Month: November 2019

  • 17-летний геймер провел все каникулы за компьютерными играми и умер от инсульта

    Родители просили сына одуматься и перестать играть, но продолжали приносить ему еду в комнату и не отбирали доступ к технике.

    Пляват Харикин из Таиланда скончался в 17 лет от инсульта. Последнюю неделю своей жизни он провел за компьютерными играми, практически не отрываясь от монитора даже по ночам. Об этом рассказывает издание Daily Mail.

    Подросток был на каникулах, поэтому все свое свободное время посвящал онлайн-игре. Родители даже еду приносили ему в комнату, хоть и пытались убедить перестать играть.

    В один из дней отец снова принес еду в комнату сына и увидел, что тот лежит на полу. Он пытался оказать ему первую помощь и вызвал врачей. Однако прибывшие медики констатировали, что подросток мертв. Позже стала известна причина: он скончался от инсульта.

    Отец Плявата надеется, что смерть его сына станет предупреждением для других подростков и их родителей.

  • Həbib Nurməhəmmədovun atası Meyvezerlə görüşü mümkün edən şərtləri açıqlayıb

    Dünya şöhrətli MMA döyüşçüsü Həbib Nurməhəmmədovun atası bə məşqçisi Abdulmanap Nurməhəmmədov oğlunun amerikalı boksçu Floyd Meyvezerlə mümkün görüşünü “İnstagram”da şərh edib.

    O deyib ki, amerikalı idmançının oğlu ilə döyüşmək arzusuna hörmət edir. Amma onu da qeyd edib ki, buna qədər oğlu “UFC tarixində ən yaxşı döyüşü” keçirməli, bundan sonra boksa keçməlidir. O deyib:

    “Biz birinci dəfə boksda çıxış edəcəyik. Buna görə bizə Lomaçenkonun düşərgəsi lazım olacaq. Niyə də yox?!”

  • Dünyanın ən çox tələb olunacaq peşələri

    Mütəxəssislər yaxın on ildə ən çox tələb olunacaq peşələrin siyahısını hazırlayıb.

    Siyahıda həm 2020–2023-cü illərdə yüksək tələbat görəcək perspektivli peşələr müəyyənləşdirilib, həm də gələcəkdə, 2024–2025-ci illərdən sonra ortaya çıxacaq peşələr göstərilib.

    Həmin siyahını sizə təqdim edirik:


    Biomühəndis

    Müxtəlif tibbi problemləri həll etmək, sağlamlığı qorumaq üçün biologiya və tibbdə mühəndislik prinsiplərindən istifadə edərək canlı orqanizmin xüsusiyyətlərini öyrənən və dəyişdirən (eyni zamanda yenisini inkişaf etdirən) mütəxəssis.


    Biofarmokoloq

    Yeni bioloji məhsulların – canlı bioloji sistemlərin, bədən toxumalarının, biotexnologiyaların köməyi ilə əldə edilən tibbi məhsulların yaradılması üzrə mütəxəssis.


    “Ağıllı” cəmiyyət yaradıcısı

    İşləməsi, idarə olunması, yenidən qurulması və optimallaşdırılması üçün zəruri olan məlumatları müstəqil qəbul və ötürmə qabiliyyətinə malik texnologiyalar hazırlayan İT mütəxəssisi.


    Kiber təhlükəsizlik üzrə mütəxəssis

    Xüsusi infrastrukturun yaradılması, dəstəklənməsi və yaxşılaşdırılması, informasiya sistemləri və rəqəmsal mühitin kiberhücumlardan, məlumatların sızmasından, digər kiber təhdidlərdən qoruyan, habelə kiber cinayətlərin araşdırılmasında iştirak edən İT mütəxəssisi.


    Neyropsixoloq

    Onun fəaliyyəti psixologiya və nevrologiyanın kəsişməsindədir. O, beynin quruluşu və prinsipləri ilə zehni proseslər və insan davranışları arasındakı əlaqəni öyrənir.


    Proqramist

    Bu peşə hazırda da çox tələb görür və insan həyatının, fəaliyyətinin bütün sahələrinin rəqəmsallaşdırılmasını nəzərə alsaq, getdikcə bu tendensiya daha da zəruri hal alacaq.


    3D çap üzrə mütəxəssis

    Riyazi və yaradıcılıq qabiliyyətləri olan üçölçülü dizayn üzrə mütəxəssis.

    Bu iş müxtəlif sahələrdə, memarlıq, inşaat, tibb, geyim və ayaqqabı istehsalında da tələb görəcək.

  • Yeni il ərəfəsində əfv sərəncamı veriləcək? — Komissiya üzvündən açıqlama

    “Yeni il bayramı ərəfəsində əfv sərəncamının imzalanması gözlənilmir”.
    Median.Az
    xəbər verir ki, bunu “Modern.az”a Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib.

    Əfv sərəncamının imzalanmasının Prezidentin səlahiyyətində olduğunu xatırladan Komissiya üzvü ötən illərin təcrübəsinə əsaslanaraq, növbəti sərəncamın 2020-ci ildə imzalanacağını ehtimal etdiyini deyib:

    “Ötən illərin təcrübəsi göstərir ki, sərəncam adətən ildə bir dəfə Novruz bayramı ərəfəsində olur. Bu il ərzində əfv sərəncamının imzalandığını və hələlik iclasların təyin edilmədiyini nəzərə alsaq, hər il müşahidə olunan halın təkrarlanacağını ehtimal etmək olar”.


    Qeyd edək ki, Prezident İlham Əliyevin bu il martın 16-da imzaladığı 431 nəfərə şamil olunan “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamla 399 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan başqa, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş üç nəfərdən birinin cəzası 25, iki nəfərinki isə 20 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib. Azadlıqdan məhrum etmə cəzasına məhkum olunan və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad edilib.
    Həmçinin azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 11 nəfər cəzadan, eləcə də azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş bir nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Üç nəfər islah işləri cəzasından, bir nəfər ictimai işlər cəzasından, 12 nəfər isə cərimə cəzasından azad olunub.

  • Avstraliyadan Azərbaycan- Gürcüstan sərhədinə uzanan erməni barmağı

    Tanınmış qərb informasiya resursu Bellingcat Azərbaycanla Gürcüstan arasında münasibətləri zədələməyə hesablanmış təxribata əl atıb.
    Median.Az
    virtualaz.org-a istinadən xəbər verir ki, bu saytın Avstraliyada mənzillənmiş araşdırmaçısı Masis İngilisyan Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələrinin Ermənistanla sərhəddə mövqelərini irəli çəkərkən Babakər dağı tərəfdə Gürcüstan ərazisinə keçib orada post qurduqlarını iddia edib. Və öz iddiasını peyk fotoları ilə möhkəmləndirməyə çalışıb.

    Babakər dağı Azərbaycan, Ermənistan və Gürcüstan sərhəd üçbucağında yerləşir. Bu ilin yayında DSX həmin istiqamətdə mövqelərini irəli çəkərək yeni strateji yüksəklikləri nəzarətə götürüb, o cümlədən Babakər dağında möhkəmlənərək Ermənistan ordusunun mövqelərinə, o cümlədən strateji nəqliyyat infrastrukturlarına nəzarət imkanı qazanıb.


    “Bellingcat” saytının məlumatı tezliklə Gürcüstan resurslarında da tirajlanıb, amma proses zamanı ilkin mənbə “yaddan çıxıb”. Hətta erməniyönümlü saytlardan birinə istinad verilib və orada müəllifin də adı göstərilib. Xəbər Gürcüstan əhalisi arasında həyacana səbəb olub.

    “News Front” adlı Rusiya saytının gürcü redaksiyası bildirir ki, yerli KİV-lər “Bellingcat”ın məlumatının aşkar yalan olduğunu bilsələr də susublar, qərb saytını təkzib etməməyi üstün tutublar.

  • Sumqayıtda xəstəxana yenidən tikiləcək

    2 saylı Sumqayıt Şəhər Xəstəxanası yenidən tikiləcək.

    Median.Az trend-ə istinadən xəbər verir ki, artıq xəstəxananın tikintisi üzrə tender elan edilib.

    Tender təklifləri dekabrın 16-dək tender komissiyasına təqdim edilməlidir.
    İddiaçıların təklif zərfləri dekabrın 17-də açılacaq.

    Qeyd edək ki, 2 saylı Sumqayıt Şəhər Xəstəxanası çox profilli xüsusi ixtisaslaşdırılmış tibbi yardım müəssisəsidir. Xəstəxana 1992-ci ildə istifadəyə verilib.

  • Нарколог объяснил, как вейпы убивают людей

    В жидкостях для вейпов (электронных сигарет) присутствует целый ряд опасных для человека веществ. Это гликоль, глицерин и пропиленгликоль, а также токсичные фенолы, которые раздражают глаза, кожу и слизистые оболочки, и формальдегид, вызывающий рак.

    Также в этих жидкостях есть свинец, вредный для нервной и сердечно-сосудистой систем. При нагревании все это попадает в организм вейпера. Кроме того, при нагревании стика с пропиленгликолем и табаком выделяются потенциальные канцерогены, рассказал главный внештатный специалист психиатр-нарколог Минздрава Подмосковья Виталий Холдин. Его слова приведены на сайте ведомства.

    Врач подчеркнул, что многие переходят на вейпы, потому что боятся заболеть раком от курения обычных сигарет. Но абсолютно все формы курения вредны для организма. Кроме того, многие вейперы, привыкнув к никотину, все равно начинают курить обычные сигареты. Единственный способ не портить здоровье — это полный отказ от курения, заключил Холдин.

    Напомним, ранее стало известно, что в США 18 любителей вейпинга умерли от некой «загадочной» болезни легких. Количество заболевших превысило 1 тыс. человек.

  • İranda 5.4 bal gücündə zəlzələ olub

    İranın cənubunda yerləşən Hormuzqan əyalətinin Ruyder şəhərində 5,4 bal gücündə zəlzələ baş verib.

    Median.Az TRT-yə istinadən xəbər verir ki, zəlzələnin ocağı 16 kilometr dərinlikdə olub.

    Zəlzələdə insan tərələfatı və ya dağıntı olub olmadığına dair məlumat yayılmayıb.

  • İtaliyanın Azərbaycandakı səfirliyi viza verilməsini dayandırıb

    İtaliyanın Azərbaycandakı səfirliyi viza verilməsini müvəqqəti olaraq dayandırıb.

    Median.Az xəbər verir ki, bu barədə səfirliyin “Facebook”dakı hesabında məlumat verilib.

    “İstifadəçilərin nəzərinə çatdırılır ki, texniki problemlərə görə Konsulluq tərəfindən viza verilməsi proseduru veriləcək yeni məlumata qədər dayandırılır. Təəssüflər olsun ki, 18 noyabr tarixinə qədər olan gedişlər üçün viza sorğularının qəbulu mümkün olmayacaq”, – deyə səfirliyin məlumatında bildirilir.//sfera.az

  • Qaraçılar 3 bürcdən olanları hipnoz edə bilmir

    Qaraçıların hipnoz qabiliyyətinə şübhə yoxdur.

    Küçədə sizə yaxınlaşıb həlim səslə söhbətə başlayırlar. Dərdinizi soruşurlar. Bir də xəbər tutursunuz ki, pulqabınızı çoxdan aparıblar.

    Median.Az xəbər verir ki, psixoloqlar 3 bürc altında doğulanların qaraçıların hipnozuna tabe olmadığını deyir. Birinci “əqrəblər”in adı çəkilir. Bu bürcdən olanlar çevik düşünür. Onları aldatmaq asan deyil. Təsirə düşmürlər.

    Qız bürcündən olanlar da qaraçıların toruna düşəcək obraz deyil. Onlar möcüzələrə çox inanmırlar. Qız bürcünün nümayəndələri belə şeylərin dələduzluq olduğuna çoxdan əmindirlər.

    “Oğlaqlar” onun dünyasına soxulmağa çalışanları heç sevmirlər. Onlar üzündəki soyuq ifadə ilə qaraçılardan ustalıqla yan keçə bilər. Bəlkə də, ən yaxşı taktika budur.//bizimyol.info