Month: November 2019

  • İlham Əliyev televiziya və radio işçilərini təltif edib – SİYAHI

    Prezident İlham Əliyev Azərbaycan Respublikasının televiziya və radio işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

    Median.Az-ın məlumatına görə, sərəncamla Azərbaycan Respublikasında televiziya və radio sahəsinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:

    “Əməkdar jurnalist”

    Əzimova Mətanət Əlirasim qızı
    Hüseynov Murad Məhəmməd oğlu
    Xəlilov Vüqar Nəriman oğlu
    İsgəndərov Sahil Məmməd oğlu
    İsmayılov Rasim Mustafa oğlu
    Qafarova Aynurə Vəli qızı
    Məhərrəmova Afət Telman qızı
    Məmmədli Mahir Rafət oğlu
    Məmmədova Gözəl Dağbəyi qızı.

    “Əməkdar mədəniyyət işçisi”

    Babayev Faiq Həsənağa oğlu
    Əsgərov Mahəddin İsax oğlu
    Fərəcov Ənvər Çingiz oğlu
    Hacıyev Ramin Zahid oğlu
    Həsən-zadə Rövnəq İmran oğlu
    Şahbazov Hikmət Məmmədağa oğlu
    Vəliyev Vüqar Tariyel oğlu.

    “Əməkdar incəsənət xadimi”

    Axundov Vasif Hafis oğlu.

    “Əməkdar artist”

    Cəfərov Səbuhi Aslan oğlu.

    “Əməkdar mühəndis”

    Ağalarov Faiq Seyidağa oğlu
    Seyidov Nofəl Rəsul oğlu.
    Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Respublikasında televiziya və radio sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər:
    Cavadov Nemət Rövşən oğlu
    Cəfərli Minijə Cəmşid qızı
    Həşimov Murad Əhməd oğlu
    İbrahimova Zülfiyyə Məhəmməd qızı
    Kərimov Əhməd Musa oğlu
    Qurbanov Samir Telman oğlu
    Məmmədov Məmmədəli Nazim oğlu
    Məmmədov Söhbət İsrafil oğlu
    Musayev Ranar Rafael oğlu
    Nəcəfli Anar Əşrəf oğlu
    Sadıqov Faiq Əbülfəz oğlu
    Şahbazov Rüfət Kamal oğlu
    Şamıyeva Həyat Rəhman qızı.

  • Mələkxanım Əyyubova polkovnik əri ilə – FOTO

    Xalq artisti Mələkxanım Əyyubovanın həyat yoldaşı Xosrov Nəcəfovla fotosu yayılıb.

    Median.Az Axsam.az-a istinadən xəbər verir ki, xanəndənin ailə şəkillərini oğlu Nicat İnstaqramında paylaşıb. Şəkillərdə M.Əyyubova, həyat yoldaşı ilə yanaşı, qızı Nəzrin də yer alıb.

    Qeyd edək ki, M.Əyyubovanın həyat yoldaşı Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının komandir müavinidir.

  • Новости из Стамбула: Супруга Огтая Гюльалыева рассказала о состоянии мужа – ВИДЕО

    Специальный самолет санитарной авиации, выделенный Фондом Гейдара Алиева для транспортировки правозащитника Огтая Гюльалыева в Турцию, благополучно прибыл в Стамбул.

    Во время перелета О.Гюльалыев находился под постоянным контролем врачей и медицинского персонала.

    “Я приехал в Баку, ознакомился с состоянием больного, выступил с некоторыми предложениями. Близкие О.Гюльалыева выразили пожелание, чтобы его лечение продолжилось в Турции. Для этого при поддержке Фонда Гейдара Алиева были созданы все необходимые условия. Мы прибыли в Стамбул специальным самолетом, и это был очень сложный процесс, учитывая состояние больного”, – сказал Baku.TV заведующий отделением реанимации Стамбульской Евразийской объединенной клиники, анестезиолог и реаниматолог Кадир Догруер.

    Вместе с О.Гюльалиевым в Стамбул прилетела и его супруга. Фируза Гюльалиева выразила благодарность Фонду Гейдара Алиева за лечение ее мужа в Турции.

    “Он уже прооперирован. Хорошо, что организацию лечения взял на себя Фонд Гейдара Алиева и мы привезли моего супруга в Турцию”, – сказала Ф.Гюльалыева.

    Кадир Догруер сообщил Baku.TV информацию о текущем состоянии пациента:

    “О.Гюльалыев находится под постоянным наблюдением. Нужна была операция, она проведена. Мы будем стараться сделать так, чтобы функции той части мозга, которая пострадала, восстановились и пациент выздоровел. Для этого нужно время”.

    Как сообщалось ранее, 29 октября в 17:20 часов на пересечении улиц 28 Мая и Пушкина в Насиминском районе Баку таксист Кянан Абдуллаев на своем автомобиле Hyundai Accent сбил переходившего дорогу правозащитника О.Гюльалиева. В результате у него диагностировали кровоизлияние в мозг. 30 октября Гюльалыева прооперировали в клинике City Hospital. 1 ноября его перевели в реанимационное отделение Республиканской нейрохирургической больницы.

    Согласно поручению Первого вице-президента Азербайджанской Республики, президента Фонда Гейдара Алиева Мехрибан Алиевой, сотрудники Фонда взяли под контроль все вопросы, связанные со здоровьем Огтая Гюльалиева. Принимая во внимание просьбу членов семьи, для поддержки лечения находящегося в коме правозащитника были привлечены иностранные специалисты. Было также решено, что лечение О.Гюльалыева будет продолжено в Турции.

  • İntihar anonsu verib anasını gözü yaşlı qoyan 14 yaşlı Rəqsanə tapıldı — VİDEO

    Bakıda valideynlərinin dava-dalaşından baş götürüb evdən gedən 14 yaşlı Rəqsanə tapılıb.

    Median.Az baku.ws-ə istinadən xəbər verir ki, 2005-ci il təvəllüdlü Rəqsanə Zəlimxan qızı Manafova 31 oktyabr tarixində saat 15.00 radələrində Biləcəridə yaşadıqları evi tərk etmişdi.

    Rəqsanənin anası Gülər xanım qızının axtarışına ATV-nin “BizimləSən” proqramında çıxıb. Ana qızının evdən gedərkən ona məktub buraxdığını deyib. Məktubda “Ana, məni bağışla. Bu həyat mənlik deyil. Artıq bezdim” yazılıb.
    Qızının intihar etdiyini düşünən gözü yaşlı ana “BizimləSən” proqramında qızına qovuşub. Rəqsanə studiyaya gətirilərkən vəziyyəti yaxşı olmayıb.

    Rəqsanənin evdən getməsinə, intihar barədə düşünməsinə səbəb atasının içki düşkünü olması, mütəmadi olaraq evdə dava salması olub.

  • Bakıda maşın ustası oğurladığı avtomobillə qəza törədib

    Bakıda usta maşını oğurlayıb.

    Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 5-də saat 3 radələrində paytaxtın Nizami rayonu ərazisindəki avtoservislərin birindən Bakı şəhər sakini A.Xəlilova məxsus “Mercedes” markalı avtomobil qaçırılıb və Xəzər rayonunun Binə qəsəbəsi ərazisində idarə edilərkən işıq dirəyinə vurulub.

    Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən, həmin avtoservisdə usta işləyən Ə.Əliyev saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.//ölkə.az

  • “İnanmıram ki, yenidən həbs ediləm” — 3-cü dəfə həbsə düşən məhkum – VİDEO

    ARB TV-nin “Rezonans” proqramında bu dəfə Ucar rayonundan olan, 1975-ci il təvəllüdlü məhkum Qulu Lətifov həyatından danışılıb.
    Məhkum Qulu Lətifov – Cəzası 6 il 6 ay (ümumi 14 il): “Ucar rayonunda doğulmuşam. Ata bir, ana ayrı ögey qardaşlarım var. Ticarətlə məşğul olmuşam, orta məktəbi Şuşada oxumuşam. 2003-cü ilin sonlarından cinayətə qurşandım. Nəsimi bazarında alış-veriş edirdim, Beyləqandan olan uşaqlarla bazarda işləyirdim. Mənə torba tikdilər və mən cinayətkar oldum.

    2010-cu ilin 3 mart tarixində ikinci cinayətimi törətdim. Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə (Dələduzluq) ittiham edildim. 2015-ci ilin 6 dekabr tarixində üçüncü cinayətimi törətdim, oğurluq etdim. 6 il yarım hökm oxundu, maddələr dəyişdiyinə görə endirildi 5 ilə. Birinci dəfə həbsə düşüb çıxandan sonra 1 il azadlıqda qaldım, ikinci həbsimdən sonra azadlığa çıxanda 3 ilə yaxın azadlıqda qaldım. Üçüncü həbsim isə indidir, 5 il azadlıqdan məhrum edilmişəm, 1 il 4 ay cəzam qalıb.

    Öz səhlənkarlığımın ucbatından həbsə düşmüşəm, çox peşmanam. Bu cəzadan azadlığa çıxandan sonra inanmıram ki, bir daha belə əməl törədəm, yenidən həbs ediləm. 2014-cü ildə yenicə ailə qurmuşdum. Ailə qurandan 2 il sonra həbs edildim. Düşünürəm ki, azadlığa çıxandan sonra məni söysələr də cinayət törətməyəcəm, həbs olunmaq olmayacaq bir daha.
    Özümə nifrət edirəm, çox peşmanam. Yanıma ancaq ögey qardaşım gəlir. Ailəmlə ancaq telefonla danışıram, rəva bilmirəm onların həbsxanaya gəlməsini. Övladım dünyaya gələndə mən həbsdə idim, oğlumun üzünü görə bilmədim. Qızımı görmüşəm, 5 yaşı var. Həyat yoldaşım deməyib həbsdə olduğumu, bilmirlər həbs edildiyimi. Qızıma deyiblər ki, başqa ölkədədir, zəng edəndə də deyir ki, ata gələndə mənə saqqız alarsan.

    Evim yoxdur, yoldaşım qayınatamgildə qalır, çox sağ olsunlar ki, övladıma baxırlar. Bir arzum var ki, azadlığa çıxım övladlarımı oxudum, onların təhsili ilə məşğul olum”.

  • Ильхам Алиев присвоил почетные звания группе работников радио и телевидения

    Президент Азербайджана Ильхам Алиев в среду подписал распоряжение о присвоении почетных званий группе работников радио и телевидения.

    Согласно распоряжению, за заслуги в развитии сферы телевидения и радио в Азербайджане нижеследующим лицам присваиваются почетные звания:

    “Заслуженный журналист”

    Азимовой Матанат Алирасим гызы

    Гусейнову Мураду Магомед оглу

    Халилову Вугару Нариман оглу

    Искандерову Сахилю Мамед оглу

    Исмаилову Расиму Мустафа оглу

    Гафаровой Айнуре Вели гызы

    Магеррамовой Афет Тельман гызы

    Мамедли Махиру Рафет оглу

    Мамедовой Гёзаль Дагбеи гызы

    “Заслуженный работник культуры”

    Бабаеву Фаигу Гасанаге оглу

    Аскерову Махеддину Исах оглу

    Фараджову Энверу Чингиз оглу

    Гаджиеву Рамину Захид оглу

    Гасан-заде Ровнагу Имран оглу

    Шахбазову Хикмету Мамедага оглу

    Велиеву Вугару Тариэль оглу

    “Заслуженный деятель искусств”

    Ахундову Васифу Хафис оглу

    “Заслуженный артист”

    Джафарову Сабухи Аслан оглу

    “Заслуженный инженер”

    Агаларову Фаигу Сеидага оглу

    Сеидову Нофалу Расул оглу

  • Bakıda 3 otaqlı ev yanıb

    Bakıda 3 otaqlı evdə yanğın olub.

    Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib.

    Məlumata görə, Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 50 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağında yataq dəsti yanıb. Ev yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • SOCAR prezidenti Neft Daşlarında neftçilərlə görüşüb – FOTO

    Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri Neft Daşlarının 70 illiyi ərəfəsində dünyanın açıq dənizdə tikilən ilk neft platformasında olublar.

    SOCAR-dan verilən məlumata görə, şirkət rəhbərliyinin təmsilçiləri burada Neft Daşlarının yenidənqurulan helikopter meydançası sərnişin gözləmə zalının açılışında iştirak edib, açıq dənizdə qazılmış ilk neft quyusunun yanında Neft Daşlarının qurulmasında xidmətləri olan insanları yad edib, Ulu öndər Heydər Əliyevin abidəsinin, 1957-ci il noyabrında Neft Daşlarındakı faciə zamanı həlak olan neftçilərin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatlarını qurban vermiş şəhid neftçilərin xatirə komplekslərinin önünə tər çiçəklər düzüb, “Heydər Əliyev Muzeyi”nə, yenidən qurulmuş stadiona, idman zalına və mədəniyyət evinə baxış keçiriblər.

    SOCAR-ın prezidenti istehsalat sahələrində çalışan həmkarları ilə görüşərək, çağdaş neftçıxarma proseslərinin yeni çağırış və hədəfləri ilə bağlı onların fikirlərini öyrənib, müzakirələr aparıbr. R.Abdullayev Neft Daşlarının 70 illik yubileyi münasibəti ilə idarənin əməkçilərini təbrik edib, ölkə başçısının apardığı islahat kursu çərçivəsində şirkətin üzərinə düşən vəzifələrdən söz açıb, Neft Daşlarının strateji əhəmiyyətindən danışıb. O, deyib: “Neft Daşları Azərbaycan neftçilərinin yaşlı nəslinin qiymətli yadigarıdır. Azərbaycanın neft tarixinin bir çox görkəmli şəxslərin həyat yolu Neft Daşlarından keçib. Azərbaycan neftçilərinin bir neçə nəsli burada yüksək səviyyəli mütəxəssis kimi püxtələşib, dəyərli təcrübə qazanıb. Mən özüm də istehsalat fəaliyyətimə Neft Daşlarında başlamışam, burada çox dəyərli təcrübələr əldə etdim, özümə etibarlı dostlar qazandım”.

    Neft Daşlarında çalışan neftçilərə müraciət edən SOCAR prezidenti sözlərini belə bitirib: “Dəyərli həmkarlarım, artıq 70 il istismarda olan Neft Daşları bu gün özünün ikinci baharını yaşayır. SOCAR-ın ötən illərdə həyata keçirdiyi tədbirlər nəticəsində Neft Daşlarının hasilat səviyyəsi 20%-dən çox artıb. Hidrotexniki qurğular yenilənib, istehsalat obyektləri əsaslı təmir olunub və yaxud yenidən qurulub. Respublika əhəmiyyətli yataqların məhsulu Neft Daşlarının infrastrukturu vasitəsilə nəql olunur və gələcəkdə bu infrastruktura digər yataqların da qoşulması nəzərdə tutulur. Bu nəticələr, məhz sizin səriştə və bacarığınız, gərgin və fədakar zəhmətinizin sayəsində əldə olunmuşdur. Bu uğur-sizin uğurunuzdur!”

    Səfər çərçivəsində SOCAR-ın prezidenti və şirkət rəhbərliyinin nümayəndələri Neft Daşları zəhmətkeşləri ilə birlikdə nahar ediblər. Səfərin sonunda SOCAR-ın rəhbərliyi Çilov adasına da baş çəkib, 2015-ci ildə təbii fəlakət nəticəsində həlak olmuş həmkarlarının abidəsi önünə tər çiçəklər qoyub, onların əziz xatirəsini ehtiramla yad ediblər.

    Daha sonra Neft Daşlarında yatağının istismar edilməsinin 70 illiyi münasibəti ilə nefçi kollektivi üçün konsert təşkil olunub.

    Xatırladaq ki, Neft Daşları Xəzər dənizində, Bakı şəhərindən 110 km şimal-şərqdə yerləşir. Dənizin bu yerində qara qayalıqlar olduğu üçün əvvəllər bura “Qara Daşlar” adlandırılırdı. Neft Daşları yatağını əfsanəvi geoloq Ağaqurban Əliyev kəşf edib və ilk dəfə açıq dənizdə neftçıxarma layihəsinin həyata keçirilməsinə nail olmuşdur. 1949-cu il iyunun 24-də Neft Daşlarında birinci kəşfiyyat quyusunun qazılmasına başlanılıb, noyabrın 7-də qazma işi uğurla başa çatdırılıb və yatağın işlənməsinə start verilib.

    İlkin dövrdə burada istismardan çıxarılmış yeddi gəmi batırılaraq qazma va yaşayış üçün şərait yaradılmış, daha sonra “Yeddi gəmi adası” kimi məşhurlaşmış bu məntəqə açıq dənizdə süni adaya çevrilmişdir. 1951-ci ildə Neft Daşlarından ilk məhsul neft tankeri ilə sahilə göndərilmişdir. İstismar dövründə Neft Daşları NQÇİ ölkəmizin ümumi neft hasilatının 13 faizini birbaşa təmin etmişdir. Neft Daşlarının kəşfi Azərbaycanın neft sənayesində bir dönüş nöqtəsi yaratmış və ölkəmizin ikinci neft bumuna yol açmışdır. Hazırda Azərbaycan neftinin böyük hissəsi məhz dənizdə çıxarılır. Neft Daşları həm də SOCAR-ın dənizdəki yataqlarını bir-biri ilə calaşdıran və məhsulun sahilə birbaşa ötürülməsinə xidmət edən əsas kommunikasiya düyünüdür. SOCAR üzrə ümumi çıxarılan xam neft və təbii qazın 70 faizə yaxın hissəsi sahilə məhz Neft Daşlarından ötürülür.//Baku.ws

  • BAKIDA DƏHŞƏT – 4 nəfər azyaşlını zorladı – TƏFƏRRÜAT

    Bakıda azyaşlıya qarşı seksual hərəkətlər etməkdə təqsirli bilinən Tərlan Mehtiyev, Müslüm Hüseynov, Bahadur Hacıyev və Elnur Soltanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

    Median.Az ölkə.az-a istinadən xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    Cinayət işi hakim İradə Həsənzadənin icraatına verilib.

    Məhkəmə hazırlıq iclası noyabr ayının 11-nə təyin olunub.

    Məlumatına görə, azyaşlının valideynlərinin məsələdən xəbər tutmasından sonra hüquq-mühafizə orqanlarına müraciət olunub.
    Polis əməkdaşlarının əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Tərlan Mehtiyev, Müslüm Hüseynov, Bahadur Hacıyev və Elnur Soltanov saxlanılıb.

    Onlar barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (seksual xarakterli hərəkətlər, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham verilib.