Month: November 2019

  • Moldovada iki azərbaycanlı saxlanıldı – VİDEO

    Moldovada Kişinyov mərkəzi bazarında hüquq-mühafizə orqanları bıçaqlanma hadisəsində şübhəli bilinən iki Azərbaycan vətəndaşını saxlayıb.

    Ötən gecə mərkəzi bazarda bıçaqlanma faktı ilə bağlı polisə məlumat daxil olub. Verilən məlumata görə, iki satıcı arasında münaqişə sayğac üstündə yaranıb. Sayğacı paylaşa bilməyən tərəflərdən biri mətbəx bıçağına əl atıb.

    Şübhəli Azərbaycan vətəndaşları istintaqdan gizlənməyə cəhd etsələr də, yaxalanıblar.

    İndi onları yeddi ilə qədər həbs cəzası gözləyir. Hazırda onlar barəsində 72 saat həbs qərarı çıxarılıb.

  • В Баку пожилая женщина скончалась от отравления угарным газом

    В одной из квартир в Баку обнаружен труп пожилой женщины.

    Об этом говорится в сообщении Министерства по чрезвычайным ситуациям.

    “Согласно информации, поступившей на телефон “горячей линии” “112”, жилец одной из квартир в Ясамальском районе остался в беспомощном состоянии. На место прибыли спасатели МЧС. Они открыли входную дверь и обнаружили там тело Керимовой Севды Тураб гызы 1951 года рождения”, – отмечается в сообщении.

    По информации АПА, пожилая женщина задохнулась угарным газом.

  • Житель столицы совершил разбой в Сабаильском районе

    Как сообщает Median.Az, сотрудники 9-го отделения полиции Сабаильского РУП в результате оперативно-розыскных мер задержали жителя столицы, ранее судимого О.Тагиева, который 2-го ноября в Крепости на улице М.Магомаева совершил разбойное нападение на жителя столицы Д.Рустамбейли и угрожая ножом отобрал у потерпевшего 200 манатов.

    В Следственном отделе Сабаильского РУП возбуждено уголовное дело по статье 181 (разбой) УК Азербайджана.

  • İçərişəhərdə quldurluq edən şəxs saxlanılıb

    Median.Az xəbər verir ki, Səbail RPİ 9-cu polis bölməsinə müraciət edən Bakı şəhər sakini C.Rüstəmbəyli, noyabrın 2-də İçərişəhərdə, evlərdən birinin qarşısında naməlum şəxsin bıçaqla hədələyib, ondan 200 manat pulunu aldığını bildirib.

    Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini, əvvəllər məhkum olunmuş O.Tağıyev saxlanılıb.

    Səbail RPİ İstintaq şöbəsində CM-nin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.

  • Азербайджанский депутат спел песню – ВИДЕО

    Композитор Айгюн Самедзаде пригласила в гости заслуженную артистку Лалу Мамедову и певца Вусала Гаджиева.

    Сначала композитор аккомпанировала на пианино Лале Мамедовой, певшей песню Məktəb illəri. Затем прозвучала композиция Girdim yarın bağçasına.

    В это время к ним присоединился отец А.Самедзаде – председатель парламентского комитета по экономической политике, промышленности и предпринимательству Азербайджана, академик Зияд Самедзаде.

  • Azərbaycanda deputat mahnı oxudu – VİDEO

    Bəstəkar Aygün Səmədzadə Əməkdar artist Lalə Məmmədova və müğənni Vüsal Hacıyevi evində qonaq edib.

    Bəstəkar öncə pianoda “Məktəb illəri” mahnısını ifa edib, Lalə Məmmədova isə mahnını səsləndirib. Daha sonra “Girdim yarın bağçasına” mahnısı səsləndirilib.

    Həmin vaxt bəstəkarın atası, millət vəkili Ziyad Səmədzadə də onlara qoşulub.

  • В Ичеришехер ранее судимый напал с ножом на юношу

    Сотрудники 9-го отделения полиции Сабаильского района Баку в результате проведенных 5 ноября оперативно-розыскных мероприятий задержали мужчину, подозреваемого в разбойном нападении на несовершеннолетнего.

    Как передаёт Median.Az, об этом oxu.az сообщили в правоохранительных органах.

    Преступление было совершено 2 ноября в 12:30 на улице Муслима Магомаева в Ичеришехер. Неизвестный, угрожая ножом Джаванширу Рустамбейли 2002 года рождения, отобрал у него 200 манатов.

    Задержанным оказался ранее судимый за хранение наркотических средств Орхан Тагиев 1997 года рождения.

    По факту возбуждено уголовное дело, следствие продолжается.

  • “Azərbaycana gətirilən şprislərin əksəriyyətinin xammalı tibbi materiallar deyil” – Zavod direktoru

    Azərbaycanda hər kəs əsasən dərmanın keyfiyyəti ilə maraqlanır. Ancaq kimsə şprisin materialı, keyfiyyəti, steril, infeksiya mənbəyi olub-olmaması ilə maraqlanmır. Təəssüf ki, bu gün insanlar aptekə gedib Çin istehsalı olan ucuz şprislər alırlar. Onların da mənşəyi məlum deyil.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, bunu “Diamed” şpris istehsalı zavodunun direktoru Samirə Hüseynova deyib.

    Onun sözlərinə görə, Azərbaycan istehsalı olan şprislərin iç tərəfinin uc hissəsində qara rezin olmur: “Şprisin iç tərəfində qara rezin olanda həmin şprislər tam steril sayılmırlar. Yəni 3 hissədən ibarət olan şprisin bir hissəsi steril deyil. Bu isə o deməkdir ki, şpris infeksiya mənbəyi ola bilər. Bizim zavodun istehsal etdiyi şprislər iki hissəlidir. Artıq Avropanın qabaqcıl ölkələri belə üç hissəli şprislərdən istifadə etmir. Azərbaycana gətirilən şprislərin əksəriyyətinin xammalı tibbi materiallar, yəni tibbi polimerlər deyil. Azərbaycan istehsalı olan şprislərdə isə tibbi xammaldan istifadə olunur. Şprisin iynələri Yaponiyanın qabaqcıl “Nipro Pharma ” şirkətinə məxsusdur. İynələr Azərbaycana hazır şəkildə gətirilir”.

    S.Hüseynova bildirib ki, zavod Azərbaycanda artıq 2, 5, 10 və 20 qramlıq şpris satışına başlayıb: “Ölkəyə ucuz şprislər gətirildiyi üçün rəqabət aparmaq bir qədər çətindir. İnsanları şprislərin keyfiyyəti barədə məlumatlandırmaq istəyirik. Zavodun istehsal etdiyi şprislərin qiyməti hazırda ölkədəki apteklərdə satılan digər şprislərlə eynidir, amma bizim zavodun məhsullarının keyfiyyəti olduqca yüksəkdir”.

    Direktor əlavə edib ki, bu ilin may ayında açılan zavod il ərzində 150 milyon şpris istehsal edə bilər. Zavodun istehsal gücü Azərbaycanın şprislərə olan tələbatını ödəyir.

    O, əsas məqsədlərinin yerli bazarı keyfiyyətli şprislərlə təmin etmək olduğunu da söyləyib:

    “Qısa müddət ərzində daxili təlabatı ödədikdən sonra Gürcüstan, Rusiya, İran, Türkiyə və Qazaxıstana şpris ixrac etməyi planlaşdırırıq. Növbəti illər ərzində istehsal olunan məhsulların çeşidinin artırılması nəzərdə tutulur. Zavodda tibbi kəpənəklərin hazırlanması da planlaşdırılır.

  • Akif Çovdarov və digər MTN generalları yenidən Ali Məhkəməyə müraciət ediblər

    Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) generalları – Akif Çovdarov, Teymur Quliyev, Elçin Quliyev və Sübahir Qurbanov yenidən Ali Məhkəməyə müraciət ediblər.

    Median.Az APA-ya istinadən xəbər verir ki, generallar ayrı-ayrılıqda kassasiya şikayəti verərək barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.

    A. Çovdarovun şikayəti hakim Əziz Seyidovun icraatına verilib və məhkəmə iclası noyabrın 21-nə təyin edilib.

    T. Quliyev və S. Qurbanovun şikayətləri hakim İlqar Qılıcovun icraatına verilib. Hələlik onların məhkəməsinin vaxtı təyin edilməyib.

    Digər general E. Quliyevin şikayəti hakim Fərhad Əliyevin icraatına verilib. Onun məhkəməsinin də vaxtı hələlik məlum deyil.

    Qeyd edək ki, A. Çovdarov və digərləri 2015-ci ildə həbs edilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə A. Çovdarov 12 il, S. Qurbanov 14 il, T. Quliyev 12 il, E. Quliyev isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdə onların general rütbəsindən mərhum edilməsi ilə bağlı Azərbaycan Prezidentinə təqdimat göndərilməsi ilə bağlı qərar qəbul edilib.

    Bakı Apelyasiya Məhkəməsində onların şikayətləri təmin edilməyib. Daha sonra generallar bir neçə dəfə kassasiya şikayətləri verib, onları sonradan geri götürüblər.

  • Bakıda yaşlı qadın dəm qazından boğulub öldü

    Bakıda mənzildən meyit aşkarlanıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

    Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1951-ci il təvəllüdlü Kərimova Sevda Turab qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

    APA-nın məlumatına görə, S.Kərimova dəm qazından boğulub.