Month: November 2019

  • Bakıda avtomobil 2 azyaşlı qardaşları vurub

    Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi zamanı 2 azyaşlı xəsarət alıb.

    APA xəbər verir ki, minik avtomobili 2013-cü il təvəllüdlü Əsədzadə Əsəd Şükran oğlu və 2015-ci il təvəllüdlü Əsədzadə Hüseyn Şükran oğlunu vurub.

    Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Onlara qapalı kəllə-beyin travması, baş beyinin silkələnməsi diaqnozu qoyulub.

    Qeyd edək ki, xəsarət alan azyaşlılar qardaşdılar.

    Faktla bağlı araşdırma aparılır.

  • Ucarda bıçaqlanma olub

    Ucarda bıçaqlanma olub.

    Median.Az-ın APA-ya istinadən xəbərinə görə, hadisə bu gün axşam saatlarında şəhərin “20 yanvar” küçəsində qeydə alınıb.

    Rayon sakini Nazim Əbil oğlu Səfərovla Abbas Malik oğlu Fərzəliyev arasında baş verən münaqişə bıçaqlanma ilə nəticələnib. N. Səfərov A. Fərzəliyevə 4 bıçaq zərbəsi vurub. Zərərçəkən Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

  • Бесследно пропавшего туриста нашли в желудке акулы

    На французском острове Реюньон акула растерзала туриста из Шотландии.

    Об этом сообщает издание Daily Mail.

    В субботу, 2 ноября, 44-летний путешественник, прилетевший на отдых с супругой, отправился поплавать в Индийском океане и бесследно исчез. Жена забила тревогу и организовала поисково-спасательную операцию. Туриста безрезультатно искали при помощи вертолета, морских судов, дайверов и собак-ищеек.

    Спустя несколько дней вблизи туристических пляжей заметили акулу, представляющую угрозу отдыхающим. Ее поймали и в ходе вскрытия в желудке хищной рыбы обнаружили руку с обручальным кольцом пропавшего туриста.

    Человеческие останки направят на ДНК-тестирование. Однако супруга пропавшего шотландца уже идентифицировала обручальное кольцо ее мужа.

    Реюньон располагается в Индийском океане в 700 км к востоку от Мадагаскара. Остров является заморским регионом Франции. Из-за обилия хищников на многих местных пляжах запрещено купаться и заниматься серфингом. За последние три года у его берегов зафиксировано 24 нападения акул, 11 из них закончились гибелью людей.

  • “Facebook”dan daha bir yenilik: sınaqdan keçirilir

    “Facebook” mobil qurğular vasitəsilə öz hesabına daxil olmağa çalışan istifadəçilərin kimliyinin eyniləşdirilməsi üçün sifətin tanınması sistemini sınaqdan keçirir. Bu haqda kod təhlilçisi Ceyn Mançun Vonq bildirib. O, proqramda sifətin tanınması sisteminə istinad tapıb.

    Median.Az “ictnews”a istinadla xəbər verir ki, Vonqun sözlərinə görə, sözügedən sistem “Apple Face ID” ilə oxşardır, lakin “Facebook” sifətin şəkillərini istifadəçinin qurğusunda deyil, 30 gün müddətində serverdə saxlamağı planlaşdırır. “Facebook”dan bildirilib ki, sistemdəki məlumatlar başqa şirkətlərə əlçatan olmayacaq.

    “Facebook”un nümayəndələri bununla bağlı şərh verməkdən imtina ediblər.

  • “Sirus hesabıma özünü reklam etməsin” – Nazilə Səfərli

    Şairə Nazilə Səfərlinin plastik-cərrah Siruz Qoçxani tərəfindən əməliyyat olunması barədə xəbər yayılıb. Məlumatda bildirilib ki, o, liposaksiya və buxaq əməliyyatı etdirib. Bunu mediadan gizlətmək üçün isə əməliyyat otağına üzüörtülü şəkildə girib.

    Median.Az xəbər verir ki, N.Səfərli haqqında çıxan xəbərlərlə bağlı Axşam.az-a danışıb. O, məlumatı yayan həkimi qınayıb:

    “Bugünədək çoxsaylı əməliyyatlarım olub. Bunun ağrısını mən çəkirəmsə, xəbərini siz niyə bilməlisiniz ki? Hamı mənə deyir ki, arıqlamısan? İki il bundan öncə Damlaynan Qazaxıstana gedəndə istifadə etdiyim libası Fədayənin (müğənni Fədayə Laçın – red.) gecəsinə geyindim. Həmin paltar əynimə oldu: nə dar, nə də gen. Nəyim arıqlayıb?”.

    Şairə bildirib ki, yalnız buxağında liposaksiya əməliyyatı etdirib:

    “Sirus Qoçxaninin də bu əməliyyat üçün pulunu vermişəm. Özünü hesabıma reklam etməsin. Zəng etdim ki, Sirus həkim, bu, nə məsələdir? Kiminsə anası, bacısı, həyat yoldaşıyam. Nə üçün paltarlarımı horizontal, frontal çəkib qoymalıdırlar? Zəkamla pul qazanıram, bədənimlə yox. Bu hərəkət xoşuma gəlmədi. Dedi ki, “Mən etməmişəm. Xəbəri yazan sayt hər zaman əlehimə informasiya yayır”. Dedim ki, axı səni tərifləyiblər, pisliyinə heç nə yazılmayıb.

    “Üç ay öncə oğlum qəzaya düşəndə sizin klinikada digər həkim oğlumun həyatını qurtarmışdı. Bununla bağlı heç bir xəbər çıxmadı” deyə, ona sual ünvanladım. Bilirəm ki, heç bir həkim təmənnasız reklam olunmaz. Mən uşağam? Bu günədək heç bir həkimə pulsuz nəsə etdirməmişəm. Bundan öncə digər plastik-cərrahların yanında neçə dəfə əməliyyatım baş tutub. Onları niyə xəbər etməyiblər? Söyləyir ki, azərbaycanlı həkimlər mənim qədər reytinq vermir. Görün nə gündəyik ki, azərbaycanlı həkimlərə hörmət qoymuruq. Ayıb olsun bizə!

    Sözümün canı odur ki, istər mən, istər Xatirə İslam, istərsə də Afaq Gəncəli olsun: Hamısı Azərbaycanın sevilən xanımlarıdır. Həyatıboyu inanmaram ki, Xatirə və ya digərləri əməliyyatını paylaşmağa icazə versin. Həkimə reytinq lazımdırsa, külli miqdarda pul ödəsin, onu reklam edək.

    Əgər hansısa əməliyyata pul verib girmişiksə, söyləməmək haqqımızdır. Üzümü örtmüşəm ki, görməsinlər. Bunu da mən Bulvarda, ya da şadlıq sarayında etməmişəm. Əməliyyata girəndə yanımda Sirus, onun xanımı və anestezioloq olub. Bunu üç nəfərdən biri deyib, göydən düşməyib ki? Ayıbdır! İnsan bir sirr saxlayar, peşə sirrinə hörmət edər. Bundan ötrü müqavilə imzalamısan. Neyləyim indi? Məhkəməyə verim, biabırçılıq olsun?!”.

  • “Maşın” bitdi” – Murad Dadaşov

    Xalq artisti Murad Dadaşov “Maşın” realiti-şousunun artıq bitdiyini açıqlayıb.

    Median.Az axşam.az-a istinadən xəbər verir ki, şoumen bu haqda “MTV Azərbaycan”a müsahibəsində deyib.

    “Maşın”ın tarixi bitdi. Mənim üçün geridə qalmış bir layihədir. Yeni layihələrə başlayıram. İnanmıram yaxın zamanlara qədər bu şou yenidən olsun. “Maşın” bitdi.

    Yeni işlərə, nəfəsə ehtiyac var. 2020-ci ilin layihələrini gündəmə gətirəcəyik. Hətta onlardan birində aparıcı da olacam” deyə, Dadaşov söyləyib.

  • В Газахе обнаружена ракета – ФОТО

    7 ноября из службы «102» Министерства внутренних дел (МВД) в Национальное агентство по разминированию территорий Азербайджана (ANAMA) поступило сообщение об обнаружении снаряда на территории села Фарахлы Газахского района.

    Об этом Baku.ws сообщили в ANAMA.

    Отмечается, что специальная мобильная оперативная группа быстрого реагирования Агентства и сотрудники Газахского районного отделения полиции были направлены на территорию.

    Был проведен совместный осмотр вышеупомянутой территории. Для обеспечения безопасности территория была оцеплена.

    В результате неотложных оперативно-розыскных мероприятий, проведенных специалистами агентства, была обнаружена 1 неуправляемая ракета S-5M калибра 57 мм без взрывчатых веществ. Ракета была доставлена для обезвреживания на Центральный полигон агентства.

    Был проведен наземный осмотр 500 кв.м территории и подземный осмотр 200 кв. м территории вокруг места обнаружения ракеты, опасных предметов и устройств не обнаружено.

  • Kosmik hava proqnozu açıqlandı

    Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumunu açıqlayıb.

    Rəsədxanadan verilən məlumata görə, Günəş fəallığı çox aşağı səviyyədə, Günəş diski ləkəsiz olub. Bununla belə, hesabat dövründə Günəş küləyi parametrlərində ötən dövrə nisbətən güclənmə müşahidə olunub.

    Məlumata görə, geomaqnit sahə, son 24 saat ərzində ümumən sakitdir olub.

    Sabah və noyabrın 9-da kosmik hava proqnozuna gəlincə, Günəş fəallığının çox aşağı səviyyədə qalacağı qeyd edilir.

    Proqnoz dövründə Günəş küləyi parametrlərinin də sakit rejimə uyğun qalacağı proqnozlaşdırılır.

    Proqnoz dövründə (08 – 09 noyabr) geomaqnit sahədə ümumən sakitlik müşahidə olunacaq. Maqnit qasırğasının yaranması ehtimalı proqnoz dövründə 1%-dən aşağı qiymətləndirilir.

  • Şamaxıda maşın dərəyə aşdı, sürücü ağır vəziyyətdə Bakıya göndərilir

    Şamaxı-Göylər-Padarçöl avtomobil yolunun Çöl Göylər kəndi yaxınlığında yoldan çıxan avtomobil dərəyə yuvarlanıb.

    Median.Az-ın oxu.az-a istinadən verdiyi məlumata görə, Xaçmaz rayon sakini 1991-ci il təvəllüdlü Musayev Təhmasib İqrar oğlunun idarə etdiyi “Shagman” markalı yük avtomobili 20 metrlik dərəyə yuvarlanıb.

    Ağır bədən xəsarətləri alan sürücü təcili olaraq Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdirilən sürücünün vəziyyəti ağırdır. Ona aşağı ətrafının baldır nahiyyəsinin sümüklərinin qırılması və kəsilmiş yaraları diaqnozu qoyulub.

    Vəziyyəti ağırlaşan xəstənin paytaxt Bakıya göndəriləcəyi bildirilir. Həkimlər, onun sol ayağının amputasiya olunacağını güman edirlər.

    Faktla bağlı araşdırma aparılır.

  • Bloqqer Mehman Hüseynov Qaraçuxur bələdiyyəsinə namizədliyini irəli sürüb

    Bloqqer Mehman Hüseynov bələdiyyə seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb.

    Median.Az-ın report-a istinadən məlumatına görə, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

    O, Qaraçuxur bələdiyyəsinə namizədliyini irəli sürüb və noyabrın 7-də 31 saylı Suraxanı İkinci Dairə Seçki Komissiyasından imza vərəqələrini götürüb.

    M.Hüseynov sabahdan imzatoplama kampaniyasına başlayacağını da açıqlayıb.

    Qeyd edək ki, 2019-cu il dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək.