Month: November 2019

  • Qardaşından Araz Əlizadəyə cavab: “Dönüklüyü, xəyanəti bağışlamıram”

    Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, deputat Araz Əlizadə İctimai Televiziyanın efirində yayımlanan “3D” verilişinin qonağı olub.

    Robot-aparıcı Dadaş Dadaşlinskinin suallarını cavablandıran Araz Əlizadə qardaşı, politoloq Zərdüşt Əlizadə ilə münasibətlərinə də toxunub. Deputat bildirib ki, illərdir küsülü olduğu qardaşına barışıq üçün bir neçə dəfə əl uzatsa da, bu əl havada qalıb. O, artıq bu məsələni unutduğunu söyləyib.

    A.Əlizadənin bu fikirlərinə münasibətini öyrənmək üçün Modern.az deputatın qardaşı Zərdüşt Əlizadə ilə əlaqə saxlayıb. O, açıqlamasında belə bir məsələnin gündəmə gəlməsini qınayıb:

    “O, yaxşı edib, əcəb edib danışıb. Bizdə demokratiyadır, İlham Əliyevə təşəkkür edirəm ki, Azərbaycanda demokratiya var. Kim nə istəyir danışır, canı sağolsun. Azərbaycanda bu qədər mühüm problemlər qala-qala gör nədən sual verirsiniz?!”

    Z.Əlizadə qardaşını bağışlamayacağını qətiyyətlə vurğulayıb:

    “Mənə lazım deyil. Heç bilmirəm o verilişdə nə deyib. Bilmək də istəmirəm. Havada qalıb, çox şey havada qalıb. Mən bağışlamıram. Dönüklüyü, əhdi peymanı, xəyanəti bağışlamıram”.

  • В штаб-квартире УЕФА под председательством Эльхана Мамедова состоялось заседание Комитета – ФОТО

    Сегодня в штаб-квартире УЕФА в Ньоне (Швейцария) состоялось очередное заседания Комитета фейр-плэй и социальной ответственности Союза европейских футбольных ассоциаций.

    На заседании председательствовал генсек АФФА, глава Комитета Эльхан Мамедов. Отметим, что впервые представитель Азербайджана председательствовал на таком мероприятии.

    Напомним, что Эльхан Мамедов был избран главой Комитета на заседании Исполкома УЕФА, которое прошло 29 мая этого года в Баку.

  • UEFA-da Elxan Məmmədovun sədrliyi ilə komitə iclası keçirildi – FOTO

    Bu gün İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında Feyr Pley və Sosial Məsuliyyət Komitəsinin (Fair Play and Social Responsibility Committee) növbəti iclası keçirilib.

    AFFA-nın rəsmi saytı xəbər verir ki, iclasa AFFA-nın baş katibi, qeyd olunan komitənin rəhbəri Elxan Məmmədov sədrlik edib.

    Xatırladaq ki, bu il mayın 29-da UEFA İcraiyyə Komitəsinin Bakıda keçirilmiş iclasında Elxan Məmmədov UEFA-nın Feyr Pley və Sosial Məsuliyyət Komitəsinin sədri vəzifəsinə seçilib.

    Onu da qeyd edək ki, Azərbaycan təmsilçisi ilk dəfədi ki, UEFA-da iclasa sədrlik edib.

  • Bu görüntülər Azərbaycan həbsxanasında çəkilib – Videodakı Erməni kəşfiyyatçısıdır

    Azərbaycanda həbsdə olan erməni kəşfiyyatçısı Arsen Baqdasaryan ARB TV-də yayımlanan “Rezonans” verilişinə müsahibə verib.

    Median.Az azxeber.com-a istinadən xəbər verir ki, o, böyük cinayət törətdiyini, buna görə də ədalətli cəza aldığını bildirib.

    Arsen Baqdasaryanın Azərbaycan dilində danışması, Səməd Vurğunun “Azərbaycan” şeirini oxuması böyük marağa səbəb olub

    Qeyd edək ki, anonsu təqdim edilən veriliş həftənin bazar günü, saat 23:00-da yayımlanacaq.

    Əlavə edək ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hökmü ilə 2014-cü il dekabrın 26-da cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini keçən erməni kəşfiyyatçısı Arsen Baqdasaryan 15 il həbsə məhkum edilib.

    Hökmdə qeyd olunub ki, ermənilərin kəşfiyyat-təxribat qrupunun üzvü olan peşəkar hərbi qulluqçu Arsen Baqdasaryan Azərbaycan Cinayət Məcəlləsinin 12 maddəsi ilə ittiham edilib.

  • Fədayə azadlığa çıxmasını belə qeyd etdi – Fotolar

    Müğənni Fədayə Laçın azadlığa çıxması münasibətilə yığıncaq təşkil edib.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, paytaxt məkanlarının birində keçirilən gecədə sənət dostları Fədayəni tək qoymayıb. Müğənni uzun fasilədən sonar səhnəyə də çıxıb.

    Qeyd edək ki, Fədayə Laçın 2017-ci il oktyabrın 30-da həbs olunub, bu il oktyabrın 29-da azadlığa çıxıb. İfaçı “Qoca” ləqəbli kriminal aləm üzvü Etibar Məmmədov və Əli Ağaminin dustaqların aparıldığı xüsusi təyinatlı vaqondan qaçmasında kömək etdiyi üçün həbs olunmuşdu.

  • Moskvada Brejnevin sürücülük vəsiqəsi hərraca çıxarılacaq

    SSRİ Mərkəzi Komitəsinin Baş katibi Leonid İliç Brejnevin sürücülük vəsiqəsi və xəbərdarlıq talonu noyabrın 14-də Moskvada hərraca çıxarılacaq.

    Median.Az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə “Litfond” hərracının mətbuat xidməti məlumat yayıb.

    Bildirilib ki, Brejnevə məxsus laminatla üzlənmiş AAK № 000077 seriya nömrəli sürücülük vəsiqəsi və AAI № 670077 seriya nömrəli xəbərdarlıq talonu 1976-cı il 10 dekabr tarixində – Leonid İliçin 70 illik yubileyi günü SSRİ Daxili İşlər naziri Nikolay Anisimoviç Şyolokov tərəfindən zarafatyana hədiyyə edilib.

    Göründüyü kimi, xəbərdarlıq talonunun sürücüyə aid hissəsində boşluq yoxdur – çox sayda qayda pozuntularını əks etdirən möhürlər əks olunub.

    Sözügedən sənəd 1991-ci ildə Moskvanın meri olmuş Qabriel Popov tərəfindən Brejnevin qaldığı bağ evində tapılıb.

    Qeyd edilib ki, hərracda sürücülük vəsiqəsinin ilikn qiyməti 1 350 000 – 1 500 000 rubl aralığında qiymətləndiriləcək.

  • Mingəçevirdə sərnişin avtobusu minik maşını ilə toqquşub, yaralılar var

    Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə axşam saatlarında Təbriz küçəsində baş verib.

    “Opel” markalı minik maşını sərnişinsiz dayanıqlı vəziyyətdə olan 8 saylı şəhərarası marşrut xətti üzrə işləyən sərnişin avtobusuna
    çırpılıb.

    İlkin məlumata görə, hadisə nəticəsində biri azyaşlı olmaqla 3 nəfər xəsarət alıb.

    Yaralılar ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıb.

    Müayinə zamanı bir nəfərin – 1964-cü il təvəllüdlü, minik maşınının sürücüsü Məmmədov Vəli Əziz oğlunun xəsarətinin ciddi olduğu məlum olub.

    Faktla bağlı araşdırma aparılır.

  • Иран начинает обогащение урана

    Тегеран с 6 ноября начинает обогащение урана на объекте в Фордо, где этот процесс был приостановлен ядерной сделкой, на уровне 5%.

    Об этом заявил вице-президент и глава Организации атомной энергии Ирана Али Акбар Салехи, передает РИА Новости.

    Ранее президент Ирана сообщил о том, что с 6 ноября Тегеран в четвертый раз откажется от выполнения обязательств по ядерной сделке и начнет использование центрифуг по обогащению урана на объекте в Фордо путем подачи в них газа.

    «С завтрашнего дня начнется обогащение урана до 5% на объекте в Фордо», – приводит агентство ISNA слова Салехи. Он добавил, что это процесс будет протекать в присутствии инспекторов из МАГАТЭ.

    Он также коснулся темы высокообогащенного, или оружейного урана, который начинается с отметки в 20%, заявив, что прежде на объекте в Фордо обогащение урана доводили до этих цифр, однако в данный момент у Ирана достаточно 20-процентного урана.

    Ядерная сделка предполагает, что Иран проведет перепрофилирование ядерного объекта в Фордо под ядерный центр для производства стабильных изотопов, воздерживаясь от обогащения урана на нем, оставив Натанз в качестве единственного объекта по обогащению урана.

    Впервые Тегеран отказался от ряда ядерных ограничений в годовщину выхода США из соглашения по иранской ядерной программе – Вашингтон покинул сделку 8 мая 2018 года, Тегеран ответил ровно год спустя, что иранские власти назвали «стратегическим терпением» Ирана.

    Отказ от выполнения ряда пунктов Совместного всеобъемлющего плана действий (СВПД) по иранской ядерной программе в первый этап касалась запасов обогащенного урана и тяжелой воды. Так, Иран превысил потолок запасов низкообогащенного урана в 300 килограммов.

    Впоследствии власти в Тегеране 7 июля заявили о втором этапе сокращения обязательств по ядерной сделке, заявив, что Иран будет обогащать уран на том уровне, который стране необходим. Иран уже довел уровень обогащения урана до 4,5% (ядерная сделка ставила лимит в 3,67%).

    В начале же сентября Иран в третий раз отказался от выполнения обязательств по ядерной сделке. Тогда Тегеран заявил, что приступил к работе с целым рядом центрифуг, не ограничивая себя в сфере ядерных исследований и разработок положениями СВПД.

  • Gürcüstan 100 min rus turist itirib

    Yayda Gürcüstan-Rusiya münasibətlərindəki gərginlik həm də Qafqaz ölkəsinin turizminə zərbə vurdu.
    Rusiya prezidenti Vladimir Putinin sərəncamı ilə Gürcüstana təyyarə reysləri ləğv edildi. İndi statistika gerçək zərərin miqyasını göstərir.

    Median.Az xəbər verir ki, Gürcüstan qalmaqaldan sonra – üçüncü kvartalda 100 min rus turist itirib. Keçən il iyul, avqust, sentyabr aylarında Rusiyadan Gürcüstana 109,4 min nəfər gəlmişdi. Bu il üçüncü kvartalda cəmi 7,8 min rus turist qeydə alınıb.

    Rusiyadan Gürcüstana daha çox ikinci kvartalda axın olmuşdu. Aprel, may, iyun aylarında 131,5 min rus qonşu ölkəyə üz tutmuşdu. İlk kvartalda isə 74 min Rusiya vətəndaşı turizm sektorunun statistikasına düşmüşdü.

    Gürcüstanın baş naziri Georgi Qaxariya etiraf edib ki, həmin qalmaqal dövlət büdcəsinə böyük zərər vurub. Bununla bağlı oktyabrın 26-da açıqlama olmuşdu. Qaxariya onda Rusiyanın aviareysləri kəsməsinə görə büdcədə 350 milyon dolların çatmamasından gileylənmişdi.bizimyol.az

  • Bibiheybətdə iki avtomobil toqquşub, üç nəfər xəsarət alıb

    Bakıda iki nəqliyyat vasitəsinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az report-a istinadən xəbər verir ki, hadisə Səbail rayonu Bibiheybət qəsəbəsi ərazisində qeydə alınıb.

    Belə ki, qəza nəticəsində 1986-cı il təvəllüdlü Mustafayev Elşən Hüseynağa oğlu, 1937- ci il təvəllüdlü Abdulova Səkinə Kamal qızı və 1989-cu il təvəllüdlü Əliyeva Gülnarə Elman qızı xəsarət alıblar.

    Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

    M.Elşənə qapalı kəllə-beyin travması, A. Səkinəyə sağ dizinin əzilməsi və sağ göz orbitasının hematoması, Ə. Gülnarəyə isə sağdan ikinci barmağının əzilməsi diaqnozları qoyulub.

    Faktla bağlı araşdırma aparılır.