Month: November 2019

  • Vilayət Eyvazovdan yeni – TƏYİNAT

    Xızı Rayon Polis Şöbəsində yeni təyinat olub.

    Bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

    Əmrə əsasən, polis polkovnik-leytenantı Məhəmməd Qarayev Xızı Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini təyin edilib.

    O, bu təyinata qədər Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsində çalışıb.

  • Bakıda avtobus sürücüsü dəhşətli qəza törətdi – ANBAAN VİDEO

    Bakıda qayda pozaraq qəza törədən avtobus sürücüsünün görüntüsü təhlükəsiz şəhər kamerasına düşüb.

    Avtosfer.az xəbər verir ki, paytaxtın 28 May küçəsinin sağ zolağında yüksək sürətlə hərəkət edən marşrut avtobusunun sürücüsü qəfildən sol zolağa keçərək qarşıda dayanmış “Mitsubishi” markalı avtomobillə toqquşub.

    Yol-nəqliyyat hadisəsinə səbəb olan avtobusun sürücüsü həm hərəkət sürətinə riayət etməyib, həm də manevr qaydasının tələblərini kobud şəkildə pozub.

  • Kürdəmirdə oğru “Zobu” tutuldu

    Kürdəmirdə oğurluq edən “Zobu” ləqəbli şəxs saxlanılıb.

    DİN Mətbuat Xidmətinin Şirvan şəhərində Regional qrupundan Oxu.Az-a verilən məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsinə rayonun Xırdapay kəndi ərazisində tikinti işləri aparan MMC-lərdən birinə məxsus ümumi dəyəri 2350 manat olan tikinti avadanlıqlarının binanın zirzəmisindən oğurlanması barədə məlumat daxil olub.

    Məlumatla əlaqədar Kürdəmir Rayon Polis Şöbəsi Cinayət Axtarış Bölməsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Xırdapay kənd sakini, əvvəllər Rusiyada sifarişli qətldə iştirakçı olduğu üçün 11 il azadlıqdan məhrum edilən 40 yaşlı Zahid Süleymanov saxlanılıb.

    Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edib, oğurladığı avadanlıqların bir qismi ondan maddi sübut kimi götürülüb.

    Əməliyyat tədbirinin davamı olaraq Z.Süleymanovun yaşadığı mənzilə baxış keçirilib. Bu zaman oradan ümumi çəkisi 4,5 qram olan heroin aşkar edilərək götürülüb.

    Faktla bağlı Kürdəmir RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

  • Закир Гасанов: Ереван намеренно затягивает переговоры по Карабаху

    Министр обороны Азербайджана генерал-полковник Закир Гасанов встретился с новоназначенным чрезвычайным и полномочным послом Литовской Республики в нашей стране Эгидиюсом Навикасом.

    Как говорится в сообщении Министерства обороны, З.Гасанов поздравил посла с началом дипломатической деятельности в Азербайджане и пожелал ему успехов в деле расширения сотрудничества между двумя странами.

    Касаясь военно-политической ситуации в регионе, глава Минобороны подчеркнул продолжение агрессорской политики Армении. Он отметил, что несмотря на усилия сопредседателей Минской группы ОБСЕ в связи с урегулированием армяно-азербайджанского нагорно-карабахского конфликта, мирные переговоры намеренно затягиваются официальным Ереваном.

    В ходе встречи состоялся обмен мнениями по военному сотрудничеству, была особо отмечена необходимость реализации соглашений, достигнутых в области военного образования, в том числе продолжения курсов, организованных для военнослужащих, и увеличения числа слушателей, посещающих эти курсы.

    Выразив удовлетворение началом дипломатической деятельности в нашей стране, посол отметил, что приложит все усилия для развития отношений между Азербайджаном и Литвой, в частности, сотрудничества в военной сфере.

    Э.Навикас также подчеркнул, что Литва признает территориальную целостность Азербайджана. По словам дипломата, его страна является сторонником мирного решения нагорно-карабахского конфликта, добавив, что это также важно в плане развития и обеспечения безопасности Южного Кавказа.

    Стороны обсудили аспекты регионального и двустороннего сотрудничества, а также ряд других вопросов, представляющих взаимный интерес.

  • Zakir Həsənov: Yerevan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqları qəsdən yubadır

    Müdafiə naziri general-polkovnik Zakir Həsənov Litvanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikas ilə görüşüb.

    Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, Müdafiə naziri səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib və ona Azərbaycan ilə Litva arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.

    Regiondakı hərbi-siyasi vəziyyətə toxunan Müdafiə naziri Ermənistanın işğalçılıq siyasətinin davam etdiyini, ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səylərinə baxmayaraq sülh danışıqlarının rəsmi Yerevan tərəfindən qəsdən yubadıldığını vurğulayıb.

    Görüşdə iki ölkə arasında hərbi əməkdaşlığa dair fikir mübadiləsi aparılıb, ölkələrimiz arasında hərbi təhsil sahəsində əldə olunan razılaşmaların inkişaf etdirilməsinin, o cümlədən hərbi qulluqçular üçün təşkil olunan kurslarının davamının və onların dinləyicilərinin sayının artırılmasının zəruriliyi də xüsusi qeyd edilib.

    Ölkəmizdə diplomatik fəaliyyətə başlamasından məmnunluğunu ifadə edən səfir Azərbaycan-Litva əlaqələrinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib.

    E.Navikas öz növbəsində Litvanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və ona hörmətlə yanaşdığını qeyd edib, ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu, bunun Cənubi Qafqaz regionunun inkişafı və təhlükəsizliyinin təmin edilməsi baxımından vacibliyini bildirib.

    Tərəflər regional və ikitərəfli əməkdaşlıq, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələləri müzakirə ediblər.

  • Beynəlxalq səviyyədə tanınmış terrorçu öldürülüb – VİDEO

    Fransa Xüsusi Təyinatlıları axtarışda olan beynəlxalq terrorçu Əbu Əbdürrəhman əl-Məğribini zərərsizləşdirib.

    Hadisə Fransa hərbçilərinin Malidə apardıqları hərbi əməliyyat nəticəsində baş verib.

    Öldürülən terrorçu “Əl-Qaidə” terror təşkilatının qrup lideri olub.

  • Kişi burger növbəsində öldürüldü

    ABŞ-da gənc burger üçün dayandığı növbədə yer ütündə öldürülüb.

    İnsanlar məşhur “Popeyes” “fast-food” toyuq burgerləri üçün bir xətt üzrə növbəyə düzülüb.

    Qeyd edək ki, avqust ayında satışa çıxarılan ilk paket cəmi iki həftəyə satılıb. Lakin həmin burgerlər menyuda iki ay olmayıb və o, yalnız noyabrın 3-ü yenidən satışa çıxarılıb.

    Bu zaman insanlar arasında burger almaq üçün uzun növbə yaranıb. Növbədə sıranı pozmaq istəyən 28 yaşlı gənclə bir kişi arasında bu səbəbdən münaqişə başlayıb.

    Münaqişə zamanı naməlum şəxs bıçaq çıxararaq gənci yaralayıb və hadisə yerindən qaçıb. Hazırda onun şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.

  • Глава Исполнительной власти Баку поручил устранить взяточничество

    Исполнительная власть Баку готовит план мероприятий.

    Как передает Median.Az со ссылкой на oxu.az, об этом было объявлено на совещании в ИВ столицы, посвященном исполнению поручений, данных Президентом Ильхамом Алиевым главе Исполнительной власти Баку Эльдару Азизову.

    Сообщается, что для устранения взяточничества и других негативных явлений, организации регулярной встречи с гражданами на местах и внимательного отношения к их обращениям были даны поручения, для решения поднятых вопросов разрабатывается план мероприятий.

  • Bakı şəhər icra başçısından rüşvətxorluq hallarına qarşı – TAPŞIRIQ

    Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən tədbirlər planı hazırlanır.

    Median.Az-ın oxu.az-a istinadən məlumatına görə, bu barədə Bakı Şəhər İcra Hakimiyyətində Prezident İlham Əliyevin Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu qəbul etdiyi zaman verdiyi tapşırıqların icrası, Bakı şəhərində görülən abadlıq-quruculuq işlərinin vəziyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə bildirilib.

    Məlumatda qeyd edilib ki, rüşvətxorluq və digər neqativ halların aradan qaldırılması, yerlərdə vətəndaşlarla mütəmadi görüşlərin keçirilməsi və onların müraciətlərinə həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlar verilib və qaldırılan məsələlərlə bağlı tədbirlər planının hazırlanması qərara alınıb.

  • Вилаят Эйвазов назначил генерала на новую должность

    Начальник Главного управления по борьбе с наркотиками Министерства внутренних дел Азербайджана генерал-майор Ази Ариф оглу Асланов освобожден от занимаемой должности.

    Как передает Median.Az сo ccылкой на oxu.az, соответствующий приказ подписал министр внутренних дел генерал-полковник Вилаят Эйвазов.

    Другим приказом министра А.Асланов назначен начальником Главного управления по борьбе с торговлей людьми МВД.

    Его бывшая должность пока остается вакантной.

    Отметим, что 5 ноября В.Эйвазов освободил начальника отдела Главного управления по борьбе с наркотиками полковника-лейтенанта полиции Иззета Керимова от занимаемой должности.