Month: November 2019

  • Seçkiqabağı təşviqat üçün ödənişsiz efir vaxtı ayrılan KİV-lərin adları məlum olub

    Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası (MSK) elan yayıb.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, elanda deyilir:

    “2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində kütləvi informasiya vasitələrində seçkiqabağı təşviqat aparmaq məqsədilə ölkə üzrə bələdiyyələrin yarısından çoxunda namizədləri qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına aşağıda göstərilən kütləvi informasiya vasitələrində ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq:

    – İctimai Televiziya və Radio Yayımları Şirkəti;

    – “Azərbaycan” qəzeti;

    – “Xalq qəzeti”;

    – “Bakinski raboçi” qəzeti.

    Yuxarıda göstərilən qurumlar, o cümlədən digər teleradio verilişləri təşkilatları və dövri nəşrlərin redaksiyaları seçkiqabağı təşviqat üçün ödənişli efir vaxtı və yaxud dərc üçün yer ayrılmasının mümkünlüyünə dair qərar qəbul etdikdə, bu barədə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müvafiq bildirişlər göndərməli, efir vaxtının verilməsinə və dərc üçün yerin ayrılmasına görə ödənişin əsasları, şərtləri və məbləği barədə məlumatları bələdiyyə seçkilərinin təyin edilməsi haqqında qərarın rəsmi dərc olunmasından sonra ən geci 30 gün keçənədək dərc etməlidirlər”.

  • Azərbaycanda insanı sarsıdan olay – Nişanlı gənclər yanaşı dəfn edildilər – FOTO

    Bugünlərdə Yardımlı rayonunda baş verən hadisə hər kəsi təsirləndirib.

    Yardımlı sakini Hüseynov Azər Hüseynağa oğlu uzun sürən xəstəlik səbəbindən vəfat edib və öz vəsiyyəti ilə 5 il əvvəl dünyasını dəyişmiş qızın yanında dəfn edilib.

    Belə ki, 1985-ci il təvəllüdlü Azər Hüseynovun nişanlısı, rayonun Osnakəran kənd sakini Əsgərzadə Gülərl Barat qızı 2014-cü ildə ürək çatışmazlığından vəfat edəndən sonra Azər xiffətdən ağır xəstəliyə düçar olub. Ağ ciyərində problemlər səbəbindən xeyli müalicə edilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. 10 noyabrda 34-cü doğum günün qeyd edəcək olan Azər tibbi müdaxilələrə baxmayaraq vəfat edib. O, ölümündən əvvəl sevdiyi qızın yanında dəfn edilməsini vəsiyyət edib. Beləliklə Azər Hüseynovun cənazəsi yaşadığı Yardımlı şəhərindən bir vaxtlar nişanlısının yaşadığı kəndin məzarlığına gətirilib və Gülərin yanında dəfn edilib.

    Yaxınlarının bildirdiyinə görə, nişanlısı vəfat edəndən sonra ailə üzvləri Azərə başqası ilə nişanlanmağı, ailə qurmağı tövsiyyə və vadar etsələr də, o razılaşmayıb və bir müddət sonra ağır xəstəliyə düçar olub.

    ///Publika.az



  • Elçin Əlibəyli onu döyən idmançı ilə barışdı, polisə təşəkkür etdi

    Teleaparıcı Elçin Əlibəyli onu döyən idmançı ilə barışıb.

    Elçin Əlibəyli onu dəstəkləyən hər kəsə təşəkkür edərək qonşusu Natiq Abdullayevlə olan mübahisənin sülh yolu ilə həll edildiyini bildirib:

    “Əziz həmkarlar, ziyalılar və mənə dəyər verib, çətin anımda yanımda olan dostlar! Gün ərzində Sizin dəstəyinizi və diqqətinizi hiss etdim! Buna görə xüsusi təşəkkür!

    Yazdığım statutsa DİN tərəfindən dərhal reaksiya verildi və başda cənab nazir, general-polkovnik Vilayət Eyvazov olmaqla məsələnin həlli üçün çevik addımlar atıldı. Bakı Şəhəri Baş Polis İdarəsi məsələyə müdaxilə edərək mənim tapdalanmış haqqımı bərpa etmək üçün dərhal tədbirlər gördü.

    Bakı Şəhəri Baş Polis İdarəsini rəisi general-mayor Mirqafar Seyidov, İstintaq İdarəsinin rəisi polkovnik Nazim İsmayılov və digər əməkdaşlar xüsusi diqqətlə məsələnin həllinə nail oldular. Həmçinin, Yasamal rayon 29-cu Polis şöbəsinin rəisi, polvoknik Ayxan Bağırov bu məsələdə haqqın tərəfində durdulər.

    Bira daha əmin oldum ki, Azərbaycan polisi dövlətimizin, vətəndaşların keşiyində durmaqla bərabər, onlara xüsusi qayğı və diqqət göstərir. Qonşumla ola mübahisədə məhz polislərin iradəsi iə razılıq əldə edib, barışdıq. Düşmən olmaq mənim prinsiplərimə ziddir!

    Sizə, əziz feysbuk dostlarım və mətbuatda çalışan həmkarlarım mənə göstərdiyiniz qayğıya görə təşəkkür edib, ehtiramla önünüzdə baş əyirəm!”

  • Övladları ilə “Megafun”a gedən ana itkin düşdü

    Bakıda ana azyaşlı övladları ilə birlikdə itkin düşüb.

    Median.Az-ın trend-ə istinadən məlumatına görə, Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Əlizadə Lamiyə Allahverən qızı 2010-cu il təvəllüdlü oğlu Emil Məmişov və qızı, 2013-cü il təvəllüdlü Günay Məmişova ilə birlikdə oktyabrın 24-də yaşadığı evdən çıxıb “Megafun” Əyləncə Mərkəzinə gedib.

    L.Əlizadə əyləncə mərkəzində həyat yoldaşı ilə danışaraq paytaxtın Nərimanov rayonu ərazisində yaşayan bacısıgilə gedəcəyini bildirsə də, həmin ünvana getməyib və itkin düşüb.

    Faktla bağlı araşdırma aparılır.

  • У жителя поселка Маштага изъляи 7,4 кг. марихуаны

    Как сообщает Median.Az, сотрудники 14-го отделения полиции Сабунчинского РУП в результате проведенной операции задержали жителя поселка Маштага Д.Гусейнова, у которого изъяли 7 кг. 400 грамм марихуаны.

    По факту возбуждено уголовное дело.

  • Maştağa sakinindən 7,4 kq. marixuana götürülüb

    Median.Az xəbər verir ki, Sabunçu RPİ 14-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Maştağa qəsəbə sakini C.Hüseynovun evindən 7 kq. 400 qram marixuana götürülüb.

    Faktla bağlı cinayət işi başlanılıb.

  • Sabahın havası: duman, külək

    Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 7-də havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.

    Bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 9-13, gündüz 15-18, Bakıda gecə 10-12, gündüz 16-18 dərəcə isti təşkil edəcək.

    Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-65 faiz olacaq.

    Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 5-10, gündüz 17-22, dağlarda gecə 1-6, gündüz 10-15 dərəcə isti təşkil edəcək.

    Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

  • Oqtay Gülalıyev Türkiyəyə aparıldı: Həkimi danışdı – FOTO + VİDEO

    Hüquq müdafiəçisi Oqtay Gülalıyev müalicə üçün Türkiyəyə yola salınıb.

    Qafqazinfo xəbər verir ki, O. Gülalıyevin ailəsinin istəyi əsasında Heydər Əliyev Fondunun dəstəyilə onun müalicəsi İstanbulda davam etdiriləcək.

    Gülalıyev təcili tibbi yardım avtomobili ilə Neyrocərrahiyyə Xəstəxanasından çıxarılaraq Heydər Əliyev adına Beynəlxalq Hava limanına çatdırılıb.

    Həkimlər və tibb personalı da səfər boyunca onu müşayiət edib və vəziyyəti nəzarət altında saxlanılıb. Həyat yoldaşı Firuzə Gülalıyeva da onunla birgə gedib. Həkimlər təyyarədə O.Gülalıyevin səhhətini müayinə etdikdən sonra uçuşun başlanılmasına razılıq veriblər.

    Hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsi üçün Türkiyədən dəvət olunan həkim onun vəziyyəti ilə bağlı açıqlama verib.

    İstanbul Avrasiya Birləşmiş Xəstəxanalarının Reanimasiya şöbəsinin rəhbəri, anestezioloq və reanimatioloq Kadir Doğruer bildirib ki, Bakıya Oqtay bəyin ailəsinin istəyi əsasında Heydər Əliyev Fondunun dəvəti ilə gəlib:

    “Xəstəni müayinə etdim, əlimdən gələn köməyi etməyə hazıram. Oqtay bəyin ümumi vəziyyəti hazırda kritikdir. Beyində ciddi zədələnmə var, başqa bir problemi yoxdur. Burada zəruri olan bütün tədbirlər görülüb. Həyatı üçün təhlükə var. Beyni zədələndiyi üçün ciddi problemlər ortaya çıxa bilər. Hazırda bunu proqnozlaşdırmaq mümkün deyil.

    Azərbaycanda edilən bütün tibbi müdaxilələr yerindədir. Vaxtında əməliyyat olunub və lazımı tibbi yardım göstərilib. Mənim bura gəlməyim tamamilə ailənin istəyi olub, əlimdən gələn dəstəyi verməyə çalışıram. Mən azərbaycanlı həkimlərin gördüyü işləri davam etdirəcəyəm, əlavə bir iş görməyəcəyəm.

    Türkiyə ilə Azərbaycan arasında reanimasiya prosedurları baxımından fərq var. Bu prosedurların Oqtay bəyə faydası olacağını düşünürəm. Buna görə də Oqtay bəyi İstanbula aparırıq. Burada hər şey yolundadır, sadəcə xəstə yaxınlarının tələbi ilə biz onu İstanbula aparırıq.

    Mən burada Azərbaycan dövlətinin vəzifəli şəxsləri və Heydər Əliyev Fondunun rəhbərliyi ilə görüşdüm. Oqtay bəyə verilən dəstəkdən çox təsirləndim. Ümid edirəm ki, bu dəstəyin nəticəsi olacaq. Buna görə Heydər Əliyev Fonduna təşəkkür edirəm”.

    Türkiyəli mütəxəssis Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovla görüşdüyünü də qeyd edib:

    “Anar Ələkbərovla birgə Oqtay bəyə baş çəkdik, baş həkimlə görüşdük, bütün prosedurları birlikdə müəyyənləşdirdik”.

    Qeyd edək ki, dünən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Fondun əməkdaşları Respublika Neyrocərrahiyyə Xəstəxanasında müalicə olunan hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhəti ilə bağlı məsələləri nəzarətə götürüb və onun müalicəsi üçün lazımı dəstəyin göstəriləcəyi bildirilib.

    Bundan sonra, Heydər Əliyev Fondundan verilən məlumata görə, Oqtay Gülalıyevin Türkiyəyə aparılması üçün xüsusi ambulans təyyarə ayrılıb.









  • Azərbaycanda satışda olan yubiley və xatirə pul nişanları – SİYAHI

    Azərbaycan Mərkəzi Bankı mütəmadi olaraq ölkəmizin tarixinə, mədəniyyətinə, elminə, incəsənətinə, eləcə də, idman, görkəmli şəxsiyyətlər, əlamətdar hadisələrə, mövzulara həsr olunmuş yubiley və xatirə pul nişanları tədavülə buraxır.

    Tədavülə buraxılmış bütün yubiley və xatirə pul nişanları Azərbaycan ərazisində nominal dəyəri ilə qanuni ödəniş vasitəsidir.

    Hazırda satışda olan yubiley və xatirə pul nişanlarının sayı 18-dir.

    Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş pul nişanının metalı qızıldandır. Çəkisi bir unsiyadır. Qiyməti isə 2869.77 manatdır.

    Azərbaycanın Dövlət Müstəqilliyinin bərpasının 20 illiyinə, Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyinə, Əsrin müqaviləsinin imzalanmasının 20 illiyinə həsr olunmuş, qızıldan hazırlanan pul nişanlarının çəkisi və qiyməti də eynidir (2869.77 manat).


    Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş pul nişanı qızıldandır, çəkisi 3/4 unsiyadır. Qiyməti isə 2229.82 manat təşkil edir.

    Cümhuriyyətin 100 illiyinə həsr olunmuş digər pul nişanı da qızıldandır, çəkisi 1/2 unsiya, qiyməti isə 1589.88 manatdır.


    Azərbaycanda Mərkəzi Bankçılığın yaradılmasının 100 illiyinə həsr olunmuş pul nişanı isə gümüşdən hazırlanıb. Çəkisi 1 unsiya olan pul nişanının dəyəri 170.66 manatdır.

    Bakı Dövlət Universitetinin yaradılmasının 100 illiyinə həsr olunmuş pul nişanı da gümüşdəndir.

    Qiyməti və çəkisi Bakı Dövlət Universitetinin yaradılmasının 100 illiyinə həsr olunmuş pul nişanı ilə eynilik təşkil edir.

    Yubiley və xatirə pul nişanlarını əldə etmək istəyən vətəndaşlar Mərkəzi Bankın Elektron Xidmətlər portalında “Elektron müraciətlər Sistemi”nə daxil olaraq (link: https://contact.e-cbar.az/) sifariş edə bilərlər.

    Həmin pul nişanlarının satış qiyməti onların Mərkəzi Bankdan satın alındığı günə qiymətli metalların dünya bazarındakı qiymətindən asılı olaraq dəyişə bilər.

    Digər yubiley və xatirə pul nişanlarının qiymətləri isə aşağıdakı cədvəldə göstərilib.


    /oxu.az/

  • Новое назначение от Вилаята Эйвазова

    В Хызынском районном управлении полиции произведено новое назначение.

    Согласно приказу министра внутренних дел генерал-полковника Вилаята Эйвазова, полковник-лейтенант полиции Мухаммед Гараев назначен на должность заместителя начальника по оперативной работе Хызынского РУП.

    Ранее он работал в Главном управлении уголовного розыска Министерства внутренних дел.