Month: November 2019

  • В Хатаинском районе обнаружили артиллерийские снаряды – ФОТО

    На горячую линию «112» МЧС поступила информация об обнаружении боеприпасов на территории Хатаинского района Баку, сообщили haqqin.az в пресс-службе МЧС.

    На место сразу же выехали специалисты пиротехники и кинологическая группа МЧС, а также специалисты Национального агентства по разминированию территорий ANAMA.

    При осмотре обнаруженных боеприпасов было установлено, что они непригодны к боевому использованию, но вместе с тем представляют опасность для жизни людей.

    В общей сложности с территории были изъяты четыре артиллерийских снаряда, которые были вывезены на специальный полигон ANAMA.

  • Amerikaya köçən Elariz: Amerika, əzizim, mən səni əbədi sevirəm – VİDEO

    “Green Card” (Yaşıl kart) qazandıqdan sonra ABŞ-a daimi yaşayış üçün köçən populyar azərbaycanlı müğənni Elariz Məmmədoğlu Amerikada yaradıcılıq fəaliyyətini davam etdirir.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, sənətçi vaxtaşırı şəxsi “İnstaqram” hesabında xaricdəki yeni həyatı haqqında foto və videolar paylaşaraq, yaşam tərzini bir növ reklam edir. E.Məmmədoğlu musiqisi və sözləri Elçin İmanova məxsus “Doğma Amerika” adlı mahnını özünəməxsus şəkildə lentə alıb. Müğənni Amerikanın gəzməli-görməli yerlərini çəkərək oxuduğu mahnını videoya əlavə edib.

    “Amerika, əzizim, mən səni sevirəm, ancaq axşamları yalnız Bakı üçün darıxacağam” deyən Elariz Məmmədoğlu paylaşımına buna bənzər sözlər əlavə edib: “Amerika, əzizim, mən səni əbədi sevirəm, amma ulduzlu gecələrdə Bakı üçün darıxıram”.

    Qeyd edək ki, 2017-ci ilin yazında Elariz Məmmədoğlunun xanımı “Green Card” lotereyasında qalib gəlib və onlar ABŞ-da daimi yaşamaq hüququ verən sənəd alıblar. 2019-cu ilin əvvəlində ABŞ-a köçən sənətçi dördüncü dəfə baba olub və Nyu-York restoranlarının birində özünə iş tapıb. O, Amerikada baş tutan bir çox azərbaycanlıların toylarını idarə edir.

  • Dünyanın ən zəngin adamlarının siyahısı – FOTO

    “Forbes” dünyanın ən zəngin 10 adamının yeni siyahısını təqdim edib.

    Siyahıda birinci yeri Amazon.com saytının rəhbəri və qurucusu Ceff Bezos tutur. Onun sərvəti 112,2 milyard dollar təşkil edir.

    Bezos eyni zamanda “The Washington Post” qəzeti və “Blue Origin” aerokosmik kompaniyasının yaradıcısı və rəhbəridir.


    Siyahıda ikinci yeri 107 milyard dollar sərvətə malik olan Bernar Arno tutur. “Louis Vuitton” brendinin sahibi bizneslə məşğul olmağının pul qazanmaq məqsədi daşımadığını deyib.


    Üçüncü yerin sahibi “Microsoft” şirkətinin ortağı amerikalı təşəbbüskar, ictimai xadim Bill Qeytsdir. Onun sərvəti 106,9 milyard dollardır.


    Dördüncü yerdə Uorren Baffet qərar tutub. Baffetin sərvətinin dəyəri 87,1 milyard dollar təşkil edir. O, insanlıq tarixində ən böyük xeyriyyəçi hesab olunur.


    “Facebook” sosial şəbəkəsinin qurucusu, amerikalı proqramist Mark Zükerberq isə beşinci yerdədir. Sərvəti 72,1 milyard dollar təşkil edir.


    Altıncı yerin sahibi 70 milyard dollara sahib olan ispaniyalı milyarder Amansio Orteqadır.


    Yeddinci yerdə isə, “Oracle” şirkətinin texniki direktoru Lari Errison qərarlaşıb. Onun sərvətinin ümumi dəyəri 68,2 milyard dollar təşkil edir.


    Siyahıda səkkizinci yeri meksikalı milyarder Karlos Slim tutur. O, “Grupo Carso”nun sahibidir. Sərvəti 61,4 milyard dollardır.


    Növbəti, doqquzuncu yer “Google” şirkətinin qurucularından biri olan Larri Peycə məxsusdur. Onun sərvətinin 58,8 milyard dollar olduğu bildirilir.


    Nəhayət, onuncu pillədə Fransuaza Bettankur Mayers 57,7 milyard dollarla qərar tutub.

  • Отец Хабиба намекнул на дату супербоя с Фергюсоном

    Абдулманап Нурмагомедов, отец действующего чемпиона Абсолютного бойцовского чемпионата (UFC) Хабиба Нурмагомедова, рассказал о возвращении сына в октагон, передает «Чемпионат».

    По словам Нурмагомедова-старшего, это произойдет через пять месяцев, то есть в апреле 2020 года.

    Об этом отец непобежденного спортсмена написал в Instagram.

    Стоит отметить, что соперником Нурмагомедова должен стать американец Тони Фергюсон.

  • Hamilə qadın ərini silahlı şəxslərin əlindən xilas etdi – VİDEO

    Hamilə qadın ərini və qızını silahlı şəxslərin əlindən xilas edib.

    ABŞ-ın Florida ştatının Litiya şəhərində iki nəfər maskalı şəxs Ceremi Kinqin evinə basqın ediblər. Onlar Kinqi və 11 yaşlı qızını silahla hədələyərək, pul tələb ediblər.

    Kinqin səkkiz aylıq hamilə olan arvadı yataq otağından bu hadisəni görən kimi, onların yanına gəlib.

    Soyğunçulardan biri onu vurmaq istəsə də, güllə yan keçib. Qadın cəld davranaraq, silahı götürüb və soyğunçulardan birini yaralayıb.

    Çaş-baş qalan soyğunçular qaçmağa başlayıb.

    Onlardan biri ölü vəziyyətdə evin yaxınlığından tapılıb. Onun qaçarkən yıxılıb öldüyü ehtimal edilir.

  • Oksana ilk dəfə ailəsi haqda danışdı: “Uşağımın atası …” – VİDEO

    Tanınmış rəqqasə-aktrisa Oksana Rəsulova azxeber.com-a özəl müsahibə verib.

    Həmin müsahibəni təqdim edirik:

    – Ana olduqdan sonra bəzi qadınlar özünə qadağalar qoyur. Bəs sizdə necədi?

    – Analıq çox gözəl bir hissdir, hər bir xanıma arzu edirəm. Mən ana olandan sonra özümə elə də çox qadağalar qoymamışam, amma harada oluramsa olum çalışıram evə tez gedim. Oğluma daha çox zaman ayırmaq istəyirəm.

    – Ana olduqdan çox qınaq obyekti olduz. Hətta yazırdılar ki, süni mayalandırma vasitəsilə ana olmusuz…

    – Bu haqda çox danışmaq istəmirəm. Sadəcə demək istəyirəm ki, mən ailə həyatı qurmuşam. Övladımın atası var. Əslən azərbaycanlıdır, işi ilə əlaqədar Türkiyəyə gedib-gəlir. Hətta gələcəkdə ikinci övladı da düşünürük. Uşağımın atası bəzən övladı üçün darıxır, o zamanda görüntlü danışırıq”.

    – Açıqlamalarınızın birində adınızın yanında rəqqasə adını yazılmasına istəmədiyinizi demisiz…

    – Bəli, o qədər dırnaq arası rəqqasələr var ki, adımın yanında rəqqasə yazılmasını istəmirəm. Mənə hind mahnılarının mahir ifaçısı və ya aktrisa deyilsə daha yaxşı olar.”

    Oksananın müsahibəsini təqdim edirik:

  • Rostovdakı qəzanın görüntüləri yayılıb – VİDEO – FOTO

    Rostov-Bakı marşrutu üzrə baş verən avtobus qəzasının görüntüləri yayılıb.

    Median.Az Trend-ə istinadən bildirir ki, “Ford” markalı mikroavtobusun qəzaya düşməsi nəticəsində 8 nəfər xəsarət alıb. Yaralıların hamısı azərbaycanlılardır.

    Median.Az hadisə ilə bağlı video və fotoları təqdim edir:

  • “Cənab səfir, bu lift qadınlar üçündür”

    Britaniyanın Azərbaycandakı səfiri paylaşımı ilə yenə marağa səbəb olub.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Azərbaycan dilində paylaşımları ilə tanınan səfir Ceyms Şarp bu dəfə qarşılaşdığı bir məqamı sosial şəbəkədə bölüşüb. Belə ki, Azərbaycan Memarlıq və İnşaaat Universitetində qonaq olan səfirə liftdən istifadə etmək istəyən zaman xəbərdarlıq olunub. Bildirilib ki, lift sadəcə qadınlar üçündür:

    “Cənab səfir, giriş qadağandır”.

    Səfirin paylaşımından sonra universitetdə bu cür gender disbalansının olması sosial şəbəkələrdə müzakirə və tənqidlərə səbəb olub.

    Azərbaycan Memarlıq və İnşaaat Universitetinin (AzMİU) mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nəcibə Mirzəyeva sözügedən sayta məsələ ilə bağlı açıqlamasında bildirib ki, liftlərin üzərində lövhə asılmış olsa da, xüsusi qadağa yoxdur:

    “Digər liftlərin üzərində də oğlanlar üçün və müəllimlər üçün sözləri yazılıb. Yəni, liftlər sadəcə qızlar üçün deyil. Həmin lövhələrin elə bir əhəmiyyəti yoxdur. Hər kəs istədiyi liftdən istifadə edə bilir. Hər hansı bir liftdən istifadə etmək qadağandır deyə bir şey yoxdur. Müəllimlər üçün olan liftə tələbələr də dəvət olunur, həmçinin qız və oğlanlar da qarışıq olaraq liftlərdən istifadə edir”.

  • İstanbuldan SON XƏBƏR – Oqtay Gülalıyevin həyat yoldaşı AÇIQLAMA VERDİ – VİDEO

    Hüquq müdafiəçisi Oqtay Gülalıyev üçün Heydər Əliyev Fondu tərəfindən ayrılmış ambulans təyyarə müvəffəqiyyətlə Türkiyəyə çatıb.

    Həkimlər və tibb personalı səfər boyunca onu müşayiət edib və vəziyyəti nəzarət altında saxlanılıb.

    İstanbul Avrasiya Birləşmiş Xəstəxanalarının Reanimasiya şöbəsinin rəhbəri, anestezioloq və reanimatoloq Kadir Doğruer O.Gülalıyevin vəziyyəti ilə bağlı Baku.Tv-yə açıqlama verib:

    “Mən ora getdim, xəstəni gördüm, bəzi təkliflər verdim. Sonra xəstə yaxınlarının buraya gəlməyə üstünlük verməsi nəticəsində Heydər Əliyev Fondunun dəstəyilə lazımi şərait yaradıldı. Xüsusi təyyarə ilə kritik şərtlər altında İstanbula gəldik”.

    Hüquq müdafiəçisi O.Gülalıyevin həyat yoldaşı Firuzə Gülalıyeva hüquq müdafiəçisinin müalicəsinin Türkiyədə davam etdirilməsinin təmin olunmasına görə Heydər Əliyev Fonduna təşəkkür edib:

    “Xəstə artıq əməliyyat olunub. Yaxşı ki Heydər Əliyev Fondu bunu öz üzərinə götürdü və biz onu Türkiyəyə gətirdik”.

    İstanbul Avrasiya Birləşmiş Xəstəxanalarının Reanimasiya şöbəsinin rəhbəri, anestezioloq və reanimatoloq Kadir Doğruer O.Gülalıyevin vəziyyəti ilə bağlı Baku.TV-yə son məlumatları da çatdırıb:

    “Müalicə deyil, baxım mərhələsindəyik. Müalicə onun əməliyyat olması idi. Əməliyyatdan sonra onun beyninin zərər görmüş hissəsini sağaltmağa çalışacağıq. Bir az vaxta ehtiyacımız var”.

    Qeyd edək ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Fondun əməkdaşları Respublika Neyrocərrahiyyə Xəstəxanasında müalicə olunan hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhəti ilə bağlı məsələləri nəzarətə götürüb və onun müalicəsi üçün lazımı dəstəyin göstəriləcəyi bildirilib.

    Heydər Əliyev Fondundan verilən məlumata görə, Oqtay Gülalıyevin Türkiyəyə aparılması üçün xüsusi ambulans təyyarə ayrılıb. Bu gün o, türkiyəli mütəxəssislərin iştirakı ilə İstanbula aparılıb və orada əməliyyat olunub.

  • Раджабов вновь сыграл вничью с Дубовым на Гран-при

    Сегодня в Гамбурге прошли ответные партии 1/8 финала третьего этапа серии Гран-при ФИДЕ, в котором принимает участие азербайджанский шахматист Теймур Раджабов, передает Median.Az со ссылкой на azerisport.com.

    Наш гроссмейстер черным цветом сыграл вничью против россиянина Даниила Дубова. В первом поединке также был зафиксирован аналогичный результат. Завтра шахматистам предстоит тай-брек.

    Следует отметить, что серия Гран-при является отборочной на турнир претендентов. Но Теймур уже гарантировал в нем участие по итогам Кубка мира в Ханты-Мансийске, где он отпраздновал победу.

    Ответная партия 1/8 финала Гран-при Гамбурга:
    Даниил Дубов (Россия) – Теймур Раджабов 0,5:0,5 (общий счет 1:1).