rayonunda taksi sürücünə qarşı quldurluq edən şəxs saxlanılıb

    Median.Az xəbər verir ki, DİN-in “102” Zəng Mərkəzinə quldurluq hadisəsi barədə məlumat daxil olub.

    Nəsimi RPİ 19-cu polis şöbəsinin əməkdaşları müəyyən ediblər ki, noyabrın 6-ı gecə saat 1 radələrində “20 Yanvar” küçəsində Abşeron rayon sakini E.Cəfərovun idarə etdiyi “Daewoo Gentra” markalı avtomobilə sərnişin qismində oturan şəxs Cavadxan küçəsinə gedəcəyini bildirib.
    Həmin ərazidə o, sürücünü bıçaqla hədələyərək avtomobildən düşürüb və qeyd edilən nəqliyyat vasitəsində hadisə yerini tərk edib.

    19-cu polis şöbəsi və DİN Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş C.Zeynalov saxlanılıb.

    Nəsimi RPİ İstintaq şöbəsinə CM-nin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.